ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə27/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   23   24   25   26   27   28   29   30   ...   141

ġəriət risaləsi 
64 
niĢanəli  günlərin  sayı  eyni  olarsa,  amma  bu  günlər  eyni  vaxta  düĢməzsə, 
həmin heyiz niĢanəli günləri heyiz saymalıdır. 
Məsələ  473:  Ədədiyyə  adəti  olan  qadın  adət  günlərindən  artıq  qan 
görərsə və bu günlərin sayı on gündən artıq olarsa, bütün qanlar eyni Ģəkildə 
olduqda adət günləri sayda günləri heyiz, qalan günləri istihazə saymalıdır. 
Əgər  bir  neçə  günün  qanında  heyiz  niĢanəsi  olarsa  həmin  günlər  heyiz 
sayılmalıdır.  Adət  günlərindən  artıq  qan  görərsə  onun  axırından 
əskiltməlidir. Əgər həmin günlər adət günlərindən az olarsa, həmin günləri 
və adət günlərinə uyğun olaraq sonrakı bir neçə günü heyiz saymalı, qalan 
günləri istihazə hökmünə əməl etməlidir. 
4. Müztəribə 
Məsələ 474: Müztəribə dedikdə bir neçə ay qan görsə də müəyyən adəti 
olmayan  qadınlar  nəzərdə  tutulur.  Belələri  on  gün və  ya  on  gündən  az  qan 
görərlərsə  bütün  günləri  heyiz  saymalıdırlar.  Əgər  on  gündən  artıq  qan 
görərlərsə,  heyiz  niĢanəsi  olan  günlər  üç  gündən  az,  on  gündən  çox 
olmadığından  heyiz  sayılır.  Bütün  qanlar  eyni  Ģəkildə  olarsa  qohumların 
adəti  üzrə  hərəkət  edilir.  (Əgər  əksər  qohumlarda  adət  eyni  cürdürsə) 
qohumların adəti fərqli olsa, ehtiyat budur ki, qadın yeddi gün adət müddəti 
tə’yin etsin. 
5. Mubtədiə 
Məsələ 475: Mubtədiə dedikdə ilk dəfə heyiz qanı görmüĢ qadın nəzərdə 
tutulur.  Əgər  qan  görünən  günlər  on  gün  və  ya  on  gündən  az  olarsa  heyiz 
sayılır.  Əgər  on  gündən  çox  olarsa  qanlar  eyni  cür  olduqda  qohumların 
adətini(əgər onların hamısının və yaxud əksərinin adəti bir olarsa)özü üçün 
heyz,qalan günləri isə istihazə qərar verməlidir.Onların adəti fərqli olduqda 
vacib ehtiyata görə öz adətini yeddi gün təyin etməlidir. 
Məsələ  476:  Əgər  mubtədiə  qadın  on  gündən  artıq  qan  görərsə,  bu  on 
günün bir neçə günündə heyiz niĢanəsi olarsa, heyiz niĢanəsi olan günlər üç 
gündən az, on gündən çox olmadıqda heyiz hökmlərinə əməl olunur. Qalan 
günlər istihazə sayılır. Əgər üç gündən az olarsa heyiz niĢanəsi olan günləri 
heyiz hökmlərinə əməl olunur, qalan günlər qohumların adəti əsas götürülür. 
Heyiz niĢanəsi olan günlər on günü aĢarsa qohumların adəti əsas götürülür, 
qalan günlər istihazə sayılır. 
Məsələ_477'>6. Nasiyə 
Məsələ  477:  Nasiyə  dedikdə  adət  günlərini  unutmuĢ  qadın  nəzərdə 
tutulur.  Belə  bir  qadın  on  günü  və  ya  on  gündən  az  qan  görərsə  həmin 
günləri heyiz saymalıdır. Əgər on gündən artıq qan görərsə, heyiz niĢanəsi 
olan  günləri  heyiz  saymalı  (bir  Ģərtlə  ki,  üç  gündən  az  və  on  gündən  çox 
olmasın),əgər çox olarsa və yaxud bütün günlərdə qan eyni Ģəkildə olduqda 


ġəriət risaləsi 
65 
vacib  ehtiyata  əsasən,ilk  yeddi  günü  heyiz,  qalan  günləri  isə  istihazə  təyin 
etməlidir. 
Heyiz mövzusunda müxtəlif məsələlər 
Məsələ 478: Mubtədiə, muztəribə, nasiə və ədədiyyə adəti olan qadınlar 
heyiz niĢanəli qan gördükdə dərhal ibadəti tərk etməlidirlər. Sonradan baĢa 
düĢsələr  ki,  heyiz  olmayıblar,  yerinə  yetirmədikləri  ibadətlərin  qəzasını 
yerinə  yetirməlidirlər.  Amma  qanda  heyiz  niĢanəsi  olmadıqda  istihazə 
hökmünə əməl olunmalıdır. Heyiz qanı sübuta yetənədək belə əməl olunur. 
Amma  vəqtiyyə  adəti  və  vəqtiyyə  və  ədədiyyə  adəti  olan  qadınlar  adət 
günlərində qan görən kimi ibadəti tərk edirlər.  
Məsələ  479:Adəti(vəqtiyyə,ədədiyyə  və  yaxud  yalnız  vəqtiyyə  və  ya 
yalnız  ədədiyyə)olan  qadınlar  iki  ay  ardıcıl  adətlərinin  ziddinə  olaraq  qan 
görsələr adətləri dəyiĢir və son iki ayda gördüklərini əsas götürürlər. 
Məsələ 480: Adətən ayda bir dəfə qan görən qadın bir ayda iki dəfə qan 
görərsə və həmin qanlarda heyiz niĢanəsi olarsa, ortada pak olduğu günlər 
on gündən az olmadıqda qan gördüyü hər iki dövrü heyiz saymalıdır. 
Məsələ 481: Əgər üç gün və ya daha artıq heyiz niĢanəli qan görüb sonra 
on gün və ya daha artıq istihazə niĢanəli qan görərlərsə, sonra yenidən heyiz 
niĢanəli  qan  gördükdə  bütün  heyiz  niĢanəsi  olan  günləri  heyiz  hökmünə 
əməl etməlidirlər. 
Məsələ  482:  Əgər  qadın  on  gündən  tez  paklanarsa  və  bətnində  qan 
olmadığını bilərsə, on gün tamam olmamıĢdan öncə yenidən qan görəcəyinə 
əmin olsa belə, qüsül verib ibadətlərini yerinə yetirməlidir. 
Məsələ  483:  On  gündən  tez  paklanmıĢ  qadın  ehtimal  etsə  ki,  bətnində 
qan  var,  bir  qədər  pambıqla  özünü  yoxlamalıdır.  Pak  olsa  qüsl  verib 
ibadətlərini  yerinə  yetirməlidir.  Əgər  pak  olmasa,  qanlı  su  görünsə  belə, 
öncə heyz haqqında deyilmiĢ hökmə əməl edilməlidir. 
4. Nifas 
Məsələ  484:  Körpənin  hər  hansı  hissəsi  ananın  bətnindən  göründüyü 
andan  qadının  gördüyü  bütün  qanlar  nifas  qanı  sayılır.  Nifas  halında  olan 
qadına “nəfsa” deyirlər. Demək, uĢaq görünməzdən öncə müĢahidə olunan 
qan nifas qanı deyil. 
Məsələ 485: Nifas qanının bir an davam etməsi mümkündür. Amma bu 
qan on gündən artıq görünə bilməz. 
Nifas qadının hökmləri 
Məsələ 486: Vacib ehtiyata əsasən, qanın nifas qanı sayılması üçün körpə 
kamil  olmalıdır.  Bətndən  laxtalanmıĢ  qan  xaric  olsa  və  bilinsə  ki,  bu  qan 
bətndə qalsaydı insan olacaqdı, həm qandan pak olmuĢ qadının vəzifələrinə 
əməl olunmalı, həm də heyiz qadının tərk etdiyi iĢlər tərk edilməlidir. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə