ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə10/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   6   7   8   9   10   11   12   13   ...   141

ġəriət risaləsi 
23 
3.  Mö’minin  qəbri  üstündə  və  ya  mö’min  və  müqəddəsliklərə 
hörmətsizlik sayılacaq yerlərdə. 
Məsələ 71: Nəcis çıxacağını yumaqla, ya üç parça kağız, daĢ və ya parça 
ilə  təmizləmək  olar.  Amma  nəcis  çıxacağı  adi  həddən  artıq  bulanarsa, 
nəcislə  birlikdə  qan  kimi  bir  murdar  Ģey  xaric  olarsa  və  ya  kənardan 
murdarlanarsa, onu yalnız su ilə paklamaq olar. 
Məsələ  72:  Nəcis  çıxacağını  istənilən  bir  halda  su  ilə  yumaq  daha 
yaxĢıdır.  
Məsələ 73: Sidik çıxacağı  yalnız su ilə paklanır. Onu az su ilə bir dəfə 
yumaq  kifayət  edər  baxmayaraq  ki  iki  dəfə  yumaq  daha  yaxĢıdır,  axar  su 
hökmündə olan çox həddinə qoĢulmuĢ sularla bir dəfə yumaq bəsdir. 
Məsələ 74: Sidik və nəcisin təbii və ya qeyri-təbii (plastik) çıxacaqlarının 
yuyulması  arasında  fərq  yoxdur.  Amma  qeyri-təbii  çıxacağı  yeri  sudan 
baĢqa Ģeylə təmizləmək bəs etmir. 
Məsələ 75: Əgər nəcis çıxacağı  yeri üç parça, daĢ, kağız və  ya bu kimi 
bir Ģeylə təmizləndikdən sonra ondan yalnız su vasitəsi ilə təmizlənə biləcək 
zərrələr qalarsa, eybi yoxdur, bu vəziyyətdə namaz qılmaq olar. 
Məsələ  76:  Bir  parça  daĢ,  kağız  və  ya  parçanın  üç  tərəfi  ilə  nəcis 
çıxacağını təmizləmək bəs edir. 
Məsələ  77:  Ġnsan  Ģəkk  etsə  ki,  sidik  və  ya  nəcis  çıxacağını  paklayıb-
paklamayıb,  Ģəkdən  sonra  özünü  paklamalıdır.  Amma  namaz  qıldıqdan 
sonra bu barədə Ģəkk edərsə, namazı düzgündür. Növbəti namazlar üçün isə 
özünü paklamalıdır. 
Ġstibra (sidik kanalının Ģər’i qaydada təmizlənməsi)  
Məsələ  78:  Ġstibra  kiĢilərə  aid  müstəhəb  bir  əməldir.  Ġnsan  sidiyə 
getdikdən sonra növbəti qaydada istibra əməlini yerinə yetirir: Cinsi alət bir 
neçə  dəfə  kökündən  üzü  yuxarıya  sıxılmıĢ  halda  sığallanır.  Sonra  yuxarı 
hissə  bir  neçə  dəfə  sıxılır  ki,  kanalda  qalan  sidik  xaric  olsun.  Spermanın 
(məni)  istibrası  üçün  isə  sperma  xaric  olduqdan  sonra  sidiyə  getmək 
lazımdır. Bu halda kanalda qalan hissə təmizlənir. 
Məsələ  79:  Ġnsanın  cinsi  alətindən  xaric  olan  rütubətlər  (sidik  və 
spermadan baĢqa) bir neçə qisimdir: 
1. Bə’zən sidikdən sonra azca ağ və yapıĢqan Ģəkilli su xaric olur. Bu su 
“vəd’i” adlanır. 
2. MazaqlaĢma zamanı xaric olan rütubət “məz’i” adlanır; 
3. Spermadan sonra xaric olan rütubət “vəz’i” adlanır. 
Əgər kanal sidik və spermaya bulaĢıq deyilsə, qeyd olunan bu üç rütubət 
pakdır, dəstəmaz və qüslü batil etmir.  
Məsələ  80:  Sidikdən  sonra  istibranın  faydası  budur  ki,  sidik  kanalı 
təmizlənir.  Əgər  istibradan  sonra  Ģübhəli  rütubət  xaric  olarsa,  o,  pakdır  və 


ġəriət risaləsi 
24 
dəstəmazı  batil  etmir.  Amma  istibra  olunmadığı  bir  halda  belə  bir  rütubət 
görünərsə dəstəmazı təzələmək, sidik çıxacağını yumaq lazımdır. 
Məsələ  81:  Spermadan  istibranın  faydası  budur  ki,  kanaldan  Ģübhəli 
rütubət  xaric  olduqda  və  onun  sperma,  yoxsa  baĢqa  bir  pak  su  olduğu 
bilinmədikdə,  qüsl  vermək  lazım  olmur.  Amma  istibra  edilməyibsə, 
spermanın  kanalda  qalıb  sidiklə  birlikdə  xaric  olduğu  ehtimal  edildikdə 
yenidən qüsl vermək lazım gəlir. 
Məsələ 82:  Ġnsan Ģəkk etsə ki, istibra əməlini  yerinə  yetirib-yetirməyib, 
Ģübhəli  rütubətlərdən  çəkinməlidir.  Ġstibra  etdiyi  halda  onu  düzgün  edib-
etməməsində Ģəkk etsə, Ģəkkinə e’tina etməməlidir. 
Məsələ  83:  Qadın  üçün  istibra  yoxdur.  Ondan  Ģübhəli  rütubət  xaric 
olarsa, bu rütubət pakdır, dəstəmaz və qüslə ehtiyac yoxdur. 
Ayaqyolunda bəyənilən (müstəhəb) və bəyənilməyən 
(məkruh) əməllər 
Məsələ  84:  Ġnsanın  sidiyə  gedərkən  və  ya  bayıra  çıxarkən  kimsə 
tərəfindən  qətiyyən  görünməyən  bir  yerdə  oturması  müstəhəbdir.  Sidiyə 
gedərkən və ya bayıra çıxarkən baĢı örtmək müstəhəbdir. 
Məsələ  85:  Sidiyə  gedərkən  və  ya  bayıra  çıxarkən  aĢağıdakı  hallar 
bəyənilmir (məkruhdur): 
1. Meyvə ağaclarının altında oturmaq; 
2. Ġnsanların gediĢ-gəliĢ məhəllində oturmaq (kimsə görməsə belə); 
3. Evlərin ətrafında oturmaq; 
4. GünəĢ və ayla üzbəüz oturmaq (ayıb yerini örtsə məruh deyil); 
5. Çox oturmaq; 
6.  Zərurət  olmadığı  halda  danıĢmaq  (amma  bütün  hallarda  Allah  zikri 
yaxĢı sayılır) ; 
7. Ayaq üstə sidiyə getmək; 
8. Suya, xüsusilə hərəkətsiz suya sidiyə getmək; 
9. Heyvanların yuvasına sidiyə getmək; 
10. Sidiyi sıçradacaq bərk yerə və külək qarĢısında sidiyə getmək. 
Məsələ  86:  Sidiyə  getmək  və  bayıra  çıxmaq  lazım  gəldikdə  bunun 
qarĢısını almaq bəyənilmir. Bu iĢin zərəri olsa, insan üçün nöqsanı var. 
Məsələ 87: Yuxudan və namazdan qabaq, sperma  xaric olduqdan sonra 
sidiyə getmək bəyənilən iĢdir. 
Murdar Ģeylər 
Məsələ  88:  Vacib  ehtiyata  əsasən,  on  bir  Ģey  murdardır:  Sidik,  nəcis, 
sperma,  heyvan  ölüsü,  qan,  it,  donuz,  kafir,  məstedici  mayelər,  piyvə, 
murdar Ģey yeyən heyvanın təri. 


ġəriət risaləsi 
25 
1, 2. Sidik və nəcis 
Məsələ 89: Ġnsanın və atıcı qanı olan əti haram heyvanın sidiyi və nəcisi 
murdardır.  Hətta  atıcı  qanı  olmayan,  əti  haram  heyvanın  da  sidiyindən 
çəkinmək  vacib  ehtiyatdır.  Amma  ağcaqanad,  milçək  və  bu  kimi  kiçik 
həĢəratların  nəcisi  pakdır.  Bu  əsasla  siçovul,  piĢik  və  yırtıcı  heyvanların 
nəcisindən çəkinmək lazımdır. 
Məsələ  90:  Murdar  yeyən  heyvanın  sidiyi  və  nəcisi  murdardır.  Vacib 
ehtiyata  əsasən,  insanın  cinsi  yaxınlıq  etdiyi  heyvanın  da  sidiyi  və  nəcisi 
murdar sayılır. 
Məsələ  91:  Donuz  südü  içmiĢ  qoyunun  sidik  və  nəcisindən  çəkinmək 
lazımdır. 
Məsələ  92:  Əti  halal  və  haram  quĢların  ifrazatı  və  sidiyi  murdar  deyil. 
Amma  müstəhəb  ehtiyata  əsasən,  əti  haram  quĢların,  xüsusi  ilə  yarasanın 
(gecə quĢunun) sidiyindən çəkinmək lazımdır. 
3. Sperma (məni) 
Məsələ 93:  Ġnsanın və atıcı qanı olan heyvanın sperması murdardır.  Bu 
heyvanların ətinin halal və ya haram olmasının fərqi yoxdur. Hətta atıcı qanı 
olmayan heyvanların spermasından da çəkinmək vacib ehtiyatdır.  
4. Heyvan ölüsü 
Məsələ  94:  Atıcı  qanı  olan  heyvanın  ölüsü  murdardır.  Heyvan  ölüsü 
dedikdə  özü  ölmüĢ  heyvan  nəzərdə  tutulur.  Amma  Ģəriət  qaydasınca  yox, 
baĢqa  bir  qaydada  kəsilmiĢ  heyvan  pakdır.  Ondan  çəkinmək  müstəhəb 
ehtiyatdır.  Beləcə,  qeyri-Ġslami  ölkələrdən  gətirilən  heyvan  əti  və  dəri  pak 
sayılır. Amma bu ətlərdən yemək haramdır. Ġnsan həmin heyvanların Ģəriət 
qaydasınca  kəsildiyinə  əmin  olsa  və  ya  həmin  əti  gətirən  Ģəxs  onun  Ģər’i 
qaydada kəsildiyini bildirsə, ondan yemək olar. 
Məsələ 95: Ölü heyvanın yun, tük və dırnaq kimi ruhsuz hissələri pakdır. 
Amma  zədələndikdə  ağrı  verən  sümük,  diĢ  (bir  hissəsi),  buynuz  kimi  ruhu 
olan hissələr iĢkallıdır. 
Məsələ  96:  Diri  insan  və  heyvanın  ruhu  olan  bədən  hissəsi  bədəndən 
ayrılarsa, murdardır. Bədəndən ayrılan azca ət də murdar sayılır. 
Məsələ  97:  Ġnsanın  dodağından,  baĢından,  bədəninin  baĢqa  yerlərindən 
qopan dərilər pakdır. Amma güclə qoparılmıĢ dəridən vacib ehtiyata əsasən 
çəkinmək lazımdır. 
Məsələ  98:  ÖlmüĢ  toyuğun  yumurtalığından  çıxan  yumurta  pakdır.  Bir 
Ģərtlə ki, onun qabığı bərkimiĢ olsun. Amma həmin yumurtanı suya çəkmək 
lazımdır. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə