ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə19/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   15   16   17   18   19   20   21   22   ...   141

ġəriət risaləsi 
46 
Məsələ  301:  Əgər  üzdə  və  qollarda  qanı  kəsilməyən  kəsik  varsa  və  su 
ona  zərərli  deyilsə,  həmin  yeri  kürr  və  ya  axar  suya  batırmaq,  ya  da  su 
kəmərindən  gələn  suyun  altına  tutmaq  lazımdır.  Onu  o  qədər  sıxmaq 
lazımdır ki, qanı kəsilsin. Sonra isə öncə deyildiyi Ģəkildə irtimasi dəstəmaz 
almaq  lazımdır.  Amma  su  həmin  kəsiyə  zərərli  olduqda  qaydası  sonradan 
deyiləcək cəbirə dəstəmazı alınmalıdır.  
Məsələ  302:  6.  (Altıncı  Ģərt)  Dəstəmaz  və  namaz  üçün  yetərincə  vaxt 
olmalıdır. Əgər vaxt o qədər azsa ki, dəstəmaz alındıqda bütün namaz və ya 
onun  bir  hissəsi  vaxtında  qılınmayacaq,  dəstəmaz  əvəzinə  təyəmmüm 
edilməlidir. 
Məsələ  303:  Namazın  vaxtı  dar  olduqda  vəzifəsi  təyəmmüm  olan  Ģəxs 
dəstəmaz alsa, dəstəmazı batil deyildir. Amma xilaf iĢ görmüĢdür. 
Məsələ  304:  7.  (Yeddinci  Ģərt)  Ġnsan  Allaha  yaxınlaĢmaq  məqsədi  ilə 
dəstəmaz  almalıdır.  Riyakarlıqla,  özünü  göstərmək  məqsədilə,  ya  da 
sərinləĢmək  üçün  alınan  dəstəmaz  batildir.  Amma  Allahın  əmrini  yerinə 
yetirmək  üçün  dəstəmaz  alan  Ģəxs  sərinləĢəcəyini  bilərsə  bunun  eybi 
yoxdur.  
Məsələ  305:  Dəstəmazda  niyyəti  dilə  gətirmək  və  ya  qəlbdən  keçirmək 
vacib  deyil.  Əgər  dəstəmaz  alan  Ģəxsdən  nə  iĢ  gördüyü  soruĢulanda 
dəstəmaz aldığını bilərsə, bu kifayat edər. 
Məsələ  306:  Qadın  naməhrəmlərin  gördüyü  yerdə  dəstəmaz  alarsa 
dəstəmazı batil deyil, amma günaha yol vermiĢdir. 
Məsələ  307:  8.  (Səkkizinci  Ģərt)  Dəstəmazda  “tərtibə”,  yə’ni  ardıcıllığa 
riayət olunmalıdır. Öncə üz, sonra sağ qol, daha sonra sol qol yuyulmalıdır. 
Bundan  sonra  baĢa  və  sonda  ayaqlara  məsh  çəkilir.  Ehtiyat  vacibə  əsasən, 
sol ayağa sağ ayaqdan öncə məsh çəkilməməlidir.  
Məsələ  308:  9.  (Doqquzuncu  Ģərt)  Dəstəmazdakı  əməllər  elə  yerinə 
yetirilməlidir  ki,  onların  ardıcıl  yerinə  yetirildiyi  deyilsin.  Belə  etsə 
dəstəmaz düzgündür. Havanın istiliyi və külək dəstəmaz üzvünü qurutsa da 
dəstəmaz  düzgündür.  Məsələ_314'>Məsələn,  sağ  qolunu  yuduğu  vaxt  üzü  quruyarsa, 
dəstəmaz  düzgündür. Amma dəstəmaz əməllərini fasilə ilə  yerinə  yetirərsə 
dəstəmaz  üzvləri  havanın  soyuqluğuna  görə  qurumasa  belə  dəstəmazı 
batildir. 
Məsələ  309:  Dəstəmaz  əsnasında  yol  getməyin  eybi  yoxdur.  Üzü  və 
qolları  yuduqdan  sonra  bir  neçə  addım  atıb  sonra  baĢ  və  ayaqlara  məsh 
çəkmək olar. 
Məsələ  310:  10.  (Onuncu  Ģərt)  Ġnsan  üzünü  və  qollarını  özü  yumalı, 
baĢına və ayaqlarına özü məsh çəkməlidir. Bu Ģərt “mübaĢirət” adlanır. Əgər 
insan  üçün  bir  baĢqası  dəstəmaz  alarsa,  suyun  üzə  və  qollara 
çatdırılmasında,  baĢa  və  ayaqlara  məsh  çəkilməsində  baĢqa  birisi  kömək 
edərsə dəstəmaz batildir. Amma dəstəmaza hazırlıqda kömək etməyin eybi 
yoxdur. 


ġəriət risaləsi 
47 
Məsələ  311:  Özü  dəstəmaz  almağa  qadir  olmayan  Ģəxs  bir  baĢqasının 
köməyindən istifadə etməlidir. Dəstəmaza kömək edən Ģəxs muzd istəsə güc 
çatarsa muzd verilməlidir. Amma insan dəstəmazın niyyətini özü etməli, öz 
əli ilə məsh çəkməlidir. Əgər özü bu iĢi bacarmasa, bir baĢqası onun əlindən 
tutub  məsh  yerinə  çəkməlidir.  Bu  da  mümkün  olmasa,  Ģəxsin  əlindəki 
rütubətdən  götürüb  həmin  rütubətlə  baĢına  və  ayağına  məsh  çəkmək 
lazımdır.  Amma belə bir vəziyyətdə vacib ehtiyat budur ki, təyəmmüm də 
etsin. 
Məsələ  312:  Ġnsan  dəstəmazın  təklikdə  yerinə  yetirə  biləcəyi  əməlində 
baĢqasının köməyindən istifadə etməməlidir.  
Məsələ  313:  11.  (On  birinci  Ģərt)  Sudan  istifadədə  hər  hansı  bir  maneə 
olmamalıdır.  Əgər  dəstəmaz  alan  Ģəxs  suyun  zərərindən  qorxarsa  və  ya 
sudan  dəstəmaz  üçün  istifadə  edəcəyi  təqdirdə  susuz  qalacağından 
ehtiyatlanarsa, təyəmmüm  etməlidir. 
Məsələ 314: Əgər insan dəstəmaz aldıqdan sonra suyun zərərli olduğunu 
baĢa düĢərsə, dəstəmazı düzgündür. 
Məsələ 315: Əgər az miqdarda suyun zərəri olmazsa, həmin miqdarda su 
ilə dəstəmaz almaq lazımdır. Əgər soyuq su zərərlidirsə, isti sudan istifadə 
edilməlidir. 
Məsələ  316:  12.  (On  ikinci  Ģərt)  Suyun  dəstəmaz  üzvlərinə  çatmasına 
maneə  olmamalıdır.  Əgər  bir  Ģəxs  dəstəmaz  üzvünə  nəyinsə  yapıĢdığını 
bilirsə,  amma  həmin  Ģeyin  suya  mane  olub-olmadığına  Ģəkdədirsə,  həmin 
Ģeyi təmizləməlidir. 
Məsələ  317:  Əgər  dırnağın  altında  azca  çirk  olarsa,  onun  dəstəmaza 
maneçiliyi  yoxdur.  Amma  onu  təmizləmək  daha  yaxĢıdır;  dırnağı  tutsa, 
suyun  bədənə  çatmasına  mane  olan  çirki  təmizləməlidir.  Əgər  dırnaq  adi 
həddən  uzun  olarsa  dırnağın  altında  dəstəmaza  mane  olan  çirk 
təmizlənməlidir. 
Məsələ 318: Yanma və ya baĢqa bir səbəbdən dəstəmaz üzvlərində suluq 
kimi  qabarıqlıq  yaranarsa onu  yumaq və  üzərindən məsh  çəkmək  bəs edər. 
Həmin  suluq  deĢildikdə  suyu  onun  altında  dəriyə  çatdırmaq  lazım  deyil. 
Amma  dərinin  bir  hissəsi  qopduqda  və  qalxıb-yatdıqda  suyu  onun  altına 
çatdırmaq lazımdır. Bir Ģərtlə ki, bu iĢin zərəri olmasın. 
Məsələ 319: Ġnsan dəstəmaz üzvlərində maneə olduğunu ehtimal etdikdə 
və  onun  ehtimalı  ağlabatan  olduqda,  araĢdırma  aparmalıdır.  Məsələn, 
torpaqla və ya boya ilə iĢlədikdən sonra dəstəmaz üzvündə torpaq və ya rəng 
qalması ilə bağlı Ģəkk əsasında araĢdırma aparmalıdır. 
Məsələ 320: Suyun bədənə çatmasına mane olmayan rənglər dəstəmaza 
tə’sirsizdir. Amma bu rənglər mane olduqda və ya onların maneçiliyinə Ģəkk 
edildikdə, onları təmizləmək lazımdır. 
Məsələ  321:  Əgər  barmaqdakı  üzük,  qoldakı  qolbaq  və  bu  kimi  Ģeylər 
suyun  dəstəmaz  üzvlərinə  çatmasına  mane  olmazsa,  dəstəmaz  düzgündür. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə