ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə132/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   128   129   130   131   132   133   134   135   ...   141

ġəriət risaləsi 
328 
Məsələ 2376: Əgər varis ata tərəfdən baba və nənə, ana tərəfdən baba və 
nənə  olsa,  mal  üç  hissəyə  bölünər,  bir  hissə  ana  tərəfdən  baba  və  nənə 
arasında bərabər bölünər, o biri iki hissə ata tərəfdən baba və nənəyə verilər. 
Baba iki pay, nənə bir pay götürər. 
Məsələ 2377: Əgər varis təkcə zövcə ya ər, ata tərəfindən baba və nənə, 
ana tərəfindən baba və nənə olarsa, zövcə və ər gələcəkdə deyiləcək Ģəkildə 
irs  götürür.  Əsas  malın  üçdə  biri  ana  tərəfindən  baba  və  nənəyə  verilir. 
Onlar  bunu  öz  aralarında  bərabər  bölürlər.  Qalan  hissə  ata  tərəfindən  baba 
və nənəyə çatır. Baba iki pay, nənə bir pay götürür. 
Məsələ 2378: Əgər varis ana tərəfindən baba və ya nənə (ya da hər ikisi), 
ana tərəfindən qardaĢlar olarsa, baba bir qardaĢ, nənə bir bacı hökmündədir. 
Onlar malı öz aralarında bərabər bölürlər. Əgər varis ata tərəfindən baba və 
nənə,  atadanbir  (ya  ata-anadanbir)  qardaĢlar olsa,  baba bir qardaĢ,  nənə  bir 
bacı  hökmündədir.  Onlar  irsi  öz  aralarında  bərabər  bölürlər.  KiĢi  iki  pay, 
qadın bir pay götürür. 
Üçüncü qrupun irsi 
Məsələ  2379:  Üçüncü  qrupa  əmi,  bibi,  dayı,  xala  və  onların  övladları 
aiddir. Birinci və ikinci qrupdan bir Ģəxs olmadıqda irs üçüncü qrupa çatır. 
Məsələ  2380:  Əgər  varis  təkcə  bir  əmi  və  ya  bir  bibi  olarsa,  ata-
anadanbir,  atadanbir  və  anadanbir  olmalarından  asılı olmayaraq,  bütün  mal 
ona çatır. Əgər bir neçə əmi və bir neçə bibi olarsa, hamısı ata-anadan və ya 
atadanbir  olduqda  mal  onlar  arasında  bərabər  bölünür.  Amma  əgər  əmi  və 
bibi hər ikisi varsa (hər biri ata-anadan və ya atadanbirsə) əmi iki pay, bibi 
bir pay götürür. 
Məsələ  2381:  Əgər  varis  anadanbir  bir  neçə  əmi  və  ya  bir  neçə  bibi 
olarsa,  mal  onlar  arasında  bərabər  bölünür.  Amma  əgər  təkcə  bir  neçə 
anadanbir  əmi  və  bibi  olarsa,  vacib  ehtiyata  əsasən,  mal  bölgüsündə 
razılaĢmalıdırlar. 
Məsələ  2382:  Əgər  varis  əmi  və  bibi  olsa,  bə’zisi  atadanbir,  bə’zisi 
anadanbir, bə’zisi ata-anadanbir olduqda, atadanbir əmi və bibi irs götürmür. 
Əgər meyitin təkcə anadanbir bir əmi və ya bir bibisi varsa, mal altı hissəyə 
bölünür, bir pay  anadanbir əmi və  ya bibiyə, qalan hissə ata-anadanbir əmi 
və bibiyə verilir. (Əmi iki pay, bibi bir pay götürür.) Əgər meyitin anadanbir 
bir neçə əmi və bibisi varsa (anadanbir iki əmi və ya iki bibi, bir əmi və bir 
bibi)  mal  üç  hissəyə  bölünür,  iki  hissə  ata-anadanbir  əmi  və  bibiyə  verilir 
(əmi bibiyə münasibətdə iki pay götürür), bir hissə anadanbir əmi və bibiyə 
çatır. Vacib ehtiyat budur ki, onlar pay bölgüsündə razılaĢsınlar. 
Məsələ 2383: Əgər varis təkcə bir dayı və ya bir xala olarsa, bütün mal 
ona    çatır.  Əgər  həm  dayı,  həm  də  xala  olarsa  (istər  ata-anadanbir,  istər 
atadanbir,  istər  anadanbir  olsun)  mal  onlar  arasında  bərabər  bölünür. 
Müstəhəb ehtiyat budur ki, bir-birləri ilə razılaĢsınlar. 


ġəriət risaləsi 
329 
Məsələ 2384: Əgər varis təkcə anadanbir dayı və ya xala, ata-anadanbir 
dayı və xala, atadanbir dayı və xalasa, atadanbir dayı və xala irs götürmür. 
Mal  altı  hissəyə  bölünür,  bir  pay  anadanbir  dayı  və  xalaya  verilir,  qalan 
hissə ata-anadanbir dayı və xalaya çatır. Onlar bu payı öz aralarında bərabər 
bölürlər. 
Məsələ 2385: Əgər varis təkcə atadanbir dayı və xala, anadanbir dayı və 
xala, ata-anadanbir dayı və xalasa, atadanbir dayı və xalaya irs düĢmür. Mal 
üç  hissəyə  bölünür,  bir  hissə  anadanbir  dayı  və  xalaya  bərabər  Ģəkildə 
bölünür, qalan hissə ata-anadanbir dayı və xalaya çatır. Onlar da bu payı öz 
aralarında bərabər bölürlər. 
Məsələ 2386: Əgər varis bir dayı və ya xala, bir əmi və ya bibi olsa, mal 
üç hissəyə bölünür, bir hissə dayı və xalaya çatır, iki hissə əmi və ya bibiyə 
verilir. 
Məsələ 2387: Əgər varis bir dayı və ya bir xala, əmi və bibi olsa, əmi və 
bibi  ata-anadan  və  ya  atadanbir  olduqda,  mal  üç  hissəyə  bölünür,  bir  hissə 
dayı  və  ya  xalaya  verilir,  qalan  iki  hissədən  iki  pay  əmiyə,  bir  pay  bibiyə 
çatır. Əgər malı doqquz paya bölsələr, üç pay dayı və  ya xalaya, dörd pay 
əmiyə, iki pay bibiyə düĢər. 
Məsələ 2388: Əgər varis anadanbir bir dayı və ya bir xala, bir əmi və ya 
bir  bibi,  ata-anadan  və  ya  atadanbir  əmi  və  bibi  olarsa,  mal  üç  hissəyə 
bölünür,  bir  hissə  dayı  və  ya  xalaya  verilir,  qalan  iki  hissənin  altıda  biri 
anadanbir  əmi  və  ya  bibiyə,  altıda  beĢi  ata-anadan  və  ya  atadanbir  əmi  və 
bibiyə verilir. Əmi bibi ilə müqayisədə iki pay götürür. 
Məsələ 2389: Əgər varis bir dayı, ya bir xala, anadanbir əmi və bibi, ata-
anadan  və  ya  atadanbir  əmi  və  bibi  olsa,  mal  üç  hissəyə  bölünür,  bir  pay 
dayı və ya xalaya çatır, qalan iki hissə üç paya bölünür. Bir pay anadanbir 
əmi və bibiyə çatır (vacib ehtiyata əsasən, öz aralarında razılıqla bölürlər), 
iki  pay  ata-anadan  və  ya  atadanbir  əmi  və  bibi  arasında  bölünür.  Əmi  iki 
pay, bibi bir pay götürür. 
Məsələ 2390: Əgər varis bir neçə dayı və  ya bir neçə xala olsa, hamısı 
ata-anadan,  ya atadan,  ya anadanbirdirlərsə, meyitin əmi və bibisi olduqda, 
mal  üç  hissəyə  bölünür.  Ġki  pay  yuxarıda  göstərildiyi  qaydada  əmi  və  bibi 
arasında bölünür. Bir pay dayılar və xalalar arasında bərabər bölünür. 
Məsələ  2391:  Əgər  varis  anadanbir  dayı  və  ya  xala,  atadanbir  və  ya 
atadanbir  bir  neçə  dayı  və  xala,  əmi  və  bibi  olsa,  mal  üç  hissəyə  bölünər, 
onun  iki  hissəsi  yuxarıda  göstərilən  qaydada  əmi  və  bibi  arasında  bölünür, 
qalan bir hissə anadanbir dayı və ya xala olduqda altı hissəyə bölünür, onun 
bir hissəsi anadanbir dayı və ya xalaya verilir, qalan hissəsi ata-anadan və ya 
atadanbir  dayı  və  xalaya  çatır.  Onlar  bunu  öz  aralarında  bərabər  bölürlər. 
Əgər anadanbir bir neçə dayı və ya bir neçə xala varsa, ya da həm anadanbir 
dayı, həm də anadanbir xala varsa, qalan bir hissə üç paya bölünür. Bir pay 
anadanbir  dayılar  və  xalalar  arasında  bərabər  bölünür,  qalan  hissə  ata-


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə