www.vivo-book.com
28
Oğlan sardina və tələ yemiylə qayıdıb gələn kimi sahilə
yollandılar. Yeridikcə ayaqlarının altından ətrafa daş-çınqıl
sıçrayırdı. Sahilə çatıb qayığı suya saldılar.
– İşin avand olsun, qoca! – oğlan çığırdı.
– Elə sənin də!
Qoca avarların kəndir ilgəklərini halqalardan keçirə-
keçirə mıxlara bənd elədi, oturub kürəkləri əlinə aldı,
sinəsini qabağa verib başını yana əydi və suyu yara-yara
dənizə üz tutdu. Hava qaranlıq idi, səhər hələ açılmamışdı.
Sahil boyu səpələnmiş başqa qayıqlar da bir-bir hərəkətə
gəlib dənizə çıxırdı. Qoca onların heç birini görməsə də,
avarların səsini, liman sularının şırıltısını eşidirdi. Aypara
təpənin arxasında gizləndiyindən qaranlıqda heç nə
görükmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlsə də,
qayıqların çoxunda sakitlik idi; sükutu dənizin sinəsini tez-
tez yaran avarların səsi pozurdu.
Bir azdan qayıqlar limanı arxada qoyub geniş okeana
səpələndilər – səxavətli dənizin tükənməz nemətindən nəsə
ələ keçirtmək ümidiylə hərə bir səmtə üz tutdu.
www.vivo-book.com
29
Qoca bu gün çox uzaqlara getməyi qət eləmişdi.
Okeanın səhər havası, ucsuz-bucaqsız mavi sular onu öz
ağuşuna aldı. Tozlu-tüstülü sahildən uzaqlaşdıqca hava
saflaşırdı. Suyun üzündə tək-tək dəniz yosunları işıldayırdı.
Bu fosforlu işartılar qocanın diqqətini dərhal cəlb etdi.
Hardasa bu aralarda okeanın dərinliyi birdən-birə artıb yeddi
yüz dəniz sajeninə çatırdı; ona görə də balıqçılar həmin yeri
“dibsiz quyu” adlandırırdılar. Müxtəlif istiqamətli sualtı
axınlar burada toqquşub bir-birinə qarışır, şiddətlə sualtı
qayalara çırpılıb burulğan əmələ gətirirdi. “Dibsiz quyu”da
hər növ balıq vardı. Xırda balıqlar və dəniz xərçəngləri daha
çox idi. Onlar axşamlar suyun üstünə çıxır, şikara çıxmış iri
balıqlara yem olurdular.
Hələ
qaranlıq olsa da, həssas qoca səhərin
yaxınlaşdığını duyurdu; avarlar hərəkət etdikcə, qayıq
irəlilədikcə qocanın qulağına səslər dəyirdi – balıqlar
oynaqlaşırmış kimi sudan sıçrayıb havada mayallaq aşır,
təzədən suya düşürdülər. Uçan balıqların havada süzdükcə
üzgəcləri vıyıldayırdı. Bu qanadlı balıqları qoca xüsusi
şövqlə sevirdi; onları balıqçıların geniş okeandakı həqiqi
www.vivo-book.com
30
dostları sayırdı. O, quşları da çox sevir, eyni zamanda,
onlara yazığı gəlirdi. Daim yem axtaran, lakin dimdiyinə heç
bir şey keçməyən xırda, zərif su qaranquşlarının halına lap
çox acıyırdı. “Yazıq quşların həyatı biz insanlarınkından
qat-qat ağırdır, – qoca düşünürdü. – Əlbəttə, yırtıcı quşları
demirəm, amma bir halda ki, okean belə amansızdır, onda
görəsən su qaranquşu kimi zəif quşcuğazlar niyə yaradılıb?
Düzdür, dəniz çox vaxt mərhəmətli olur, amma coşanda
üzünü görməyəsən. Elə kükrəyir, elə aşır-daşır ki, göz
açmaq olmur. Yem axtaran bu biçarə quşlar dəhşətli
fırtınalarda dənizə baş vurmalı olur, dimdiklərinə keçən
xırda balıqları dalğaların bağrından zorla dartıb qopardır, bir
şey çıxmayanda da civildəşə-civildəşə haray salıb fəryad
qoparır, bir-birinə şikayətlənib sanki dərdlərini bölüşürlər.
Bu cılız məxluqlar hüdudsuz okeanın əzəməti qarşısında heç
nədir”.
Dənizi ürəkdən sevən qoca onu dəniz aşiqlərinin
ispanca adlandırdığı kimi xəyalən «la mar», deyə
əzizləyirdi. Dənizi sevən bəziləri hərdən acıqları tutanda onu
pisləsələr də, amma çox vaxt dənizi qadın cinsində, məhz
www.vivo-book.com
31
qadın kimi yad edirdilər. Qaravul əvəzinə avadanlığa tıxac
bağlayan, köpəkbalığının qaraciyəri tapılmayanda çoxlu pul
qazanmaqçün balıq tutmağa barkasda, mühərrikli qayıqlarda
gedən cavanlar isə dənizə rəqib kimi baxır, onu «el mar»,
yəni kişi cinsində, erkək adlandırırdılar. Onlar yeri gəldi-
gəlmədi,
lazım
oldu-olmadı,
dənizi
yamanlayır,
lənətləyirdilər. Lakin qoca üçün dəniz hər şey idi, dəniz
onun həyatı idi; qoca dənizə ilahə kimi baxırdı. Bu ilahə
bəşər oğluna nələr bəxş etmirdi?! O nə qədər səxavətli və
lütfkardır! Dəniz qəzəblənib qocanı incidəndə, ondan üz
çevirib heç nə vermədikdə belə, qoca dənizdən
şikayətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir. “Ay
qadını cuşa gətirdiyi kimi, dənizi də coşdurur”, – qoca
düşündü.
Okean sakit olduğundan qoca özünü gücə salmadan
aramla avar çəkirdi. Sualtı axınlar olan yerdə dalğalar qayığı
sürükləyib aparır, işi xeyli asanlaşdırırdı.
Dan yeri söküləndə qoca ətrafa nəzər saldı və güman
etdiyindən xeyli uzaqlara gəlib çıxdığını gördü. “Su dərin
olan yerlərdə düz bir həftə qarmaq atdım, amma bir dənə də
www.vivo-book.com
32
balıq tuta bilmədim, – deyə fikirləşdi, – bu gün bopito və
albanor cinsli balıqların bol olduğu yerdə bəxtimi
sınayacam. Bəlkə, axtardığım iri balıq onların arasındadır”.
O, qarmaqlara yem keçirib tilovları suya atdı və axınla
aram-aram üzməyə başladı. Tilovlardan birincisi qırx,
ikincisi yetmiş beş, üçüncüsü yüz, dördüncüsü isə yüz iyirmi
beş dəniz sajeni dərinliyə düşdü. Qoca qarmaqlara cərgə ilə
sardina taxmışdı; hamısının da gözlərini qarmağa
keçirtmişdi. Qarmaqlar yarımdairə yem çələngi əmələ
gətirirdi ki, bu da dənizdəki balıqları şirnikdirib aldadacaqdı;
həm də iri balıqlar yemə yaxınlaşmaqdan qorxmayacaqdı,
çünki qarmağın hər tərəfində eyni dadı, eyni ləzzəti
duyacaqdılar.
Oğlanın verdiyi bir cüt təzə tunes balığını qoca ən
dərinə atdığı tilovlara keçirtmişdi, digər iki tilovdan birinə
mavi rəngə çalan yekə skumbriya, o birisinə isə sarı ümrin
balığı taxmışdı; bu yemləri ötən dəfə istifadə etməsinə
baxmayaraq, onlar hələ də yaxşı qalmışdı. Əla növlü
sardinaların iyi balıqları şirnikdirib onları qarmağa keçməyə
vadar edəcəkdi. Qələm yoğunluğunda olan yaşıl elastik
Dostları ilə paylaş: |