ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə129/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   125   126   127   128   129   130   131   132   ...   141

ġəriət risaləsi 
320 
Qeyd  edilən  qaydalar  məsləhət  əsasında  təĢkil  olunmuĢ,  amma  hələ  ki, 
rəsmən qeydiyyata alınmamıĢ müəssisələrə də aiddir.
 


ġəriət risaləsi 
321 
 
VƏSĠYYƏT 
Məsələ  2323:  Vəsiyyət  dedikdə  insanın  öz  ölümündən  sonra  müəyyən 
iĢlərin  görülməsini  tapĢırması  nəzərdə  tutulur.  Belə  vəsiyyət  “əhdiyyə” 
adlanır. Kəfən, dəfn yeri və mərasimlərlə bağlı vəsiyyət bu qəbiləndir. Ya da 
deyə bilər ki, onun ölümündən sonra malından nəyisə, kiminsə mülkiyyətinə 
versinlər. Övladı üçün qəyyum da müəyyənləĢdirə bilər. 
Məsələ  2324:  Vəsiyyət  etmək  istəyən  kəs  söz  və  ya  yazı  ilə  məqsədini 
açıqlaya bilər. DanıĢmağa və ya yazmağa qadir olmasa, məqsədini iĢarə ilə 
çatdırmaqla vəsiyyət edə bilər. 
Məsələ  2325:  Vəsiyyətdən  əlavə  bütün  müamilələri  bu  günki  qaydada 
yazıb  imzalaya  bilər.  Amma  evlənmək  və  boĢanmada  yazmaqla 
kifayətlənmək iradlıdır. 
Vəsiyyət edənin Ģərtləri 
Məsələ  2326:  Vəsiyyət  edən  Ģəxs  büluğ  həddinə  çatmıĢ  və  ağıllı 
olmalıdır.  YaxĢını  pisdən  seçə  bilən  on  yaĢlı  uĢaq  məscid,  mədrəsə  və 
xəstəxana tikintisi, eləcə də qohumları üçün münasib və ağılabatan vəsiyyət 
etsə  düzgündür.  Vəsiyyət  edən  Ģəxs  səfeh  olmamalıdır.  ġər’i  hakimin 
qadağa  qoyduğu  maldan  vəsiyyət  etmək  olmaz.  ġəxs  məqsədli  və  azad 
Ģəkildə vəsiyyət etməlidir. 
Vəsiyyətin hökmləri 
Məsələ 2327:  Bir Ģəxs intihar məqsədi ilə özünü  yaralasa və  ya zəhərli 
maddə  içsə,  mal-mülkü  ilə  bağlı  vəsiyyət  edib  öldükdə  onun  vəsiyyəti 
düzgün sayılmır. 
Məsələ 2328: Bir Ģəxs vəsiyyət etsə ki, malından kiməsə nə isə verilsin, 
ölümündən  sonra  nəzərdə  tutulan  mal  həmin  Ģəxsə  məxsus  olur.  Belə  bir 
vəsiyyətin  qəbul  edilməsinə  ehtiyac  yoxdur.  Amma  vəsiyyət  edən  Ģəxs 
həyatda  olduğu  vaxt  qarĢı  tərəf  vəsiyyəti  rədd  edərsə,  ehtiyat  budur  ki, 
həmin maldan öz mülkü kimi istifadə etməsin. 
Məsələ  2329:  Özündə  ölüm  əlamətlərini  görən  Ģəxs  dərhal  xalqın 
əmanətlərini  sahibinə  qaytarmalıdır.  Əgər  borc  vaxtı  çatmıĢsa,  borcunu 
ödəməli, borcu ödəmək vaxtı çatmamıĢsa bu barədə vəsiyyət etməlidir. Əgər 
vəsiyyətinə əməl edəcəyinə əmin deyilsə, Ģahid tutmalıdır. Amma vərəsənin 
borcu ödəyəcəyinə əmin olduqda vəsiyyət etmək lazım deyil. 
Məsələ 2330: Özündə ölüm niĢanələri görən Ģəxs dərhal xüms və zəkat 
kimi  borclarını  ödəməlidir.  Ödəyə  bilməsə  öz  malından  və  ya  öz  malı 
olmadıqda  yaxınları  tərəfindən  borcun  ödənməsi  ilə  bağlı  vəsiyyət  edir. 
Əgər  öhdəsində  vacib  Həcc,  qəza  namazı  və  orucu  varsa,  vacib  ehtiyata 


ġəriət risaləsi 
322 
əsasən,  bu  barədə  vəsiyyət  etməlidir.  (Bu  barədə  icarə  namazı  və  orucu 
haqqında danıĢılarkən açıqlama verildi.) 
Məsələ 2331: Özündə ölüm niĢanələri görən Ģəxsin kimdəsə malı olarsa 
və  ya  haradasa  bir  Ģey  gizlədərsə,  bundan  xəbərsiz  vərəsələrin  haqqının 
tapdanmaması  üçün  bu  barədə  mə’lumat  verməlidir.  Əgər  sağır  övladları 
qalarsa, 
onların  haqqının  pozulmaması  üçün  e’tibarlı  qəyyum 
müəyyənləĢdirməlidir. 
Məsələ 2332: Vəsiyyət edilən Ģəxs “vəsiyy” adlanır. Ġnsan vacib ehtiyata 
əsasən  müsəlman,  büluğ  həddinə  çatmıĢ,  ağıllı  və  e’tibarlı  Ģəxsə  vəsiyyət 
etməlidir. 
Məsələ 2333: Bir Ģəxs özünə bir neçə vəsiyy müəyyənləĢdirərsə, onların 
hər birinə müstəqil ixtiyar verildikdə vəsiyyətin yerinə yetirilməsi üçün bir-
birlərindən icazə almaları vacib deyil. Əgər belə bir icazə olmazsa (vəsiyyət 
edərsə ki, bütün vəsilər birlikdə əməl etsin) vəsiyyətin yerinə yetirilməsində 
vəsilər  bir-birləri  ilə  razılaĢmalıdır.  Bir  araya  gələ  bilmədikdə  vəsiyyətin 
yubanmaması üçün Ģər’i hakimə müraciət edilir. 
Məsələ  2334:  Ġnsan  öz  vəsiyyətini  dəyiĢərsə  (məsələn,  əvvəlcə  malının 
üçdə birini kiməsə vəsiyyət edir, sonra fikrindən daĢınır) vəsiyyət batil olur. 
Eləcə  də,  vəsiyyətində  öz  sağır  övladına  qəyyum  tə’yin  edib,  sonra  fikrini 
dəyiĢərsə, vəsiyyəti batildir. Vəsiyyət  edən Ģəxs vəsiyyət etdiyi malla bağlı 
elə bir iĢ görərsə ki, vəsiyyətini dəyiĢdiyi mə’lum olsun (məsələn, vəsiyyət 
etdiyi evi satır) öncəki vəsiyyət batildir. 
Məsələ  2335:  Əgər  əvvəlcə  bir  Ģeyi  müəyyən  Ģəxsə  vermək  vəsiyyət 
edilərsə, sonradan həmin Ģeyin  yarısının  baĢqa  bir  Ģəxsə  verilməsi vəsiyyət 
olunarsa,  nəzərdə  tutulan  Ģey  iki  hissəyə  bölünməli  və  hər  tərəfə  yarısı 
verilməlidir. 
Məsələ  2336:Sonradan  həmin  xəstəlikdən  dünyadan  gedən  insan  ölüm 
xəstəliyi  zamanı  və  huĢu  tamamıyla  yerində  olduğu  halda  malının  bir 
hissəsini  bir  Ģəxsə  bağıĢlasa  və  təhvil  versə  və  yaxud  ticarətində  müĢtəri 
üçün  xırda  və  ya  kalan  küzəĢtlər  etsə  səhihdir.Baxmayaraq  ki,nəzərdə 
tutulan  ümumi  miqdar  malın  üçdə  birindən  çox  olarsa,ehtiyat  müstəhəb 
vərəsəylə razılaĢmasıdır. 
Məsələ  2337:  Bir  Ģəxs  vəsiyyət  etsə  ki,  malının  üçdə  birini  saxlayıb 
ondan gələn gəliri bir yerə sərf etsinlər, bu vəsiyyətə əməl olunmalıdır. 
Məsələ  2338:  Bir  Ģəxs  ölüm  xəstəliyində  ikən  bir  Ģəxsə  müəyyən 
miqdarda  borclu  olduğunu  desə,  vərəsələrə  zərər  vurmaqda  ittiham 
olunduğu  vaxt  həmin  miqdar  malının  üçdə  birindən  hesablanmalıdır.  Belə 
bir ittiham olmazsa, həmin miqdar malın özündən çıxılır. 
Məsələ 2339: Malın vəsiyyət olunduğu Ģəxs həyatda olmalıdır. Sonradan 
dünyaya gələcək uĢağa vəsiyyət etmək nöqsanlıdır və ehtiyat vacib budur ki, 
vərəsədən  icazə  alınsın.  Amma  ana  bətnində  olan  körpəyə  vəsiyyət  edilsə, 
belə bir vəsiyyət düzgündür. Bətndəki körpəyə ruh daxil olmasa da belədir. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə