ġəriət risaləsi
53
vacib ehtiyata əsasən, namaz və bu kimi ibadətlər üçün həm qüsl lazımdır,
həm də dəstəmaz. Amma bu iĢdən öncə dəstəmazı olarsa təkcə qüsl bəs
edər.
Məsələ 367: Əgər sperma yerindən hərəkət edərsə amma onun qarĢısı
alınarsa və ya hər hansı bir səbəbdən xaric olmazsa, qüsl vacib deyil.
Spermanın xaric olub-olmadığına Ģübhə ediləndə də qüsl vacib olmur.
Məsələ 368: Bir Ģəxsin qüsl üçün suyu yoxdursa, zövcəsi ilə yaxınlıq edə
bilər və bu iĢ üçün təyəmmüm kifayat edir. Bu iĢin namaz vaxtından öncə
və ya sonra olmasının fərqi yoxdur.
Məsələ 369: Ġnsan öz libasında sperma görərsə və əmin olarsa ki, bu
onun öz spermasıdır, qüsl verməlidir. Ġnsan hansı namazları cənabət halda
qıldığına əmindirsə, onları təzələməlidir. ġübhəli namazları təzələməyə
ehtiyac yoxdur.
Cənabətli Ģəxsə haram olan iĢlər
Məsələ 370: BeĢ iĢ cənabətli Ģəxsə haramdır:
1. Qur’an xəttinə, Allahın adına, vacib ehtiyata əsasən peyğəmbərlərin və
imamların adına əl vurmaq (dəstəmaz haqqında danıĢılarkən qeyd olunduğu
kimi);
2. Hətta bir qapıdan daxil olub o birindən çıxdıqda, Məscidül-Həram və
Məscidün-Nəbiyyə daxil olmaq;
3. Digər məscidlərdə dayanmaq. Amma bir qapıdan daxil olub, o
birisindən çıxdıqda eybi yoxdur. Məsciddən bir Ģeyi götürmək üçün də
oraya daxil olmaq mümkündür. Vacib ehtiyata əsasən, mə’sum imamların
hərəmində də dayanmaq olmaz;
4. Məscidə bir Ģey qoymaq üçün oraya daxil olmaq;
5. Səcdəli ayələrdən birini oxumaq. Amma səcdə ayəsi olan surələrdə
səcdə ayəsindən baĢqa digər ayələri oxumaq olar.
Məsələ 371: Vacib səcdəsi olan dörd surə var: 32-ci surə: “Əlif, lam
mim, səcdə”, 41-ci surə: “Ha, mim, səcdə”, 53-cü surə: “Ən-nəcm”, 96-cı
surə: “Ġqrə”.
Cənabətli Ģəxsə məkruh olan iĢlər
Məsələ 372: Cənabətli Ģəxs üçün bir neçə iĢ məkruhdur, yə’ni bu iĢləri
tərk etmək yaxĢıdır:
1, 2. Yemək və içmək; dəstəmaz alınsa bu iĢlər məkruh olmaz;
ġəriət risaləsi
54
3. Qur’ani-kərimdən yeddi ayədən artıq ayə oxumaq. Vacib səcdəsi
olmayan surələrdən də yeddi ayədən artıq oxumaq məkruhdur;
4. Bədənin Qur’an cildinə, onun haĢiyəsinə, sətirlərinin arasına toxunmaq
və Qur’an gəzdirmək;
5. Dəstəmazsız yatmaq;
6. Saçlara həna qoymaq və bu kimi iĢlər;
7. Bədənə yağ və krem çəkmək;
8. Sperma xaric olduqdan (“möhtəlim”) sonra cinsi yaxınlıq etmək.
Məsələ_384'>Məsələ_373'>Cənabət qüslünün hökmləri
Məsələ 373: Paklanmaq məqsədi ilə cənabət qüslü vermək müstəhəbdir.
Amma namaz və bu kimi ibadətlər üçün qüsl vermək vacibdir. Meyyit
namazı, Ģükür səcdəsi, baĢqasından səcdə ayəsi eĢitdikdə səcdə etmək üçün
cənabət qüslü vermək vacib deyil. Bu iĢləri cənabət halında da görmək olar.
Amma yaxĢı olar ki, meyyit namazı, Ģükür səcdəsi və bu kimi iĢlər üçün
qüsl verilsin.
Məsələ 374: Qüsldə vacib və ya müstəhəb qüsül niyyət etmək zəruri
deyil. Ġnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu iĢi görürsə bəs
edir.
Məsələ 375: Əgər insan əmin olsa ki, namazın vaxtı daxil olub və vacib
qüsl niyyət etsə, sonradan mə’um olsa ki, namaz vaxtı çatmayıbmıĢ, onun
qüslü düzgündür. Vacib namaz niyyəti ilə qüsl verdikdən sonra vaxtın
ötdüyü bilinərsə qüsl düzgündür.
Qüslün qisimləri və hökmləri
Məsələ 376: Ġstər vacib, istər müstəhəb qüslü iki Ģəkildə yerinə yetirmək
olar: Tərtibi Ģəkildə və irtimasi Ģəkildə.
Məsələ 377: Tərtibi qüsl bu Ģəkildə yerinə yetirilir: Niyyətdən sonra baĢ
və boyun yuyulur, sonra sağ və daha sonra sol tərəf yuyulur.Qüsul zamanı
bu tərtibə əməl etmək vacib yox müstəhəbdir.
Məsələ 378:Ehtiyat müstəhəb budur ki,göbəyi və ayıb yeri həm sağ, həm
də sol tərəflə tam Ģəkildə yusun.
Məsələ 379: Hər üç tərəfə, yə’ni baĢ və boyuna, sağ tərəfə və sol tərəfə
tam qüsl verildiyinə əmin olmaq üçün hər tərəfi yuyarkən o biri tərəfin də
bir hissəsi yuyulur. Müstəhəb ehtiyat budur ki, boyunun sağ hissəsi bədənin
sağ tərəfi, sol hissəsi bədənin sol tərəfi ilə də yuyulsun.
Məsələ 380: Ġnsan qüsüldən sonra baĢa düĢsə ki, bədəninin bir hissəsini
yumayıb həmin hissəni qüsul niyyəti ilə yuması kifayət edər.Bu zaman onun
qüulu səhihdir.
Məsələ 381: Qüsül tamamlandıqdan sonra Ģəkk yaranarsa ki, üzvlər
düzgün yuyulub, yoxsa yox, bu Ģəkkə e’tina edilmir.
ġəriət risaləsi
55
Məsələ 382: Ġrtimasi qüsl verərkən niyyətdən sonra bütün bədən bir dəfə
və ya tədricən suya batırılır. Bu iĢi həm hovuz və ya gölməçədə həm də
bədəni bir dəfəyə bürüyən Ģəlalə altında görmək olar. Amma adi duĢ altında
irtimasi qüsl vermək mümkün deyil.
Məsələ 383: Bədənin bir hissəsi sudan kənarda olan vaxt irtimasi qüsül
niyyət edilsə və insan suya daxil olsa bəs edər. Amma bütün bədən suda
olduğu vaxt qüsl niyyəti ilə bədənin tərpədilməsinə irad var.
Məsələ 384: Əgər irtimasi qüsüldən sonra mə’lum olsa ki, bədənin bir
hissəsi yuyulmayıb, yenidən qüsl vermək lazımdır.
Məsələ 385: Ġrtimasi qüsüldə ayaqların da altının islanması üçün onları
yerdən qaldırmaq lazımdır.
Məsələ 386: Tərtibi qüsl üçün vaxt olmadıqda və irtimasi qüsl verməyə
imkan olduqda, irtimasi qüsl vermək vacibdir.
Məsələ 387: Vacib ehtiyat budur ki, vacib oruc tutmuĢ, həcc və ümrə
üçün ehram bağlamıĢ Ģəxs irtimasi qüsl verməsin, baĢını suya batırmasın.
Əgər unudaraq irtimasi qüslü verərsə, qüslü düzgündür. Bu halda irtimasi
qüslün oruc və ehrama zərəri yoxdur.
Məsələ 388: Tərtibi qüsüldə üç dəfə suya batmaq olar. Birinci dəfə baĢ
və boyuna qüsül vermək niyyəti ilə, ikinci dəfə sağ tərəfə qüsl vermək
niyyəti ilə üçüncü dəfə sol tərəfə qüsl vermək niyyəti ilə suya batmaq
düzgündür.
Məsələ 389: Ġrtimasi qüsüldə bədən tamamilə pak olmalıdır. (Vacib
ehtiyata əsasən). Tərtibi qüsldə isə bütün bədənin pak olması vacib deyil.
Tərtibi qüsl zamanı hər üzvə qüsl verməzdən öncə həmin üzv paklanarsa bəs
edər.
Məsələ 390: Öncə qeyd etdik ki, haram yolla cünub olmuĢ Ģəxsin təri
murdar deyil. Belə bir Ģəxs isti su ilə qüsl verə bilər. Amma daha yaxĢı olar
ki, onu tərlətməyəcək ilıq su ilə qüsl versin.
Məsələ 391: Əgər bədənin az bir hissəsi yuyulmamıĢ qalarsa hər zaman
yadına düĢsə o hissəni qüsul niyyəti ilə yusun əks təqdirdə qüsl batildir.
Amma qulaq, burun və gözün içi kimi daxili fəzaları yumaq lazım deyil.
Məsələ 392: Qüsl verərkən suyun bədənə çatmasına mane olan hər Ģey
təmizlənməlidir. Əgər ağlabatan Ģəkildə belə bir Ģeyin olması ehtimal
edilərsə, araĢdırma aparıb arxayın olmaq lazımdır.
Məsələ 393: Bədəndən sayılan qısa tükləri yumaq lazımdır. Vacib
ehtiyata əsasən, uzun tükləri və onların altını da yumaq lazımdır.
Məsələ 394: Dəstəmaz suyunun pak olması kimi Ģərtlər qüsüldə də öz
gücündə qalır. Amma qüsüldə bədəni yuxarıdan aĢağıya yumaq vacib deyil.
Tərtibi qüsüldə bədən üzvlərinin yuyulması arasında fasilə də buraxıla bilər.
Amma ehtiyata əsasən sidik və nəcisini saxlaya bilməyən Ģəxs ardıcıl qüsl
verib dərhal namaz qılmalıdır. Ġstihazə halında olan qadın da belədir.
Dostları ilə paylaş: |