ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə30/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   26   27   28   29   30   31   32   33   ...   141

ġəriət risaləsi 
70 
Məsələ_529'>Məsələ  527:  Həcc  və  ümrə  üçün  ehram  bağlamıĢ  Ģəxs  təvafdan  qabaq, 
xoĢ  ətir  halal  olmamıĢdan  öncə  dünyasını  dəyiĢsə,  ona  kafurlu  su  əvəzinə 
adi su ilə qüsül verilir. 
Məsələ  528:  Meyyitə  qüsül  verən  Ģəxs  müsəlman,  büluğ  həddində  və 
ağıllı olmalıdır. Həmin Ģəxsin qüsl məsələlərini bilməsi lazımdır. Müstəhəb 
ehtiyat budur ki, həmin Ģəxs on iki imamçı Ģiə olsun. 
Məsələ  529:  Meyyit  qüslü  Allaha  xatir,  ona  yaxınlaĢmaq  məqsədi  ilə 
verilməlidir. 
Məsələ  530:  Müsəlman  uĢaq  zinadan  doğulmuĢsa  da  ona  qüsül  vermək 
vacibdir. UĢaqlıqdan divanə olan və həmin halda büluğ həddinə çatan Ģəxsin 
ata-anası müsəlman olarsa, ona qüsül vermək vacibdir. Öncə müsəlman olub 
sonradan ağlını itirmiĢ Ģəxs də bu hökmdədir. 
Məsələ 531: Dörd aylıq və ya daha böyük olan siqt (düĢmüĢ) uĢağa qüsül 
verilməlidir.  Əgər  dörd  aylıqdan  kiçik  olsa,  vacib  ehtiyata  əsasən,  onu 
parçaya büküb qüsülsüz dəfn edirlər.Hər iki halda meyit namazı yoxdur. 
Məsələ 532: Qadına kiĢi qüsül verə bilməz. Eləcə də, qadın kiĢiyə qüsül 
verə  bilməz.  Yalnız  ər  və  arvad  bir-birlərinə  qüsl  verə  bilərlər.  Amma 
müstəhəb ehtiyat budur ki, zərurət olmadıqda bu iĢ görülməsin. 
Məsələ  533:  KiĢi  üç  yaĢı  tamam  olmamıĢ  körpə  qız  uĢaqına  qüsl  verə 
bilər. Qadın da üç yaĢı tamam olmamıĢ körpə oğlan uĢaqına qüsl verə bilər. 
Məsələ 534: Əgər kiĢiyə qüsl vermək üçün kiĢi tapılmasa, ona məhrəm 
qadınlar  qüsl  verə  bilərlər.  Eləcə  də,  qadın  meyitə  qüsl  üçün  qadın 
tapılmasa,  məhrəm  kiĢilər  ona  qüsl  verə  bilərlər.  YaxĢı  olar  ki,    bu  qüsl 
paltar üzərindən verilsin. 
Məsələ 535: KiĢiyə kiĢi, qadına qadın qüsl verərkən onun ayıb yerindən 
baĢqa yerlərini aça bilər. 
Məsələ  536:  Ölünün  ayıb  yerinə  baxmaq  haramdır.  Amma  bu  iĢ  qüslü 
batil etmir. 
Məsələ  537:  Əgər  meyyitin  bədəni  murdara  toxunarsa  qüsüldən  öncə 
həmin  yeri  yumaq  lazımdır.  Müstəhəb  ehtiyata  əsasən,  qüsüldən  öncə 
meyyitin bütün bədəni murdarlıqdan təmizlənsin. 
Məsələ  538:  Meyyit  qüslü  də  cənabət  qüslü  kimidir.  Ehtiyat  budur  ki, 
tərtibi  qüsül  mümkün  olduqda  irtimasi  qüsül  verilməsin.  Amma  tərtibi 
qüsüldə  bədənin  üç  hissəsini  ardıcıllıqla  suya  batırmaq  olar.  Əgər  qadın 
heyiz halında, bir Ģəxs cənabətli halda dünyadan  gedərsə, meyyit qüslü bəs 
edir. 
Məsələ  539:  Meyyit  qüslü  vermək  müqabilində  muzd  almaq  olmaz. 
Amma  müqəddimə,  təmizlik  və  bu  kimi  iĢlər  üçün  muzd  almağın  eybi 
yoxdur. 
Məsələ  540:  Əgər  su  tapılmasa  və  ya  hər  hansı  səbəbdən  qüsl  vermək 
mümkün  olmasa,  meyyitə  hər  qüsl  əvəzində  təyəmmüm  etdirilməlidir. 


ġəriət risaləsi 
71 
Təyəmmüm  edən  Ģəxs  meyyitlə  üzbəüz  dayanır,  əlini  torpağa  vurub 
meyyitin üzünə və əllərinin arxasına çəkir.  
Kəfənləmənin hökmləri 
Məsələ  541:  Müsəlman  meyyiti  üç  parça  ilə  kəfənləmək  vacibdir.  Bu 
hissələr fitə, köynək və sərtasər (baĢdan baĢa) adlanır. 
Məsələ  542:  Fitə  meyyitin  göbəkdən  dizinədək  olan  hissəni  örtməlidir. 
YaxĢı  olar  ki,  sinədən  ayaqların  üzərinədək  örtsün.  Vacib  ehtiyata  əsasən, 
köynək  çiyinlərdən  baldırların  yarısınadək  (dizdən  aĢağı)  hissəni  tamam 
bürüsün. Vacib ehtiyata  əsasən, sərtasərin uzunluğu elə bir həddə olmalıdır 
ki,  meyyit  büründükdən  sonra  hər  iki  baĢını  bağlamaq  mümkün  olsun. 
Sərtasərin eni elə bir həddə olmalıdır ki, bir tərəfini o biri tərəfinin üzərinə 
aĢırmaq mümkün olsun. 
Məsələ  543:  Kəfəni  orta  həddi  gözləməklə  meyyitin  malı  hesabına 
hazırlamaq  olar.  Onun  övladları  qalmıĢsa  da  belədir.  Amma  övladlarının 
payından  adi  həddən  artıq  miqdarda  götürmək  olmaz.  Amma  ölən  Ģəxs 
vəsiyyət etmiĢ olarsa, artıq miqdarı üçdə birdən hesablamaq olar. 
Məsələ  544:  Kəfənin  vacib  miqdarını,  qüsül,  hənut  və  dəfn  kimi  vacib 
iĢlərin xərclərini meyyitin malından götürürlər və vəsiyyətə ehtiyac yoxdur. 
Əgər meyyitin malı olmasa, o xərclər Beytül-maldan ödənir. 
Məsələ 545: Arvadın kəfən xərci ərin öhdəsinədir. Qadının öz malı olsa 
da  belədir.  “Ric’i”  təlaq  verilmiĢ  (boĢanmıĢ)  qadın  iddə  müddəti  baĢa 
çatmamıĢ ölərsə, onun kəfən xərci ərinin öhdəsinədir. 
Məsələ 546: Əgər meyyitin bir malı olmasa, hətta sağ ikən onun xərcini 
ödəyən qohumlarına vacib deyil ki, kəfən xərcini ödəsinlər. Amma baĢqa bir 
yol  olmasa  vacib  ehtiyata  əsasən,  sağ  ikən  onun  xərcini  ödəyən  kəs  kəfən 
hazırlamalıdır. 
Məsələ 547: Vacib ehtiyat budur ki, kəfənin hər üç hissəsi qalın olsun və 
onun o biri tərəfi görünməsin. 
Məsələ 548: Hətta baĢqa parça tapılmasa da, qəsbi parça ilə kəfənləmək 
olmaz.  Əgər  qəsbi  parça  ilə  kəfənlənsə  sahibi  razılıq  verməsə  kəfəni 
çıxarmalıdırlar.  Hətta    meyyit  dəfn  olunsa    da  bu  iĢ  görülməlilir.  Meyyiti 
həmən  kəfənə  bükən  Ģəxs  bu  iĢi  görməlidir.  Ölü  heyvanın  dərisi,  murdar 
Ģeylə kəfənləmək olmaz. Vacib ehtiyat budur ki, xalis ipək parça, qızıl saplı 
parça,  əti  haram  heyvanın  yunu  və  dərisindən  hazırlanmıĢ  parça  ilə 
kəfənləmək olmaz. BaĢqa çarə olmasa eybi yoxdur. 
Məsələ 549: Zərurət olmadıqda meyyiti hətta əti halal heyvanların dərisi 
ilə  kəfənləmək  olmaz.  Amma  əti  halal  heyvanın  yunundan  və  tükündən 
hazırlanmıĢ  parça  ilə  kəfənləməyin  eybi  yoxdur.  Amma  müstəhəb  ehtiyat 
budur ki, həmin iĢ görülməsin. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə