ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə134/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   130   131   132   133   134   135   136   137   ...   141

ġəriət risaləsi 
332 
Məsələ  2410:  Əgər  meyitdən  ana  bətnində  övlad  qalarsa,  eyni  vaxtda 
övlad, ata  və  ana  kimi  varislər  olarsa, irs  bölərkən bətndəki  körpə  üçün  iki 
oğlan övladının payı ayrılmalıdır. Dünyaya diri gəlsə  irs ona çatdırılır. Bir 
oğlan və ya bir qız doğulsa, artıq qalan pay vərəsələr arasında bölünür. Əgər 
onunla birlikdə baĢqa varis olmazsa, sağ-salamat doğulduqda bütün mal ona 
çatır. Əks təqdirdə irs varislər arasında bölünür. 


ġəriət risaləsi 
333 
 
DĠFA, ƏMR BE MƏ’RUF VƏ NƏHY ƏZ MÜNKƏR 
Difanın (müdafiənin) hökmləri 
Məsələ  2411:  DüĢmənin  Ġslam  məmləkətləri  və  onların  sərhəddinə 
hücumu müqabilində  müsəlmanların müdafiəyə (difaya)  qalxması  vacibdir. 
Difada  insanın  hücum  edilən  məmləkətdə  yaĢaması  Ģərt  deyil.  Əcnəbilərin 
Ġslam  məmləkətlərinə  və  Ġslami  müqəddəsliklərə  hücumu  qarĢısında  bütün 
dünya  müsəlmanlarının  bir-birini  müdafiə  etməsi  zəruridir.  Müsəlmanlar 
malları,  canları,  istənilən  bir  vasitə  ilə  müdafiəyə  qalxmalıdırlar.  Bu  iĢdə 
Ģər’i  hakimin  icazəsinə  ehtiyac  yoxdur.  Amma  müdafiə  proqramlarının 
nizamlı  Ģəkildə  həyata  keçməsi  üçün  Ģər’i  hakimin  nəzarəti  altında  imkan 
daxilində agah və e’tibarlı komandan tə’yin olunmalıdır. 
Məsələ  2412:  Əgər  müsəlmanlar  əcnəbilərin  bilavasitə  və  ya  daxili 
amillər  vasitəsi  ilə  Ġslam  məmləkətinə  hücumundan  ehtiyatlansalar  bütün 
mükəlləflərə  vacibdir ki,istənilən bir vasitə ilə bu hücum qarĢısında dayanıb 
Ġslam məmləkətini müdafiə etsinlər. 
Məsələ  2413:  Biganələrin  siyasi,  iqtisadi  nüfuzlarını  geniĢləndirməklə 
Ġslam məmləkətinə hakim olacaqlarına qorxu yaransa, bu nüfuzun qarĢısını 
almaq hamı üçün vacibdir. Qeyri-Ġslami dövlətlərlə yaradılan siyasi rabitələr 
müsəlmanların  zəifləməsinə  və  əsarətinə  səbəb  olmamalıdır.  Bu  rabitələr 
sayəsində  qeyri-Ġslami  məmləkətlərdən  iqtisadi  asılı  vəsiyyətə  düĢmək  yol 
verilməzdir.  
Əmr be mə’ruf və nəhy əz münkər (yaxĢılığa də’vət və 
pisliyə qadağa) 
Məsələ  2414:  Əmr  be  mə’ruf  və  nəhy  əz  münkər  bütün  ağıllı,  büluğ 
həddinə çatmıĢ Ģəxslərə müəyyən Ģərtlər daxilində vacibdir: 
1.  Əmr  be  mə’ruf  və  nəhy  əz  münkər  etmək  istəyən  əmin  olmalıdır  ki, 
qarĢı tərəf haram iĢlə məĢğuldur və ya vacibi tərk etmiĢdir: 
2. Əmr və qadağanın tə’sirli olacağı ehtimal edilməlidir. Bu tə’sir dərhal 
və  ya  tədrici,  kamil  və  ya  naqis  ola  bilər.  Tə’sir  ehtimalı  olmadıqda  bu  iĢ 
vacib olmur; 
3. Əmr və qadağada fəsad və zərər olmamalıdır; insan bilsə və ya qorxsa 
ki, onun əmr və qadağası onun özünün və ya mö’minlərin canına, malına və 
Ģəxsiyyətinə ciddi zərər vura bilər, bu iĢ vacib olmur. Amma əmr və qadağa 
müqəddəs  Ġslam  Ģəriətinin  ciddi  əhəmiyyət  verdiyi  iĢlərdən  olsa  (məsələn, 
Ġslam  və  Quranın,  Ġslam  məmləkətlərinin  istiqlalının  qorunması)  zərərə 
baxmadan, candan və maldan keçməklə bu vəzifə yerinə yetirilməlidir. 
Məsələ  2415:  Ġslamda  bid’ət  yaransa  (zalım  dövlətlərin  Ġslam  adı  ilə 
gördüyü çirkin iĢlər kimi) hər bir Ģəxsə, xüsusi ilə din alimlərinə vacibdir ki, 


ġəriət risaləsi 
334 
haqqı  deyib,  batili  inkar  etsinlər.  Din  alimlərinin  sükutu  elm  və  Ġslam 
alimlərinə  sui-zənnə  səbəb  olarsa,  istənilən  bir  Ģəkildə  haqqı  bəyan  etmək 
vacibdir. Bunun tə’sirsiz qalacağı bilinsə də, addım atılmalıdır. 
Məsələ  2416:  Düzgün  ehtimal  edilsə  ki,  sükut  pis  iĢin  yaxĢı,  yaxĢı  iĢin 
pis  iĢ  kimi  tanınması ilə nəticələnəcək,  hamıya,  xüsusi  ilə  Ġslam  alimlərinə 
haqqı demək vacibdir və sükut yolverilməzdir. 
Məsələ  2417:  Əgər  Ġslam  alimlərinin  və  baĢqalarının  sükutu  zalımı 
gücləndirərsə  və  ya  ona  cəsarət  verərsə,  haqqı  deyib  batili  inkar  etmək 
vacibdir. Bunun tə’siri ötəri olsa da addım atılmalıdır. 
Məsələ  2418:  Əgər  bə’zi  mö’minlərin  və  din  alimlərinin  zalım  üsul-
idarədə  vəzifə  tutması  fəsad  və  günahın  qarĢısını  alarsa,  onlar  bu  vəzifəni 
qəbul  etməlidir.  Əlbəttə  böyük  zərər  olduqda  bu  addım  atılmır.  Məsələn, 
mö’minlərin  və  ya  alimlərin  zalım  rejimdə  iĢtirakı  xalqın  əqidəsini 
süstləĢdirərsə  və  ya  Ġslam  alimlərinə  e’timada  zərbə  vurarsa,  bu  iĢə  yol 
verilmir. 
Məsələ 2419: Əmr be mə’ruf və nəhy əz munkərin mərtəbələri var. Bə’zi 
mərtəbələrin  icrası  üçün  Ģər’i  hakimin  icazəsinə  ehtiyac  var.  Dil,  qəlb  və 
nəsihətlə  əmr  be  mə’ruf  üçün  Ģər’i  hakimin  icazəsinə  ehtiyac  yoxdur. 
Tərbiyələndirmə  ümidi  ilə  e’tinasızlıq  göstərmək  əlaqələri  kəsmək  də  bu 
qəbildəndir. Bu sayağı hərəkət tə’sir göstərməsə, tünd və qəzəblə danıĢmağa 
icazə verilir. Bu halda zorla olsa da, günahkarın qarĢısı alınır. Ya da günah 
vasitələri  günahkarın  əlindən  alınır.  Amma  əmr  be  mə’ruf  və  nəhy  əz 
münkərdə  zora  əl  atmaq,  mülkə  toxunmaq  zəruri  olarsa,  Ģər’i  hakimin 
icazəsi  olmadan  addım  atmaq  olmaz.  Bu  qəbil  rəftarlarda  Ģər’i  hakim 
tərəfindən tə’yin olunmuĢ ölçülərə riayət edilməlidir.  


ġəriət risaləsi 
335 
 
EHTĠYAC DUYULAN AKTUAL MƏSƏLƏLƏR 
Bank və xeyriyyə fondlarının müamilələri 
Məsələ  2420:  Xalqın  banklardakı  cari  hesablara  yatırdığı  pullar  qərzül-
həsənə, yə’ni xeyriyyə məqsədi ilə borc mahiyyəti daĢıyır. Onlar istədikləri 
vaxt  bu  pulu  geri  ala  bilər.  Əgər  verilən  pul  müqabilində  qazanc  nəzərdə 
tutularsa haramdır. Bu halda borc da batildir və bank həmin puldan istifadə 
edə bilməz. 
Məsələ 2421: Ġnsanların banka yatırdığı qısa müddətli və uzun müddətli 
pullar və nəzərdə tutulan qazanclar yalnız Ģər’i ölçülər çərçivəsində halaldır. 
Bu pullar müzaribə və Ģirkət kimi dini müamilələr Ģəklində mümkün sayılır. 
Pul  verən  Ģəxs  əmin  olmalı  və  ya  ehtimal  etməlidir  ki,  bank  onun  vəkili 
olaraq  müĢtəri  ilə  müamilələrdə  Ģər’i  ölçüləri  nəzərdə  saxlayacaq.  Amma 
əmin  olsa  ki,  bütün  deyilənlər  zahiridir  və  kağız  üzərindədir,  götürülən 
qazanc haram olur. 
Məsələ  2422:  ġəxslərin  banklardan  qərzül-həsənə  adı  ilə  götürdüyü 
pullar  və  ödədikləri  əlavələr  yalnız  Ģər’i  ölçülərlə  nizamlandıqda  halaldır. 
ġər’i ölçülər nəzərdə tutulmasa bu əməliyyatlar sələm yönümlü olur. 
Məsələ 2423: Ġnsan bilsə ki, bankda həm halal, həm də haram pullar var, 
amma  hansı  puldan  ona  verildiyini  bilməsə,  həmin  pulu  ala  bilər.  Amma 
əmin olsa ki, ona verilən pul haram puldur, bu puldan istifadə edə bilməz. 
Bu  qəbil  pullar  vacib  ehtiyata  əsasən  Ģər’i  hakimin  icazəsi  ilə  onun  əsil 
sahibi tərəfindən sədəqə verilməlidir. Bu əməliyyatlarda bankın daxili və ya 
xarici, dövləti və ya qeyri-dövləti olmasının fərqi yoxdur.  
Məsələ  2424:  Xarici,  qeyri-müsəlman  banklarından  qazanc  almaq  olar. 
Amma müsəlman banklarından qazanc almaq haramdır.  
Məsələ 2425: Bank və ticarət köçürmələri halaldır. Bank və ya tacir bir 
Ģəxsdən pul alıb, ona qəbz verir və həmin pulu baĢqa bir yerdə ona ödəməyi 
öhdəsinə  götürür.  Pulun  köçürülməsi  üçün  pul  sahibindən  nə  isə  alır.  Belə 
bir  müamilə  halaldır.  Köçürmə  haqqını  həmin  puldan  çıxmaq  və  ayrıca 
götürmək olar. Eləcə də, bank və ya müəssisə bir Ģəxsə pul verib onu baĢqa 
bir  məhəldə  bankın  Ģö’bəsinə  çatdırmağı  tapĢırarsa,  ona  verdiyi  zəhmət 
haqqı halaldır. 
Məsələ  2426:  Girov  bankları  borc  verib  qazanc  götürmək  məqsədi  ilə 
girov  alsalar  həm  borc  batildir,  həm  bankın  girov  malı  satmağa  haqqı 
yoxdur. Girov malı alan Ģəxs də ona sahib olmur. 
Məsələ  2427:  Xeyriyyə  fondlarının  əmək  haqqı  ünvanında  pulların 
saxlanması  üçün  verdiyi  haqlar  halaldır.  Amma  vacib  ehtiyat  budur  ki,  bu 
məbləğ  bankın  ümumi  xərclərinə  uyğun  olsun.  Belə  olmasın  ki,  pulun 
qazancı  əmək  haqqı  adı  ilə  alınsın.  Xeyriyyə  fondları  (qərzül-həsənə 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə