ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə16/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   12   13   14   15   16   17   18   19   ...   141

ġəriət risaləsi 
38 
bədənindən  sayılan  qan  insandan  götürülsə  belə  pakdır.  Amma  zəlinin 
insandan sovurduğu qan pak deyil. Çünki bu qan onun bədənindən sayılmır.  
Məsələ 224: Əgər ağcaqanaddan çıxan qanın yenicə sorulduğu və ya öz 
bədənindən  olduğu  mə’lum  deyilsə,  pakdır.  Amma  qan  nə  qədər  ki, 
ağcaqanadın öz bədənindən sayılmır, murdardır. 
 
 
 
8. Ġslamın qəbulu 
Məsələ 225: Murdarlar haqqında danıĢarkən qeyd etdik ki, vacib ehtiyata 
əsasən, kafirdən çəkinmək lazımdır. Əgər kafir Ģəhadət kəlmələrini söyləsə 
(“ƏĢhədu  ənla  ilahə  illəllah  və  əĢhədu  ənnə  Muhəmmədən  rəsulullah”) 
müsəlman olar və bədəni paklanar. Amma bədənində murdarın əsli olarsa, 
onu  təmizləyib  yerini  suya  çəkməlidir.  Ġslamı  qəbul  etməzdən  qabaq 
bədənindən murdarı təmizləyərsə, onu suya çəkməsi lazım deyil. 
Məsələ_230'>Məsələ  226:  Kafir  Ġslamı  qəbul  etdikdə,  vacib  ehtiyata  əsasən,  onun 
əynindəki paltar paklanmır. 
Məsələ  227:  ġəhadət  kəlmələrini  dilə  gətirməsə  də,  onları  qəlbən  qəbul 
edən kafir müsəlman olur. Amma bir kafir Ģəhadət kəlmələrini dilə gətirdiyi 
halda onun qəlbən iman gətirməsinə  yəqinlik olmasa, vacib ehtiyata əsasən 
ondan çəkinmək lazımdır. 
9. Təsirlənmə (“təbəiyyət”) 
Məsələ  228:  Təsirlənmə  dedikdə  bir  Ģeyin  o  birinin  paklanmasından 
təsirlənib paklanması nəzərdə tutulur. 
Məsələ  229:  Əgər  Ģərab  sirkəyə  çevrilsə,  Ģərab  və  ya  üzüm  qaynayan 
zaman  onunla  təmasda  olan  qab  da  paklanar.  Onun  ağzına  qoyulan  və 
adətən  rütubətlə  murdarlanan  parça  və  baĢqa  Ģey  də  paklanar.  Amma  əgər 
qaynama  zamanı  maye  bayıra  xaric  olub  qabın  çöl  hissəsini  bulaĢdırsa, 
sirkəyə çevrildikdən sonra qabın çöl hissəsi paklanmaz. 
Məsələ  230:  Kafir  ata  iman  gətirdikdən  sonra  onun  büluğ  həddinə 
çatmamıĢ övladları da pak olur. 
Məsələ  231:  Meyitə  verilən  qüsl  baĢa  çatdıqdan  sonra  üzərində  qüsl 
verilən daĢ, meyitin ayıb yerinin örtüldüyü parça, qüsl verənin əli paklanır. 
Məsələ 232: Əgər libas və onun kimi baĢqa bir Ģeyi az su ilə suya çəkib 
adi qaydada sıxsalar onun canında qalmıĢ su pakdır.  
Məsələ 233: Əgər murdar qab az su ilə suya çəkilərsə, iĢin sonunda onda 
qalan damcılar pakdır. 


ġəriət risaləsi 
39 
10. Murdarın əslinin (“eyni-nəcasət”) təmizlənməsi 
Məsələ  234:  Heyvanın  bədəni  murdarlanarsa,  murdarın  əsli 
təmizləndikdən  sonra  onun  bədəni  paklanar.  Məsələn,  quĢun  dimdiyi  qana 
batarsa  və  ya  heyvan  murdar  bir  Ģey  üzərində  oturarsa,  qan  və  həmin 
bulaĢıqlıq təmizləndikdən sonra heyvanın bədəni pak olur. 
Məsələ  235:  Ġnsan  bədəninin  ağız  içi  və  burun  içi  kimi  hissələri 
murdarlanarsa,  murdarlıq  təmizləndikdən  sonra pak  olar.  Məsələn,  əgər  diĢ 
laylarından  çıxan  qan  ağız  suyu  ilə  təmizlənərsə  və  ya  tüpürcəklə  xaric 
edilərsə,  ağızı  suya  çəkmək  lazım  deyil.  Amma  ağızda  sü’ni  diĢ  olduqda 
vacib ehtiyata əsasən onu suya çəkmək lazım deyildir. 
Məsələ 236: Əgər qida ağızda və diĢ layları arasında qalarsa, ağıza daxil 
olan  qanın  həmin  qidaya  sirayat  etdiyi  bilinmədikdə  qida  pakdır.  Amma 
əgər qan ona sirayat edərsə murdarlanar və  onu udmaq haramdır. 
Məsələ 237: Bədənin iç və çöl hissəsindən olduğu bilinməyən bir hissə, 
(Məsələn, dodağın bir hissəsi) murdarlanarsa onu suya çəkmək lazımdır. 
Məsələ  238:  Əgər  murdar  toz-torpaq  bədən,  libas,  xalça  və  bu  kimi 
Ģeyləri  bulaĢdırarsa,  hər  ikisi  quru  olduqda  murdarlıq  yaratmaz.  Bu  toz-
torpağı  çırpmaqla  təmizləmək  bəs  edir.  Arada  sirayat  etməyəcək  həddə 
rütubət  varsa  da  belədir.  Amma  əgər  toz-torpaq  və  onun  toxunduğu 
Ģeylərdən biri yaĢ olarsa murdarlıq yaranar. Toz-torpağın murdarlığına və ya 
yerin rütubətli olmasına Ģəkk varsa, onlar pak sayılır. 
Məsələ_239'>11. Murdar yemiĢ heyvanın təmizlənməsi (istibra”) 
Məsələ 239: Əgər bir heyvan insan nəcisi yeməyə adət etsə, onun sidiyi 
və  nəcisi  murdar  olar.  Belə  bir  heyvanın  əti  də  haramdır.  Onu  paklamaq 
üçün  pak  Ģeylərlə  qidalandırmaq  lazımdır.  Belə  ki,  artıq  o  “murdar  yeyən 
heyvan”  adlandırılmasın.  Belə  bir  qayda  ilə  heyvanın  paklanması  “istibra” 
adlanır. Ġstibra müddəti dəvə üçün qırx gün, inək üçün otuz gün, qoyun üçün 
on gün, ördək üçün beĢ gün, ev toyuğu üçün üç gün müəyyənləĢdirilmiĢdir. 
Murdarla qidalanan baĢqa heyvanların üzərindən  o ad  götürülənədək onları 
pak qidalarla qidalandırmaq lazımdır. 
Məsələ 240: Bə’zən fabrikalarda ev quĢlarının qidasına toz Ģəklində qan 
qatılır. Belə ki, toyuğun əti bu qida ilə artır. Bu sayağı qidalanan toyuqların 
əti və yumurtası haram deyil, rütubəti murdar sayılmır. Amma yaxĢı olar ki, 
belə bir toyuqdan və onun yumurtasından pəhriz edilsin. 
Məsələ  241:  Əgər  heyvan,insanın  nəcisindən  baĢqa  murdardan  yeyərsə 
bu qidalar onun sidiyini və nəcisini murdar etməz. Belə bir heyvanın əti də 
haram  deyil.  Yalnız  donuz  südü  ilə  qidalanıb  inkiĢaf  edən  heyvanın  əti 
haramdır. 


ġəriət risaləsi 
40 
12. Müsəlmanın qeyb olması 
Məsələ  242:  Bədəni,  libası  və  ya  ixtiyarında  olan  baĢqa  bir  Ģeyi 
murdarlanan  və  bunu  bilən  müsəlman  qeyb  olarsa  (onunla  əlaqə  saxlamaq 
mümkün  olmazsa),  onun  murdarlanmıĢ  Ģeyləri  suya  çəkdiyini  ehtimal 
etdikdə, həmin Ģeylər pakdır. Bir Ģərtlə ki, həmin Ģeylər üçün (namaz qılınan 
paltar, qab-qacaq) paklıq Ģərt sayılsın. 
Məsələ 243: Əgər ədalətli kiĢi və ya bir Ģəxs murdar Ģeyin paklandığını 
bildirərsə,  onların  Ģəhadəti  qəbuldur.  Malın  sahibi  malın  paklandığını 
bildirərsə və  ya bir müsəlmanın onu suya çəkdiyini biləriksə, düzgün suya 
çəkildiyini bilməsək də həmin Ģey pakdır. 
Məsələ  244:  Əgər  insan  öz  libasını  yumaq  və  suya  çəkmək  üçün 
müsəlman camaĢırxanasına versə, onun sözü libasın pak sayılması üçün bəs 
edir. 
Məsələ 245: Vasvasılıqdan əziyyət çəkən, bir Ģeyin murdarlanmasına tez 
inanan,  bir  Ģeyi  suya  çəkərsə  onun  paklanmasına  tez  əmin  olmayan 
insanların  əminliyi  e’tibarsızdır.  Onlar  baĢqaları  kimi  əmin  olmaqla 
kifayatlənə bilərlər. 
Qabların hökmləri 
Məsələ 246: Ölü və ya it və donuz kimi murdarın əsli olan heyvanların 
dərisindən hazırlanan qablar və tuluqlarda içmək, dəstəmaz və qüsl üçün su 
saxlamaq olmaz. Amma paklıq tələb etməyən suvarma kimi iĢlərdə bu qəbil 
qablardan istifadə etmək olar. Amma müstəhəb ehtiyat odur ki, onlardan heç 
bir iĢ üçün istifadə edilməsin. 
Məsələ  247:  Qızıl  və  gümüĢ  qablarda  yemək,içmək  və  digər  iĢlər  üçün 
istifadə etmək haramdır. Vacib ehtiyata əsasən, onlardan otağı bəzəmək və 
ya baĢqa məqsədlərlə istifadə etmək olmaz. 
Məsələ 248: Qızıl və gümüĢ qablar hazırlamaq və bu iĢ müqabilində pul 
almaqdan, vacib ehtiyata əsasən çəkinmək lazımdır. Bu qəbil qabların alqı-
satqısından əldə olunan pula da irad var.  
Məsələ 249: Qab sayılmayan stəkan altı, qılınc qını kimi Ģeylər qızıl və 
gümüĢdən hazırlanarsa eybi yoxdur. Amma vacib ehtiyat budur ki, qızıl və 
gümüĢdən hazırlanmıĢ ətir qabı və sürmə qabı kimi Ģeylərdən pəhriz edilsin. 
Məsələ 250: Qabın qızıl və ya gümüĢ suyuna çəkilməsinin eybi yoxdur. 
Məsələ  251:  Əgər  hər  hansı  metala  qızıl  və  gümüĢ  qatıldıqdan  sonra 
ondan  qab  hazırlanarsa,  bu  qablar  qızıl  və  gümüĢ  qab  sayılmadığı  halda 
onlardan istifadə etmək olar. Amma təkcə qızıl gümüĢə qatıldıqda onlardan 
hazırlanmıĢ qabdan istifadə etmək haramdır. 
Məsələ  252:  Qızıl  və  ya  gümüĢ  qabda  olan  qidanı  haramdan  çəkinmək 
üçün baĢqa bir qaba töksələr, həmin yeməkdən istifadə etmək olar. Əgər bu 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə