ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə32/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   28   29   30   31   32   33   34   35   ...   141

ġəriət risaləsi 
75 
illa xəyrən və əntə ələmu biha minna allahummə in kanət muhsinətən fəzid 
fi ihsaniha və in kanət musiətən fətəcavəz ənha vəxfir ləha Allahumməcəlha 
indəkə fi əla illiyyinə vəxluf əla əhliha fil-ğabilinə vərhəmha birəhmətikə ya 
ərhəmər rahimin.”  
Sonra beĢinci təkbir söylənilir.  
Bu ardıcıllıqla əvəzliklər kiĢi cinsinə aid edilər. Namaz bir qadın bir neçə 
qadın meyyiti üçün qılındıqda əvəzliklər və adlar qadın cinsi üçün nəzərdə 
tutulur. Əgər həm kiĢi, həm də qadın meyyiti üçün qılınırsa, hər ikisi (ikilik) 
nəzərdə saxlanılır. 
Məsələ 571: Təkbirləri və duanı elə ardıcıl oxumaq lazımdır ki, namazın 
Ģəkli  dəyiĢməsin.  Vacib  ehtiyata  əsasən,  namazın  ortasında  kimsə  ilə 
danıĢılmasın. 
Məsələ  572:  Müstəhəbdir  ki,  meyyit  namazı  camaatla  qılınsın.  Amma 
camaatla  meyyit  namazı  qılan  Ģəxs  bütün  təkbirləri  və  duaları  deməlidir. 
Qeyd olunduğu kimi, yuxarıdakı geniĢ duaları demək müstəhəbdir. Bir Ģəxs 
onları əzbər bilmirsə üzünə oxuya bilər. 
Meyyit namazının müstəhəb keyfiyyətləri 
Məsələ 573: Müstəhəbdir ki, meyyit namazı qılan Ģəxs dəstəmazlı, qüsül 
və ya təyəmmüm etmiĢ olsun. Ehtiyat müstəhəbə əsasən, dəstəmaz və qüsül 
mümkün  olmadıqda  təyəmmüm  edilir.  Bir  Ģəxs  dəstəmaz  alıb  qüsül  versə 
namaza  çatmayacaqsa,  müstəhəbdir  ki,  meyyit  namazının  o  biri  Ģərtlərinə 
savab məqsədi  ilə  əməl  etsin: Əvvəla,  meyyit kiĢidirsə  imam-camaat və  ya 
meyyit  namazı  qılan  Ģəxs  meyyitin  düz  orta  bərabərində  dayansın.  Əgər 
meyyit  qadındırsa  sinəsi  istiqamətində  dursun.  Ġkincisi,  namazı  ayaqyalın 
qılsın.  Üçüncüsü,  hər  təkbirdə  əllərini  qaldırsın.  Dördüncüsü,  meyyitlə 
fasiləsi  o  qədər  az  olsun  ki,  külək  libasını  tərpətsə  cənazəyə  toxunsun. 
BeĢincisi,  əgər  namaz  camaatla  qılınırsa,  imam  təkbir  və  duaları  ucadan 
söyləsin, onunla namaz qılanlar astadan desinlər. Altıncısı, namaz qılan Ģəxs 
meyyit  və  mö’minlər  üçün  çox  dua  etsin.  Yeddincisi,  namazdan  öncə  üç 
dəfə “Əssəlat” söyləsin. Səkkizincisi, namazı elə bir yerdə qılsın ki, meyyit 
namazında daha çox insan iĢtirak etsin. Doqquzuncusu, yaxĢı olar ki, meyyit 
namazı  məsciddə  qılınmasın.  Yalnız  Məscidül-həramda  maneəsi  yoxdur. 
Onuncusu,  heyiz  qadın  meyyit  namazını  camaatla  qılarsa,  bir  cərgədə  tək 
dayansın. 
Məsələ_574'>Dəfnin hökmləri 
Məsələ  574:  Meyyit  elə  dəfn  olunmalıdır  ki,  qoxusu  bayıra  çıxmasın, 
vəhĢi  heyvanlar  ona  toxuna  bilməsinlər.  Əgər  vəhĢi  heyvanın  cəsədə 
toxunacağı ehtimal edilsə, qəbri kərpic və bu kimi Ģeylərlə hörmək lazımdır. 
Məsələ 575: Meyyiti torpaqda dəfn etmək mümkün olmasa, vacibdir ki, 
dəfn əvəzinə bina və ya tabuta qoyulsun, ətrafı möhkəmləndirilsin. 


ġəriət risaləsi 
76 
Məsələ  576:  Dəfn  zamanı  meyyiti  qəbrə  sağ  çiyni  üzərində  qoymaq 
lazımdır. Onun üzü qibləyə olmalıdır. 
Məsələ  577:  Bir  Ģəxs  gəmidə  ölsə,  çürümə  qorxusu  olmasa  və  gəmidə 
saxlanması  mümkün  olsa,  quruya  çatınca  gözləmək  lazımdır.  Onu  gəmidə 
saxlamaq  mümkün  olmadıqda  qüsül,  hənut  və  kəfənləmədən  sonra  namaz 
qılınır, dəniz heyvanlarının toxuna  bilməyəcəyi bir Ģeydə dənizə atılır. Bu 
da  mümkün  olmasa,  onun  ayağına  ağır  bir  Ģey  bağlanır  və  dənizə  atılır. 
Meyyit elə bir yerə atılmalıdır ki, atılan kimi heyvanlara yem olmasın. 
Məsələ 578: Əgər düĢmənin qəbri açacağından, cəsədi çıxaracağından və 
ya ona bir zərər yetirəcəyindən qorxsalar, mümkün olduqda yuxarıda deyən 
Ģəkildə meyyit dənizə atılmalıdır. 
Məsələ  579:  Lazım  gəldikdə  qəbir  xərclərini,  eləcə  də  meyyiti  dənizə 
atmağın xərclərini meyyitin malından ödəmək olar. 
Məsələ  580:  Kafir  qadın  dünyasını  dəyiĢsə  və  bətnində  körpəsi  ölsə, 
həmin  körpənin  atası  müsəlman  olduqda  qadın  qəbrə  sol  tərəfi  üstündə 
arxası  qibləyə  qoyulur  ki,  uĢaq  üzü  qibləyə  qalsın.  Hətta  uĢağın  bədəninə 
ruh  daxil  olmazdan  öncə  vacib  ehtiyata  əsasən,  bu  göstəriĢə  əməl 
olunmalıdır.  
Məsələ  581:  Müsəlmanı  qeyri-müsəlman  qəbristanlığında,  kafiri 
müsəlman  qəbristanlığında  dəfn  etmək  olmaz.  Vacib  ehtiyata  əsasən, 
müsəlmanı  ona  ehtiramsızlıq  sayılacaq  yerdə  də  dəfn  etmək  haramdır. 
(Məsələn, küllük, zibillik) 
Məsələ  582:  Meyyit  qəsb  olunmuĢ  yerdə  dəfn  edilməməlidir.  Meyyiti 
dəfn  üçün  vəqf    edilməmiĢ  yerdə  dəfn  etmək  olmaz.  (Məsələn,  məscid, 
mədrəsə).  Amma  öncədən  vəqfdə  dəfn  üçün  yer  nəzərdə  tutulsa  eybi 
yoxdur. 
Məsələ 583: Meyyiti o zaman baĢqa meyyitin qəbrində dəfn etmək olar 
ki,  əvvəlki  ölünün  cəsədi  görünməsin.  Yeri  halal  və  ümumi  vəqf  olduqda 
bunun eybi yoxdur. 
Məsələ 584: Vacib ehtiyata əsasən, meyyitdən ayrılan tük, dırnaq və diĢ 
kimi  Ģeylər  onunla  birlikdə  dəfn  olunmalıdır.  Amma  bundan  ötrü  qəbir 
açılmamalıdır.  Amma  həyatda  olduğu  vaxt  insanın  bədənindən  ayrılan 
dırnaq və diĢləri onunla dəfn etmək vacib deyil. Amma bu iĢ görülsə daha 
yaxĢıdır. 
Məsələ  585:  Bir  Ģəxs  quyuda  ölsə  və  onu  oradan  çıxarmaq  mümkün 
olmasa,  quyunun  ağzını  bağlamaq  və  quyunu  həmin  Ģəxsə  qəbir  qərar 
vermək  lazımdır.  Quyu  baĢqa  birinə  məxsus  olduqda,  onu  bir  yolla  razı 
salmaq lazımdır. 
Məsələ  586:  Körpə  ananın  bətnində  ölsə  və  onun  bətində  qalması  ana 
üçün  zərərli  olsa,  onu  ən  asan  yolla  çıxarmaq  lazımdır.  Körpəni  doğramaq 
lazım gəlsə belə bu iĢ görülməlidir. Bu iĢi ilk növbədə əgər əri ixtisaslıdırsa 
o  görməlidir.Sonrakı  sırada,bu  iĢ  ixtisaslı  qadına  tapĢırılmalıdır.  Bu  da 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə