ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə128/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   124   125   126   127   128   129   130   131   ...   141

ġəriət risaləsi 
317 
yerinə  yetirməyə  qadir  olmasa  3  gün  oruc  tutmalıdır.(Müstəhəb  ehtiyata 
görə bu üç gün ardıcıl olmalıdır) 
Məsələ_2307'>Məsələ 2303: Bir Ģəxs unutqanlıqdan, çarəsizlikdən və ya məcburi olaraq 
andına əməl  etməsə, kəffarəsi  yoxdur. Vasvası adamın andı, məsələn  “and 
olsun  Allaha,  indi  namaza  baĢlayıram”  deməsi  və  vasvasılıq  səbəbindən 
ixtiyarsız olaraq andını yerinə yetirməməsinin kəffarəsi yoxdur. 
Məsələ 2304: Bir Ģəxs müəyyən mövzunun isbatı üçün and içərsə, dediyi 
söz düzgün olduqda and içməsi məkruhdur. Əgər yalan desə, andı haramdır 
və  kəbirə  günah  sayılır.  Amma  müsəlman  bir  Ģəxs  zalımın  Ģərindən 
qurtulmaq üçün and içə bilər. Hətta bəzən belə bir and vacibdir. Belə bir and 
öncəki  andlardan  fərqlənir.Bir  mətləbi  isbat  etmək  üçün  içilən  anda  əməl 
etməmənin kəffarəsi  yoxdur.Lakin bir iĢi etmək və  yaxud tərk etmək üçün 
olan  and,eyni  zamanda  andın  digər  Ģərtləri  ilə  olarsa  ondan  boyun 
qaçırmağın kəffarəsi vardır.       


ġəriət risaləsi 
318 
VƏQF 
Vəqfin hökmləri və Ģərtləri 
Məsələ 2305: Bir Ģəxs bir Ģeyi vəqf edərsə həmin Ģey onun mülkündən 
çıxmıĢ  olur  Odur  ki,nə  özü,nə  də  baĢqaları  həmin  Ģeyi  nə  sata,nə  də 
bağıĢlaya  bilməz.Həmin  Ģeydən  irs  də  aparılmaz.  Amma  bə’zi  hallarda  bu 
Ģeyi satmaq olar. 
Məsələ  2306:  Vəqf  siğəsini  ərəbcə  və  ya  baĢqa  bir  dildə  demək  olar. 
Məsələn,  “evimi  filan  məqsədlə  vəqf  edirəm”  deyilsə  bəs  edər.  Bu  halda 
qəbula  ehtiyac  yoxdur.  Həmin  vəqf  ümumi  və  ya  xüsusi  ola  bilər.  Amma 
müstəhəb  ehtiyat  budur  ki,  Ģər’i  hakim  ümumi  vəqfdə  və  Ģəxslər  onlara 
olunan vəqfdə qəbul siğəsi desinlər. 
Məsələ  2307:  Əgər  müsəlmanlara  vəqf  məqsədi  ilə  məscid  tikilsə  və 
onların ixtiyarına verilsə, dildə siğə olunmasa belə bəs edər.  
Məsələ  2308:  Bir  mülk  vəqf  üçün  ayrılsa  və  vəqf  siğəsi  oxunmazdan 
öncə,  həmin  mülk  vəqf  edilənlərə  verilməmiĢdən  qabaq,  vəqf  edən  Ģəxs 
peĢiman olsa və ya ölsə, həmin vəqf düzgün deyil. 
Məsələ  2309:  Bir  malı  vəqf  edən  Ģəxs  müstəhəb  ehtiyat  budur  ki,  vəqf 
siğəsi  oxuduğu  anda  vəqf  etmiĢ  olsun.  Amma  mal  həmiĢəlik  vəqf 
olunmalıdır. Bir Ģəxs desə ki, bu malı ölümümdən  sonra üçün vəqf edirəm, 
iradı  var.  Nəyisə  müəyyən  müddətə,  məsələn,  10  illik  vəqf  etmək  də 
eyiblidir. Vəqf daimi olmalı, siğə oxunduğu andan həyata keçməlidir. 
Məsələ  2310:  Vəqf  o  zaman  düzgün  olur  ki,  vəqf  edilən  mal  vəqf 
olunanlara  və  ya  onların  vəkilinə  verilsin.  Amma  məscid  və  mədrəsə  kimi 
ümumi  vəqflərdə  onun  təhvil  verilməsi  Ģərt  deyil.  Müstəhəb  ehtiyat  budur 
ki, vəqf siğəsi oxunduqdan sonra mal vəqf edilənlərə və ya onların vəkilinə 
verilsin. 
Məsələ 2311: Vəqf edən Ģəxs büluğ həddinə çatmıĢ, ağıllı, məqsədli və 
azad olmalıdır. Vəqf edən Ģəxsin öz malı üzərində istifadə haqqı olmalıdır. 
Səfeh,  Ģər’i  hakim  tərəfindən  malına  qadağa  qoyulmuĢ  borclu  Ģəxs  öz 
malından nəisə vəqf edə bilməz.  
Məsələ  2312:  Hələ  ki,  dünyaya  gəlməmiĢ  Ģəxslər  üçün  vəqf  etmək 
düzgün  deyil.  Amma  vəqf  edilənlərdən  bə’ziləri  dünyaya  gəlmiĢsə  və 
bə’ziləri dünyaya gəlməmiĢsə, (məsələn, övladlara vəqf) sonradan dünyaya 
gələnlər də həmin vəqfə Ģərikdir. 
Məsələ  2313:  Bir  Ģəxs  özünə  vəqf  edə  bilməz.  (Məsələn,  bir  mülkü 
yalnız  öz  istifadəsi  və  ya  ölümündən  sonra  məqbərəsinə  xərc  üçün  ayıra 
bilməz.)  Amma  özü  də  tələbə  olan  Ģəxs  mədrəsə  və  ya  əkin  sahəsini 
tələbələrə  vəqf  edə  bilər.  Bu  halda  özü  də  baĢqaları  kimi  həmin  vəqfdən 
istifadə edə bilər. 


ġəriət risaləsi 
319 
Məsələ 2314: 
Əgər vəqf olunmuĢ Ģey üzərində nəzarətçi tə’yin olunsa, onun 
göstəriĢi  əsasında    əməl  edilməlidir.  Əgər  tə’yin  olunmasa,lakin  vəqf  olunan  Ģey 
ümum  istifadə  üçün(məsələn  məscid  və  yaxud  mədrəsə  üçün)müəyyən  olarsa  bu 
zaman  bu  iĢi  Ģər’i  hakim  görməlidir.Amma  xüsusi  vəqf  olarsa(məsələn,  övladlara 
vəqf olunmuĢ mülk) növbəti nəslin mənfəətini nəzərə almaq üçün mövcud nəsil və 
Ģər’i  hakimin  razılığı  əsasında  ehtiyat  vacibə  görə  nəzarətçi  tə’yin  olunmalıdır. 
Vəqf  təkcə  mövcud  nəslə  aiddirsə,  onlar  ixtiyar  sahibidirlər.  Bu  nəsil  büluğ 
həddinə çatmamıĢsa, ixtiyar onların qəyyumlarının əlindədir. 
Məsələ  2315: 
Xüsusi  vəqfdə  (məsələn,  övlada  vəqfdə)  sahib  mülkü  icarəyə 
verib dünyasını dəyiĢsə, icarə vəqf və gələcək nəsillərin xeyrinə olarsa, icarə batil 
deyil.  Amma  vəqf  edən  olmasa  və  birinci  nəsil  mülkü  icarəyə  versə,  icarə 
müddətində  dünyasını  dəyiĢdikdə  növbəti  nəslin  icarə  üçün  icazəsinə  ehtiyac  var. 
Ġcarəçi  bütün  müddət  icarə  haqqını  ödəsə  belə,  birinci  nəslin  ölümündən  sonra 
sonrakı nəslin haqqı alınıb ona verilir. (Bir Ģərtlə ki, onlar icarəyə icazə versinlər.) 
Məsələ  2316:  Əgər  vəqf  edilmiĢ  mülk  yararsız  vəziyyətə  düĢsə,  yenə 
vəqf sayılır.  
Məsələ  2317:  Mülkün  bir  hissəsini  vəqf  etmək  olar.  Evin  və  ya  əkin 
sahəsinin  bir  hissəsini  vəqf  etdikdə  Ģər’i  hakim  və  ya  sahib  vəqf  olunmuĢ 
malı mütəxəssislərin nəzarəti altında ayıra bilər. 
Məsələ 2318: Əgər vəqfi yerinə yetirməli olan Ģəxs ümumi vəqfə xəyanət 
etsə,  onu  tə’yin  olunmamıĢ  yerə  sərf  etsə,  Ģər’i  hakim  e’tibarlı  bir  qəyyum 
tə’yin edə  bilər.  Xüsusi  vəqfin  qəyyumu  xəyanət  etsə,  Ģər’i hakim mövcud 
nəslin razılığı ilə onlara qəyyum ayıra bilər. 
Məsələ  2319:  Hüseyniyyə  üçün  vəqf  olunmuĢ  xalçanı  məsciddə  namaz 
üçün  istifadə  etmək  olmaz.  Xalçanın  Hüseyniyyəyə  aid  olub-olmaması 
bilinməsə  də,  onu  baĢqa  yerə  aparmaq  düzgün  deyil.  Vəqf  olunmuĢ  digər 
mallar da belədir. Hətta bir məscidin möhürünü o birinə aparmaq olmaz. 
Məsələ  2320:  Əgər  məscidin  tə’miri  üçün  bir  mülk  vəqf  olunduqda 
(mülkün qazancı) həmin məscidin tə’mirə ehtiyacı yoxsa və yaxın vaxtlarda 
ehtiyac  olacağı  ehtimal  edilmirsə,  mülkün  qazancını  digər  məscidlərin 
tə’mirinə sərf etmək olar.  
Məsələ  2321:  Mülkün  vəqfində  məqsəd  budursa  ki,  onun  qazancını 
məscidin  tə’mirinə,  imam-camaata,  azançıya  xərcləsinlər,  hansı  üçün  nə 
qədər  nəzərdə  tutulmuĢsa,  həmin  məbləğ  də  sərf  olunmalıdır.  Əgər  miqdar 
müəyyən  edilməmiĢsə,  qəyyumun  nəzəri  əsasında  məsləhət  olan  Ģəkildə 
addım atılmalıdır. 
Məsələ  2322:  Dövrümüzdə  təsis  olunan,  qeydə  alınmıĢ  və  hüquqi  Ģəxs 
sayılan  müəssisə  və  cəmiyyətlər  üçün  mülk  ayırmaq  olar.  Bu  halda 
əsasnaməyə  uyğun  hərəkət  edilməlidir.  Bu  qəbil  müəssisələrin  mal-mülkü 
vəqfə  bənzəyir.  Amma  bu  vəqf  deyil.  Həmin  mülk  müəssisənin  malıdır. 
Müəssisə  və  ya  təĢkilatı  idarə  edən  Ģəxs  dünyasını  dəyiĢərsə,  həmin  mal 
varisə  çatmır.  Amma  əsasnamədə  belə  bir  Ģərt  qoyularsa,  varisə  irs  çatar. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə