ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə17/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   13   14   15   16   17   18   19   20   ...   141

ġəriət risaləsi 
41 
məqsədlə olmasa haramdır.Lakin hər bir halda qızıl və gümüĢdən olmayan 
ikinci qabdan yeməyin manesi yoxdur.  
Məsələ 253: Naçar qaldıqda, qızıl və gümüĢ qabdan istifadə etmək olar. 
Təqiyyə (əqidəni gizlətmək) məqsədi ilə  də o qablardan dəstəmaz və qüsl 
üçün istifadə etmək olar. 
Məsələ  254:  Əgər  bir  qabın  qızıl-gümüĢdən  və  ya  baĢqa  bir  metaldan 
olduğu  mə’lum  deyilsə,  onlardan  istifadə  etmək  olar  və  axtarıĢa  ehtiyac 
yoxdur. 
Məsələ 255: Ağ qızıl adlanan qızıl da qırmızı və sarı qızıl hökmündədir. 
Vacib  ehtiyata  əsasən,  ona  qızıl  deyilirsə  pəhriz  etmək  lazımdır.  Amma 
platin baĢqa metaldır və ondan istifadə etmək olar.  
Məsələ_256'>Dəstəmaz 
Dəstəmaz almağın qaydası 
Məsələ  256:  Dəstəmaz  üz  və  əlləri  yumaqdan,  baĢın  qabaq  hissəsi  və 
ayaqlara məsh çəkməkdən ibarətdir.  
Məsələ  257:  Üzü  alının  yuxarı  hissəsindən,  yə’ni  tük  bitən  hissədən 
çənənin  qurtaracağınadək  yumaq  lazımdır.  Üz  orta  və  baĢ  barmaq  əhatə 
edəcək  endə  yuyulmalıdır.  Əgər  bundan  az  miqdar  yuyularsa  dəstəmaz 
batildir. Bu səbəbdən də arxayınlıq olsun deyə deyilən miqdardan bir qədər 
artıq yumaq yaxĢıdır. 
Məsələ  258:  Orta  və  baĢ  barmaq  arası  dedikdə  adi  barmaqlar  nəzərdə 
tutulur.  Əgər  bir  Ģəxsin  orta  və  baĢ  barmaqları  adi  barmaqlardan  çox  uzun 
və  çox  gödəksə  barmaqlarını  ölçü  götürməməli,  insanların  adətən  yuduğu 
həddə  yumalıdır.  Saçı  çox  yuxarıdan  və  ya  çox  aĢağıdan  bitən  insanlar 
baĢqalarının yuduğu adi həddi gözləməlidir. 
Məsələ 259: Üz və əllər elə  yuyulmalıdır ki, su bədənin dərisinə çatsın. 
Əgər  dəridə  maneə  varsa  bu  maneə  aradan  qaldırılmalıdır.  Hətta  maneə 
olduğu güman edilsə, axtarıĢ aparmaq lazımdır. 
Məsələ  260:  Saqqalı  olan  kiĢilər  tüklər  arasından  üzünün  dərisi 
göründükdə  suyu  dəriyə  çatdırmalıdır.  Əgər  tüklər  arasından  dəri 
görünmürsə  tüklərin  üzərindən  yumaq  bəs  edir  və  suyu  dəriyə  çatdırmaq 
lazım deyil.  
Məsələ  261:  Əgər  bir  Ģəxs  üzündəki  tükdən  dərinin  görünüb-
görünməməsinə Ģübhə edərsə, vacib ehtiyata əsasən, hər ikisini yumalıdır. 
Məsələ  262:  Burunun  içini,  dodağın  bir  hissəsini,  qapanarkən 
görünməyən gözü yumaq vacib deyil. 
Məsələ  263:  Üzü  yuduqdan  sonra  sağ  qolu  dirsəkdən  barmaqların 
ucunadək yumaq lazımdır. Sonra isə sol qol eyni qayda ilə yuyulur. 
Məsələ  264:  Üzü  və  qolları  yuxarıdan  aĢağıya  yumaq  lazımdır.  Onları 
aĢağıdan yuxarıya yuduqda dəstəmaz batil olur. 


ġəriət risaləsi 
42 
Məsələ  265:  Əgər  əli  yaĢ  edib  üzünə  və  əllərinə  çəkərsə  bu  bəs  etməz. 
Lakin əgər əlin yaĢlığı su əlindən süzülən bir həddə olarsa bəs edər. 
Məsələ 266: Dirsəyin tam yuyulmasına əmin olmaq üçün onu bir qədər 
yuxarıdan yumaq lazımdır. 
Məsələ 267: Adətən, üzü  yumazdan öncə əlləri  yuyurlar. Amma  əllərin 
üzdən öncə yuyulması dəstəmaz üçün bəs etmir. Üz yuyulduqdan sonra sağ 
və sol qollar yuyularkən əllər də yuyulur. Əgər üzü yuduqdan sonra qolu əl 
topuğunadək yusalar dəstəmaz batildir. 
Məsələ  268:  Dəstəmazda  üzü  və  əlləri  bir  dəfə  yumaq  vacibdir.  Vacib 
ehtiyata  əsasən,  üz  və  əllər  ikinci  dəfə  yuyulmamalıdır.  Üçüncü  dəfə  və 
daha  artıq  yumaq  isə  haramdır.  Birinci  dəfə  yumaq  dedikdə  üz  və  qolların 
bir  və  ya  bir  neçə  ovuc  su  ilə  tam  yuyulması  nəzərdə  tutulur.  Üzvlər  tam 
yuyulduqdan sonra bir dəfə sayılır. 
Məsələ 269: Qolları yuduqdan sonra əldə qalmıĢ dəstəmaz suyu ilə baĢın 
qabaq  hissəsinə  məsh  çəkilir.  Vacib  ehtiyata  əsasən,  məsh  sağ  əllə 
çəkilməlidir.  YaxĢı  olar  ki,  məsh  yuxarıdan  aĢağıya  çəkilsin.  Amma 
aĢağıdan yuxarıya məsh çəkmək də olar.  
Məsələ  270:  Alının  yuxarısında  baĢın  ön  hissəsi  məsh  yeridir.  Bu 
hissənin istənilən qədərinə məsh çəkmək bəs edir. Amma müstəhəb ehtiyat 
budur  ki,  uzununa  bir  barmaq  uzunluqda,  eninə  üç  yanaĢı  barmaq  qədər 
məsh çəkilsin.  
Məsələ  271:  BaĢın  dərisinə  və  ya  onun  tüklərinə  məsh  çəkmək  olar. 
Amma  bir  Ģəxs  saçını  daradıqda  tüklər  üzünü  örtürsə  və  ya  baĢın  digər 
yerlərinə  çatırsa  tüklərin  dibinə  məsh  çəkməlidir.  YaxĢı  olar  ki, 
dəstəmazdan  öncə  baĢın  orta  hissəsi  ayrıcla  açılsın.  Belə  etdikdə  sol  əli 
yuduqdan sonra saç və ya onun dərisinə rahatlıqla məsh çəkmək olur. 
Məsələ 272: BaĢa məsh çəkdikdən sonra ayaqlara məsh çəkmək növbəsi 
çatır.  Əldə  qalan  rütubətlə  ayaqlara  barmaqların  baĢından  ayağın  dik 
hissəsinə  qədər  məs  çəkilir.  Vacib  ehtiyata  əsasən,  oynağa  qədər  məsh 
çəkmək lazımdır. 
Məsələ  273:  Sahə  baxımından  barmaq  ölçüsündə  məsh  çəkmək 
kifayatdir.  Amma  yaxĢı  olar  ki,  üç  bağlı  barmaq  enində  məsh  çəkilsin. 
Amma  ayağın  üzərinə  tam  Ģəkildə  bütün  əlin  içi  ilə  məsh  çəkmək  daha 
yaxĢıdır. Əli ayağın üzərinə qoyub azca çəkmək bəs edər. 
Məsələ  274:  BaĢ  və  ayaqlara  məsh  çəkmək  üçün  əli  onların  üzərinə 
qoyub  çəkmək  lazımdır.Əgər  əli  saxlayıb  baĢı  və  ya  ayaqları  hərəkət 
etdirərsə vacib ehtiyata əsasən, dəstəmaz batildir. Amma məsh çəkən zaman 
baĢ və ayağın azca tərpənməsinin eybi yoxdur. 
Məsələ  275:  Dəstəmaz  üzvlərinin  arasında  yalnız  məsh  yeri  quru 
olmalıdır.  Digər  üzvlərin  quru  olması  lazım  deyildir.  Əlbəttə  əgər  məsh 
yerində azca nəmlik olarsa və məsh zamanı əlin suyu üstünlük təĢkil edərsə, 
bunun eybi yoxdur.  


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə