ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə138/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   133   134   135   136   137   138   139   140   141

ġəriət risaləsi 
345 
30.  Əgər  qatqılı  (müzaf)  su  o  qədər  çox  olarsa  ki,  murdar  onun  bir  tərəfinə 
düĢdükdə  o  biri  tərəfinə  sirayət  etməsin,  murdar  sayılmır.  (Məsələn,  böyük  bir 
hovuzun bir tərəfinə murdar düĢərsə, o biri tərəfi murdarlanmaz.) 
31. Qeyri-Ģər’i üsulla kəsilən heyvan pakdır. Amma onun ətindən yemək haram 
sayılır.  Demək,  qeyri-islami  məmləkətlərdən  gətirilmiĢ  heyvan  dəriləri  həmin 
heyvanın zibh olunduğunu bildiyimiz vaxt pak sayılır. 
32.  Bir  yerdə  uzun  müddət  qalmaq  istəyənlər  (məsələn,  elmi  hövzədə  təhsil 
üçün bir neçə il orada qalanlar) həmin yerdə müsafir sayılmır. Onların qaldığı yer 
onlar üçün vətən hökmündədir və namazlarını tam qılırlar. Belələri 10 gün qalmaq 
niyyət etməsələr də, müsafir sayılmırlar. 
33.  PeĢəsi  səfərə  çıxmaq  olan  (sürücü  kimi)  Ģəxslər  və  ya  peĢəsi  üçün  səfər 
müqəddimə  olanlar  (tədris  üçün  bir  Ģəhərdən  o  biri  Ģəhərə  gedənlər)  gedib 
gəldikləri  yol  8  fərsəx  və  ya  artıq  olarsa,  namazlarını  tam  qılır,  ramazan  ayının 
orucunu tuturlar. 
34. Ġlin ehtiyaclarından sayılan ev, xalça kimi Ģeylər sonradan satıldıqda onların 
puluna  xüms  ödənmir.  Xüsusi  ilə,  bu  Ģeylər  baĢqa  biri  ilə  əvəz  olunmaq  üçün 
satılırsa. 
35.  Əgər  heyvan  maĢın  vasitəsi  ilə  Ģər’i  qaydada  kəsilərsə,  bu  iĢ  düzgündür. 
Belə bir heyvan pak və halaldır. 
36. Halal faydaları olan radio, televizor və bu kimi Ģeylərin alıĢ-satıĢı caizdir. 
37. Əgər balıq tora düĢdükdən sonra suda ölərsə, halaldır. 
38.  Ciddi  məqsədi  olmayan  hiylə  əsasında  qurulmuĢ  sələm  batil  və  əsassızdır, 
əlavə məbləğ sələm sayılır. Bə’ziləri arasında adət Ģəklini alıb ki, birinə borc verir, 
üstəlik alarkən əvəzində noğul verirlər. Bu kimi iĢlər batildir. 
39. Bir çoxları ev icarəyə götürərkən rəhn adı altında pul verərək icarə haqqını 
əskildirlər. Bu iĢ bir halda düzgün, baĢqa bir halda batildir. Ev icarəyə götürüləndə 
icarə  müqaviləsində  Ģərt  kəsilsə  ki,  ev  sahibi  müəyyən  miqdar  borc  müqabilində 
evini  girov  qoyur,  bu iĢ düzgündür.  Amma  öncədən  borc  və  rəhn  verilsə  və  icarə 
haqqı azaldılsa, bu iĢ haram və batildir.  
40.  Borcda  bir  baĢqasının  zamin  durması  (baĢqasının  borcunu  öz  öhdəsinə 
götürməsi)  və  ya  borcunu  ödəməyəcəyi  təqdirdə  bu  borcu  ödəyəcəyini  bildirməsi 
düzgün və Ģər’idir. 
41.  Ölü  torpaq  sənədləĢməklə  kiminsə  mülkü  olmaz.  Bu  torpağı  əkin  üçün 
diriltmək lazımdır. 
42.  Cəzalandırma  təkcə  Ģallaqdan  ibarət  deyil.  Bu  iĢdə  maddi  cərimələr,  həbs, 
hətta  informasiya  vasitələrində  tanıtdırma  kimi  tədbirlər  də  nəzərdə  tutulur.  Bu 
cəza növlərindən istənilən biri Ģər’i hakim tərəfindən seçilir. 
43. Ġslami hicabda libasın növü və rəngi mühüm deyil. Vacib olan budur ki, üz 
və  əldən  savayı  bütün  bədən  örtülsün.  Amma  bədəni  örtsə  belə,  zinətli  libaslar 
geymək olmaz. 
44.  Həm  həqiqi,  həm  də  hüquqi  Ģəxslər  mülk  sahibi  ola  bilər.  Onların 
müamilədə  tərəf  olması  qanunidir.  Demək,  hüquqi  Ģəxs  sayılan  müəssisələr 
bə’zilərdən, yə’ni həqiqi Ģəxslərdən fərqlənmir. 
45.  Bütün  müamilələrdə  yazı  və  imza  Ģifahi  müqavilə  siğəsini  əvəz  edə  bilər. 
Amma vacib ehtiyata əsasən, izdivac və boĢanmada Ģifahi də söylənməlidir. 
46. Siqaret, tütün mə’mulatları, narkotik maddələrdən istifadə qəti haramdır. 


ġəriət risaləsi 
346 
47.  Xəstənin  həyatını  xilas  etmək  üçün  qan  alıĢ-veriĢi  halaldır.  Amma  bədən 
üzvlərinin  köçürülməsində,  məsələn,  böyrək  köçürülməsində  ehtiyat  müstəhəb 
budur  ki,  bədən  üzvünə  görə  yox,  onu  dəyiĢməyə  icazə  üçün  pul  alınsın.  Bu  iĢ  o 
zaman caiz sayılır ki, bədən üzvünü verən Ģəxs üçün təhlükə olmasın.  
48.  Mala  qiymət  tə’yin  edilməsində  alıcı  və  satıcı  azaddır.  Amma  bu  azadlıq 
bə’zən fəsada, iqtisadi tarazlığın pozulmasına səbəb olarsa, Ģər’i hakim özü qiymət 
tə’yin edə bilər. ġər’i hakimin tə’yin etdiyi qiymət əsas götürülməlidir. 
49.  Ġslam  məmləkətlərinin  müdafiəsi  vacibdir.  Məmləkətin  müdafiəsinə 
qalxmaq  təkcə  həmin  ölkədə  yaĢayan  müsəlmanlara  aid  deyil.  Əgər  hər  hansı 
müsəlman  ölkəsi  və  ya  müqəddəsliyə  hücum  edilmiĢsə,  bütün  dünya 
müsəlmanlarına vacibdir ki, müdafiəyə qalxsınlar. 
50.  Aylı  və  aysız  gecələrdə  sübh  azanının  vaxtı  sabitdir.  Vaxtın  tə’yinində 
me’yar üfüqdə iĢığın görünməsidir. Gecənin aylı olub-olmamasının fərqi yoxdur. 


ġəriət risaləsi 
347 
 
YENĠ ĠSTĠFTAAT (ġƏR’Ġ SUALLAR) 
Təqlid 
Sual 1: 10 il təqlidsiz ibadət edənin hökmü nədir? 
Cavab:  Təqlidə  baĢlamalıdır  və  yerinə  yetirdiyi  əməllər  təqlid  etdiyi 
müctəhidin  göstəriĢlərinə  uyğun  olsa  düzgündür.  Uyğun  gəlmədikdə 
ibadətlərini təzələməlidir. 
Sual 2: Qadın Ġslam elmlərinə yiyələnib ictihad məqamına çata bilərmi? 
Cavab: Mümkündür. 
Sual 3:  Bir  təqlid  mərcəsinə  təqlid edib,  ondan  sonra  ikinci  mərcəyə  üz 
tutan və  o  mərcə  dünyasını  dəyiĢdikdən  sonra diri  müctəhidə  təqlid  edənin 
hökmü nədir? 
Cavab: Öncəki mərcəyə təqlid etdiyi məsələlərdə həmin hökmləri yerinə 
yetirsin.  Ġkinci  müctəhid  də  belədir.  Qalan  məsələlərdə  diri  müctəhidin 
fətvalarına tabe olsun.  
MURDARLAR 
Sual  4:  ġər’i  qaydada  kəsilməmiĢ  mal-qaranın  sümüyündən  alınan 
jelatinin  hökmü  nədir?  Axı  bütün  həbb  kapsulaları,  hətta  bə’zi  Ģirniyyatlar 
bu maddədən hazırlanır. 
Cavab: Zəruri hallarda bundan istifadə etmək olar.  
Sual 5: Paklıq baxımından spirtin hökmü nədir? 
Cavab: Texniki və tibbi spirt pakdır. Amma məstedici spirtli içkilər belə 
deyil. 
Sual  6:  Bu  gün  əksər  parfimeriya  mə’mulatları  formalaĢmamıĢ  körpə 
hormanından  hazırlanır.  Müsəlman  qadınların  bundan  istifadəsinin  hökmü 
nədir? 
Cavab: Əgər qana bulaĢmamıĢsa və ya Ģəkdəyiksə, pak sayılır. 
Sual 7: Qeyri-islami məmləkətlərdən gətirilən ətin hökmü nədir? 
Cavab:  Əgər  müsəlman  bazarından  və  ya  müsəlmandan  alınarsa,  onun 
Ģər’i qaydada kəsildiyi ehtimal olunduqda halaldır. 
TƏHARƏT 
Sual  8:  Paltarı  bir  neçə  dəfə  yuyub  suya  çəkən  avtomat  maĢınlarda 
yuyulan libaslar pakdırmı? 
Cavab:  Pakdır.  Libasları  yuyan  zaman  su  xəttinə  qoĢulmasından  və  su 
kəsildikdən sonra iĢə baĢlamasından asılı olmayaraq. 
Sual 9: Yerə yapıĢmıĢ döĢəməni paklamağın qaydası necədir? 
Cavab: Borudan gələn su ilə paklanır. Azca sıxılır. YaxĢı olar ki, ondan 
çıxan su bir yolla toplansın. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə