ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə13/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   9   10   11   12   13   14   15   16   ...   141

ġəriət risaləsi 
31 
Məsələ  152:  Ġynə  kimi  bir  Ģey  bədənin  daxilində  qan  kimi  murdara 
toxunarsa  bayıra  çıxarılarkən  qana  bulaĢıq  olmasa  murdar  sayılmaz. 
Həmçinin  ağız  və  burun  suyu  ağız  və  burunun  daxilində  qana  toxunarsa 
nəcis olmaz. 
Məsələ 153: Sidiyə batmıĢ əl kimi murdarlanmıĢ Ģey rütubətli halda pak 
Ģeyə toxunarsa onu da murdarlayar. 
Murdarların hökmləri 
Məsələ  154:  Əvvəla,  murdar  bir  Ģeyi  yemək  və  ya  içmək  haramdır. 
Spirtli  içkilər  kimi  murdarın  əslini  uĢaqlara  içirtmək  də  haramdır. 
MurdarlanmıĢ Ģeyi vacib ehtiyata əsasən uĢaqlara da vermək olmaz. Amma 
bir Ģey onların öz əllərinin nəcis olması ilə murdarlanarsa eybi yoxdur. 
Məsələ  155:  Murdar  Ģeyi  satmağın  və  ya  istifadəyə  verməyin  eybi 
yoxdur.  Bu  barədə  mə’lumat  vermək  də  zəruri  deyil.  Amma  əgər  bir  Ģeyi 
alan  və  istifadəyə  götürən  Ģəxsin  həmin  Ģeydən  yeməkdə,  namazda  və  bu 
kimi  sahələrdə  istifadə  edəcəyi  bilinərsə,  vacib  ehtiyata  əsasən,  murdarlığı 
e’lan  etmək  lazımdır.  Bir  Ģey  istifadəyə  götürən  Ģəxsin  yanında 
murdarlanarsa, onu geri qaytaran vaxt eyni Ģəkildə rəftar olunur. 
Məsələ 156: Əgər insan bir Ģəxsin xəbərsiz halda murdar Ģey yediyini və 
ya  murdar  libas  və  paltarla  namaz  qıldığını  görərsə,  ona  bildirməsi  vacib 
deyil.  Amma  qonaq  rütubətli  libas  və  bədənlə  murdar  xalça  üzərində 
oturmaq istəyərsə ehtiyata əsasən ona e’lan etmək lazımdır. 
Məsələ 157: Əgər ev sahibi yemək əsnasında yeməyin murdar olduğunu 
anlayarsa,  vacib  ehtiyata  əsasən,  qonaqlara  deməlidir.  Amma  qonaqlardan 
biri yeməyin murdar olduğunu baĢa düĢərsə, yalnız özü çəkinməli, o birilərə 
deməməlidir.  Amma  həmin  adamlarla  ünsiyyətdədirsə  murdarlığın  ona 
keçməməsi  üçün  yeməkdən  sonra  onlara  e’lan  edə  bilər.  Məqsəd  bu 
olmalıdır ki, onlar əl və ağızlarını suya çəksinlər. 
Məsələ  158:  Ġkincisi,  Qur’anın  yazısını  və  vərəqini  murdarlamaq 
haramdır.  MurdarlanmıĢ  Qur’an  yazısı  və  vərəqini  dərhal  suya  çəkmək 
lazımdır.  Qur’an  cildinin  murdarlanması  Qur’ana  hörmətsizliyə  səbəb 
olarsa, bu iĢ də haram sayılar. 
Məsələ  159:  Qur’anı  murdar  yerə  qoymaq  ona  hörmətsizliyə  səbəb 
olarsa, bu iĢ haramdır və Qur’anı həmin yerdən götürmək lazımdır. 
Məsələ  160:  Murdar  mürəkkəblə  Qur’an  yazmaq  haramdır.  Ġnsan 
bilərəkdən və bilməyərəkdən bu iĢi görərsə,  ya  həmin  yazını məhv etməli, 
ya da suya çəkməlidir. 
Məsələ  161:  Qur’anın  kafirin  əlinə  verilməsi  ona  hörmətsizlik sayılarsa 
bu  iĢ  haramdır. Əgər  kafirin bu  yolla doğru  yola  gələcəyinə ümid varsa  və 
ya  bu  yolla  Ġslam  təbliğ  edilirsə,  ona  Qur’anı  vermək  olar,  hətta  bu  iĢ 
bəzəndə vacibdir. 


ġəriət risaləsi 
32 
Məsələ  162:  Qur’an  vərəqi,  dua  və  ya  Allahın,  Peyğəmbərin  (s)  və 
mə’sum  imamların  adı  yazılmıĢ  vərəq  murdar  yerə  düĢərsə,  onu  dərhal 
götürmək və suya çəkmək lazımdır. Bu iĢin xərci ağır olarsa və ya həmin iĢ 
mümkünsüz olarsa, vacib ehtiyata əsasən, həmin yazı ayaqyoluna düĢdükdə 
onun  çürüyüb  aradan  getməsinə  əmin  olanadək,  həmin  ayaqyolundan 
istifadə edilməməlidir. 
Məsələ  163:  Qur’anın  vərəqini  paklamaq  yalnız  onu  murdarlayanın 
vəzifəsi deyil. Qur’an vərəqinin murdarlanmasından xəbər tutan hər kəs onu 
paklamağa  vəzifəlidir.  Bu  vəzifəni  biri  yerinə  yetirdikdə  o  birilərin 
öhdəsindən  götürülür.  Amma  Qur’an  baĢqasına  məxsus  olduqda 
paklanarkən korlanarsa, onu murdarlayan Ģəxs zərəri ödəməlidir. 
Məsələ  164:  Ġmam  Hüseynin  türbətini  murdarlamaq  haramdır. 
MurdarlanmıĢ türbəti paklamaq vacibdir. Türbət murdar yerə düĢdükdə 162-
ci məsələdə göstərilmiĢ qaydada hərəkət etmək lazımdır. 
Məsələ 165: Dördüncüsü, məscidi murdarlamaq haramdır, murdarlanmıĢ 
məscidi paklamaq vacibdir. Bu Məsələ məscidin hökmləri bəhsində namaz 
qılanın yeri haqqında danıĢılarkən ətraflı Ģərh olunacaq. 
Məsələ  166:  BeĢincisi,  namaz  qılan  Ģəxsin  bədəni,  libası  və  səcdə  yeri 
pak  olmalıdır.  Bu  Məsələ  namaz  qılanın  libası  və  məkanı  bəhsində  Ģərh 
ediləcək. 
Məsələ  167:  Bir  Ģəxs  öz  ixtiyarında  olan  malın  murdar  və  ya  pak 
olduğunu bildirərsə, onun sözünü qəbul etmək lazımdır. Onun ədalətli olub-
olmaması Ģərt deyil. Sadəcə, həmin Ģəxs büluğ həddində olmalıdır və büluğ 
həddinə  çatmayan  birinin  sözləri  qəbul  deyil.  Amma  bir  Ģəxsin 
dediklərindən əminlik yaranarsa, büluğ həddi Ģərt sayılmaz. 
Pakedicilər (“Mutəhhirat”) 
Məsələ  168:  Murdarı  paklayan  Ģeylər  pakedici  adlanır.  On  iki  Ģey 
pakedicidir:  su,  torpaq,  günəĢ,  əslinin  dəyiĢilməsi  (“istihalə”),  növün 
dəyiĢməsi  (“inqilab”),  üçdə  birin  qalması,  köçürmə  (“intiqal”),  Ġslamın 
qəbulu,  tə’sirlənmə  (“təbəiyyət),  murdarın  əslinin  təmizlənməsi,  murdar 
yemiĢ  heyvanın  istibrası,  murdardan  təmizlənməsi,  müsəlmanın  qeyb 
olması. Bu pak edicilərin hökmləri növbəti Məsələlərdə açıqlanacaq. 
1. Su 
Məsələ  169:  Pak  və  saf  su  bütün  murdarları  paklayır.  Bir  Ģərtlə  ki, 
murdar  Ģey  yuyulduqda  su  bulaĢmasın,  onun  qoxusu,  rəngi  və  ya  dadı 
murdardan tə’sirlənməsin. Pak və saf su murdar Ģeyi o zaman təmizləyir ki, 
suya çəkməklə murdarın əsli təmizlənsin. Məsələn, əgər bir Ģeydə qan varsa, 
o  qədər  yuyulmalıdır  ki,  qan  təmizlənsin.  Az  su  ilə  yuyarkən  baĢqa  Ģərtlər 
də qoyulur. Bu barədə sonra danıĢılacaq. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə