ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə12/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   8   9   10   11   12   13   14   15   ...   141

ġəriət risaləsi 
29 
Haram yolla cünub olmuĢ (özündən sperma xaric 
etmiĢ) Ģəxsin təri 
Məsələ  131:  Zina,  livat  (homoseksualizm),  istimna  kimi  haram  yollarla 
cünub olmuĢ Ģəxsin təri murdar deyil. Amma vacib ehtiyata əsasən belə bir 
tərlə nəmlənmiĢ bədən və ya libasla namaz qılınmamalıdır. 
Məsələ  132:  Müstəhəb  ehtiyata  əsasən,  haram  yolla  cünub  olanın 
tərindən  çəkinmək  lazımdır.  Bu  ehtiyata  riayat  üçün  qüsl  zamanı  bədən 
tərləməsin deyə ilıq su ilə qüsl vermək daha yaxĢıdır. Əlbəttə, az su ilə qüsl 
verdikdə  bu  Ģərt  nəzərə  alınmalıdır.  Amma  kürr  və  kürr  kimi  sularla  qüsl 
verdikdə  suyun  isti  olmasının  eybi  yoxdur.  Müstəhəb  ehtiyata  əsasən,  bu 
halda qüslü bitirdikdən sonra bütün bədəni bir dəfə suya çəkmək yaxĢıdır. 
Məsələ  133:  AybaĢı  günlərində  və  mübarək  ramazan  ayında  gündüzlər 
yaxınlıq  etmək  haramdır.  Ġnsan  belə  bir  yaxınlıq  zamanı  tərləyərsə  vacib 
ehtiyata əsasən bu təri haram yolla cənabət təri saymalıdır. 
Məsələ  134:  Haram  yolla  cənabət  təri  dedikdə  yaxınlıq  zamanı, 
yaxınlıqdan sonra qüsl verənədək görünən tər nəzərdə tutulur. 
Məsələ  135:  Haram  yolla  cünub  olmuĢ  Ģəxs  su  olmadığından,  vaxtın 
azlığından  və  ya  baĢqa  bir  səbəblə  təyəmmüm  edərsə,  bədəninin  təri  pak 
olar, belə bir vəziyyətdə namaz qıla bilər. 
Murdarlığın sübuta yetmə yolları 
Məsələ 136: Bir Ģeyin murdar olması üç yolla sübuta yetir: 
1. Ġnsan buna əmin olmalıdır. Hətta ciddi bir güman bəs etmir. Bu əsasla, 
insan  murdar  zənn  etdiyi  yeməkxanalarda  xörək  yeyə  bilər.  Orada 
murdarlığa əminlik olarsa çəkinmək lazımdır. 
2.  Mal  sahibi  (ev  sahibi,  satıcı  və  ya  xidmətçi)  ixtiyarında  olan  Ģeyin 
murdarlığını bildirərsə kifayatdir. 
3. Ġki, hətta bir nəfər ədalətli Ģəxs Ģəhadət verərsə kifayatdir. 
Məsələ 137: Öncə pak olmuĢ bir Ģeyin sonradan murdarlanmasına Ģəkk 
edilərsə,  həmin  Ģey  pakdır.  Öncə  murdar  olmuĢ  bir  Ģeyin  sonradan 
paklandığı Ģəkk edilərsə, həmin Ģey murdardır. 
Məsələ 138: Əgər insan ixtiyarında olan iki qab və ya iki libasdan birinin 
murdarlandığına  əmindirsə  və  hansı  birinin  murdarlandığını  bilmirsə,  hər 
ikisindən çəkinməlidir. Amma öz libası və ya istifadəsində olan baĢqa birinə 
məxsus  libaslardan  hansı  birinin  murdarlandığını  bilməzsə,  onlardan 
çəkinməməlidir. 
Məsələ 139: Vasvası insanlar paklıq-murdarlıq  məsələsində öz baxıĢına 
əhəmiyyət  verməməlidirlər.  Onlar  adi  Ģəxslərin  hansı  hallarda  bir  Ģeyi  pak 
və  ya  murdar  saymasını  əsas  götürməlidirlər.  Vasvasılıqdan  uzaqlaĢmaq 
üçün ən yaxĢı yol e’tinasızlıqdır. 


ġəriət risaləsi 
30 
Məsələ  140:  Ġslam  Ģəriəti  paklıq-murdarlıq  məsələlərinə  ifrat  diqqət 
yetirilməsini bəyənmir, vasvasılıq yaradacaq həddə ehtiyatı nöqsan sayır. 
Məsələ  141:  Ġnsan  bir  Ģeyin  murdarlanmasını  güman  etdikdə  araĢdırma 
aparmamalı, sual verməməlidir. Əgər həmin axtarıĢ vasvasılığa səbəb olarsa 
bəyənilmir. 
Məsələ  142:  Paklıq-murdarlıq  qaydalarına  riayat  etməklə  yanaĢı 
müstəhəbdir ki, bədənin, libasın, evin, məskənin, miniyin və bütün yaĢayıĢ 
mühitinin  təmizliyi  gözlənilsin.  Ġslam  Peyğəmbəri  (s)  və  mə’sum  imamlar 
bu nöqtəyə əhəmiyyət vermiĢlər. 
Murdarlığın sirayat etmə səbəbləri 
Məsələ 143: Əgər pak bir Ģey murdar bir Ģeyə toxunarsa və onlardan biri 
rütubətli  olarsa,  pak  Ģey  murdarlanar.  Əgər  hər  iki  Ģey  quru  olarsa  və  ya 
rütubət yaĢdan quruya sirayat edəcək həddə olmazsa, murdara toxunan pak 
Ģey  pak  qalar.  (Amma  meyyit  qüslundan  öncə  hətta  quru  Ģəraitdə  meyitə 
toxunmamaq vacib ehtiyatdır.) 
Məsələ  144:  Əgər  pak  Ģeyin  murdar  Ģeyə  toxunmasına  və  ya  onların 
rütubətli olmasına Ģəkk varsa, toxunma zamanı pak Ģey murdarlanmaz. 
Məsələ  145:  Xalça  və  ya  libasın  hansı  hissəsinin  murdarlandığı 
bilinmirsə,  onun  bir  hissəsinə  toxunan  əl  murdarlanmaz.  Ġki  Ģeydən  biri 
murdardırsa  və  onlardan  hansının  murdar  olduğu  bilinmirsə,o  ikisindən 
birinə toxunarsa murdar sayılmaz. 
Məsələ 146: Torpaq, parça və ya bu kimi baĢqa bir Ģey rütubətli olduğu 
vaxt ona murdar Ģey toxunarsa, həmin toxunan hissə murdar sayılar. Amma 
rütubət elə bir həddə olarsa ki, bir yerdən o birinə sirayat etsin, həmin Ģey 
bütövlükdə  murdar  sayılar.  Xiyar,  qarpız,  qatıq  və  bu  kimi  Ģeylər  çox 
rütubətli olmazsa, yalnız murdara toxunan hissə murdarlanar. 
Məsələ  147:  Yağ  və  Ģirə  axıcı  olarsa,  bir  nöqtəsi  murdarlandıqda 
bütünlüklə  murdar  sayılar.  Əgər  axıcı  olmazsa,  rütubət  bir  yerdən  o  birinə 
sirayat  etmədiyindən  yalnız  toxunan  hissə  murdar  sayılar.  Həmin  murdar 
hissəni götürüb atmaq olar. 
Məsələ  148:  Əgər  milçək  və  ya  onun  kimi  baĢqa  bir  həĢərat  rütubətli 
murdar  bir  Ģeyin  üzərindən  qalxıb  pak  bir  yerə  qonarsa,  həmin  həĢəratın 
ayağının  rütubət  götürməməyini  düĢündükdə  onun  qonduğu  yer  murdar 
sayılmaz.  Əgər  həĢəratın  öz  ayağında  murdar  Ģey  apardığını  və  onun 
qonduğu yerə sirayat etdiyini biləriksə, həmin yer murdar sayılar. 
Məsələ  149:  Bədənin  tərli  yeri  murdarlansa  tərin  sirayat  etdiyi  yerlər 
murdar sayılar.  
Məsələ 150: Burundan və ya boğazdan gələn bəlğəm qatı olarsa qan olan 
nöqtə murdar sayılar. Əgər axıcı olarsa, bütünlüklə murdardır. 
Məsələ  151:  Əgər  altı  deĢik  qab  murdar  yerə  qoyularsa  və    ondakı  su 
təzyiqlə xaric olarsa qabın içi murdarlanmaz. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə