ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə7/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   2   3   4   5   6   7   8   9   10   ...   141

ġəriət risaləsi 
15 
olmasalar  məsələn  oruc  tuta  bilməsələr  oruc  tutmaq  onlara  vacib  deyildir. 
Əgər  gələn  ilin  Ramazan  ayına  qədər  qəzasını  da  yerinə  yetirə  bilmə 
qüdrətində olmasalar qəzası da onlara vazib deyildir.Lakin(tutmadıqları)hər 
günə  görə  bir  fəqiri  doyuzdurmalıdırlar.Evlənməyə  gəldikdə  isə  cismi 
inkiĢaf  və  rüĢdə  ehtiyacları  vardır.Mallarına  sahib  olmada  isəkifayət  qədər 
iqtisadi inkiĢaflarının olması lazımdır.     
Məsələ  2:  Hökmlərlə  müctəhidə  təqlidin  mahiyyəti  müctəhidin 
göstəriĢinə əməli istinad edilməsidir. Yə’ni təqlid edən insan öz əməllərini 
müctəhidin göstəriĢləri ilə Ģərtləndirir. 
Məsələ 3: Təqlid edilən müctəhid: kiĢi, həddi-büluğa çatmıĢ, ağıllı, on iki 
imamçı  Ģiə,  halal  yolla  doğulmuĢ  (halalzadə),  həmçinin  vacib  ehtiyata 
əsasən,  ədalətli  və  diri  olmalıdır.  (Daxilindəki  Allah  qorxusu  səbəbindən 
böyük  günahdan  çəkinən  və  kiçik  günahları  təkrarlamayan  Ģəxs  ədalətli 
sayılır). 
Məsələ 4: Müctəhidlər arasında müəyyən bir məsələyə münasibətdə fikir 
ayrılığı varsa, daha elmli, (ə’ləm) müctəhidə təqlid etmək lazımdır. 
Məsələ 5: Müctəhidi və daha elmli müctəhidi üç yolla müəyyənləĢdirmək 
olar: 
A)  Elm  əhli  olan  insan  özü  müctəhid  və  daha  elmli  müctəhidi  tanıya 
bilər. 
B)  Elm  əhlindən  olan  iki  ədalətli  Ģəxs  ona  bu  barədə  mə’lumat  verdiyi 
halda (baĢqa iki alim onların dediyinin əksinə Ģəhadət verməsin). 
V)  Müctəhid  və  ya  daha  elmli  müctəhid  elm  əhli  arasında  və  elmi 
dairələrdə o qədər məhĢur ola bilər ki, insan buna əmin olar. 
Məsələ  6:  Daha  elmli  müctəhidi  dəqiq  tanımaq  mümkün  olmadıqda 
ehtiyat vacib budur ki, insan daha elmli saydığı müctəhidə təqlid etsin. Əgər 
bir neçə müctəhidi elm baxımından fərqləndirə bilməzsə, onlardan istənilən 
birinə təqlid edə bilər.  
Məsələ 7: Müctəhidin fətvasını öyrənməyin bir neçə yolu var: 
a) Müctəhidin özündən eĢitmək və onun əlyazmasını görmək; 
b) E’tibarlı sayılan risalədə görmək; 
v) E’tibarlı bir Ģəxsdən eĢitmək; 
q)  Fətvanın  xalq  arasında  xatircəmliyə  səbəb  olacaq  qədər  məĢhur 
olması. 
Məsələ  8:  Əgər  insan  müctəhidin  fətvasının  dəyiĢdiyini  güman  edərsə, 
araĢdırma aparmayıb əvvəlki fətvaya əməl edə bilər. 
Məsələ  9:  Əgər  bir  Məsələ  ilə  bağlı  müctəhid  qəti  fətva  verməmiĢsə, 
sadəcə  ehtiyat  əsasında  müəyyən  Ģəkildə  əməl  etməyi  söyləyirsə,  elə  bir 
ehtiyat  vacib  ehtiyat  adlanır.  Təqlidçi  ya  onun  söylədiyinə  əməl  etməli,  ya 
da  baĢqa  eyni  rütbəli  və  yaxud  daha  ələm  bir  müctəhidə  üz  tutmalıdır.  Bu 
müctəhid bir məsələ ilə bağlı qəti fətva vermiĢsə, məsələn, namazda iqaməni 
müstəhəb  saymıĢsa,  eyni zamanda onu tərk  etməməyi  ehtiyat bilmiĢsə, elə 


ġəriət risaləsi 
16 
bir  ehtiyat,  müstəhəb  ehtiyat  adlanır.  Təqlidçi  bu  göstəriĢə  əməl  edib-
etməməkdə  azaddır.  Əgər  müctəhid  bir  iĢ  haqqında  “təəmmul  məhəlli”  və 
ya  “iĢkal  məhəlli”  sözlərini  iĢlədirsə,  təqlidçi  ya  ehtiyata  əməl  edər,  ya  da 
baĢqa birinə üz tutar. Amma müctəhid bir məsələ ilə bağlı “zahirdə belədir” 
və  ya  “daha  qüvvətli  nəzər  belədir”  (“əqva”)  tə’birlərini  iĢlədərsə,  bu 
tə’birlər fətva sayılar və təqlidçi ona əməl etməlidir. 
Məsələ 10: Əgər insanın təqlid etdiyi müctəhid dünyasını dəyiĢərsə, ona 
təqlidi  davam  etdirmək  olar.  Həmin  müctəhid  daha  elmli  olduqda  təqlidi 
davam  etdirmək  vacibdir.  Bir  Ģərtlə  ki,  bu  iĢdə  onun  fətvasına  əməl  etmiĢ 
olsun. 
Məsələ  11:  Ġnsan  təqlidə  baĢlayarkən  dünyasını  dəyiĢmiĢ  müctəhidin 
fətvalarına təqlidə baĢlaya bilməz. Vacib ehtiyata əsasən o müctəhid ə’ləm 
olarsa belə, təqlidə bu Ģəkildə baĢlamağa icazə verilmir. 
Məsələ 12:Hər bir kəs adətən ehtiyac duyduğu məsələləri öyrənməli, ya 
da ehtiyat yolla tanıĢ olmalıdır. 
Məsələ  13:Əgər  qarĢısına  çıxan  məsələnin  hökmünü  bilməsə  ehtiyata 
əməl  edə  bilər.  Əməli  yerinə  yetirmək  üçün  vaxt  varsa,  səbr  edib 
müctəhiddən  öyrənməlidir.  Əgər  müctəhiddən  öyrənmək  imkanı  olmasa, 
daha  çox  ehtimal  olunan  yolla  getməli,  sonradan  məsələni  öyrənməlidir. 
Əgər  gördüyü  iĢ  müctəhidin  fətvasına  uyğun  olarsa,  qəbuldur,  uyğun 
olmazsa onu təkrar yerinə yetirməlidir. 
Məsələ 14: Əgər bir Ģəxs müəyyən bir müddət təqlidsiz hərəkət etmiĢsə, 
təqlidə  baĢlayanda  araĢdırma  aparmalıdır.  Əgər  təqliddən  öncəki  əməlləri 
hazırkı  müctəhidin  fətvalarına  uyğundursa  qəbuldur,  uyğun  deyilsə  onları 
təkrar  yerinə  yetirməlidir.  Yetərincə  araĢdırma  aparmadan  bir  müctəhidə 
təqlid edilən halda da eyni cür addım atılır. 
Məsələ  15:  Əgər  bir  Ģəxs  bir  müctəhidin  fətvasını  düzgün  nəql 
etməmiĢsə,  xəbər  tutduqdan  sonra  onu  düzgün  Ģəkildə  söyləməlidir.  Əgər 
səhvə minbərdə və ya hər hansı söhbətdə yol vermiĢsə, müxtəlif məclislərdə 
uyğun  məsələni  düzgün  Ģəkildə  təkrarlamalıdır.  Belə  edərsə,  səhv  addım 
atanlar  öz  səhvini  düzəldər.  Amma  müctəhidin  fətvası  dəyiĢdiyi  vaxt  bu 
dəyiĢikliyi e’lan etmək vacib deyil. 
Məsələ 16: Təqlidi dəyiĢmək, yə’ni bir müctəhidin fətvalarını boĢlayıb o 
birinə  üz  tutmaq  vacib  ehtiyata  əsasən  yol  verilməzdir.  Amma  ikinci 
müctəhid  daha  elmli  olduqda  təqlidi  dəyiĢmək  mümkündür.  Yetərincə 
araĢdırma  aparmadan  təqlidi  dəyiĢən  Ģəxs  yenidən  əvvəlki  müctəhidə  üz 
tutmalıdır. 
Məsələ  17:  Müctəhidin  fətvası  dəyiĢərsə,  yeni  fətvaya  əməl  etmək 
lazımdır.  Amma  öncəki  fətvaya  əsasən  yerinə  yetirilən  əməllər  (ibadətlər, 
müamilələr) düzgündür və onları təzələmək lazım deyil. Bir müctəhiddən o 
birinə təqlidə keçən zaman da ötən əməlləri təzələmək lazım deyil. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə