ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə28/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   24   25   26   27   28   29   30   31   ...   141

ġəriət risaləsi 
66 
Məsələ 487: Əgər Ģəkk yaransa ki, bir Ģey siqt olub (düĢüb) yoxsa yox, 
ya  da  düĢən  Ģey  qalsaydı  insan  olacaqdı,  yoxsa  yox,  xaric  olan  qan  nifas 
qanı sayılmır və onu araĢdırmaq lazım deyil. 
Məsələ  488:  Heyizli  qadına  haram  olan  bütün  iĢlər  nifas  qadına  da 
haramdır.  Heyizli  qadına  vacib,  müstəhəb,  məkruh  olan  iĢlər  nifas  qadın 
üçün də eyni hökmdədir. 
Məsələ  489:  Nifas  halında  qadına  yaxınlaĢmaq  haramdır.  Əgər  ər  nifas 
zövcəsi ilə  yaxınlıq edərsə, müstəhəb ehtiyat budur ki, heyizin hökmlərinə 
əməl edilsin, kəffarə verilsin. Nifas halda təlaq da batildir. 
Məsələ 490: Nifas qanından paklanmıĢ qadın qüsül verməli, ibadətlərini 
yerinə  yetirməlidir.  Əgər  doğuĢdan  on  gün  keçməmiĢ  yenidən  qan  görərsə 
qan  gördüyü  günlər  üst-üstə  on  gün  və  ya on  gündən  əskik  olduqda,  bütün 
günlər nifas sayılır. Arada paklanan qadın ibadətini yerinə yetirə bilər. 
Məsələ  491:  Əgər  qadın  zahirən  nifas  qanından  paklanarsa  və  ehtimal 
edərsə  ki,  bətnində  qan  var,  bir  qədər  pambıqla  özünü  yoxlamalıdır.  Əgər 
pak olsa qüsl verib ibadətlərini yerinə yetirməlidir. 
Məsələ  492:  Əgər  nifas  qanı  on  günü  ötüb  keçsə,  heyizdə  olduğu  kimi 
ədədiyyə  günləri  nifas,  qalan  günlər  istihazə  sayılır.  Əgər  adət  yoxsa,  on 
günədək nifas, qalan günlər istihazədir.  
Məsələ  493:  Bir  qadının  heyiz  adəti  on  gündən  az  olarsa,  əgər  adət 
günlərindən  artıq  nifas  qanı  müĢahidə  etsə,  öz  adət  günləri  həddində  nifas 
halında  olduğunu  qəbul  etməlidir.  Vacib  ehtiyata  əsasən,  onuncu  günədək 
ibadətdən  çəkinməlidir.  Əgər  qan  on  gündən  artıq  gələrsə,  adət  günləri 
həddində  nifas  halındadır,  qalan  günlər  istihazə  qəbul  olunur  və  həmin 
günlərdə buraxılan ibadətlərin qəzası yerinə yetirilir. 
Məsələ  494:  Bir  çox  qadınlar  doğuĢdan  sonra  bir  ay  və  ya  daha  artıq 
müddət  özlərində  qan  müĢahidə  edirlər.  Bu  qadınların  heyiz  adəti  olarsa, 
həmin  günlər  həddində  nifas  halında  olduqlarını  qəbul  etməli,  on  gündən 
sonra  istihazə  hökmünə  əməl  etməlidirlər.  On  gün  keçdikdən  sonra  heyiz 
günlərinə  təsadüf  edərsə  heyiz  hökmünə  əməl  etməlidirlər.  (Qanda  heyiz 
niĢanəsinin  olub-olmamasının  fərqi  yoxdur)  əgər  heyiz  günlərinə  təsadüf 
etməsə,  istihazə  hökmünə  əməl  etməlidirlər.  Bir  Ģərtlə  ki,  qanda  heyiz 
niĢanəsi olmasın. 
Məsələ  495:  DoğuĢdan  sonra  bir  ay  və  ya  daha  artıq  müddətdə  özündə 
qan müĢahidə edən qadınlar aylıq adətə malik olmadıqda ilk on günü nifas, 
ikinci on günü istihazə, sonrakı on günü qanda heyiz niĢanəsi olduqda heyiz 
hökmünə  əməl  etməlidirlər.  Qanda  heyiz  niĢanəsi  olmasa  həmin  günlər  də 
istihazə qəbul olunur. 
5. Meyyitə toxunmaq 
Məsələ  496:  Bir  Ģəxs  ölmüĢ  insanın  bədəninə  soyuduqdan  sonra, 
qüsüldən öncə toxunsa, meyyitə toxunmaq qüslü verməlidir. Bilərəkdən və 


ġəriət risaləsi 
67 
ya bilməyərəkdən toxunmağın fərqi yoxdur. Hətta dırnaq meyyitin dırnağına 
toxunarsa, meyyitə toxunmaq qüslü vacib olur. 
Meyyitə toxunmağın hökmləri 
Məsələ  497:  Əgər  ölmüĢ  insanın  bədəni  tam  soyumamıĢsa  ona 
toxunduqdan sonra qüsül vacib olmaz. Hətta toxunulan hissə soyumuĢsa da 
bu  hökm  öz  gücündədir.  Meyyitə  üç  qüsl  verildikdən  sonra  ona  toxunan 
insanın qüsl verməsi lazım deyil. 
Məsələ  498:  Ġnsanın  tükü  meyyitə  toxunarsa  və  ya  əli  meyyitin  tükünə 
dəyərsə, vacib ehtiyata əsasən, qüsül verməlidir. 
Məsələ 499: Ġnsan dörd ayı tamam olmuĢ siqt (düĢmüĢ) uĢağın meyyitinə 
toxunarsa  qüsül  verməsi  vacibdir.  Əgər  körpə  dörd  aylıqdan  kiçik  olarsa, 
müstəhəb ehtiyata əsasən, qüsül verilməlidir. 
Məsələ  500:  Əgər  dörd  aylıq  və  ya  dörd  aylıqdan  böyük  uĢaq  dünyaya 
ölü  gələrsə,  onun  anası  vacib  ehtiyata  əsasən,  meyyitə  toxunmaq  qüslü 
verməlidir. 
Məsələ  501:  Əgər  körpə  anası  öldükdən  sonra  dünyaya  gələrsə,  vacib 
ehtiyata  əsasən,  büluğ  həddinə  çatdıqdan  sonra  meyyitə  toxunmaq  qüslü 
verməlidir. 
Məsələ 502: Büluğ həddinə çatmamıĢ və ya divanə Ģəxs meyyitə toxunsa 
büluğ həddinə çatdıqda və ya ağıla gəldikdən sonra meyyitə toxunma qüslü 
verməsi  vacibdir.  (Müməyyiz)  yə’ni  yaxĢını  pisdən  seçə  bilən  uĢaq  qüsül 
versə onun qüslü düzgündür. 
Məsələ 503: Əgər diri insanın və ya ölünün bədənindən üzərində sümük 
olan  ət  parçası  qoparsa  (Məsələn,  bir  əl  və  ya  bir  barmaq)  ona  qüsül 
verilməmiĢ  toxunanlar  meyyitə  toxunma  qüslü  verməlidir.  Amma  həmin 
ətin üzərində sümük olmasa, qüsül vacib deyil. Amma ölünün və ya dirinin 
sümüyünə və ya diĢinə toxunduqda qüsül vacib deyil. 
Məsələ  504:  Meyyitə  toxunma  qüslü  cənabət  qüslü  kimi  verilir.  Bu 
qüsüldən sonra dəstəmaz almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur 
ki, dəstəmaz alınsın.  
Məsələ 505: Ġnsan bir neçə meyyitə toxunsa və ya bir meyyitə bir neçə 
dəfə toxunsa, bir qüsül verməsi bəs edər. 
Məsələ  506:  Meyyitə  toxunma  qüslü  verməli  olan  Ģəxs  məscidə  gedə 
bilər, vacib səcdəsi olan Qur’an surəsi oxuya bilər, zövcəsi ilə yaxınlıq edə 
bilər.  Amma  namaz  və  bu  kimi  ibadətlər  üçün  qüsül  verməlidir.  Yə’ni 
meyyitə toxunma qüslü verməli olan insan dəstəmazsız insan kimidir. 
Can verən insan (“möhtəzir”) 
Məsələ 507: “Möhtəzirin”, yə’ni can verən insanın növbəti Məsələlərdə 
açıqlanacaq hökmləri var. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə