ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə23/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   19   20   21   22   23   24   25   26   ...   141

ġəriət risaləsi 
56 
Məsələ  395:  Hamam  pulunu  vermək  fikri  olmayan  və  ya  hamam 
sahibinin  razılığını  öyrənmədən  hamam  pulunu  nisyəyə  saxlayan  Ģəxsin 
qüslü  vacib  ehtiyata  əsasən  batildir.  Hamam  pulunu  haram  və  ya  xümsü 
verilməmiĢ puldan ödəmək də qüslü batil edir. 
Məsələ  396:  Hamamda  adi  həddən  artıq  su  iĢlədən  Ģəxsin  qüslünə  irad 
var.  Amma  hamamçını  artıq  pul  verməklə  razı  salmaq  məqsədi  olsa,  eybi 
yoxdur. 
Məsələ  397:  Əgər  insan  qüsl  verib-vermədiyinə  Ģəkk  etsə,  qüsl 
verməlidir. Amma qüsl verdikdən sonra verdiyi qüslün düzgünlüyünə Ģübhə 
etsə, bu Ģübhəyə əhəmiyyət verməməlidir. 
Məsələ 398: Əgər qüsl zamanı “hədəsi-əsğər”, yə’ni dəstəmazı pozan  bir 
iĢ baĢ verərsə bunun qüslə tə’siri olmaz. Amma namaz və bu kimi iĢlər üçün 
gərək dəstəmaz alsin. 
Məsələ  399:  Əgər  bir  Ģəxs  cunub  olduqdan  və  namaz  qıldıqdan  sonra 
qüsl  verib-vermədiyinə  Ģəkk  edərsə,  qıldığı  namazlar  düzgündür,  amma 
sonrakı namazlar üçün qüsl verməlidir. 
Məsələ  400:  Bir  neçə  vacib  və  ya  həm  vacib,  həm  də  müstəhəb  qüsl 
əvəzinə  bir  qüsl  vermək  bəs  edər.  Yə’ni  cənabət,  heyz,  meyyitə  toxunma, 
cümə qüslü niyyəti ilə verilən bir qüsl bütün qüsülləri aradan qaldırır. 
Məsələ  401:  Cənabət  və  ya  baĢqa  bir  qüsül,  vacib  və  ya  müstəhəb 
qüsüldən  sonra  namaz  qılmaq  olar  və  dəstəmaz  almaq  vacib  deyil.  Amma 
müstəhəb  ehtiyat  budur  ki,  cənabət  qüslündən  baĢqa  qüsüllərdən  sonra 
dəstəmaz alınsın.  
Məsələ_402'>2. “Ġstihazə” 
Məsələ 402: Qadından xaric olan qanlardan biri “istihazə” qanı adlanır. 
Ġstihazə qanı xaric olan qadın “müstəhazə” adlanır. Əgər qadının bətnindən 
xaric olan  qan heyiz (aybaĢı), nifas,  yara  və  ya  çiban  qanı  deyilsə,  istihazə 
qanıdır. 
Məsələ  403:  Ġstihazə  qanı  adətən  açıq  rəngli,  soyuq  və  duru  olur.  Bu 
qanın təzyiqi və yandırıcılığı olmur. Amma istihazə qanı bə’zən tünd və ya 
qırmızı,  isti  və  qatı  ola  bilər.  Onun  təzyiq  və  yandırıcılıqla  xaric  olması 
mümkündür. 
Məsələ  404:  Ġstihazənin  iki  növü  var:  Qəlilə”  və  “kəsirə”.  Qəlilə 
istihazədə  qadın  pambığı  özünə  daxil  etdikdə  qan  onu  bulaĢdırır,  amma  o 
biri  tərəfindən  xaric  olmur.  Qanın  pambığa  nüfuz  edib,  etməməsinin  fərqi 
yoxdur.  Kəsirə  istihazə  odur  ki,  qan pambığa  hopub  o  biri  tərəfə  keçsin  və 
axsın. 
Müstəhazə qanın hökmləri 
Məsələ 405: Qəlilə istihazə halında qadın hər namaz üçün vacib ehtiyata 
əsasən,  dəstəmaz  almalıdır.  Vacibdir  ki,  qanın  o  biri  üzvlərə  sirayat 


ġəriət risaləsi 
57 
etməsinin  qarĢısı  alınsın.  Amma  pambıq  və  ya  parçanı  dəyiĢmək  vacib 
deyil.  Amma  müstəhəb  ehtiyatə  əsasən  bu  iĢi  görmək  yaxĢıdır.  Kəsirə 
istihazə halında olan qadın üç qüsl verməlidir: Sübh namazı üçün, gunorta 
və ikindi  namazları üçün, Ģam və xiftən namazları üçün. Müstəhəb ehtiyat 
budur ki, qüsüldən öncə və ya sonra hər namaz üçün dəstəmaz alsın. 
Məsələ  406:  Əgər  namazın  vaxtı  daxil  olmamıĢ  dəstəmaz  alıb  qüsül 
verərsə,  vacib  ehtiyata  əsasən,  namazı  daxil  olduqdan  sonra  onu 
təzələməlidir.  
Məsələ 407: Əgər qəlilə istihazə sübh namazından sonra kəsirə istihazəyə 
çevrilərsə,  günorta  və  ikindi  namazları  üçün  qüsl  vermək  lazımdır.  Əgər 
günorta  və  ikindi  namazlarından  sonra  kəsirəyə  çevrilərsə,  Ģam  və  xiftən 
namazları üçün qüsül vermək lazımdır. 
Məsələ 408: Qüslün vacib olduğu bütün hallarda əgər təkrar qüsl vermək 
zərərli olarsa və ya məĢəqqət hesabına baĢa gələrsə, qüsl əvəzinə təyəmmüm 
edə bilər. 
Məsələ  409:  “Kəsirə”  və  “qəlilə”  istihazə  zamanı  sübh  azanından  öncə 
gecə  namazı  üçün  qüsl  verilərsə  və  ya  dəstəmaz  alınarsa,  vacib  ehtiyata 
əsasən,  sübh  namazının  vaxtı  daxil  olduqdan  sonra  yenidən  qüsl  verib 
dəstəmaz almaq lazımdır. 
Məsələ 410: Qəlilə istihazə halında olan qadın günorta və ikindi, Ģam və 
xiftən namazlarını ayrı-ayrı qılarsa, onların hər biri üçün dəstəmaz almalıdır. 
Müstəhəb  namazlar  da  belədir.  Amma  bütün  gecə  namazları  üçün  bir 
dəstəmaz  və  ya  qüsl  bəs  edər.  Ehtiyat  namazı,  yaddan  çıxmıĢ  səcdə  və 
təĢəhhüd,  dərhal  namazdan  sonra  yerinə  yetirilən  səcdə-səhv  üçün  qüsl  və 
dəstəmaz lazım deyil. 
Məsələ 411: Müstəhazə qadın qan kəsildikdən sonra yalnız birinci namaz 
üçün istihazənin vəzifələrini yerinə yetirməlidir. 
Məsələ 412: Qadın qəlilə və  ya kəsirə istihazə olduğunu bilməsə, vacib 
ehtiyata  əsasən,  namazdan  öncə  özündə  araĢdırma  aparmalıdır.  AraĢdırma 
apara  bilmirsə,  ehtiyat  budur  ki,  həm  kəsirə,  həm  də  qəlilə  istihazənin 
vəzifələrini  yerinə  yetirsin.  Amma  əvvəlcə  kəsirə  və  ya  qəlilə  olduğu 
mə’lumdursa, həmin vəzifəni yerinə yetirə bilər. 
Məsələ  413:  Müstəhazə  qadın  namazdan  sonra  özünü  araĢdırsa  və  qan 
olmadığını  görsə,  pozulmamıĢ  dəstəmazı  ilə  baĢqa  namaz  qıla  bilər.  Bir 
qədər sonra yenidən qan görsə də belədir. 
Məsələ  414:  Müstəhazə  qadın  namazın  vaxtı  baĢa  çatmamıĢ 
paklanacağını bilərsə və ya namazı qılacağı qanın kəsiləcəyini bilirsə, vacib 
ehtiyata əsasən, səbr etməli, paklandıqdan sonra qüsl verib, ya dəstəmaz alıb 
namaz qılmalıdır.  
Məsələ  415:  Müstəhazə  qadın  qüsl  və  ya  dəstəmazdan  sonra  dərhal 
namaza  baĢlamalıdır.  Amma  onun  azan  və  iqamə  deməsi,  namazdan  öncə 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə