ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə11/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   7   8   9   10   11   12   13   14   ...   141

ġəriət risaləsi 
26 
Məsələ 99: Əgər quzu və çəpiĢ ot  yemək həddinə çatanadək ölsə, onun 
qursağındakı  pendir  mayası  pakdır.  Amma  həmin  mayanı  vacib  ehtiyata 
əsasən suya çəkmək lazımdır. 
Məsələ  100:  Müsəlman  bazarında  satılan  və  ya  müsəlmanın  hədiyyə 
etdiyi ətlər pak və halaldır. Bu ətlərə münasibətdə araĢdırma aparmaq lazım 
deyil.  Amma  mə’lum  olsa  ki,  həmin  müsəlman  bu  əti  kafirdən  alıb  və 
lazımınca  diqqət  göstərməyib,  ondan  yemək  haramdır.  Qeyri-Ġslami 
ölkələrdən gətirilən dərilər pakdır, amma onlarla namaz qılmaq olmaz. 
Məsələ  101:  Qeyri-Ġslami  ölkələrdən  gətirilən  yağ,  pendir,  dərmanlar, 
sabunlar,  kremlər,  parçalar,  ətirlər  və  bu  kimi  baĢqa  Ģeylər  pakdır.  Yalnız 
əminlik varsa, onları pak saymamaq olar. 
5. Qan 
Məsələ 102: Ġnsanın və atıcı qanı olan hər bir heyvanın qanı murdardır. 
Amma  balığ  və  ilan  kimi  atıcı  qanı  olmayan  heyvanların,  eləcə  də 
ağcaqanadın qanı pakdır. 
Məsələ 103: Əti halal olan heyvanın baĢını Ģəriət qaydasınca kəssələr və 
onun  qanı  adi  həddə  axıb  getsə,  bədəndə  qalan  qan  pakdır.  Amma  əgər 
baĢını  kəsən  zaman  heyvanın  baĢını  bədənindən  hündür  yerə  qoyduqları 
üçün  və  ya  heyvanın  nəfəs  çəkməsi  səbəbindən  qan  geri  qayıtsa,  vacib 
ehtiyata əsasən həmin qandan çəkinmək lazımdır. 
Məsələ  104:  Toyuqun  yumurtasındakı  qanı  götürüb  atsalar  kifayət  edər 
qalanı  pak  və  halaldır.  Lakin  aradan  itib  getməsi  üçün  bilərəkdən 
qarıĢdırsalar  onu yeməyin eybi var.  
Məsələ 105: Daha yaxĢı budur ki, südün daxilində görünən və sonradan 
qarıĢaraq  aradan  gedən  qan  damarcıqlarından  çəkinilsin.  Baxmayaraq 
ki,haram və nəcis deyildir.  
Məsələ 106: Əgər damaqdan və ya ağızın baĢqa bir hissəsindən çıxan qan 
ağız suyunda həll olub itərsə, pakdır. Bu halda ağız suyunu udmaq da olar. 
Amma bu iĢ bilərəkdən görülməməlidir. 
Məsələ 107: Əgər dəri və dırnaq əzildikdə onların altında qan ölərsə və 
artıq  onu  qan  saymazlarsa,  pakdır.  Amma  onu  yenə  qan  adlandırarlarsa, 
dərinin  və  dırnağın  altında  olduğu  vaxt  dəstəmaz  və  qüsl  üçün  mane 
yaratmır.  Əgər  qan  toplanan  yer  deĢilərsə  ciddi  bir  zərər  və  əziyyət 
olmadıqda  onu  çıxarmaq  lazımdır.  Qanı  çıxarmaq  ciddi  əziyyətə  səbəb 
olduqda dəstəmaz və qüsl üçün onun ətrafını yuyub üzərinə parça qoymaq, 
parçanın üzərindən əli yaĢ halda çəkmək lazımdır. Ehtiyat müstəhəb budur 
ki, təyəmmüm də edilsin. 
Məsələ  108:  Əgər  insan  dərinin  altındakı  qara  ləkənin  ölü  qan  və  ya 
əzilmiĢ ət olduğunu bilməsə, həmin ləkə pak sayılır. 


ġəriət risaləsi 
27 
Məsələ 109:Dərinin cızılması səbəbindən yaranan və ya yaranın ətrafında 
görünən sarımtıl suyun qan və ya qana qatıĢıq olması mə’lum deyilsə, o su 
pakdır. 
Məsələ  110:  Yara  yuyulduqdan  və  ya  sağaldıqı  zaman  görünən  qırmızı 
rəngli dəri pakdır. Yalnız onda qan olduğuna əminlik varsa, pak sayılmaz. 
6,7. Ġt və donuz 
Məsələ 111. Adi (suda yaĢamayan) it və donuz murdardır. Onların hətta 
tükü,  pəncəsi,  dırnağı  və  rütubəti  murdardır.  Amma  su  iti  və  dəniz  donuzu 
pakdır. 
Məsələ  112:  Bu  iki  murdar  heyvandan,  yə’ni  it  və  donuzdan  doğulan 
heyvan eləcə  də, onlardan baĢqa  bir heyvanla cütləĢməsindən doğulan  bala 
it və donuz adlanmazsa pakdır. 
8. Kafir və kafir hökmündə olanlar 
Məsələ  113:  Kafir,  yə’ni  Allahı  və  ya  Ġslam  Peyğəmbərini  (s)  qəbul 
etməyən,  Allaha  Ģərik  qoĢan  Ģəxs  yəhudilik  və  məsihilik  kimi  səmavi 
dinlərdən birini qəbul etsə də, ehtiyata əsasən, murdardır. 
Məsələ  114:  Allaha  və  Ġslam  Peyğəmbərinə  (s)  inandığı  halda  bə’zən 
Ģübhələrə düçar olub araĢdırma aparan Ģəxslər pakdırlar və həmin Ģübhələrin 
zərəri yoxdur. 
Məsələ  115:  Bir  Ģəxs  Ġslamın  dini  zərurətlərini,  yə’ni  bütün 
müsəlmanların  qəbul  etdiyi  məad,  və  qiyamət  günü  namaz  və  oruc  kimi 
vacib  olan  mövzuları  inkar  edərsə,  onların  zəruriliyini  bilirsə,  kafirdir  və 
onların  zəruriliyinə  Ģübhə  edirsə,  kafir  deyil.  Müstəhəb  ehtiyata  əsasən 
belələrindən çəkinmək lazımdır. 
Məsələ  116:  Yuxarıda  kafirin  murdar  olduğu  bildirildi.  Bu  murdarlıq 
onun bədəninə, hətta tükünə və dırnağına da aiddir. 
Məsələ  117:  Ġslam  cəmiyyətində  yaĢayan  bir  Ģəxsin  e’tiqadından 
xəbərsiziksə  o  pak  sayılır.  Onun  əqidəsini  araĢdırmaq  lazım  deyil.  Qeyri-
Ġslami  cəmiyyətlərdə  isə  bir  Ģəxsin  müsəlman  və  ya  kafir  olduğu  mə’lum 
deyilsə, həmin Ģəxs pakdır. 
Məsələ  118:  Kafirlərin  övladları  da  valideynləri  ilə  eyni  hökmdədir. 
Müsəlmanların övladları,  hətta təkcə atası və ya anası müsəlman olan körpə 
də pakdır.  
Məsələ  119:Əgər  bir  Ģəxs(Allaha  pənah)Allahın,  Peyğəmbərin  (s), 
mə’sum  imamların  və  ya  xanım  Fatimənin  (ə)  ünvanına  təhqiramiz  söz 
deyərsə və ya onlarla düĢmənçilik edərsə, kafirdir. 
Məsələ 120: Həzrət Əli (ə) və digər imamlara münasibətdə ifrata varan, 
yəni  onları  Allah  sayan  və  ya  Allaha  məxsus  sifətləri  onlara  aid  edən  kəs 
kafirdir. 


ġəriət risaləsi 
28 
Məsələ  121:  (Vəhdəti-vücud)  əqidəsində  olanlar,  yə’ni  bütün  varlıq 
aləmini Allahın vücudu və bütün mövcudları eynən Allah sayanlar, Allahın 
insan və digər mövcudlarda hüluluna (görünməsinə) inananlar, Allahı cisim 
sayanlardan vacib ehtiyata əsasən, çəkinmək lazımdır. 
Məsələ  122:  Mə’sum  imamlarla  düĢmənçilik  etməyən,  onlara 
münasibətdə  ifrata  varmayan,  xəvaric  əqidəsindən  savayı  bütün  Ġslam 
firqələri pakdır. 
9. Məstedici maye 
Məsələ 123: ġərab və insanı məst edən istənilən bir maye vacib ehtiyata 
əsasən,  murdardır.  Amma  əsli  maye  olmayan  tiryək,  həĢiĢ  kimi  məstedici 
narkotik  maddələr  pakdır.  Onlar  su  qatılmaqla  maye  halına  salınsa  belə 
murdar sayılmaz. Amma bu kimi maddələrdən istifadə etmək haramdır. 
Məsələ  124:  Məstedici  mayedən  alınması  bilinməyən  tibbi  və  texniki 
spirt  pakdır.  Tibbi  və  texniki  spirtlə  hazırlanmıĢ  adikolonlar,  ətirlər  və 
dərmanlar da pak sayılır. 
Məsələ  125:  Ġçilməsi  mümkün  olmayan,  zəhərli  spirtlər  murdar  deyil. 
Amma onu durulaĢdırsalar, Ģərab və məstedici maye halına salsalar içilməsi 
haramdır və ehtiyat vacibə əsasən murdar sayılır. 
Məsələ 126: Əgər üzüm suyu öz-özünə qaynasa (qaynama adətən Ģərab 
hazırlanması  üçün  müqəddimədir)  murdar  olur  və  onu  içmək  haramdır. 
Amma  od  və  bu  kimi  baĢqa  vasitə  ilə  qaynadılsa  murdar  sayılmaz,  amma 
onu  içmək  haramdır.  Xurma,  mövüz,  kiĢmiĢ  suyu  da  vacib  ehtiyata  əsasən 
belədir. 
Məsələ127:Əgər  xurma,mövüz  və  kiĢmiĢi  yeməklə  birlikdə  biĢirərlərsə 
və  qaynarsa  beləki,  su  onun  daxilinə  nüfuz  edər  və  daxilindəki  su  da 
qaynarsa  haram  olacaqdır.  Amma  nəcis  olmaz  və  onları  ayırıb  yeməyi 
yemək  olar.Bununla  belə  ayrıca  qızardılan  və  düyü  ilə  dəmə  qoyulan  və 
bunun  kimi  yerlərdə  manesi  yoxdur.Xurmanın  suyu  da  yeməyə 
qarıĢar,qaynar  və  aradan  gedərsə  manesi  olmaz.Amma  əgər  onun  miqdarı 
çox olub qaynayar və aradan getməzsə onu yemək olmaz. 
10. Piyvə 
Məsələ  128:  Arpadan  alınmıĢ  spirtli  içki  “piyvə”  adlanır,  onu  içmək 
haramdır və piyvə Ģərab kimi murdar sayılır. Amma tibbi məqsədlə arpadan 
alınan və “mauĢ-Ģəyir” adlanan su məstedici deyil, pak və halaldır. 
Məsələ  129:  Tibdə  istifadə  edilən  toz  Ģəkilli  piyvə  mayası  məstecidi 
deyil, pak və halaldır. 
11. Murdar yemiĢ heyvanın təri 
Məsələ 130: Murdar yemiĢ dəvənin, hətta baĢqa heyvanların da təri vacib 
ehtiyata əsasən murdardır. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə