Horadiz s
əni unutmadım...
157
başqa Fransadan gətirdiyi barama qəbul edən və ondan ipək sapı alan
aqreqat maşın alıb gətirib kənddə quraşdırmışdı.
Əfsər, Məzahir, Vidadi, Fazil və Cəbrayıl Əmirovlar klubda növbəti konsert
zamanı
Fazil, Əfsər Əmirovlar və müğənni İlham Məmmədov
m
əşq zamanı
Ərşad Namazalı
158
Onun k
əndimizdə neçə-neçə dükanları var imiş. Heyif ki, Nəriman
kişi represiyanın qurbanı oldu.
Onun oğlu Zakir Məmmədov isə atası həbs olunduqdan sonra
dünyaya g
əlir. Dayıları onu Bakıya gətirir və ona gələcəkdə ləkə
d
əyməsin deyə onun soy adını dəyişdirib Zakir Bağırov qeyd
etdirirl
ər.
Zakir Bağırov uzun müddət, 18 il fasiləsiz olaraq Azərbaycan
SSR-in M
ədəniyyət Naziri vəzifəsində çalışmışdır.
Keçmiş Sovet idarəsi buradan köçəndən sonra, köhnə binanı
sök
ərək, onun yerində yeni müasir formada 300 yerlik kino-teatr zalı,
oyun v
ə əyləncə otağı tikilir. Onun qarşısında isə yay kino-teatrı
tikilib istifad
əyə verilir.
Bu klubun müdiri Ağayev Əbil Muxtar oğlu mütəmadi olaraq
klubda özf
əaliyyət dərnəyinin köməyilə kənd zəhmətkeşlərinin
qarşısında konsertlər və tamaşalar təşkil edərdi.
Burada h
əmişə özfəaliyyət kollektivlərin məşqləri keçirilərdi.
“Ail
ə” Əmirovlar ansamblın bədii rəhbəri Əfsər – tarda, Veysəl –
kamanda, C
əbrayıl – qarmonda, Məzahir – gitarada, Fazil – nağarada
v
ə Vidadi – qoşa nağarada ifa edərdilər.
Müğənnilər: İlham Məmmədov və Tehran Əmirovun oxuduğu
mahnıları alqışlarla dinləyərdilər. Xüsusilə İlham Məmmədovun
“Qarabağ şikəstəsi”-ni gurultulu alqışla qarşılayardılar.
Bundan başqa bu klubda oyun zalı (şahmat, nərd, domino,
bilyard, tennis) f
əaliyyət göstərirdi.
QURBANIN
ABİDƏSİ
“Qurbanın abidəsi”– Horadiz Mədəniyyət evinin binası
qarşısında, Qarabağ Müharibəsi zamanı şəhid olmuş həmyerlimiz
Qurban Hüseyn
oğlu Namazalıyevin şərəfinə qoyulmuşdur. Qurban
Namazalıyev 1947-ci il 17 noyabrda Horadiz kəndində anadan
olmuşdur. Orta məktəbi öz doğma kəndində 1965-ci ildə bitirmişdir.
1971-ci ild
ə Azərbaycan Politexnik İnstitutunun, inşaat-mühəndis
fakult
əsini bitirib və iş fəaliyyətini Bakı şəhəri 4 saylı Tikinti
Horadiz s
əni unutmadım...
159
Trestind
ə usta, sahə rəisi, iş icraçısı, baş mühəndis vəzifəsilərində
çalışıb. 1978-86-cı illər Nazirlər Sovetinin tikinti şöbəsində, 1986-
91-ci ill
ər Naftalan şəhər Sovetinin sədri vəzifələrində işləmişdir.
Qurban Namazalıyev 1991-ci ilin avqust ayından Azərbaycan
Melorasiya v
ə Su Təsərrüfatı nazirinin birinci müavini vəzifəsinə
t
əyin edilmişdir.
Qarabağ müharibə döyüşləri zamanı Ağdam şəhərinə dövlət
t
ərəfindən nümayəndə kimi göndərilmişdir.
1991-
ci il noyabrın 20-də Ağdamdan Qarakəndə Mİ-8 hərbi
vertalyotla bir qrup Dövl
ət nümayəndələri ilə birlikdə uçarkən
vertalyotu
vurulmuş və şəhid olmuşlar.
Horadiz k
ənd kolxozuna və Horadiz kənd orta məktəbinə -
Qurban
Namazalıyevin adı verilmişdir. Onun xatirəsini əbədiləş-
dirm
ək üçün Mədəniyyət evinin qarşısında 1992-ci ildə abidə büstü
ucaldılmışdir. 1993-cü ildə Horadiz kənd orta məktəbi qarşısında
büstü qoyulmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!...
Ərşad Namazalı
160
MƏDƏNİ TÖVLƏ
M
ədəni tövlə - Dəli çayla, Fərəcanlı və Kərbala Babaş dərəsi
arasında, Fərəcanlı dərəsinə gedən yolla, Ağayev Cümşüd Misir
oğlunun evinə qədər sahədə yerləşirdi.
1954-cü ild
ə kolxoz sədri işləyən Vəli Əli oğlu Rzayevin
t
əşəbbüsü və köməyi ilə bu geniş sahədə, kolxozda olan 1000 baş
sağmal inəklər üçün “Mədəni tövlə” tikilib istifadəyə verdilər.
M
ədəni tövlədə süd texniki surətdə və aqreqatlarla sağılırdı. Burada
olan 1000 baş inəklərdən ildə 400-450 ton süd dövlətə təhvil
verilirdi.
Tövl
ə ətrafında heyvanların qış ehtiyatı üçün 5 ədəd silos
equyuları, kəpək ambarı, ot tayaları var idi.
1965-ci il
ə qədər kolxozda bu tövlədə 100-dən çox at ilxısı
saxlanılırdı. Həmin il kolxoz sədri Suruş Fərhadovanın sərəncamı ilə
bütün kolxoz atları ət kombinatına təhvil verildi.
Bundan
başqa burada süd emalı sexi var idi. Qabaqlar bu sexdə
yağ və pendir çəkərdilər ki, onu da kolxozçulara əmək günü hesabına
böl
ərdilər.
1957-
ci ilin payızında Atam mənə dedi ki;- oğlum sabah kolxoz
əmək haqqına yağ bölərək verəcəklər gedib alarsan.
S
əhərisi gün 5 kq-lıq biton götürüb getdim Güney məhəllədə
olan kolxozun anbarına, anbardar Həmid Ağalar oğlu Soltanov idi.
M
əni görcək dedi ki; - O nədir gətirmisən qabın balacadır, sizə 29 kq
yağ düşür, get iri qab gətir. Mən qayıtdım evə 30 kq-lıq süd bitonu,
qonşunun eşşək arabasını alıb gəldim anbara və gördüm ki, xeyli
növb
ə var. Elə bu vaxtı Məhərrəm Alı oğlu Novruzov da gəldi yağ
almağa. Həmid kişi bunu görcək
Məhərrəm kişiyə dedi;- eşitmişəm
s
ən yağ içənsən, sənə ərinmiş yağ versəm içərsən?
M
əhərrəm kişi dedi; - “Bəli içərəm”.
H
əmid kişi dedi;- Ancaq, bir şərtim var.
Dedi;- O n
ə şərtdir?
H
əmid kişi dedi;- Sənə 8 kq yağ düşür və mən sənə 4 kq ərinmiş
yağ verəcəyəm, əgər içə bilsən 8 kq yağını da verərəm apararsan, yox
h
ərgah içə bilməsən 8 kq payından məhrum olacaqsan.