ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə40/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   36   37   38   39   40   41   42   43   ...   141

ġəriət risaləsi 
94 
vaxtda  bir  Ģəxs  səhvən  xiftən  namazını  Ģam  namazından  qabaq  qılarsa  və 
sonradan bunu baĢa düĢərsə, namazı düzgündür və Ģam namazını qılmalıdır. 
Məsələ  677:  Xüsusi  və  müĢtərək  vaxtın  ölçüsü  ayrı-ayrı  insanlar  üçün 
fərqlənə  bilər.  Məsələn,  bu  miqdar  günorta,  ikindi  və  xiftən  namazlarına 
münasibətdə müsafir üçün iki rəkət, qeyri müsafir üçün dörd rəkətdir. 
Məsələ 678: Əgər diqqətsizlik və ya unutqanlıq səbəbindən Ģam namazı 
qılmamıĢ  xiftən  namazına  baĢlanılsa  və  namaz  əsnasında  bu  Məsələdən 
xəbər  tutulsa,  niyyəti  Ģam  namazına  çevirmək  lazımdır.  Yalnız  dördüncü 
rəkətə daxil olduqdan sonra bu mümkün deyil. Belə bir halda xiftən namazı 
baĢa vurulduqdan sonra Ģam namazı qılınır. 
Məsələ  679:  Xiftən  namazının  vaxtı  gecə  yarıyadəkdir.  Vacib  ehtiyat 
budur  ki,  qürub  vaxtından  sübh  azanınadək  olan  vaxt  gecə  sayılsın.  Gecə 
namazına  vaxt  tə’yin  edərkən  həmin  vaxt  qürubdan  gün  doğanadək 
hesablanır.  
Məsələ  680:  Bir  Ģəxs  bilərəkdən  Ģam  və  xiftən  namazlarını  gecə 
yarıyadək  qılmasa,  onların  vaxtı  keçmiĢdir  və  qəzası  qılınmalıdır.  Amma 
üzürlü  səbəbdən  qıla    bilməmiĢsə,  sübh  namazınadək  qıla  bilər  və  namazı 
vaxtında qılınmıĢ (əda) sayılır.  
Sübh namazının vaxtı 
Məsələ  681:  Sübh  azanının  vaxtı  (namaz  və  oruc  üçün)  aylı  və  aysız 
gecələrdə eynidir. Bu iĢdə me’yar ay iĢığında görünməsə belə üfüqdə Ģəfəq 
nurunun  zahir  olmasıdır.  Sübh  namazının  vaxtı  fəcr  tülusunun  əvvəlindən 
(birinci  fəcr)  baĢlayır,  günəĢ doğanədək,  sübh  ağartısına  (ikinci  fəcr) qədər 
davam edir. Sübh namazını hava iĢıqlanmamıĢ, birinci sübhün qaranlığında 
qılmaq daha yaxĢıdır. 
Namaz vaxtının hökmləri 
Məsələ 682: Ġnsan namaz vaxtının çatdığına əmin olandan sonra namaza 
baĢlaya bilər. Ya da ədalətli bir Ģəxs namaz vaxtının çatdığını bildirməlidir. 
Vaxt  tanıyan  və  etibarlı  Ģəxsin  azanı  da  kifayat  edər.  Əgər  baĢqa  yollarla 
vaxtın çatdığına güclü ehtimal olarsa (istər saatla, istər saatsız) bu bəs edər. 
Məsələ  683:  Havanın  tutqunluğu,  zindanda  olmaq  və  ya  korluq 
səbəbindən  vaxtın  daxil olduğunu  müəyyən  etmək  mümkün  deyilsə,  güclü 
ehtimalla namaza baĢlamaq olar. 
Məsələ  684:  Yuxarıdakı  göstəriĢlər  əsasında  namaza    baĢlayan  Ģəxs 
namazın ortasında vaxtın çatmadığını bilərsə, namazı  batildir. Namazı baĢa 
çatdırdıqdan  sonra  da  bunu  anlayarsa,  namazı  bütünlüklə  vaxtından  qabaq 
qıldığı  halda  həmin  namazı  təzələməlidir.  Amma  namaz  arasında  və  ya 
namazdan sonra baĢa düĢərsə ki, vaxt daxil olmuĢdur, namazı düzgündür. 
Məsələ 685: Bir insan diqqətsizlik və ya unutqanlıq səbəbindən vaxtdan 
xəbər  tutmadan  namaza  baĢlasa,  bu  namaz  vaxtında  qılınmıĢdırsa 


ġəriət risaləsi 
95 
düzgündür.  Əgər  namazı  bütünlüklə  və  ya  onun  bir  hissəsini  vaxtından 
əvvəl qılmıĢsa, namazı batildir. 
Məsələ  686:  Namazdan  sonra  Ģəkk  etsə  ki,  namazı  vaxtında  qılmıĢdır, 
yoxsa  yox,  namazı  düzgündür.  Bir  Ģərtlə  ki,  namaza  baĢlamazdan  öncə 
vaxtdan xəbərsiz olmasın. Namazın ortasında vaxtın çatmadığına Ģübhə etsə 
namazı batildir və vaxt çatdıqdan sonra onu təzələməlidir. 
Məsələ 687: Vaxt dar olduqda müstəhəb iĢlər səbəbindən namazın vacib 
bir  hissəsi  vaxtından  sonraya  düĢərsə,  müstəhəb  iĢləri  tərk  etmək  lazımdır 
(qunut və iqamə kimi müstəhəblər). 
Məsələ  688:  Əgər  bir  Ģəxsin  bir  rəkətlik  vaxtı  qalmıĢsa,  bütün  namazı 
əda, yə’ni “vaxtında” niyyəti ilə qılmalıdır. Amma namazı belə bir vaxtadək 
tə’xirə  salmaq  haramdır.  Əgər  qürubadək  beĢ  rəkət  namaz  həddində  vaxt 
qalmıĢsa,  günorta  və  ikindi  namazlarını  əda,  yəni  “vaxtında”  niyyəti  ilə 
qılsın. O biri namazlar da bu qayda ilə qılınır. 
Məsələ  689:  Tə’kid  olunmuĢ  müstəhəblərdən  biri  budur  ki,  namaz  ilk 
fəzilətli  vaxtda  qılınsın.  Rəvayatlərdə  bu  barədə  tövsiyələr  çoxdur.  Namaz 
ilk vaxta nə qədər yaxın olarsa bir o qədər fəzilətlidir. 
Məsələ  690:  Üzrü  olan  Ģəxs  əmindirsə  ki,  son  vaxtadək  üzrü  aradan 
qalxacaq, səbr etməsi vacibdir. Əgər əmin olsa ki, üzrü qalacaq, səbr etməsi 
vacib  deyil.  Amma  ehtimal  etsə  ki,  üzrü  aradan  qalxacaq,  vacib  ehtiyata 
əsasən,  səbr  etməlidir.Yalnız  təyəmmüm  zvəzifəsi  olduqda  namazını  ilk 
vaxtda qəla bilər.  
Məsələ  691:  Namaz  məsələlərini,  Ģəkk  və  səhvlərlə  bağlı  vəzifələrini 
bilməyən  Ģəxs  namazda  bu  hallarla  rastlaĢacağını  ehtimal  edərsə,  həmin 
məsələləri  öyrənmək  üçün  namazı  ilk  vaxtından  tə’xirə  salmalıdır.  Amma 
namazı yetərincə qılacağına əmindirsə, onu əvvəl vaxtda qıla bilər. 
Məsələ 692: Namazda elə bir Ģərait yaransa ki, namaz qılan Ģəxs lazımı 
hökmü bilməsin, iki yoldan birini seçə bilər. Əgər sonradan mə’lum olsa ki, 
düzgün  hərəkət  etməyib,  namazını  təzələsin.  Ehtiyat  budur  ki,  iki  yoldan 
düzgünlüyünə daha çox ehtimal ediləni seçilsin. 
Məsələ 693: Bir Ģəxs məscidin murdarlanmıĢ olmasını görərsə, yaxĢı olar 
ki,  əvvəlcə  məscidi  təmizləsin,  sonra  namazını  qılsın.  Əgər  borc  sahibi 
borcunu  tələb  etsə,  yaxĢı  olar  ki,  əvvəlcə  onun  borcu  verilsin.  Namaz  və 
onun  müqəddimələri  çox  vaxt  tələb  edərsə,  əvvəlcə  məscidi  təmizləmək, 
eyni  zamanda  borc  sahibinin  borcunu  ödəmək,  sonra  namazı  qılmaq 
lazımdır.  Bu  göstəriĢə  əməl  etməsə,  günaha  yol  vermiĢdir,  amma  namazı 
düzgündür. Vaxt dar olduqda öncə namaz qılınmalıdır. 
Məsələ  694:  BeĢ  namazdan  hər  birini  öz  vaxtında  qılmaq  müstəhəbdir. 
Namazların  öz  vaxtında  qılınması  daha  fəzilətlidir.  Yalnız  nafilə  və  ya 
tə’qibat həddində ara vermək bəs etmir. Me’yar fəzilətli vaxtdır. 
Məsələ  695:  Günorta  namazının  fəzilətli  vaxtı  göstərici  çubuğun 
kölgəsinin  onun  öz  uzunluğuna  çatdığı  vaxta  qədərdir.  Ġkindi  namazının 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə