ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə15/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   11   12   13   14   15   16   17   18   ...   141

ġəriət risaləsi 
35 
Məsələ 190: Əgər murdar Ģeyi yusalar və murdarın əsli təmizlənsə, onda 
murdarın  qoxusunun  və  rənginin  qalmasının  eybi  yoxdur.  Əgər  murdarın 
əslinin qalması ilə bağlı Ģübhə yaransa, əminliyə çatanadək yumaq lazımdır. 
Məsələ  191:  Bədəni  kürr  və  ya  axar,  eləcə  də  kran  suyunda  yuyarkən 
murdarın  əsli  təmizlənsə  bəs  edər.  Sudan  çıxıb  ikinci  dəfə  suya  girmək 
lazım deyil. 
Məsələ  192:  Murdar  qida  diĢlərin  arasında  qalarsa,  su  ağızda 
dolandırılmaqla onu tamam əhatə etdikdə ağız paklanır.  
Məsələ 193: Əgər baĢın və üzün tükü az su ilə suya çəkildikdə öz-özünə 
axıb gedərsə onları sıxmaq lazım deyil. Əgər öz-özünə axıb getməzsə, onları 
sıxmaq lazımdır. 
Məsələ 194: MurdarlanmıĢ ət və quyruğu suya çəkdikdə paklanır.  Bədən 
və ya libas yağlı olmamıĢdan qabaq nəcis olarsa bu yağ suyun bədənə və ya 
libasa  çatmasına  mane  olur.Odur  ki,ilk  olaraq  yağı  təmizləmək 
lazımdır.Amma  əgər  bədən  və  libası  yağlı  etdikdən  sonra  nəcis  olarsa 
zahirini  paklamaq  kifayətdir  və  yağı  təmizləmək  lazım  deyildir.          
Məsələ 195: Kürr su ilə əlaqəli kranın suyu kürr və  axar su hökmündədir. 
Bu  su  ilə  istənilən  bir  Ģey  yuyulduqda  murdarın  əsli  təmizləndikdən  sonra 
paklanır.  
Məsələ 196: Ġnsan bir Ģeyi suya çəkdikdən və onun paklanmasına əmin 
olduqdan  sonra  düzgün  suya  çəkib-çəkməməsilə  bağlı  Ģübhəyə  düĢərsə, 
həmin  Ģey  pakdır.  Amma  murdar  Ģeyi  suya  çəkən  zaman  diqqətsizlik 
göstərdiyini bilərsə, o iĢi yenidən görməlidir. 
Məsələ  197:  Qum  və  çınqıllı  yeri  az  su  ilə  suya  çəkdikdə  axan  su  yerə 
hoparsa  yer  paklanar.  Amma  alt qatdakı  dənəciklər  murdar  qalar.  Əgər  yer 
mailli  olsa  və  axıdılan  su  onun  üzərində  qalmazsa  həmin  yer  paklanar. 
Amma  suya  çəkərkən  su  bir  yerə  yığıĢıb  qalarsa  müəyyən  vasitə  ilə 
götürülməsə murdardır. 
Məsələ  198:  DaĢ  duz  və  ona  oxĢar  Ģeylərin  zahiri  murdarlandıqda  suya 
çəkilərsə  paklanar.  Onları  az  və  kürr  su  ilə  suya  çəkməyin,  kran  altına 
tutmağın fərqi yoxdur. 
Məsələ  199:  Qənd  və  Ģəkər  tozu  murdarlanarsa  suya  çəkməklə 
paklanmaz. 
2. Yer 
Məsələ 200: Əgər murdar yerlə yol getdiyi üçün insanın ayağının və ya 
ayaqqabısının altı murdarlanarsa, pak yerlə yeriməklə və ya yerə sürtməklə 
paklanar.  Bir  Ģərtlə  ki,  yer  pak  və  quru  olsun,  murdarın  əsli  təmizlənsin. 
Eyni zamanda yerin torpaq, daĢ, kərpic və ya beton olması lazımdır. Xalça, 
həsir,  çəmənlik  üzərində  yeriməklə  ayaqqabının  və  ya  ayağın  altı 
paklanmaz. 


ġəriət risaləsi 
36 
Məsələ  201:  Taxta  döĢənmiĢ  yer  üzərində  hərəkət  etməklə  ayaqqabı  və 
ya  ayağın  altının  paklanması  çətindir.  Amma  asfalt  üzərində  yeriməklə 
paklana bilər. 
Məsələ 202: Ayaq və ya ayaqqabının altının paklanması üçün bir qədər 
yol getmək və  ya ayağı yerə sürtmək bəs edər.  Amma  yaxĢı olar ki, ən  azı 
on beĢ zira-yeddi tam onda beĢ metr yol gedilsin.  
Məsələ 203: Ayaq və ya ayaqqabının altının rütubətli olması zəruri deyil. 
Onlar  quru  olsalar  da  yol  yeriməklə  paklanarlar.  Yerdə  sirayat  etməyəcək 
həddə rütubətin olması mümkündür. 
Məsələ  204:  Əgər  yolda  ayaqqabı  və  ya  ayağın  ətrafı  murdarlanarsa, 
həmin  yerlər  yerə  toxunmaqla  paklanar.  Amma  əl  və  dizlər  üzərində 
yeriməklə  onların  paklanması  çətindir.  Sü’ni  ayaqlar,  əsa  (əl  ağacı), 
dördayaqlıların nalı, avtomobil təkərləri də bu qəbildəndir. 
Məsələ 205: Murdarın yalnız su ilə paklanan xırda zərrələri ayaqqabı və 
ya  ayaqda  qalarsa  eybi  yoxdur.  Murdarın  qoxu  və  rənginin  də  qalması 
mümkündür.  
Məsələ  206:  Yol  yeriməklə  ayaqqabının  içindəki  murdarlıq  paklanmır. 
Yol yeriməklə corabın altının da paklanmasına irad var. Yalnız corab dəri və 
bu kimi Ģeylərdən olsa və ayaqqabı əvəzinə istifadə edilsə paklana bilər. 
Məsələ_207'>3. GünəĢ 
Məsələ  207:  GünəĢ  Ģüası  yeri  və  dam  örtüyünü  paklayır.  Amma  günəĢ 
Ģüası  vasitəsi  ilə  binanın,  qapı-pəncərələrin  və  bu  kimi  Ģeylərin 
paklanmasına irad var. 
Məsələ 208: Yerin və dam örtüyünün günəĢ Ģuası ilə paklanması üçün bir 
neçə Ģərt var: 
1.  MurdarlanmıĢ  Ģeyin  islanma  yolu  olsun.  Əgər  həmin  Ģey  qurudursa 
öncə onu islatmaq lazımdır ki, günəĢ Ģuası onu qurutsun. 
2. Öncə murdarın əslini təmizləmək lazımdır. 
3.  GünəĢ  bulud  arxasından  yox,  birbaĢa  iĢıq  saçmalıdır.  GünəĢ  Ģüasına 
mane olmayan buludlar və ya ĢüĢə arxasından Ģüalanmanın eybi yoxdur. 
4.  Rütubətli murdar  yerin  günəĢ  Ģüası  ilə quruması zəruridir.  Bu  rütubət 
külək  və  ya  baĢqa  istilik  vasitəsi  ilə  quruyarsa  bəs  etməz.  Amma  həmin 
rütubət günəĢ Ģüası ilə quruyacaq həddə az olarsa eybi yoxdur. 
Məsələ 209: GünəĢ Ģüası murdarlanmıĢ həsiri, ağacı, otu, vacib ehtiyata 
əsasən, paklamır. 
Məsələ  210:  Murdarın  günəĢ  Ģüası  ilə  quruyub-qurumadığına,  günəĢ 
Ģüasına  hər  hansı  maneçilik  olub-olmadığına,  murdarın  əslinin  öncədən 
təmizlənib-təmizlənmədiyinə Ģübhə varsa, həmin yer murdardır. 
Məsələ  211:  Əgər  günəĢ  Ģüası  murdar  yerin  bir  hissəsini  əhatə  edib 
qurudarsa, həmin hissə paklanar. 


ġəriət risaləsi 
37 
4. Əslin dəyiĢməsi (“istihalə”) 
Məsələ  212:  Əgər  murdarın  əsli  elə  dəyiĢilsə  ki,  ona  baĢqa  ad  verilsin, 
paklanmıĢ  sayılar.  Məsələn,  it  duzluğa  düĢüb  duza  çevrilərsə  paklanar. 
MurdarlanmıĢ  Ģey  baĢdan-baĢa  dəyiĢdikdə  paklanır.  Məsələn,  murdar  ağac 
yanıb  kül  olarsa,  murdar  su  buxara  çevrilərsə  paklanar.  Amma  forma 
dəyiĢikliyi, məsələn, buğdanın una çevrilməsi onu paklamır.  
Məsələ  213:  Murdar  ağacdan  hazırlanmıĢ  kömür  murdardır.  Eləcə  də, 
murdar gildən düzəldilmiĢ kuzə və kərpic murdar sayılır. 
Məsələ 214: Əgər murdar bir Ģeyin istihalə olub-olmadığına Ģəkk etsək, 
onu murdar saymalıyıq. 
5. Hal dəyiĢməsi (“inqilab”) 
Məsələ  215:  Əgər  Ģərab  öz-özünə  və  ya  ona  bir  Ģey  tökməklə  sirkəyə 
çevrilsə, pak olur və belə bir dəyiĢmə “inqilab” adlanır. 
Məsələ 216: Murdar üzümdən çəkilmiĢ Ģərab sirkəyə çevrilsə paklanmır. 
Hətta  Ģərab  xaricdən  murdarlanarsa  sirkəyə  çevrildikdən  sonra  ondan 
çəkinmək  vacibdir.  Eyni  zamanda,  murdar  üzüm,  kiĢmiĢ  və  xurmadan 
hazırlanmıĢ sirkə murdardır.  
Məsələ 217: Üzümü çöpləri ilə sirkəyə töksələr, adətən, sirkə olmazdan 
qabaq Ģəraba  çevrilir.  Bu  maye  daha  sonra  sirkə  halına  düĢür.  Bu  vaxt  pak 
olur.  Amma  xiyar,  badımcan  və  bu  kimi  Ģeyləri  sirkəyə  tökərlərsə  vacib 
ehtiyata əsasən ondan çəkinmək lazımdır. 
Məsələ 218: Yeməyə tökülmüĢ kiĢmiĢ və xurma qaynasa belə halaldır. 
4. Üçdə birin azalması 
Məsələ 219: Üzüm suyu odda qaynasa murdar olmaz. Amma onu yemək 
haramdır.  Amma  qaynadığı  vaxt  üçdə  ikisi  azalarsa  və  üçdə  biri  qalarsa 
halal  olar.  Əgər  öz-özünə  qaynayıb  məstedici  olarsa,  həm  murdar,  həm  də 
haramdır. Bu maye yalnız sirkəyə çevrilməklə pak və halal olur. 
Məsələ  220:  Əgər  qora  salxımında  üzüm  gilələri  olarsa  və  su  bütün 
salxımı əhatə edərsə, ona “abqura” deyərlər və bu maye qaynamaqla murdar 
və haram olmaz. 
Məsələ 221: Əgər bir Ģeyin qora və üzüm olması mə’lum deyilsə, odda 
qaynadıqda haram olmaz. 
Məsələ 222: Satıcı bu Məsələlərdən xəbərdar olduqda ondan alınan Ģirə 
pak və halaldır, axtarıĢa ehtiyac yoxdur. 
7. Köçürmə (“intiqal”) 
Məsələ 223: Əgər insanın və ya atıcı qanı olan heyvanın qanı atıcı qanı 
olmayan  heyvanın  bədəninə  köçərsə  və  həmin  heyvanın  qanı  sayılarsa 
pakdır.  Bu  proses  köçürmə  (“intiqal”)  adlanır.  Bu  əsasla,  ağcaqanadın 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə