ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə139/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   133   134   135   136   137   138   139   140   141

ġəriət risaləsi 
348 
DƏSTƏMAZ 
Sual  10:  Ġnsan  üçün  bir  baĢqasının  dəstəmaz  və  ya  qüslünü  yerinə 
yetirməsi düzgündürmü? 
Cavab:  Belə  bir  Ģəxsin  dəstəmaz  və  qüslü  batildir.  Amma  dəstəmaz  və 
qüsl  zamanı  suyu  onun  bədəninə  tökərlərsə  və  o  özü  yuyarsa  eybi  yoxdur. 
Amma zərurət olmayan hallarda bu iĢ məkruhdur. 
Sual 11:  Xüms  verməyən Ģəxsin  evində  dəstəmaz  almaq,  namaz  qılmaq 
və qidadan istifadə etməyin hökmü nədir? 
Cavab:  Ev  və  qidaların  xümüslü  olduğuna  əmin  yoxsa,  ondan  istifadə 
etmək olar. Yəqinlik olsa, icazə verilir ki, istifadədən sonra həmin miqdarın 
xümsü  ehtiyaclı  seyidlərə  çatdırılsın.  Ġmkan  olmadıqda  bu  miqdar  öhdəyə 
götürülür və imkan olan vaxt ödənir. 
QÜSL 
Sual  12:  Qadının  heyz  halında  imamların  hərəminin  zərihi  ətrafına 
yaxınlaĢmasının eybi varmı? 
Cavab:  Ətrafa  yaxınlaĢmağın  eybi  yoxdur,  amma  hərəmə  daxil 
olmasınlar. 
Sual  13:  Cərrahi  əməliyyatla  körpəsi  çıxarılan  qadının  bətnindən  gələn 
qan nifas, yoxsa istihazə qanıdır? 
Cavab: Nifas qanıdır.  
NAMAZ 
Sual 14: KiĢilərin sarı, ağ qızıldan və platindən istifadə etməsinin hökmü 
nədir? 
Cavab:  Qızıl  adlanan  Ģeylə  zinətlənmək  kiĢilərə  haramdır.  Qızıl  sarı, 
qırmızı və ya ağ olmasının fərqi yoxdur. Amma platin baĢqa bir filizdir və 
qızıl sayılmır. 
Sual  15:  Məsciddə  Ģər’i  ölçülərlə  çəkilmiĢ  film  nümayiĢ  etdirmək 
olarmı? 
Cavab: Bu iĢ məscidin Ģə’ninə münasib deyil. Bu qəbil iĢlər üçün ayrıca 
yer nəzərdə tutulmalıdır. 
Sual 16: Gündəlik yövmiyyə və cümə namazlarında qadınların iĢtirakının 
kərahəti varmı? 
Cavab:  Hazırkı  Ģəraitdə  onların  iĢtirakı  daha  yaxĢıdır,  bə’zən  isə 
zəruridir 
Sual 17: Ġmam camaat bayram namazını iki yerdə camaatla qıla bilərmi?  
Cavab: Çətindir. Amma yövmiyyə namazlarını iki qrupla iki dəfə qılmaq 
olar.  
Sual 18: Namazın qunutunda qeyri-ərəbcə dua oxumaq olarmı? 


ġəriət risaləsi 
349 
Cavab: Düzgün məzmunlu istənilən bir duanı, istənilən bir dildə qunutda 
oxumaq olar. 
Sual 19: Zaman ötdükcə qəsbi yerin hökmü dəyiĢirmi? 
Cavab: Qəsbi yerdə namaz qılmaq haramdır. Zaman bu hökmü dəyiĢmir. 
Sual 20: Sementə, mozaikaya, mərmərə səcdə etmək olarmı?  
Cavab: Eybi yoxdur. 
Sual: Qadın vətən məsələsində ərinə tabedirmi? 
Cavab:  Əgər  qadının  məqsədi  bu  məsələdə  ərinə  tabeçilikdirsə,  tabe 
olacaq. Amma məqsədi ərini baĢqa bir yerə köçməyə təĢviq etməkdirsə, tabe 
sayılmır. 
Sual  22:  Qəza  namazı  və  orucu  olan  Ģəxs  baĢqa  birinin  qəza  namaz  və 
oruclarını pulla yerinə yetirə bilərmi?  
Cavab: Eybi yoxdur. 
Sual: Aylı gecələrdə sübh namazı nə vaxt qılınır? 
Cavab: Aylı və aylı olmayan gecələr arasında fərq yoxdur. 
Sual  24:  GünəĢin  doğub-doğmamasına  Ģübhə  edənin  sübh  namazında 
niyyəti necə olmalıdır? 
Cavab: Vacib namaz və ya əda niyyəti ilə qıla bilər.  
ORUC 
Sual 25: Ayın görünməsinin sübutu hansı Ģəhərlər üçün dəlildir. 
Cavab: Həmin Ģəhərlərlə eyni və ya yaxın üfüqdə olan Ģəhərlərdə, eləcə 
də, Ģərqdə göründükdə qərb məntəqəsində dəlil sayılır. 
XÜMS 
Sual 26: Diyə olaraq alınmıĢ pulun il keçdikdən sonra xümsü varmı?  
Cavab: Diyənin xümsü yoxdur. 
Sual 27: Qocalıq təqaüdünə xüms düĢürmü? 
Cavab: Təqaüdə çıxdıqdan sonra dövlətin verdiyi pul həmin ilin qazancı 
sayılır. Əgər həmin ilin xərcindən artıq qalarsa, xümsü var. 
Sual  28:  Ġslam  respublikasında  verilən  vergilər  Ģər’i  vergiləri  əvəz 
edirmi? 
Cavab: Vergi alıĢ-veriĢ xərclərindən sayılır və Ģər’i vergini əvəz etmir. 
Sual 29: Cehizə xüms düĢürmü? 
Cavab:  Əgər  cehiz  adi  və  ehtiyac  duyulan  cehizdirsə,  xümsü  yoxdur. 
BaĢqa hallarda xüms vermək vacibdir. 
Sual 30: Anası seyid olan Ģəxs seyid hökmündədirmi? 
Cavab: Müəyyən baxımlardan seyiddir, müəyyən baxımlardan yox. Belə 
bir  Ģəxs  xüms  ala  bilməz,  seyidlərə  məxsus  libas  geyə  bilməz.  Amma 
müəyyən baxımdan seyidlərin Ģərafətinə malikdir. 


ġəriət risaləsi 
350 
HƏCC 
Sual 31: Karvana xidmət üçün Həccə gedən Ģəxs vəzifəli olmadığı halda 
Həcci necə yerinə yetirməlidir? Vacib Həcc niyyəti etməlidirmi?  
Cavab:  Karvan  xidmətçiləri  vəzifəli  sayılır.  (Bir  Ģərtlə  ki,  ailə-
övladlarının  Həcc  müddətindəki  xərcini  ödəsin)  Belə  bir  Ģəxs  vacib  Həcc 
niyyəti  etməlidir.  Əgər  birinci  dəfə  gedirsə,  kiminsə  tərəfindən  naib  ola 
bilməz. Kömək üçün biri ilə Həccə gedən də belədir. 
BAXIġ (HĠCAB VƏ BAXIġIN HÖKMLƏRĠ) 
Sual 32: Ġnsanın bağ-bağçadan, gül-çiçəkdən ləzzət aldığı kimi kiĢi və ya 
qadına baxıb ləzzət alması haramdırmı? 
Cavab:  Adətən  belə  baxıĢlar  cinsi  ləzzətlə  müĢayiət  olunduğundan 
eyblidir. 
Sual  33:  Qadınların  qrup  Ģəklində  kiĢilərlə  birlikdə  mahnı  oxumasının 
hökmü nədir? 
Cavab: Eyblidir. 
Sual  34:  Əgər  qadın  özünü  zinətləndirsə,  çöhrəsinə  zinət  verib  niĢan 
üzüyü taxsa, üzünü və əllərini örtməsi vacibdirmi? 
Cavab:  Üzük  kimi  zinət  əĢyalarının  eybi  yoxdur.  Amma  üzünə  bəzək 
verməsinə irad var. 
Sual 35: Sürmə, qaĢın alınması, əqiq üzük, saat, gözəl tibbi eynək qadın 
üçün zinət sayılırmı və o örtünməlidirmi? 
Cavab: Zahirən bunlar qadağan olunmuĢ zinət sayılmır. 
Sual 36: Qadının naməhrəm adamlara iynə vurmasının hökmü nədir? 
Cavab: Qeyri-zəruri hallarda caiz deyil.  
Sual  37:  Qadın  həkim  olmadıqda,  qadının  kiĢi  həkimə  müraciət 
etməsinin hökmü nədir? 
Cavab: Zəruri hallarda eybi yoxdur. 
Sual  38:  Qadının  naməhrəm  kiĢi  ilə  əlində  əlcək  olan  vəziyyətdə 
görüĢməsinin hökmü nədir? 
Cavab: YaxĢı olar ki, bu iĢ görülməsin.  
Sual 39: Naməhrəm qadının gülüĢü fəsada səbəb olmazsa, onu eĢitməyin 
hökmü nədir? Fəsad səbəbi olarsa hökm nədir? 
Cavab: Fəsad qorxusu olmadıqda eybi yoxdur. 
Sual 40: Adətən saçının bir hissəsi görünməyən çadralı qadının simasına 
baxmağın hökmü nədir? Belələri həmin qaydada örtünməyə adət etmiĢlər və 
xəbərdarlığa məhəl qoymurlar. 
Cavab: Əgər ləzzət almaq məqsədi olmasa baxmağın eybi yoxdur. 
Sual  41:  Ġran  Ġslam  Respublikasının  televiziyasından  yayımlanan  xarici 
filimlərə  baxmağın  hökmü  nədir?  Bu  filimlərdə  adətən  örtüksüz  xanımlar 
iĢtirak edir. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə