ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə26/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   22   23   24   25   26   27   28   29   ...   141

ġəriət risaləsi 
62 
4.  Müztəribə:  Bir  neçə  ay  heyiz  olub  heyiz  vaxtı  bilinməyən  qadınlar. 
Bə’ziləri  əvvəlcə  müəyyən  qaydada  heyiz  olsa  da,  sonra  da  bu  qaydanın 
pozulması mümkündür. 
5. Mubtədiə: Bu qrupdan olan qadınlar ilk dəfə heyiz olanlardır. 
6. Nasiyə: Heyiz qaydasını yaddan çıxarmıĢ qadınlar. 
Bu  altı  qrupun  hər  birinin  öz  hökmü  vardır  və  sonrakı  məsələlərdə 
deyiləcəkdir. 
1. “Vəqtiyyə” və “ədədiyyə” adəti olanlar 
Məsələ  458:  Vəqtiyyə  və  ədədiyyə  qaydası  olan  qadınlar  əvvəlcədən 
bildikləri  gündə  heyiz  olurlar.  Onlar  adət  günlərinin  sonunadək  heyiz 
qadının  hökmlərinə  əməl  edirlər.  həmin  müddətdə  onların  gördüyü  qanda 
heyiz niĢanələrindən olub-olmamasının fərqi yoxdur. 
Məsələ 459: Əgər qadın bütün ay boyu paklanmazsa, amma iki ay ardıcıl 
müəyyən  günlərdə  (məsələn  ayın  birindən  yeddisinədək)  heyiz  niĢanələri 
olan qan görərsə, həmin günləri heyiz günü saymalıdır. 
Məsələ  460:  “Vəqtiyyə”  və  “ədədiyyə”  adəti  olan  qadınlar  adət 
günlərindən iki-üç gün qabaq qan görərlərsə, belə ki, adət günləri tezləĢib və 
ya  yubanıb  söyləsələr,  heyiz  qadının  hökmlərinə  əməl  etməlidirlər.  həmin 
qanda heyiz niĢanələrinin olub-olmamasının fərqi yoxdur. 
Məsələ  461:  Vəqtiyyə  və  ədədiyyə  adəti  olan  qadın  adətindən  bir  neçə 
gün qabaq və ya bir neçə gün sonra qan görərsə (adətən qadınlarda bu vaxt 
tezləĢir və ya yubanır) üst-üstə on gündən artıq olmasa, bütün günlər heyiz 
sayılır.  Əgər  on  gündən  artıq  çəkərsə,  yalnız  adət  günlərində  gördüyü  qan 
heyiz  qanıdır.  Əvvəlki  və  sonrakı  günlər  istihazə  sayılır.  Əgər  adət 
günlərindən bir neçə gün qabaq adət günlərinə əlavə olaraq qan görərsə və 
ya  adətdən  bir  neçə  gün  sonra  adət  günlərinə  əlavə  olaraq  qan  müĢahidə 
edərsə,  on  günü  aĢmasa  bütün  günləri  heyizdir.  Əgər  on  günü  aĢsa,  yalnız 
adət günləri heyiz sayılır. 
Məsələ  462:  Adəti  olan  qadın  üç  gün  və  ya  daha  artıq  qan  görüb 
təmizlənərsə  və  yenidən  qan  görərsə,  iki  qan  görmək  arasında  fasilə    on 
gündən az olduqda və qan gördüyü bütün günləri on gündən çox olmadıqda, 
onların  hər  biri  heyiz  sayılır.  (Amma  ortada  qan  görmədiyi  günlər  pak 
sayılır) əgər on gündən artıq olarsa, adətdə olduğu qan heyiz qanı, digərləri 
istihazədir.  Əgər  qanlardan  heç  biri  adət  günlərində  olmamıĢsa,  heyiz 
niĢanələrinə  malik  qan  heyiz  qanı,  digərləri  istihazədir.  Əgər  hər  ikisində 
heyiz  niĢanələri  varsa  on  gün  müddətində  heyiz  sayılır,  qalan  müddət 
istihazədir. 
Məsələ  463:  Vəqtiyyə  və  ədədiyyə  adəti  olan  qadın  adət  vaxtı  qan 
görməsə  və  həmin  vaxtdan  baĢqa  vaxta  heyiz  günləri  sayda  bir  vaxt  qan 
görsə, onu heyiz saymalıdır. Bu qan adət günlərindən öncə və ya sonra olsa 
da fərqi yoxdur. Bir Ģərtlə ki, həmin qanda heyiz niĢanələri olsun. 


ġəriət risaləsi 
63 
Məsələ  464:  Vəqtiyyə  və  ədədiyyə  adəti  olan  qadın  adət  günləri  qan 
görsə,  amma  günlərin  sayı  adət  günlərindən  artıq  və  ya  əskik  olsa,  adət 
vaxtından öncə və ya sonra adət günləri sayda qan müĢahidə etsə də, yalnız 
adət vaxtında gördüyü qan heyiz qanı sayılır. 
Məsələ 465: Vəqtiyyə və ədədiyyə adəti olan qadın on gündən artıq qan 
görərsə,  adət  günlərinə  təsadüf  edən  qan  heyiz  qanıdır.  (Bu  qanda  heyiz 
niĢanələrinin  olub-olmamasının  fərqi  yoxdur.)  Adət  günlərindən  sonra 
görünən  qan  istihazə  sayılır.  (həmin  qanda  heyiz  niĢanəsinin  olub-
olmamasının fərqi yoxdur). 
4. Vəqtiyyə adəti olan qadın 
Məsələ 466: Vəqtiyyə adəti olan qadın, yə’ni iki ay ardıcıl eyni günlərdə 
heyiz qanı müĢahidə edən qadın həmin günləri bütünlüklə heyiz saymalıdır. 
Bir Ģərtlə ki, üç gündən az və on gündən artıq olmasın. 
Məsələ  467:  Qandan  təmizlənməyən,  amma  iki  ay  ardıcıl  müəyyən 
vaxtda  qanında  heyiz  niĢanələri  olan  qadın  heyiz  niĢanəli  qan  gördüyü 
günlər arasında fərq olsa da, heyiz niĢanəsi olan günləri heyiz saymalıdır. 
Məsələ 468: Ġki ay ardıcıl eyni vaxtda qan görən qadın üç gün və ya daha 
artıq  heyiz  qanı  görüb  paklanarsa,  ikinci  dəfə  yenidən  üç  gün  və  ya  daha 
artıq qan görərsə, qan gördüyü günlərin sayı on gündən artıq olmasa (ikinci 
ayda  həmin  günlər  birinci  aydakından  artıq-əskik  olsa)  bütün  gördüyü 
qanları  heyiz  qanı  saymalıdır.  Ortada  qan  görmədiyi  günlər  pak 
hökmündədir. 
Məsələ 469: Vəqtiyyə adəti olan qadın adət günlərində və ya iki-üç gün 
qabaq və ya sonra qan görərsə, heyizin tezləĢdiyi və ya yubandığı deyildiyi 
halda  heyiz  qadının  hökmlərinə  əməl  etməlidir.  Həmin    qanda  heyiz 
niĢanələrinin olub-olmamasının fərqi yoxdur. 
Məsələ  470:  Vəqtiyyə  adəti  olan  qadın  on  gündən  artıq  qan  görsə  və 
qanın niĢanələrinə görə müəyyənləĢdirə bilməsə, ona qohum qadınların adət 
günlərinə uyğun olaraq heyiz vaxtı müəyyənləĢdirməlidir. (Qohumların ata 
və  ya  ana  tərəfdən  olmasının,  həyatda  olmalarının  fərqi  yoxdur.  Amma 
əksəriyyətin  qaydası  eyni  olmalıdır.  Amma  bə’zilərində  beĢ  gün, 
bə’zilərində səkkiz gün adətdirsə, vacib ehtiyata əsasən, hər ayda yeddi gün 
adət götürülməlidir.) 
3. Ədədiyyə adəti olan qadın 
Məsələ  471:  Ədədiyyə  adəti  olan  qadın,  yə’ni  iki  ardıcıl  ayda  eyni 
müddət  lakin  dəyiĢik  vaxtda  qan  görən  qadın  həmin  neçə  gündə  heyiz 
hökmlərinə əməl etməlidir. 
Məsələ 472: Qandan təmizlənməyən, amma iki ardıcıl bir neçə gün heyiz 
niĢanəli,  bir  neçə  gün  istihazə  niĢanəli  qan  görən  qadın  hər  iki  ayda  heyiz 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə