ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə22/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   18   19   20   21   22   23   24   25   ...   141

ġəriət risaləsi 
53 
vacib  ehtiyata  əsasən,  namaz  və  bu  kimi ibadətlər  üçün həm  qüsl  lazımdır, 
həm  də  dəstəmaz.  Amma  bu  iĢdən  öncə  dəstəmazı  olarsa  təkcə  qüsl  bəs 
edər. 
Məsələ  367:  Əgər  sperma  yerindən  hərəkət  edərsə  amma  onun  qarĢısı 
alınarsa  və  ya  hər  hansı  bir  səbəbdən  xaric  olmazsa,  qüsl  vacib  deyil. 
Spermanın xaric olub-olmadığına Ģübhə ediləndə də qüsl vacib olmur. 
Məsələ 368: Bir Ģəxsin qüsl üçün suyu yoxdursa, zövcəsi ilə yaxınlıq edə 
bilər və bu iĢ üçün təyəmmüm kifayat edir. Bu iĢin namaz vaxtından öncə 
və ya sonra olmasının fərqi yoxdur. 
Məsələ  369:  Ġnsan  öz  libasında  sperma  görərsə  və  əmin  olarsa  ki,  bu 
onun  öz  spermasıdır,  qüsl  verməlidir.  Ġnsan  hansı  namazları  cənabət  halda 
qıldığına  əmindirsə,  onları  təzələməlidir.  ġübhəli  namazları  təzələməyə 
ehtiyac yoxdur. 
 
 
 
 
 
 
Cənabətli Ģəxsə haram olan iĢlər 
Məsələ 370: BeĢ iĢ cənabətli Ģəxsə haramdır: 
1. Qur’an xəttinə, Allahın adına, vacib ehtiyata əsasən peyğəmbərlərin və 
imamların adına əl vurmaq (dəstəmaz haqqında danıĢılarkən qeyd olunduğu 
kimi); 
2. Hətta bir qapıdan daxil olub o birindən çıxdıqda, Məscidül-Həram və 
Məscidün-Nəbiyyə daxil olmaq; 
3.  Digər  məscidlərdə  dayanmaq.  Amma  bir  qapıdan  daxil  olub,  o 
birisindən  çıxdıqda  eybi  yoxdur.  Məsciddən  bir  Ģeyi  götürmək  üçün  də 
oraya  daxil  olmaq  mümkündür.  Vacib  ehtiyata  əsasən,  mə’sum  imamların 
hərəmində də dayanmaq olmaz; 
4. Məscidə bir Ģey qoymaq üçün oraya daxil olmaq; 
5.  Səcdəli  ayələrdən  birini  oxumaq.  Amma  səcdə  ayəsi  olan  surələrdə 
səcdə ayəsindən baĢqa digər ayələri  oxumaq olar. 
Məsələ  371:  Vacib  səcdəsi  olan  dörd  surə  var:  32-ci  surə:  “Əlif,  lam 
mim,  səcdə”,  41-ci  surə:  “Ha,  mim,  səcdə”,  53-cü  surə:  “Ən-nəcm”,  96-cı 
surə: “Ġqrə”. 
Cənabətli Ģəxsə məkruh olan iĢlər 
Məsələ 372: Cənabətli Ģəxs  üçün bir neçə iĢ məkruhdur,  yə’ni bu iĢləri 
tərk etmək yaxĢıdır: 
1, 2. Yemək və içmək; dəstəmaz alınsa bu iĢlər məkruh olmaz; 


ġəriət risaləsi 
54 
3.  Qur’ani-kərimdən  yeddi  ayədən  artıq  ayə  oxumaq.  Vacib  səcdəsi 
olmayan surələrdən də yeddi ayədən artıq oxumaq məkruhdur; 
4. Bədənin Qur’an cildinə, onun haĢiyəsinə, sətirlərinin arasına toxunmaq 
və Qur’an gəzdirmək; 
5. Dəstəmazsız yatmaq; 
6. Saçlara həna qoymaq və bu kimi iĢlər; 
7. Bədənə yağ və krem çəkmək; 
8. Sperma xaric olduqdan (“möhtəlim”) sonra cinsi yaxınlıq etmək. 
Məsələ_384'>Məsələ_373'>Cənabət qüslünün hökmləri 
Məsələ 373: Paklanmaq məqsədi ilə cənabət qüslü vermək müstəhəbdir. 
Amma  namaz  və  bu  kimi  ibadətlər  üçün  qüsl  vermək  vacibdir.  Meyyit 
namazı, Ģükür səcdəsi, baĢqasından səcdə ayəsi eĢitdikdə səcdə etmək üçün 
cənabət qüslü vermək vacib deyil. Bu iĢləri cənabət halında da görmək olar. 
Amma  yaxĢı  olar  ki,  meyyit  namazı,  Ģükür  səcdəsi  və  bu  kimi  iĢlər  üçün 
qüsl verilsin. 
Məsələ  374:  Qüsldə  vacib  və  ya  müstəhəb  qüsül  niyyət  etmək  zəruri 
deyil.  Ġnsan  Allahın  əmrini  yerinə  yetirmək  məqsədi  ilə  bu  iĢi  görürsə  bəs 
edir. 
Məsələ 375: Əgər insan əmin olsa ki, namazın vaxtı daxil olub və vacib 
qüsl  niyyət  etsə,  sonradan  mə’um  olsa  ki,  namaz  vaxtı  çatmayıbmıĢ,  onun 
qüslü  düzgündür.  Vacib  namaz  niyyəti  ilə  qüsl  verdikdən  sonra  vaxtın 
ötdüyü  bilinərsə qüsl düzgündür. 
Qüslün qisimləri və hökmləri 
Məsələ 376: Ġstər vacib, istər müstəhəb qüslü iki Ģəkildə yerinə yetirmək 
olar: Tərtibi Ģəkildə və irtimasi Ģəkildə. 
Məsələ 377: Tərtibi qüsl bu Ģəkildə yerinə yetirilir: Niyyətdən sonra baĢ 
və boyun  yuyulur, sonra sağ və daha sonra sol tərəf yuyulur.Qüsul zamanı 
bu tərtibə əməl etmək vacib yox müstəhəbdir.  
Məsələ 378:Ehtiyat müstəhəb budur ki,göbəyi və ayıb yeri həm sağ, həm 
də sol tərəflə tam Ģəkildə yusun. 
Məsələ 379: Hər üç tərəfə, yə’ni baĢ və boyuna, sağ tərəfə və sol tərəfə 
tam  qüsl  verildiyinə  əmin  olmaq  üçün  hər  tərəfi  yuyarkən  o  biri  tərəfin  də 
bir hissəsi yuyulur. Müstəhəb ehtiyat budur ki, boyunun sağ hissəsi bədənin 
sağ tərəfi, sol hissəsi bədənin sol tərəfi ilə də yuyulsun. 
Məsələ 380: Ġnsan qüsüldən sonra baĢa düĢsə ki, bədəninin bir hissəsini 
yumayıb həmin hissəni qüsul niyyəti ilə yuması kifayət edər.Bu zaman onun 
qüulu səhihdir.  
Məsələ  381:  Qüsül  tamamlandıqdan  sonra  Ģəkk  yaranarsa  ki,  üzvlər 
düzgün yuyulub, yoxsa yox, bu Ģəkkə e’tina edilmir. 


ġəriət risaləsi 
55 
Məsələ 382: Ġrtimasi qüsl verərkən niyyətdən sonra bütün bədən bir dəfə 
və  ya  tədricən  suya  batırılır.  Bu  iĢi  həm  hovuz  və  ya  gölməçədə  həm  də 
bədəni bir dəfəyə bürüyən Ģəlalə altında görmək olar. Amma adi duĢ altında 
irtimasi qüsl vermək mümkün deyil. 
Məsələ 383: Bədənin bir hissəsi sudan kənarda olan vaxt irtimasi qüsül 
niyyət  edilsə  və  insan  suya  daxil  olsa  bəs  edər.  Amma  bütün  bədən  suda 
olduğu vaxt qüsl niyyəti ilə bədənin tərpədilməsinə irad var. 
Məsələ  384:  Əgər  irtimasi  qüsüldən  sonra  mə’lum  olsa  ki,  bədənin  bir 
hissəsi yuyulmayıb, yenidən qüsl vermək lazımdır. 
Məsələ  385:  Ġrtimasi  qüsüldə  ayaqların  da  altının  islanması  üçün  onları 
yerdən qaldırmaq lazımdır. 
Məsələ 386: Tərtibi qüsl üçün vaxt olmadıqda və irtimasi qüsl verməyə 
imkan olduqda, irtimasi qüsl vermək vacibdir. 
Məsələ  387:  Vacib  ehtiyat  budur  ki,  vacib  oruc  tutmuĢ,  həcc  və  ümrə 
üçün  ehram  bağlamıĢ  Ģəxs  irtimasi  qüsl  verməsin,  baĢını  suya  batırmasın. 
Əgər  unudaraq  irtimasi  qüslü  verərsə,  qüslü  düzgündür.  Bu  halda  irtimasi 
qüslün oruc və ehrama zərəri yoxdur. 
Məsələ 388: Tərtibi qüsüldə üç dəfə suya batmaq olar. Birinci dəfə baĢ 
və  boyuna  qüsül  vermək  niyyəti  ilə,  ikinci  dəfə  sağ  tərəfə  qüsl  vermək 
niyyəti  ilə  üçüncü  dəfə  sol  tərəfə  qüsl  vermək  niyyəti  ilə  suya  batmaq 
düzgündür. 
Məsələ  389:  Ġrtimasi  qüsüldə  bədən  tamamilə    pak  olmalıdır.  (Vacib 
ehtiyata  əsasən).  Tərtibi  qüsldə  isə  bütün  bədənin  pak  olması  vacib  deyil. 
Tərtibi qüsl zamanı hər üzvə qüsl verməzdən öncə həmin üzv paklanarsa bəs 
edər. 
Məsələ  390:  Öncə  qeyd  etdik  ki,  haram  yolla  cünub  olmuĢ  Ģəxsin  təri 
murdar deyil. Belə bir Ģəxs isti su ilə qüsl verə bilər. Amma daha yaxĢı olar 
ki, onu tərlətməyəcək ilıq su ilə qüsl versin. 
Məsələ 391: Əgər bədənin az bir hissəsi yuyulmamıĢ qalarsa hər zaman 
yadına  düĢsə      o  hissəni  qüsul  niyyəti  ilə  yusun  əks  təqdirdə  qüsl  batildir. 
Amma qulaq, burun və gözün içi kimi daxili fəzaları yumaq lazım deyil. 
Məsələ  392:  Qüsl  verərkən  suyun  bədənə  çatmasına  mane  olan  hər  Ģey 
təmizlənməlidir.  Əgər  ağlabatan  Ģəkildə  belə  bir  Ģeyin  olması  ehtimal 
edilərsə, araĢdırma aparıb arxayın  olmaq lazımdır. 
Məsələ  393:  Bədəndən  sayılan  qısa  tükləri  yumaq  lazımdır.  Vacib 
ehtiyata əsasən, uzun tükləri və onların altını da yumaq lazımdır. 
Məsələ  394:  Dəstəmaz  suyunun  pak  olması  kimi  Ģərtlər  qüsüldə  də  öz 
gücündə qalır. Amma qüsüldə bədəni yuxarıdan aĢağıya yumaq vacib deyil. 
Tərtibi qüsüldə bədən üzvlərinin yuyulması arasında fasilə də buraxıla bilər. 
Amma  ehtiyata  əsasən  sidik  və  nəcisini  saxlaya  bilməyən  Ģəxs  ardıcıl  qüsl 
verib dərhal namaz qılmalıdır. Ġstihazə halında olan qadın da belədir. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə