ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə130/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   126   127   128   129   130   131   132   133   ...   141

ġəriət risaləsi 
323 
UĢaq  sağ-salamat  doğulduqda  vəsiyyət  olunmuĢ  mal  ona  verilir.  Əgər 
dünyaya ölü gəlsə, vəsiyyət batildir və həmin mal vərəsələrə çatır. 
Məsələ  2340:  Ġnsan  xəbər  tutsa  ki,  bir  Ģəxs  vəsiyyətini  ona  ünvanlayıb 
vəsiyyəti  qəbul  etmədiyini  nəzərə  çatdırdıqdan  sonra  vəsiyyət  baĢqa  birinə 
ünvanlansa, birinci vəsiyyət batildir. Amma vəsiyyət olunmuĢ Ģəxs vəsiyyət 
edən Ģəxs öldükdən sonra bundan xəbər tutsa, ya xəbər tutub razı olmadığını 
ona  çatdırmasa,  ya  da  razı  olduğunu  bildirdikdən  sonra  vəsiyyət  edən  Ģəxs 
baĢqa  birini  tapmasa,  vacib  ehtiyat  budur  ki,  birinci  Ģəxs  vəsiyyətə  əməl 
etsin. Bu iĢ əzab-əziyyətlə baĢa gəldikdə yerinə yetirilməyə bilər. 
Məsələ  2341:  Vəsiyy  (vəsiyyət  edilən  Ģəxs)  meyitin  iĢlərini  yerinə 
yetirmək  üçün  baĢqa  birini  seçə  bilməz.  Amma  bilsə  ki,  meyitin  məqsədi 
yalnız  vəsiyyətinin  yerinə  yetirilməsi  olub  və  kimin  yerinə  yetirməsinin 
fərqi yoxdur, öz tərəfindən baĢqa birini vəkil seçə bilər. 
Məsələ 2342: Bir Ģəxs vəsiyyətinin icrası üçün iki nəfəri seçsə və onların 
bu iĢi birlikdə görməsini istəsə, həmin iki Ģəxsdən biri ölsə, ya ağılını itirsə, 
ya  dindən  çıxsa,  Ģər’i  hakim  baĢqa  birini  tə’yin  edə  bilər.  Əgər  vəsiyyət 
olunanların  hər  ikisi  bu  iĢə  aciz  olarsa,  Ģər’i  hakim  baĢqa  iki  nəfəri  tə’yin 
edə bilər.  
Məsələ 2343: Əgər vəsiyy meyitin iĢlərini təklikdə yerinə yetirə bilməsə 
və  baĢqa  birinin  köməyindən  istifadə  etməyi  bacarmasa,  Ģər’i  hakim  ona 
kömək üçün bir Ģəxs tə’yin edə bilər.  
Məsələ  2344:  Əgər  meyitin  malının  hamısı  və  ya  bir  hissəsi  vəsinin 
əlində  məhv  olsa,  səhlənkarlıq  göstərməmiĢsə,  eləcə  də,  meyitin 
göstəriĢlərinə əməl etmiĢsə, zamin deyil. Əks təqdirdə həmin mala zamindir.  
Məsələ  2345:  Bir  Ģəxs  özünə  vəsiyy  seçsə  və  söyləsə  ki,  həmin  vəsiyy 
ölsə  baĢqa  biri  vəsiyy  seçilsin,  belə  bir  vəsiyyət  düzgündür.  Birinci  vəsiyy 
öldükdə ikinci vəsiyy onun caniĢini olur.  
Məsələ  2346:  Borclar,  vacib  Həcc,  xüms  və  zəkat  və  bu  kimi  Ģeylər 
vəsiyyət  edilməsə  belə  malın  özündən  ödənməlidir.  Artıq  bir  Ģey  qalsa 
vəsiyyət  əsasında  onun  üçdə  birini  göstərilən  ünvana  sərf  etmək  lazımdır. 
Vəsiyyət  etmədiyi  halda  üçdə  bir  xərclənmir.  Borc  ödəndikdən  sonra  artıq 
qalan mal vərəsəyə çatır. 
Məsələ  2347:  Ġnsan  öz  malının  üçdə  birindən  artığını  vəsiyyət  edə 
bilməz.  Yalnız  vərəsənin  icazəsi  ilə  bu  iĢ  mümkündür.  Vərəsə  meyyitin 
ölümündən qabaq və ya sonra icazə verə bilər. Vərəsə icazə verdikdən sonra 
sözünü dəyiĢə bilməz. Bu icazənin ölümdən qabaq və ya sonra verilməsinin 
fərqi yoxdur, vacib ehtiyat sözü geri götürməməkdir. 
Məsələ  2348:  Bir  Ģəxs  müxtəlif  iĢlərlə  bağlı  çoxsaylı  vəsiyyət  etsə  və 
həmin tapĢırıqların yerinə yetirilməsi üçün malının üçdə biri çatmasa, onun 
vəsiyyətlərini  ardıcıllıqla  yerinə  yetirmək  lazımdır.  Üçdə  bir  xərcləndikdən 
sonra  qalan  vəsiyyət  batil  olur.  Yalnız  vərəsənin  icazəsi  ilə  bu  iĢi  görmək 


ġəriət risaləsi 
324 
olar. Əgər meyit Həcc və xüms kimi vacib mövzularda vəsiyyət etmiĢsə bu 
xərclər malın özündən götürülür, qalan xərclər üçdə birdən ödənir. 
Məsələ  2349:  Bir  Ģəxs  iddia  etsə  ki,  meyit  filan  malını  mənə  vəsiyyət 
edib, ya ədalətli iki kiĢi, ya ədalətli bir kiĢi, ya ədalətli bir kiĢi və iki qadın, 
ya  da  dörd  ədalətli  qadın  onun  dediklərini  təsdiqləməli,  and  içməlidir.  Bu 
halda  deyilənə  əməl  olunur.  Vəsiyyət  zamanı  ədalətli  kiĢi  iĢtirak  etməsə 
ədalətli  qadının  Ģəhadəti  ilə  həmin  malın  dörddə  biri  iddiaçıya  verilir.  Ġki 
ədalətli Ģahid olsa, iddia etdiyi malın ikidə biri ona verilir. Üç ədalətli qadın 
Ģəhadət versə, həmin malın dörddə biri iddiaçıya çatdırılır. Dinində ədalətli 
sayılan  iki  kafir  zimmi  kiĢinin  Ģəhadəti  də  belədir.  Meyit  çarəsiz  qalıb 
ədalətli müsəlman kiĢi və qadın olmayan Ģəraitdə vəsiyyət etsə, vəsiyyətinə 
əməl olunmalıdır. 
Məsələ  2350:  Bir  Ģəxs  meyitin  vəsisi  olduğunu  iddia  etsə,  mala  və  ya 
övladlara  qəyyum  tə’yin  edildiyini  bildirsə,  yalnız  iki  ədalətli  kiĢi  onun 
dediklərini təsdiqlədikdə iddiası qəbul olunur. 
Məsələ  2351:  Bir  Ģəxs  müəyyən  malı  müəyyən  Ģəxsə  verməyi  vəsiyyət 
etsə və həmin Ģəxs qəbul, ya rədd etməmiĢ dünyasını dəyiĢsə, onun varisləri 
veriləni qəbul edə bilər.  Bu Ģəxsin vəsiyyət edən  Ģəxsdən öncə və  ya sonra 
dünyasını dəyiĢməsi Ģərt deyil. Bir Ģərtlə ki, vəsiyyət edən Ģəxs vəsiyyətini 
dəyiĢməmiĢ olsun.  


ġəriət risaləsi 
325 
ĠRS 
Varislər 
Məsələ 2352: Qohumluq səbəbindən irs çatanlar üç qrupdur:  
1. Meyitin atası, anası və övladları; övlad olmadıqda silsilə boyu övladın 
övladı  (əlbəttə  ki,  onlardan  meyitə  daha  yaxın  olanı);  nə  qədər  ki,  bu 
qrupdan bir nəfər var, ikinci qrupa irs çatmır. 
2. Meyitin atası, babası  və silsilə boyu babalar; meyitin anası, nənəsi və 
yuxarı  getdikcə  nənələri  (nənə  həm  ata,  həm  də  ana  tərəfindən  ola  bilər); 
bacı  və  qardaĢ,  bacı  və  qardaĢ  olmadıqda  onların  övladları,  övladlarının 
övladları; hansı meyitə daha yaxınsa, o da irs aparır; nə qədər ki, bu qrupdan 
bir nəfər var, üçüncü qrupa irs çatmır. 
3.  Əmi  və  bibi,  dayı  və  xala,  silsilə  boyunca  onların  övladları;  hansı 
meyitə  daha  yaxınsa,  o  da  irs  aparır;  nə  qədər  ki,  əmi  və  bibi,  dayı  və 
xaladan  biri sağsa onların  övladlarına irs  çatmır;  onların övladları sağ  ikən 
övladlarının  övladlarına  irs  verilməz;  amma  bir  istisna  var:  əgər  meyyitin 
atadanbir  əmisi,  atadanbir  əmisinin  oğlu,  anadanbir  əmisinin  oğlu  varsa, 
atadanbir əmiyə irs çatmır, mal ata və anadanbir əminin oğluna verilir.  
Məsələ  2353:  Əgər  meyitin  öz  əmisi,  bibisi,  dayısı  və  xalası,  eləcə  də 
onların  övladları  olmazsa,  növbə  meyitin  ata-anasının  əmisi,  bibisi,  dayısı 
və xalasına çatır. Onlar olmadıqda irs övladlarına verilər; övladlar da olmasa 
baba  və  nənənin  əmisi,  bibisi,  dayısı  və  xalasına  irs  çatır;  onlar  da 
olmadıqda irs övladlarına verilir. 
Məsələ 2354: Ər-arvad  bir-birlərindən irs  götürürlər; bu barədə növbəti 
məsələlərdə danıĢılacaq. 
Birinci qrupun irsi 
Məsələ  2355:  Əgər  meyitin  varisi  birinci  qrupdan  yeganə  Ģəxs  olarsa 
(məsələn, ata və ya ana, ya da bir oğul və ya bir qız) meyitin bütün malı ona 
çatır.  Əgər  bir  neçə  oğul  və  ya  bir  neçə  qız  olarsa,  mal  onlar  arasında 
bərabər bölünür. Əgər həm qız, həm də oğlan övladlar varsa mal elə bölünər 
ki, oğlanlar iki, qızlar bir pay götürsün.  
Məsələ 2356: Əgər meyitin varisi yalnız onun ata və anası olarsa, mal üç 
hissəyə  bölünür.  Ġki  hissəsi  ataya,  bir  hissəsi  anaya  verilir.  Amma  meyitin 
iki qardaĢı və  ya dörd bacısı, ya bir qardaĢ iki bacısı olarsa, bütün övladlar 
ata-anadan və atadanbir olduqda ana malın altıda birini götürür, qalan hissə 
ataya çatır. 
Məsələ 2357: Əgər meyitin varisi yalnız ata, ana və bir qız olsa, mal beĢ 
yerə  bölünür,  ata  və  ananın  hər  biri  bir  pay,  qız  üç  pay  götürür.  Meyitin 
atadanbir  iki  qardaĢı,  ya  dörd  bacısı,  ya  da  bir  qardaĢ  və  iki  bacısı  olarsa, 
mal  altı  hissəyə  bölünür,  ata  və  ana  hər  biri  bir  pay,  qız  üç  pay  götürür. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə