ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə136/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   133   134   135   136   137   138   139   140   141

ġəriət risaləsi 
338 
5.  Hansı  zərərlər  müqabilində  sığorta  haqqının  ödənməsi.  Məsələn, 
yanğın, xəstəlik, oğurluq, ölüm və baĢqa bu kimi səbəblər; 
6. Sığortalanan Ģeyin qiymətinin tə’yini. Məsələn, evin 30 milyon və  ya 
baĢqa bir qiymətə sığortalanması. 
Məsələ  2440:  Sığorta  əqdi  siğəsini  istənilən  bir  dildə  oxumaq  olar. 
Sığorta müqaviləsi yazılıb imzalana bilər. 


ġəriət risaləsi 
339 
 
“TƏLQĠH” (QADININ MAYALANDIRILMASI) 
Məsələ  2441:Zəruri  hallarda  tibbi  vasitələrlə  kiĢinin  spermasını  onun 
zövcəsinin  bətninə  köçürmək  olar.  Amma  bu  iĢdə  müqəddimələr  Ģər’i  və 
halal olmalıdır, haramdan çəkinmək zəruridir. 
Məsələ  2442:  KiĢinin  sperması  zövcəsinin  bətninə  köçürüldüyü  zaman 
(halal və ya haram müqəddimələrlə) doğulan uĢaq halalzadə sayılır. Bu uĢaq 
həmin kiĢi və qadının uĢağıdır. Ona bütün övlad hökmləri tətbiq edilir. (Ġrs, 
nəfəqə və s.) 
Məsələ  2443:  Naməhrəm  kiĢinin  spermasını  qadının  bətninə  köçürmək 
olmaz. Bu iĢdə qadın və ya onun ərinin icazəsi Ģərt deyil. Belə bir iĢ görülsə 
və uĢaq doğulsa, iĢ Ģübhəli vəziyyətdə həyata keçmiĢsə (kiĢi güman etmiĢsə 
ki,  öz  zövcəsidir  və  qadın  güman  etmiĢsə  ki,  öz  ərinin  spermasıdır  və 
sonradan  mə’lum  olmuĢsa  ki,  belə  deyil)  uĢaq  həmin  kiĢi  və  qadınınkı 
sayılır  və  bütün  övladlıq  haqlarından  faydalanır.  Amma  bu  iĢ  bilərəkdən 
görülsə,  doğulan  uĢaq  onların  övladı  sayılmır,  irs  və  bu  kimi  haqlardan 
faydalanmır. Amma doğulan uĢaq sperma sahibi, qadın və onun yaxınları ilə 
məhrəmlik haqlarına malik olur. 
Qeyd  etmək  lazımdır  ki,baĢqa  bir  qadının  toxumluğunu  həmsərə 
köçürmənin  zərurət  halında  heç  bir  manesi  yoxdur.Zərurət  halında 
Əvəzedici  anadan  istifadə  edərək  qadın  və  kiĢinin  nütfəsini  qarĢıq 
vəziyyətdə  rəhmdən  kənarda  yerləĢdirməyin  də    manesi  yoxdur.Bu  iĢdə 
adətən Ģəri olmayan toxunma və tamas olduğu üçün  yalnız zərurət  halında 
mümkündür.  
Orqanların köçürülməsi 
Məsələ  2444:  Ürəyin,  böyrəyin,  bədən  üzvlərinin  köçürülməsi 
mümkündür.  Bu  üzvlər  diri  və  ölü  Ģəxsdən  götürülə  bilər.  Meyitin 
müsəlman və ya qeyri-müsəlman olmasının fərqi yoxdur. Amma müsəlman 
meyitin  orqanını  o  vaxt  götürmək  olar  ki,  baĢqa  bir  müsəlmanın  həyatı 
bundan  asılı  olsun.  Hər  halda  ehtiyat  vacibə  əsasən  müsəlman  meyitdən 
götürülən  üzvün  diyəsini  fiqh  kitablarında  göstərildiyi  qaydada  ödəmək 
lazımdır. 
Məsələ  2445:  Əgər  bir  Ģəxs  həyatda  olduğu  vaxt  orqanlarından  istifadə 
üçün icazə versə və ya öldükdən sonra onun qəyyumları belə bir icazə versə, 
diyə və digər hökmlər dəyiĢmir və ehtiyat vacib budur ki, istənilən bir halda 
diyə ödənsin. 
Məsələ  2446:  Sağlam  insanın  bədən  üzvünü  götürüb  baĢqa  bir  insana 
köçürmək,  məsələn,  iki  böyrəyi  olan  Ģəxsin  bir  böyrəyini  böyrəyi 
fəaliyyətdən  düĢmüĢ  insana  köçürmək  orqan  sahibinin  razılığı  ilə 
mümkündür. 
Amma 
böyrəyi 
götürülənin 
həyatı 
üçün 
təhlükə 


ġəriət risaləsi 
340 
yaranmamalıdır. Ehtiyat vacib budur ki, pul aldıqda üzvün özünə görə yox, 
onun götürülməsinə icazə müqabilində alsın.  
Məsələ 2447: Müalicə, əməliyyat və  ya həyatı qorumaq məqsədi ilə bir 
insanın qanını o birinə köçürmək olar. Bu qanın müsəlman və ya kafir, kiĢi 
və  ya  qadın  qanı  olmasının  fərqi  yoxdur.  Bu  məqsədlə  qan  alıĢ-veriĢinin 
eybi yoxdur. 
Məsələ 2448: Ölüdən və ya diridən hər hansı orqanı götürsələr və digər 
bir  Ģəxsə  köçürsələr  bu  orqan  murdar  və  meyit  sayılmır  və  onunla  namaz 
qılmaq olar.  
Məsələ 2449: Tibbi məqsədlə müsəlman meyitini bir neçə Ģərt ödəndikdə 
yarmaq olar: 
1.  Bu  iĢdə  məqsəd  müsəlmanların  qurtuluĢu  məqsədi  ilə  tibbi 
mə’lumatlar  əldə  edilməsi  olmalıdır.  Belə  ki,  meyiti  yarmadan  bu 
mə’lumatları əldə etmək mümkün olmasın; 
2. Qeyri-müsəlman meyiti əldə etmək mümkün olmasın; 
3.  Ehtiyac  həddi  ilə  kifayətlənmək  lazımdır.  Deyilən  Ģəraitdə  meyitin 
yarılması  hətta  vacibdir.  Qeyri-müsəlman  meyitini  yarmaq  üçün  isə  bu 
Ģərtlər ödənməyə də bilər. 
Məsələ  2450:  Yarılacaq  meyit  müsəlmansa  və  ona  qüsl  verilmiĢsə,  ona 
toxunmaqla  qüsl  vacib  olmaz.  BaĢqa  hallarda  hər  dəfə  ölüyə  toxunduqdan 
sonra  meyitə  toxunmaq  qüslü  vacib  olur.  Qüsl  vermək  məĢəqqətə  səbəb 
olarsa, təyəmmüm etmək olar. Amma  yarılma iĢi ətsiz sümükdə və  ya qəlb 
və beyin kimi bir orqanda aparılarsa qüslə ehtiyac yoxdur. Meyit yarılarkən 
əlcəkdən istifadə edilsə qüsl vacib olmaz. 
Məsələ  2451:  Əgər  meyitin  yarılması  Ģər’i  qaydada  yerinə  yetirilərsə 
onun diyəsi yoxdur. 


ġəriət risaləsi 
341 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÜZARIBƏ 
Məsələ  2452: 
“Müzaribə”  dedikdə  bir  fərd  və  ya  qrupun  sərmayə 
yatırması,  baĢqa  fərd  və  ya  qrupun  bu  sərmayə  ilə  iĢləməsi  nəzərdə 
tutulur. Bu iĢin gəliri müqavilə Ģərtlərinə uyğun olaraq bölünür və hər 
kəs öz payını götürür.  
 
Məsələ 2453: 
Müzaribənin qızıl və ya gümüĢ sikkələri ilə aparılması 
vacib  deyil.  Ġstənilən  bir  malla  müzaribə  etmək  olar.  Eləcə  də,  Ģərt 
deyil  ki,  ticarət  sahəsinə  sərmayə  yatırılsın.  Ġstehsal  sahələrinə  də 
sərmayə  yatırmaq  olar.  Bu  əsasla  fabrik  və  zavod  səhmlərini  alıb 
onların qazancından istifadə etmək düzgün sayılır. 
 
Məsələ  2454: 
Müzaribədə  iki  tərəfin  payı  faizlə  hesablanmaya  da 
bilər. Onlar hansısa bir miqdar müəyyənləĢdirə bilərlər. Məsələn, filan 
sərmayə  müqabilində  10  min  manat  qazanc  nəzərdə  tutula  bilər.  Bir 
Ģərtlə ki,  müzaribənin  qazancı tə’yin  olunmuĢ miqdardan artıq olsun. 
Əgər əskik olarsa, müzaribə düzgün deyil. 
 
Məsələ  2455: 
Bankların  Ģəxslərin  pulu  ilə  həyata  keçirdiyi 
müzaribədə  Ģər’i  qaydalar  gözlənilərsə  və  iĢ  təkcə  kağız  üzərində 
getməzsə, belə bir müzaribə düzgündür və onun qazancı halaldır. 
 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə