ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə25/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   21   22   23   24   25   26   27   28   ...   141

ġəriət risaləsi 
60 
1.  Namaz,  oruc,  Allah  evinin  təvafı  kimi  dəstəmaz,  qüsl  və  ya 
təyəmmümlə icra olunan bütün ibadətlər. Amma meyyit namazı kimi paklıq 
tələb etməyən ibadətləri yerinə yetirə bilər. 
2.Cənabətli insana haram olan bütün iĢlər. 
3. Cinsi yaxınlıq etmək. Bu iĢ həm kiĢi, həm də qadın üçün haramdır. 
4.Heyizli halda təlaq (boĢanmaq) batildir. 
Məsələ_444'>Məsələ_442'>Məsələ_440'>Məsələ  439:Heyz  halında  yaxınlıq  etmək  həm  kiĢi  həm  də  qadına 
haramdır.Əgər kiĢi öz qadını ilə heyz halında yaxınlıq edərsə, müstəhəbdir 
ki, kəffarə versin. Kəffarə miqdarı heyiz günlərinin birinci üçdə birində bir 
misqal  qızıl  və  ya  onun  qiyməti,  ikinci  üçdə  birində  yarım  misqal  qızıl, 
üçüncü üçdə birində dörddə bir misqal qızıldır. Əgər aybaĢı altı gün çəkərsə, 
onun  ilk  iki  günündə  bir  misqal,  ikinci  iki  günündə  yarım  misqal,  son  iki 
günündə dörddə bir misqal kəffarə verilir.  
Məsələ  440:  Əgər  qızılın  dəyərini  ödəmək  istəsə,  günün  qiymətini  əsas 
götürməlidir. 
Məsələ 441: Heyiz halında olan zövcə ilə mazaqlaĢmaq haram deyil və 
bu iĢin kəffarəsi yoxdur. 
Məsələ 442: Əgər yaxınlığı təkrarlasa, müstəhəbdir ki, kəffarəni də təkrar 
ödəsin. 
Məsələ 443: Əgər kiĢi yaxınlıq zamanı qadının haiz olduğunu baĢa düĢsə, 
dərhal  ondan  ayrılmalıdır.  Əgər  ayrılmasa,  günaha  yol  verib  və  müstəhəb 
ehtiyata əsasən, kəffarə  ödəməlidir. 
Məsələ  444:  Əgər  kiĢi  heyizli  qadınla  zina  etsə  və  ya  heyizli  qadını  öz 
zövcəsi bilib onunla yaxınlaĢsa, ehtiyata əsasən kəffarə verməlidir. 
Məsələ 445: Kəffarə ödəyə bilməyən Ģəxs yaxĢı olar, sədəqə versin. Əgər 
sədəqə də verə bilməsə günahına görə tövbə etməlidir. 
Məsələ  446:  Qadın  heyizli  olduğunu  və  ya  heyizdən  paklandığını  desə, 
onun sözü qəbuldur. Amma Ģübhə yaransa onun sözü qəbul edilməyə bilər. 
Məsələ 447: Əgər qadın namaz gediĢində heyiz  olsa namazı batildir. O 
namazını davam etdirməməlidir. Amma heyiz olub-olmadığına Ģübhələnsə, 
namazı düzgündür. 
Məsələ  448:  Qadın  heyizdən  paklansa,  ibadətləri  yerinə  yetirmək  üçün 
qüsül verməlidir. Əgər su əldə edə bilməsə təyəmmüm etsin. Heyiz qüslü də 
cənabət  qüslü  kimidir.  Ondan  sonra  namaz  üçün  dəstəmaz  almaq  lazım 
deyil.  Amma  müstəhəb  ehtiyat  budur  ki, dəstəmaz  da  alsın  (qüsüldən  öncə 
və ya sonra olmasının fərqi yoxdur.) 
Məsələ  449:  Qadın  heyiz  qanından  paklandıqdan  sonra  onun  talaqı 
düzdür.  Əri  də  onunla  yaxınlıq  edə  bilər.  Qüsül  verməmiĢdən  öncə  də 
yaxınlıq  etmək  mümkündür.  Amma  müstəhəb  ehtiyat  budur  ki,  qüsüldən 
öncə  yaxınlıq  olmasın.  Amma  məsciddə  dayanmaq,  Qur’an  xəttinə 
toxunmaq  kimi  heyizə  haram  olan  iĢlər  qüsül  verənədək  vacib  ehtiyata 
əsasən, halal olmur. 


ġəriət risaləsi 
61 
Məsələ 450: Qadının heyiz zamanı qılmadığı namazların qəzası yoxdur. 
Amma vacib orucların qəzası tutulmalıdır. 
Məsələ  451:  Namaz  vaxtı  daxil  olduqdan  sonra  qadın  bilsə  və  yaxud 
güman etsə ki, namazı tə’xirə salsa heyiz olacaq, dərhal namazını qılmalıdır. 
Məsələ  452:  Əgər  qadın  namazın  ilk  vaxtında  bir  namazı  qılmaq 
həddində  pak  olsa  və  həmin  namazı  qılmayıb  heyiz  olsa,  həmin  namazın 
sonradan qəzasını yerinə yetirməlidir. Bu iĢdə hər kəs öz vəziyyətini nəzərə 
almalıdır.  Məsələn,  müsafir  Ģəxs  iki  rəkət  həddində,  müsafir  sayılmayan 
Ģəxs  dörd  rəkət  həddində,  dəstəmazı  olmayan  Ģəxs  həm  də  dəstəmaz  üçün 
vaxt nəzərdə tutmalıdır. Yalnız namaz üçün vaxt qaldıqda libas və bədəni də 
paklamaq lazımdırsa həmin namazın qəzasını yerinə yetirmək ehtiyat vacib 
namazı qəza etməlidir. 
Məsələ  453:  Əgər  namazın  son  vaxtında  paklanarsa,  qüsl  etməli  və 
namaz  qılmalıdır.  Əgər  bir  rəkət  namaz  üçün  vaxt  qalarsa  belə,  vacib 
ehtiyata  əsasən,  namazı  qılsın.  Namazı  qılmazsa  onun  qəzasını  yerinə 
yetirməlidir. 
Məsələ  454:  Əgər  namazın  son  vaxtında  paklansa  və  qüsl  üçün  vaxt 
olmasa,  yalnız  təyəmmüm  edib  namazın  bir  rəkətini  vaxtında  qıla  bilsə, 
namaz  ona  vacib  deyil.  Amma  vaxt  darlığından  əlavə  vəzifəsi  təyəmmüm 
olsa,  məsələn,  su  onun  üçün  zərərli  olsa,  təyəmmüm  edib  namazını 
qılmalıdır. 
Məsələ 455: Qadın paklansa və Ģəkk etsə ki, namaz üçün yetərincə vaxt 
qalıb, yoxsa yox, namazını qılmalıdır. 
Məsələ  456:  Müstəhəbdir  ki,  heyz  olmuĢ  qadın  namaz  vaxtı  özünü 
qandan paklayıb pambıq və ya parçanı dəyiĢsin və dəstəmaz alsın. Əgər bu 
iĢləri  görə  bilməzsə  təyəmmüm  etsin.  Bundan  sonra  namaz  yerində  üzü 
qibləyə əyləĢib zikr və duaya məĢğul olsun. Amma Qur’an oxuması, özü ilə 
Qur’an  gəzdirməsi,  Qur’anın  haĢiyələrinə  toxunması,  həna  qoyması  yaxĢı 
deyil.(kərahəti vardır) 
Heyiz qadının növləri 
Məsələ 457: Heyz qadınlar altı qrupa bölünür: 
1.”Vəqtiyyə”  və  “ədədiyyə”  qaydası  olanlar:  Ġki  ay  ardıcıl  eyni  vaxtda 
heyz görən və hər iki ayda heyz günlərinin sayı eyni olan qadınlar. Məsələn, 
hər iki ayın birinci günündən yeddinci gününədək qan görənlər. 
2.  “Vəqtiyyə”  adəti  olanlar:  Ġki  ay  ardıcıl  eyni  vaxtda  heyz  olanlar. 
Amma  bu  qrupdan  olanların  ayrı-ayrı  aylarda  heyz  günləri  bir-birindən 
fərqlənir. Məsələn, bir ayda beĢ gün, ikinci ayda yeddi gün qan görürlər. 
3.  “Ədədiyyə”  adəti  olanlar:  Ġki  ay  ardıcıl  eyni  müddət  heyiz  olanlar. 
Amma onların heyizi ayrı-ayrı aylarda, ayrı-ayrı günlərdə baĢlanır. Məsələn, 
bir ayın ilk günü, o biri ayın onuncu günü. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə