ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə21/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   17   18   19   20   21   22   23   24   ...   141

ġəriət risaləsi 
50 
peyğəmbərin  (s),  mə’sum  imamların  və  xanım  Zəhranın  (ə)  adına  da 
dəstəmazsız toxunmaq haram sayılır.  
Məsələ 341: Ġnsanın daim təharətli qalmaq məqsədi ilə dəstəmaz alması 
müstəhəbdir.  Ġstər  namaza  yaxın,  istərsə  namazdan  kənar  vaxtda  alınmıĢ 
belə bir dəstəmazla namaz qılmaq olar. 
Məsələ 342: Bir Ģəxs namaz vaxtının çatdığına əmin olub vacib dəstəmaz 
niyyəti  ilə  dəstəmaz  alsa  və  sonradan  namaz  vaxtının  çatmadığını  bilsə, 
dəstəmazı düzgündür. 
Məsələ  343:  Bir  neçə  halda  dəstəmaz  almaq  müstəhəbdir:  Qur’an 
oxumaq  üçün,  meyyit  namazı  qılmaq  üçün,  dua  üçün,  namazdan  öncə 
dəstəmazı  təzələmək  üçün.  Yuxarıda  qeyd  olunan  məqsədlərlə  alınmıĢ 
dəstəmazla dəstəmaz tələb edən bütün iĢləri görmək olar. 
Hansı hallarda dəstəmaz batil olur? 
Məsələ 344: Səkkiz halda dəstəmaz batil olur: Sidik xaric olduqda, nəcis 
xaric  olduqda,  bağırsaqdan  yel  xaric  olduqda,  yatdıqda  (elə  bir  yuxu  ki, 
düĢüncəni  saxlayır,  göz  yumulur,  qulaq  eĢitmir;  amma  göz  görməsə  qulaq 
eĢitsə  dəstəmaz  batil  olmaz),  vacib  ehtiyata  əsasən,  düĢüncəni  iĢdən  salan 
bütün iĢlər, (məstlik, huĢsuzluq, divanəlik), qadınlarda istihazə, qüslü vacib 
edən iĢlər, insanın meyyitinə toxunmaq. 
“Cəbirə” dəstəmazın hökmləri 
Yaralı və ya sınmıĢ üzvün bağlandığı, eləcə də, onların üzərinə qoyulmuĢ 
dərman “cəbirə” adlanır. 
Məsələ 345: Dəstəmaz üzvlərindən birində yara, irinli-qanlı çiban və ya 
sınıqlıq  olarsa,  onların  üzəri  açıq  olduqda,  qanlı  olmadıqda  və  su  zərər 
vermədikdə, adi qaydada dəstəmaz almaq lazımdır. 
Məsələ  346:  Əgər  yara,  çiban  və  ya  sınıq  əllərin  üzərindədirsə  və  su 
zərərli deyilsə, onların ətrafını yumaq bəs edər. Amma rütubətli əli onların 
üzərinə  çəkmək  zərər  yetirmədikdə  bu  iĢi  görmək  lazımdır.  Su  zərərli 
olduqda  onların  üzərinə  parça  qoyub  rütubətli  əli  parçanın  üzərindən 
çəkmək müstəhəbdir. 
Məsələ 347: Əgər  yara,  çiban və  ya sınıq məsh yerində olarsa və məsh 
çəkmək  mümkün  olmazsa,  onların  üzərinə  pak  bir  parça  qoyub  parçanın 
üzərindən  rütubətli  əllə  məsh  çəkmək  lazımdır.  Vacib  ehtiyata  əsasən, 
təyəmmüm  də  edilməlidir.  Əgər  onların  üzərinə  parça  qoymaq  mümkün 
olmazsa  məshsiz  dəstəmaz  almaq  və  vacib  ehtiyata  əsasən,  təyəmmüm 
etmək lazımdır.  
Məsələ 348: Əgər yara, çiban və ya sınıq parça və ya bu kimi Ģeylə örtülü 
olarsa,  onu  açmaq  məĢəqqət  yaratmazsa  və  su  zərər  verməzsə,  onu  açıb 
dəstəmaz almaq lazımdır. BaĢqa hallarda onların ətrafını yumaq, müstəhəb 
ehtiyata  əsasən,  cəbirə  üzərindən  məsh  çəkmək  lazımdır.  Əgər  cəbirə 


ġəriət risaləsi 
51 
murdarlanmıĢsa və  ya onun üzərindən əl çəkmək mümkün deyilsə, pak bir 
parça qoyub rütubətli əli onun üzərindən çəkmək lazımdır. 
Məsələ  349:  Əgər  cəbirə  bütün  üzv  və  ya  qollardan  birini  bütünlüklə 
örtmüĢsə,  ehtiyat  vacibə  əsasən  həm  cəbirə  dəstəmazı  almaq,  həm  də 
təyəmmüm  etmək  lazımdır.  Cəbirə  bütün  dəstəmaz  üzvlərini  örtdükdə  də 
belə edilir. 
Məsələ 350: Əlinin içində və barmaqlarında cəbirə olan, dəstəmazda nəm 
əlini  onun  üzərinə  çəkən  Ģəxs  baĢına  və  ayaqlarına  həmin  rütubətlə  məsh 
çəkə  bilər.  Əgər  rütubət  bəs  etməzsə  baĢqa  dəstəmaz  üzvlərindən  rütubət 
götürmək olar. 
Məsələ 351: Əgər cəbirə yaranın ətrafını adi həddən artıq örtərsə və onu 
götürmək  mümkün olmazsa, cəbirə göstəriĢinə əməl edilməlidir. Müstəhəb 
ehtiyata  əsasən,  təyəmmüm  də  edilməlidir.  Artıq  cəbirəni  götürmək 
mümkün olduqda onu götürmək lazımdır. 
Məsələ  352:  Dəstəmaz  üzvlərində  yara,  çiban,  sınıq  olmazsa,  amma 
baĢqa bir səbəbdən su zərər verərsə, təyəmmüm etmək lazımdır. Amma üz 
və qolların bir hissəsinə zərərli olduqda zərərli olmayan hissəni yumaq bəs 
edər. Ehtiyat vacibə əsasən təyəmmüm edilməlidir. 
Məsələ  353:  Əgər  dəstəmaz  və  qüsl  üzvlərinə  bir  Ģey  yapıĢarsa  və  onu 
qoparmaq  mümkün  olmazsa  və  ya  əziyyəti  çox  olarsa,  cəbirə  göstəriĢinə 
əməl  edilməlidir.  Yə’ni  həmin  Ģeyin  ətrafı  yuyulmalı  və  üzərinə  əl 
çəkilməlidir. 
Məsələ  354:  Cəbirə  qüslü  də  cəbirə  dəstəmazı  kimidir.  Amma  qüslü 
vacib ehtiyata əsasən, imkan həddində ardıcıllıqla yerinə yetirmək lazımdır. 
Məsələ 355: Vəzifəsi təyəmmüm olan Ģəxs təyəmmüm üzvlərində  yara, 
çiban  və  ya  sınıq  olduqda,  cəbirə  dəstəmaz  göstəriĢləri  əsasında  cəbirə 
təyəmmümü etməlidir. 
Məsələ  356:  Vəzifəsi  cəbirə  dəstəmaz  və  ya  qüslü  olan  Ģəxs  vaxt  baĢa 
çatanadək  üzrünün  aradan  qalxmayacağını  bildikdə  ilk  vaxtda  namaz  qıla 
bilər.  Amma  namazın  son  vaxtınadək  üzrünün  aradan  qalxacağına  ümid 
edirsə vacib ehtiyata əsasən, gözləməlidir.  
Məsələ 357: Göz ağrısı səbəbindən üzü yumaq zərərli olarsa, təyəmmüm 
etmək lazımdır. Ġmkan olduqda gözün ətrafını, üzün qalan hissəsini yumaq 
bəs edər. 
Məsələ  358:  Cəbirə  dəstəmaz  və  ya  qüsüllə  yerinə  yetirilmiĢ  namazlar 
təzələnmir. Amma namazın vaxtı baĢa çatmamıĢ üzr aradan qalxarsa, vacib 
ehtiyata əsasən, namazı yenidən qılmaq lazımdır. 


ġəriət risaləsi 
52 
“Qüsl” (müəyyən hallarda dini qayda əsasında 
yuyunmaq) 
Vacib qüsüllər 
Məsələ 359: Yeddi vacib qüsl var: Cənabət qüslü,  istihazə qüslü, heyiz 
qüslü,  nifas  qüslü,  meyyitə  toxunma  qüslü,  meyyit  qüslü,  vacib  olmuĢ 
müstəhəb qüsl (nəzir, and və bu kimi səbəblərlə)  
1. Cənabət 
Məsələ  360:  Ġnsan  iki  halda  “cünub”  (cənabətli,  qüsl  verməyə  borclu) 
olur: 
1.”Cima” (cinsi yaxınlıq); 
2.  Yuxuda  və  ya  oyaq  vaxt,  az  və  ya  çox  miqdarda,  Ģəhvət  və  ya 
Ģəhvətsiz sperma (məni) xaric olması. 
Cənabətin hökmləri 
Məsələ 361: Ġnsan ondan xaric olan rütubətin sperma və ya baĢqa bir Ģey 
olduğunu  bilməsə,  bu  maye  atıcılıq  və  Ģəhvətlə  xaric  olduqda  sperma 
hökmündədir.  Əgər  bu  əlamətlərin  heç  biri  və  ya  biri  olmazsa,  həmin 
rütubət sperma hökmündə deyil. Amma qadında və ya xəstə insanda həmin 
mayenin atıcılıqla xaric olması Ģərt deyil. Əgər rütubət xaric olan vaxt insan 
yüksək Ģəhvani durumda olarsa, həmin rütubət sperma sayılır.  
Məsələ 362: Sperma xaric olduqdan sonra bədən adətən süstləĢir. Amma 
bu məsələ qəti Ģərt və niĢanələrdən sayılmır. 
Məsələ  363:  Müstəhəbdir  ki,  sperma  xaric  olduqdan  sonra  sidiyə 
gedilsin.  Belə  olduqda  sperma  zərrələri  kanaldan  xaric  olur.  Əgər  sidiyə 
gedilməsə,  qüsldən  sonra  özündə  rütubət  görsə,  bu  rütubətin  sperma  olub-
olmadığı  mə’lum  olmazsa,  o  sperma  hökmündədir  və  yenidən  qüsül 
verilməlidir. 
Məsələ  364:  Əgər  insan  cima  (cinsi  yaxınlıq)  etsə  və  sünnət  yeri 
həddində  yaxınlıq  olsa,  həm  kiĢi,  həm  də  qadın  cünub,  cənabətli  olar. 
Tərəflərin  büluğ  həddində  olub-olmaması,  spermanın  xaric  olub-olmaması 
Ģərt deyil. Deyilən hökm qabaqdan yaxınlığa aiddir. Əgər arxadan yaxınlıq 
olarsavə  sperma  xaric  olmasa,  vacib  ehtiyata  əsasən,  həm  qüsl  etməli,həm 
də dəstəmaza almalıdır.(Xatırlama:Arxadan yaxınlıq etmə kiĢinin qadınının 
razılığı  olmasa  haram,razı  olduğu  təqdirdə  Ģiddərli  kərahəti  vardır.Bəzi 
vaxtlar müxtəlif xəstəliklərə səbəb olur) 
Məsələ 365: Əgər sünnət həddində  yaxınlıq olub-olmadığı Ģübhəlidirsə, 
qüsül vacib deyil. 
Məsələ 366: Allah eləməmiĢ, insan heyvanla  yaxınlıq edərsə və sperma 
xaric olarsa, cünub olar və qüsl etmək kafidir. Amma sperma xaric olmasa, 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə