ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə18/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   14   15   16   17   18   19   20   21   ...   141

ġəriət risaləsi 
43 
Məsələ 276: Əgər əldəki rütubət qurusa, onu baĢqa üzvlərdəki dəstəmaz 
suyu ilə isladıb məsh çəkmək olar. Amma kənar su ilə bu iĢi görmək olmaz. 
Əgər  əldəki  rütubət  yalnız  baĢa  məsh  çəkməyə  bəs  edirsə,  baĢa  məsh 
çəkdikdən sonra ayaqlara məsh çəkmək üçün digər üzvlərdən rütubət almaq 
olar.  
Məsələ  277:  Məsh  ayağın  dərisinə  çəkilməlidir.  Corabın  və  ya 
ayaqqabının  üzərindən  məsh  çəkmək  olmaz.  Amma  təqiyyə  halında, 
soyuqdan  və  ya  oğurluq  qorxusundan  corab  və  ayaqqabını  çıxarmaq 
mümkün  olmadıqda  onların  üzərindən  məsh  çəkmək  olar.  Ayaqqabının 
üzəri  murdar  olarsa  onun  üzərinə  bir  Ģey  atıb  onun  üzərinə  məsh  çəkmək 
olar. 
Məsələ 278: Ayağın üzü murdar olduqda və onu suya çəkmək mümkün 
olmadıqda,  vacib  ehtiyata  əsasən,  onun  üzərinə  pak  bir  Ģey  qoyub  həmin 
Ģeyin üzərində məsh çəkmək və sonradan təyəmmüm etmək lazımdır. 
Ġrtimasi (“suya batmaqla) dəstəmaz 
Məsələ 279: Ġnsan dəstəmaz almaq məqsədi ilə üzünü və qollarını suya 
batıra bilər. Üzü və qolları suya batırdıqdan sonra dəstəmaz niyyəti ilə onları 
sudan  çıxartmaq  da  mümkündür.  Belə  bir  dəstəmaz  “irtimasi”  dəstəmaz 
adlanır. 
Ġrtimasi dəstəmazın hökmləri 
Məsələ 280: Ġrtimasi dəstəmazda üzü və qolları yuxarıdan aĢağıya yumaq 
lazımdır.  Dəstəmaz  niyyəti  etdikdən  sonra  üzü  alın  hissədən,  qolları 
dirsəkdən  baĢlayaraq  suya  batırmaq  lazımdır.  Əgər  sudan  çıxararkən 
dəstəmaz  niyyət  olunarsa  üz  alın,  qollar,  dirsək  hissəsindən  sudan 
çıxarılmalıdır. 
Məsələ  281:  Ġrtimasi  dəstəmazda  baĢ  və  ayaqların  baĢqa  su  ilə  məsh 
olmaması üçün sağ və sol qollara irtimasi dəstəmaz alarkən niyyət edilir ki, 
sudan  xaric  olduqdan  sonra  qollarda  cərəyanda  olan  su  dəstəmazdandır. 
BaĢqa Ģəkildə baĢ və ayaqlara məsh iradlıdır. 
Məsələ 282: Dəstəmaz üzvlərindən bə’zilərinə irtimasi, bə’zilərinə qeyri-
irtimasi  dəstəmaz  almaq  olar.  YaxĢı  olar  ki,  həmiĢə  sol  qola  qeyri-irtimasi 
dəstəmaz alınsın. Belə edilsə baĢ və ayaqlara məsh üçün irad olmaz. 
Dəstəmazın duaları 
Məsələ  283:  YaxĢı  olar  ki,  dəstəmaz  alan  Ģəxs  suya  baxdıqda  bu  duanı 
oxusun: 
“Bismillahi  və  billahi  vəl-həmdu  lillahil-ləzi  cəələl-maə  təhurən  və  ləm 
yəc’əlhu nəcisa.”  
Dəstəmazdan öncə əllər yuyularkən deyilir: 


ġəriət risaləsi 
44 
“Allahumməc’əlni  minət-təvvabinə  vəc’əlni  minəl-mutətəhhirin.”  Suyu 
ağızda dolandırarkən (“məzməzə”) deyilir:  
“Allahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrik.” Suyu 
burnuna alarkən (“istinĢaq”) deyilir:  
“Allahummə  la  tuhərrim  ələyyə  riyhəl-cənnətə  vəc’əlni  mimmən 
yəĢummu rihəha və ruhəha və tiybəha”. Üzü yuyarkən deyilir:  
“Allahummə  bəyyiz  vəchi  yovmə  təsvəddu  fihil-vucuh  və  la  tusəvvid 
vəchi yəvmə təbyəzzu fihil-vucuh.” Sağ qol yuyularkən deyilir:  
“Allahummə  ə’tini  kitabi  bi  yəmini  vəl-xuldə  fil-cənani  biyəsari  və 
hasibni hisabən yəsira.” Sol qol yuyularkən deyilir:  
“Allahummə la tu’tini kitabi bi Ģimali və la min vərai zəhri və la təc’əlha 
məğlulətən  ila  unuqi  və  əuzu  bikə  min  muqəttiatin  niyran.”  BaĢa  məsh 
çəkilərkən deyilir:  
“Allahummə ğəĢĢini birəhmətikə və bərəkatikə və əfvik.” Ayaqlara məsh 
çəkilərkən deyilir:  
“Allahummə  səbbitni  ələs-sirati  yəvmə  təzillu  fihil-əqdamu  vəc’əl  sə’yi 
fima yurzikə ənni ya zəl-cəlali vəl-ikram.” 
Məsələ_284'>Dəstəmazın Ģərtləri 
Məsələ 284: Dəstəmazın on iki Ģərti var: 
1. Dəstəmaz suyunun pak olması; 
2. Dəstəmaz suyunun saf (mütləq) olması. 
Murdar  və  ya  qatqılı  su  ilə  dəstəmaz  batildir.  Ġnsan  bilməsə  və  ya  bunu 
unutsa həmin dəstəmazla qıldığı namazı təzələməlidir.  
Məsələ  285:  Əgər  saf  su  tapmaq  mümkün  deyilsə,  təyəmmüm  etmək 
lazımdır.  Ġxtiyarda  olan  qatqılı  su  torpaqlıdırsa  vaxt  olduqda  onu 
saflaĢmasını gözləmək lazımdır. (Vacib ehtiyata əsasən) 
Məsələ  286:  2.  (Üçüncü  Ģərt)
 
vacib  ehtiyata  əsasən,  dəstəmaz  suyu, 
dəstəmaz  alınan  fəza,  dəstəmaz  suyunun  axdığı  yer,  dəstəmaz  qabı  halal 
(mübah) olmalıdır. Qəsb olunmuĢ su ilə və ya sahibinin razılığı bilinməyən 
su ilə dəstəmaz almaq iradlıdır. 
Məsələ 287: Əgər su sahibi sudan istifadə üçün icazə vermiĢsə və insan 
bilmirsə  ki,  həmin  Ģəxs  fikrini  dəyiĢib,  yoxsa  yox,  onun  aldığı  dəstəmaz 
düzgündür. 
Məsələ  288:  Əgər  dini  elmlər  mədrəsəsinin  suyunun  yalnız  tələbələr 
üçün  vəqf  olunub-olunmadığı  bilinmirsə,  həmin  su  ilə  dəstəmaz  almaq 
iradlıdır. Amma əgər dindar insanlar adətən orada dəstəmaz alırsa, bu həmin 
suyun hamıya vəqf olunduğunu göstərir. 
Məsələ  289:  Bir  Ģəxs  məscid  və  hüseyniyyədə  namaz  qılmaq  istəmirsə, 
oradakı  suyun  ümumi  vəqf  olduğunu,  yoxsa  yalnız  namaz  qılanlar  üçün 
nəzərdə  tutulmasını  bilmədiyi  halda  həmin  su  ilə  dəstəmaz  ala  bilməz. 
Ticarət  binası  və  mehmanxanadakı  suyun  oranın  sakinləri  üçün  nəzərdə 


ġəriət risaləsi 
45 
tutulub-tutulmadığı  bilinmirsə,  orada  dəstəmaz  almaq  olmaz.  Amma 
dindarların  adətən  orada  dəstəmaz  almasından  həmin  yerin  vəqf  olduğu 
qənaəti yaranarsa, dəstəmaz almaq olar. 
Məsələ  290:  Əgər  bir  Ģəxs  tələbə  olmasa  da  tələbələrin  qonağıdırsa, 
həmin mədrəsədə dəstəmaz ala bilər. Bir Ģərtlə ki,  belə bir qonağın qəbulu 
vəqf Ģərtlərinə zidd olmasın. Mehmanxana və ticarət mərkəzinin qonağı olan 
Ģəxs də orada dəstəmaz ala bilər. 
Məsələ  291:  Həm  böyük,  həm  də  kiçik  arxlarda  dəstəmaz  almaq  olar. 
Ġnsan  arx  sahibinin  razı  olub-olmadığını  bilməsə  eybi  yoxdur.  Amma  arx 
sahibi qəti Ģəkildə orada dəstəmaz alınmasını qadağan edərsə, vacib ehtiyata 
əsasən, bu iĢdən çəkinmək lazımdır. Əgər bir arxın məcrası onun sahibindən 
icazəsiz  dəyiĢdirilmiĢdirsə,  orada  vacib  ehtiyata  əsasən  dəstəmaz  almamaq 
yaxĢıdır. 
Məsələ 292: Bir Ģəxs suyun  qəsbi olduğunu unudub orada həmin su ilə 
dəstəmaz  alarsa,  dəstəmazı  düzgündür.  Amma  suyu  özü  qəsb  etmiĢ  olsa 
aldığı dəstəmaza irad var. 
Məsələ  293:  Əgər  bir  Ģəxs  suyu  öz  malı  bilib  dəstəmaz  alarsa  və 
sonradan  suyun  baĢqa  birinə  məxsus  olduğunu  anlayarsa,  aldığı  dəstəmaz 
düzgündür, amma suyun qiymətini sahibinə ödəməlidir. 
Məsələ  294:  4.  (Dördüncü  Ģərt)  dəstəmaz  alınan  qab  vacib  ehtiyata 
əsasən, qızıl və gümüĢdən olmamalıdır. 
Məsələ  295:  Dəstəmaz  suyu  qəsbi  və  ya  qızıl-gümüĢ  qabda  olarsa  və 
baĢqa bir  su əldə etmək mümkün olmazsa, təyəmmüm etmək lazımdır. Bu 
qəbil  qablarla  alınan  dəstəmaza  irad  var.  Həmin  qablarla  irtimasi  və  ya 
qeyri-irtimasi dəstəmaz alınmasının fərqi yoxdur. Amma qızıl və ya gümüĢ 
qabda olan suyu baĢqa bir qaba töküb dəstəmaz almaq olar. 
Məsələ 296: Ġnsan bir kərpic və ya bir daĢı qəsbi olan hovuzda dəstəmaz 
alarsa, dəstəmazla qəsbə qatılmıĢ sayılsa bu dəstəmaza irad var. Su kranı və 
ya su borusunun bir hissəsi qəsbi olduqda da belədir. 
Məsələ  297:  Əgər  imam  və  imamzadələrin  öncə  qəbristan  olmuĢ 
həyətində  hovuz və  ya  arx düzəldilərsə, insan həmin  yerin qəbristana vəqf 
olunduğunu bilməsə həmin hovuz və arxda dəstəmaz ala bilər. 
Məsələ 2985. (BeĢinci Ģərt) Dəstəmaz üzvləri yuyulan və məsh çəkilən 
zaman  pak  olmalıdır.  Amma  bir  üzvə  dəstəmaz  aldıqdan  sonra  həmin  üzv 
murdarlanırsa, dəstəmaz düzgündür. 
Məsələ 299: Dəstəmaz üzvlərindən baĢqa bir üzv murdarlandıqda bunun 
dəstəmaza  tə’siri  yoxdur.  Amma  müstəhəb  ehtiyata  əsasən,  dəstəmazdan 
öncə sidik və nəcis çıxacağı paklanmalıdır. 
Məsələ  300:  Əgər  dəstəmazdan  öncə  murdar  olmuĢ  dəstəmaz  üzvünün 
paklanıb-paklanmadığına  dəstəmazdan  sonra  Ģəkk  edilərsə,  dəstəmaz 
düzgündür.  Amma  namaz  üçün  onu  suya  çəkmək  lazımdır.  Həmin  üzvə 
toxunmuĢ Ģey də paklanmalıdır. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə