ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə131/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   127   128   129   130   131   132   133   134   ...   141

ġəriət risaləsi 
326 
Qalan bir pay ata və qız arasında bölünür. Ehtiyat vacib budur ki, onlar ikisi 
bölgüdə razılaĢsın. 
Məsələ 2358: Əgər meyitin varisi yalnız ata və ana, bir oğul olsa, mal altı 
hissəyə  bölünür,  ata  və  ana  hər  biri  bir  pay  götürür,  oğula  dörd  pay  çatır. 
Əgər bir neçə oğul və ya qız olarsa, qalan dörd hissə onlar arasında bərabər 
bölünür. Əgər həm oğul, həm də qız olsa, mal elə bölünür ki, hər oğul qıza 
münasibətdə iki pay götürsün.  
Məsələ 2359: Əgər meyitin varisi yalnız ata və bir oğul, ya da ana və bir 
oğul  olarsa,  mal  altı  hissəyə  bölünür,  bir  pay  ata  və  anaya,  beĢ  pay  oğula 
düĢür. 
Məsələ 2360: Əgər meyitin varisi yalnız ata, ya da oğul və qızla ana olsa, 
mal altı hissəyə bölünür, bir pay ata və ana götürür, qalan beĢ pay oğula iki, 
qıza bir pay verməklə bölünür. 
Məsələ 2361: Əgər meyitin varisi yalnız ata və bir qız, ya ana və bir qız 
olarsa, mal dörd hissəyə bölünür, bir pay ata və ya anaya, üç pay qıza verilir. 
Məsələ  2362:  Əgər  meyitin  varisi  ata  və  bir  neçə  qız,  ya  da  ana  və  bir 
neçə  qız  olarsa,  mal  beĢ  hissəyə  bölünür,  bir  pay  ata  və  ya  anaya  düĢür, 
qalan dörd pay qızlar arasında bərabər bölünür.  
Məsələ  2363:  Əgər  meyitin  övladı  olmasa  onun  oğul  nəvəsi  (nəvə  qız 
olsa belə) meyitin oğluna düĢəcək payı götürür. Qız nəvəyə isə (nəvə oğlan 
olsa belə) meyitin qızının payı verilir. 
Ġkinci qrupun irsi 
Məsələ  2364:  Meyitdən  qohumluq  vasitəsi  ilə  irs  götürən  ikinci  qrupa 
baba,  nənə,  qardaĢ  və  bacı  daxildir.  Meyitin  qardaĢı  və  bacısı  olmasa, 
övladları onların payını alır. Bu qrupa o zaman irs düĢür ki, əvvəlki qrupdan 
kimsə olmasın.  
Məsələ  2365:  Əgər  varis  bir  qardaĢ  və  ya  bir  bacı  olsa,  bütün  mal  ona 
çatır. Əgər varis ata-anadanbir bir neçə qardaĢ və ya bir neçə bacısa, bütün 
mal onlar arasında bərabər bölünür. Əgər ata-anadanbir həm qardaĢ, həm də 
bacı olsa, hər qardaĢa bacılara münasibətdə iki pay verilir. 
Məsələ  2366:  Ata-anadanbir  qardaĢ  və  bacı  olduqda  yalnız  atadanbir 
qardaĢ və bacıya irs çatmır. Amma ata-anadanbir qardaĢ və bacı olmadıqda 
atadanbir bir bacı və ya bir qardaĢ olarsa, bütün irs ona çatar. Əgər atadanbir 
qardaĢ və ya bacı bir neçə nəfərsə, mal onlar arasında bərabər bölünür. Əgər 
atadanbir  qardaĢla  yanaĢı  atadanbir  bacı  da  varsa,  qardaĢ  bacıya 
münasibətdə iki pay götürür. 
Məsələ 2367: Əgər varis yalnız anadanbir bir bacı və ya bir qardaĢ olsa, 
ata  tərəfdən  meyitdən  ayrı  olan  bu  adamlar  bütün  mala  sahib  olur.  Əgər 
anadanbir  bir  neçə  qardaĢ  və  ya  bir  neçə  bacı  varsa,  ya  bir  neçə  qardaĢ  və 
bacı varsa, istənilən halda mal onlar arasında bərabər bölünür.  


ġəriət risaləsi 
327 
Məsələ 2368: Əgər varis ata-anadanbir qardaĢ və bacı, atadanbir qardaĢ 
və bacı, anadanbir bir qardaĢ və bir bacı olarsa, atadanbir qardaĢ və bacıya 
irs çatmır. Mal altı hissəyə bölünür, bir pay anadanbir qardaĢ və  ya bacıya, 
qalan  hissə  ata-anadanbir  qardaĢ  və  bacıya  verilir.  QardaĢlar  bacıya 
münasibətdə iki pay götürür. Amma anadanbir qardaĢ və ya bacı birdən artıq 
olarsa,  mal  üç  hissəyə  bölünür.  Bir  pay  anadanbir  qardaĢ  və  bacı  arasında 
bərabər  bölünür,  iki pay ata-anadanbir  qardaĢ  və  bacıya  verilir.  Hər  qardaĢ 
iki, bacı isə bir pay götürür. 
Məsələ  2369:  Əgər  varis  yalnız  atadanbir  qardaĢ  və  bacı,  anadanbir  bir 
qardaĢ  və  ya  bir  bacı  olsa,  mal  altı  hissəyə  bölünür.  Bir  pay  anadanbir 
qardaĢ  və  bacıya  verilir,  yerdə  qalan  beĢ  pay  atadanbir  qardaĢ  və  bacıya 
çatır. Hər qardaĢ bacı ilə müqayisədə iki pay götürür.  
Məsələ  2370:  Əgər  varis  yalnız  atadanbir  qardaĢ  və  bacı,  anadanbir  iki 
və  ya  bir  neçə  qardaĢ  və  bacı  olarsa,  mal  üç  hissəyə  bölünər.  Bir  pay 
anadanbir qardaĢ və bacı arasında bərabər bölünər, iki pay atadanbir qardaĢ 
və bacıya çatar. QardaĢ bacı ilə müqayisədə iki pay götürər. 
Məsələ  2371:  Əgər  varis  təkcə  qardaĢ,  bacı  və  zövcə  olarsa,  zövcə 
qarĢıda  ətraflı  Ģəkildə  bəyan  olunacaq  məsələ  əsasında  irs  alar.  Bacı  və 
qardaĢ  ötən  məsələlərdə  deyildiyi  kimi  irs  götürər.  Amma  zövcə  və  ər  irs 
götürdüyü  üçün  anadanbir  qardaĢ  və  bacının  payı  azalmaz.  Amma  ata-
anadanbir və atadanbir qardaĢ və bacının payı azalar. Məsələn, əgər varis ər, 
qardaĢ, anadanbir bacı, ata-anadanbir qardaĢ və bacı olarsa, malın yarısı ərə 
çatar, bütün malın üçdə biri anadanbir qardaĢ və bacıya verilər, qalan hissə 
ata-anadanbir  qardaĢ  və  bacının  payıdır.  Məsələn,  əgər  bütün  mal  6  min 
manat  məbləğ  olarsa,  3  min  manatı  ərə,  2  min  manat  anadanbir  qardaĢ  və 
bacıya, min manat ata-anadanbir qardaĢ və bacıya verilər. 
Məsələ  2372:  Meyitin  bacı  və  qardaĢı  olmasa,  onların  payı  övladlarına 
verilər.  Anadanbir  qardaĢ  və  bacının  övladlarının  payı  onlar  arasında 
bərabər bölünür. Atadanbir və  ya ata-anadanbir  qardaĢ və bacı övladlarının 
payı oğlanlara iki, qızlara bir pay verməklə ödənir. Amma əgər atadanbir və 
ya  ata-anadanbir  qardaĢ  övladları  eyni  bir  qardaĢdan  olarsa,  ehtiyat  vzcib 
budur ki, oğul və qız arasında pay bölgüsü razılaĢdırılsın.  
Məsələ 2373: Əgər varis təkcə bir baba və ya bir nənə olarsa, ata və ya 
ana  tərəfindən  olmasından  asılı  olmayaraq  bütün  mal  ona  verilər.  Meyitin 
babası olduqda onun babasının atasına irs düĢməz. 
Məsələ 2374: Əgər varis təkcə ata tərəfdən baba və nənə olarsa, mal üç 
hissəyə  bölünər,  iki  hissə  babaya,  bir  hissə  nənəyə  verilər.  Əgər  baba  və 
nənə ana tərəfdən olarsa, mal onlar arasında bərabər bölünər. 
Məsələ  2375:  Əgər  varis  ata  tərəfdən  təkcə  bir  baba  və  ya  nənə,  ana 
tərəfdən  bir  baba  və  ya  nənə  olarsa,  mal  üç  hissəyə  bölünər,  iki  hissə  ata 
tərəfdən baba və ya nənəyə, bir hissə ana tərəfdən baba və ya nənəyə verilər. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə