ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə140/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   133   134   135   136   137   138   139   140   141

ġəriət risaləsi 
351 
Cavab: Fəsad qorxusu olmasa eybi yoxdur. 
VƏQF 
Sual 42: Məsciddə istifadəyə yararsız qab və əĢyaların hökmü nədir? 
Cavab:  Əgər  onları  heç  vəchlə  məscidlərdə  istifadə  etmək  mümkün 
deyilsə, satıb, ona oxĢar Ģeylər almaq olar. 
Sual 43: SökülmüĢ məscidin avadanlıqlarını baĢqa yerə iĢlətmək olarmı? 
Cavab:  Əgər  baĢqa  məscidlərdə  istifadəsi  mümkünsə,  onlara  verilsin. 
Əgər  istifadəyə  yararsızsa,  satılsın  və  puluna  həmin  məscid  üçün  ehtiyac 
duyulan Ģeylər alınsın. 
ƏMR BE MƏ’RUF VƏ NƏHY ƏZ MÜNKƏR 
Sual  44:  Əgər  əmr  be  mə’ruf  və  nəhy  əz  munkər  insanın  müəssisədəki 
mükafatlardan məhrum edilməsi ilə nəticələnərsə, yenə də vacibdirmi? 
Cavab: Əgər mühüm zərər olmasa, vacibdir. 
Sual 45: Ġslam respublikasında əmr be mə’rufla məĢğul olan cəmiyyətlər 
olduğu halda bu vəzifə fərdlərin öhdəsindən götürülürmü? 
Cavab:  Əmr  be  mə’ruf  və  nəhy  əz  münkər  ümumi  bir  hökmdür  və  hər 
kəs  öz  gücündə  bunu  yerinə  yetirməlidir.  Əmr  be  mə’ruf  və  nəhy  əz 
münkərlə  məĢğul  olan  təĢkilatların  varlığı  fərdləri  məs’uliyyətdən  azad 
etmir. Bu mövzu ilə bağlı vəzifə bölgüsü proqramlı Ģəkildə həll olunmalıdır. 
Sual  46:  Əmr  be  mə’ruf  və  nəhy  əz  münkərdə  Allaha  yaxınlıq  məqsədi 
Ģərtdirmi? 
Cavab:  Allaha  yaxınlıq  məqsədi  Ģərt  deyil.  Amma  belə  bir  məqsəd 
olmadıqda savab verilməz.  
Sual 47: Qur’anı səhv oxuyan Ģəxsə xəbərdarlıq etmək vacibdirmi? 
Cavab: YaxĢı olar ki, xoĢ dillə xəbərdarlıq edilsin. 
CƏZALAR 
Sual  48:  Əgər  həkim  müalicədən  imtina  edirsə  və  nəticədə  xəstə 
dünyasını dəyiĢirsə, onun cəzası nədir? 
Cavab:  Həkim  cəzalandırılmalıdır.  Cəzalandırmanın  müxtəlif  növləri 
var: zindan, cərimə, iĢdən müvəqqəti və daimi məhrumluq. 
Sual 49: ġagirdi vurmaq olarmı?  
Cavab:  ġagirdi  vurmaq  caiz  deyil.  Yalnız  tərbiyə  məqsədi  ilə  və  onun 
valideynlərinin icazəsi ilə istisna var. Bizim dövrümüzdə bu iĢdən çəkinmək 
daha yaxĢıdır. 
 
 
 
 


ġəriət risaləsi 
352 
BANK 
Sual  50:  Banka  yatırılan  uzunmüddətli  və  qısamüddətli  sərmayələrin 
hökmü nədir? 
Cavab:  Əgər  bu  iĢdə  Ģər’i  ölçülər  gözlənilirsə  və  pul  sahibinin  tələbi 
olmadan bank hansısa məbləğ ödəyirsə, eybi yoxdur. 
Sual 51: Bank yatırımlarının qazancı halaldırmı? 
Cavab: ġər’i  ölçülər  gözlənilərsə və  ya  bu  ölçüləri  gözləyən  məs’ullara 
vəkillik verilərsə halaldır. 
HƏKĠMLĠK 
Sual 52: Hamiləliyin qarĢısını almağın hökmü nədir? 
Cavab:  Bu  iĢin  mühüm  zərəri  olmazsa,  kiĢi  və  qadın  daimi  olaraq 
sonsuzluğa  düçar  olmazsa,  caizdir.  Amma  hamiləliyin  qarĢısını  alarkən 
qeyri-Ģər’i qaydada baxıĢ və toxunma lazım gələrsə,  yalnız fərdi və ictimai 
zərurət olduqda caiz sayılır. 
Sual 53: Abort caiz sayılırmı? 
Cavab: Ana üçün ciddi təhlükə yarandıqda bu təhlükənin qarĢısını almaq 
üçün ilkin mərhələdə abort olar. 
Sual 54: Cinsiyyəti dəyiĢmək olarmı? 
Cavab: Cinsiyyətin dəyiĢilməsi prinsipcə qadağan deyil. Amma bu iĢdə 
Ģər’i  ölçülərə  əməl  edilməli,  qeyri-Ģəri  baxıĢ  və  toxunmaya  yol 
verilməməlidir. Bu iĢ zərurət həddində mümkündür. 
MÜXTƏLĠF MƏSƏLƏLƏR 
Sual  55:  Vergilərdən  yayınmağın,  yol  hərəkəti  qaydalarını  pozmağın, 
gömrük haqlarının azaldılmasının hökmü nədir? 
Cavab: Ġslam hökumətinin qanunlarına müxalif addım caiz deyil.  
Sual  56:  Nə  üçün  səkkizinci  imamın  dəfn  olunduğu  yer  “7-ci  qiblə” 
adlandırılır? 
Cavab:  Mə’sumlar  7  məkanda    (Mədinə,  Bəqi,  Nəcəf,  Kərbəla, 
Kazimeyn,  Samirra  və  MəĢhəd)  dəfn  olunduğundan  imam  Rizanın  (ə) 
məqbərəsi bə’ziləri tərəfindən 7-ci qiblə adlandırılmıĢdır. Əlbəttə ki, burada 
namaz qibləsi nəzərdə tutulmur. 
Sual 57: Qəsbkar Ġsraillə iqtisadi əlaqələr qurmaq olarmı? 
Cavab: Qəsbkar Ġsraili gücləndirən istənilən bir addım haramdır.  
Sual 58:  Qalstuk  və  yaxa kəpənəyindən  istifadə  etmək  olarmı?  Bir Ģəxs 
toy gecəsi qalstuk vurarsa bunun hökmü nədir? 
Cavab: Ġslama biganələrin atributlarından çəkinin. 
Sual 59: Qadınlar avtomobil sürə bilərmi? 
Cavab: Ġslami hicab qorunsa və Ģər’i ölçülər gözlənilsə eybi yoxdur. 
Sual 60: Qadınlar hərbi tə’lim keçə bilərmi? 


ġəriət risaləsi 
353 
Cavab: Bu iĢ caizdir. Bir Ģərtlə ki, günaha yol verilməsin. 
Sual 61: Xidmət haqqının hökmü nədir? 
Cavab:  Xidmət  haqqı  dedikdə  bank  iĢçilərinə  verilən  maaĢ  nəzərdə 
tutulur.  Onlar  bank  hesablarını  qoruyur  və  sair  xidmətlər  göstərirlər.  Bu 
məqsədlə müĢtəridən əlavə haqq alına bilər. 
Sual 62: Qadınlar kiĢilərin hüzurunda Qur’an oxuya bilərmi?  
Cavab: Ahənglə oxumalarına irad var. 
Sual 63: Fəsada səbəb olmasa ney çalmağın hökmü nədir? 
Cavab: EyĢ-iĢrət məclislərinə aid musiqilərin çalınması haramdır. 
Sual 64: Bir Ģəxs soyuducu satana desə ki, 100  soyuducu  alıram  və bir 
həftədən sonra pulunu verirəm, bu müamilə düzgündürmü? 
Cavab: Əgər soyuducular alıcıya verilsə, eybi yoxdur. 
Sual 65: Müxtəlif yerlərdə çəpik çalmağın hökmü nədir? 
Cavab: Çəpik çalmağın eybi yoxdur. Amma məscid və hüseyniyyə kimi 
yerlərdə bu iĢdən çəkinmək lazımdır. 
Sual 66: Rəqsin növləri haqqında açıqlama verin.  
Cavab: Yalnız qadın əri üçün oynaya bilər. Qalan rəqslərə irad var.  
Sual 67: ġahmat haqqında fikriniz nədir? 
Cavab: Əgər Ģahmat  xalqın  nəzərində  qumar  aləti halından  çıxmıĢsa  və 
idman sayılırsa eybi yoxdur.  
Sual 68: Kart oynamağın hökmü nədir? 
Cavab: Udub-uduzmaq olmadan kart oynamağın eybi yoxdur.  
Sual 69: Saqqalı qırxmaq olarmı? 
Cavab: Ehtiyat budur ki, bu iĢ görülməsin.  
Sual 70: Hansı musiqilər halal, hansılar haramdır? 
Cavab: EyĢ-iĢrət məclislərinə aid olan bütün musiqilər haramdır və qalan 
musiqilər halaldır. Halal musiqini haram musiqidən ayırmaq üçün ürf əhlinə 
müraciət olunsun.  
Sual 71: Dini hadisələrin səhnələĢdirilməsi, Ģəbihə münasibətiniz nədir? 
Cavab: Əgər Ģər’i ölçülər gözlənilsə və müqəddəsliklər təhqir olunmasa 
eybi yoxdur.  
Sual 72: Öldürülən Ģəxsə görə pul almağın hökmü nədir? 
Cavab:  Diyə  Allahın  tə’yin  etdiyi  bir  haqdır  və  onu  almaq  caizdir. 
Amma bağıĢlamaq bə’zi hallarda daha yaxĢıdır. 
Sual 73: Qeyri-müsəlman ölkələrə mühacirət və səfərin hökmü nədir? 
Cavab:  Əgər  Ģəxs  kafir  ölkələrdə  özünün  və  yoldaĢlarının  dinini 
qorumağa qadirsə və ya dini yaya biləcəksə, bu səfər caizdir. 
Sual  74:  Bir  Ģəxs  yanıb  xəstəxanaya  düĢdükdə  həkimin  səhlənkarlığı 
ucbatından dünyasını dəyiĢərsə, eləcə də, məhkəmə tibbi ekspertiza həkimin 
səhlənkarlığını təsdiqləyərsə, həkimin hökmü nədir? 
Cavab: Həkim günah etmiĢdir və cəzalandırılmalıdır. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə