ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə50/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   46   47   48   49   50   51   52   53   ...   154

Horadiz s

əni unutmadım... 

 

 



157 

başqa Fransadan gətirdiyi barama qəbul edən və ondan ipək sapı alan 

aqreqat maşın alıb gətirib kənddə quraşdırmışdı. 

     


 

 

Əfsər, Məzahir, Vidadi, Fazil və Cəbrayıl Əmirovlar klubda növbəti konsert 

zamanı 

 

 

Fazil, Əfsər Əmirovlar və müğənni İlham Məmmədov 

m

əşq zamanı 

 

 


Ərşad Namazalı  

 

 



158 

 

  Onun k


əndimizdə neçə-neçə dükanları var imiş. Heyif ki, Nəriman 

kişi represiyanın qurbanı oldu.  

       

Onun  oğlu  Zakir  Məmmədov isə  atası  həbs olunduqdan sonra 



dünyaya g

əlir.  Dayıları  onu  Bakıya  gətirir və  ona gələcəkdə  ləkə 

d

əyməsin deyə  onun  soy  adını  dəyişdirib  Zakir  Bağırov  qeyd 



etdirirl

ər. 


        

Zakir Bağırov uzun müddət, 18 il fasiləsiz olaraq Azərbaycan 

SSR-in M

ədəniyyət Naziri vəzifəsində çalışmışdır.



 

 

Keçmiş  Sovet  idarəsi  buradan köçəndən sonra, köhnə  binanı 

sök

ərək, onun yerində yeni müasir formada 300 yerlik kino-teatr zalı, 



oyun v

ə  əyləncə  otağı  tikilir.  Onun  qarşısında  isə  yay kino-teatrı 

tikilib istifad

əyə verilir. 

Bu  klubun  müdiri  Ağayev  Əbil  Muxtar  oğlu  mütəmadi olaraq 

klubda özf

əaliyyət dərnəyinin köməyilə  kənd zəhmətkeşlərinin 

qarşısında konsertlər və tamaşalar təşkil edərdi. 

Burada h

əmişə  özfəaliyyət kollektivlərin məşqləri keçirilərdi. 

“Ail

ə”  Əmirovlar  ansamblın  bədii rəhbəri  Əfsər  –  tarda, Veysəl  – 



kamanda, C

əbrayıl – qarmonda, Məzahir – gitarada, Fazil – nağarada 

v

ə Vidadi – qoşa nağarada ifa edərdilər. 



Müğənnilər:  İlham  Məmmədov və  Tehran  Əmirovun  oxuduğu 

mahnıları  alqışlarla  dinləyərdilər. Xüsusilə  İlham  Məmmədovun 

“Qarabağ şikəstəsi”-ni gurultulu alqışla qarşılayardılar. 

Bundan  başqa  bu  klubda  oyun  zalı  (şahmat,  nərd,  domino, 

bilyard, tennis) f

əaliyyət göstərirdi. 

 

QURBANIN 

ABİDƏSİ 

“Qurbanın  abidəsi”–  Horadiz Mədəniyyət  evinin  binası 

qarşısında,  Qarabağ  Müharibəsi  zamanı  şəhid  olmuş  həmyerlimiz 

Qurban Hüseyn 

oğlu Namazalıyevin şərəfinə qoyulmuşdur.   Qurban 

Namazalıyev  1947-ci il 17 noyabrda Horadiz kəndində  anadan 

olmuşdur. Orta məktəbi öz doğma kəndində 1965-ci ildə bitirmişdir. 

1971-ci ild

ə  Azərbaycan  Politexnik  İnstitutunun,  inşaat-mühəndis 

fakult


əsini bitirib və  iş  fəaliyyətini  Bakı  şəhəri  4  saylı  Tikinti 


Horadiz s

əni unutmadım... 

 

 



159 

Trestind


ə  usta, sahə  rəisi,  iş  icraçısı,  baş  mühəndis vəzifəsilərində 

çalışıb.  1978-86-cı  illər  Nazirlər  Sovetinin  tikinti  şöbəsində, 1986-

91-ci ill

ər  Naftalan  şəhər Sovetinin sədri vəzifələrində  işləmişdir. 

Qurban  Namazalıyev  1991-ci  ilin  avqust  ayından  Azərbaycan 

Melorasiya  v

ə  Su Təsərrüfatı  nazirinin  birinci  müavini  vəzifəsinə 

t

əyin edilmişdir. 



 

Qarabağ  müharibə  döyüşləri  zamanı  Ağdam  şəhərinə  dövlət 

t

ərəfindən nümayəndə kimi göndərilmişdir. 



1991-

ci  il  noyabrın  20-də  Ağdamdan  Qarakəndə  Mİ-8 hərbi 

vertalyotla  bir qrup Dövl

ət nümayəndələri ilə  birlikdə  uçarkən 

vertalyotu 

vurulmuş və şəhid olmuşlar. 

 

 

 



Horadiz k

ənd kolxozuna və  Horadiz kənd orta məktəbinə  - 

Qurban 

Namazalıyevin  adı  verilmişdir.  Onun  xatirəsini  əbədiləş-



dirm

ək üçün Mədəniyyət evinin qarşısında 1992-ci ildə  abidə büstü 

ucaldılmışdir.  1993-cü ildə  Horadiz kənd orta məktəbi  qarşısında 

büstü qoyulmuşdur. 



Allah bütün şəhidlərimizə rəhmət eləsin!... 

 

 



 


Ərşad Namazalı  

 

 



160 

MƏDƏNİ TÖVLƏ 

M

ədəni  tövlə  -  Dəli çayla, Fərəcanlı  və  Kərbala  Babaş  dərəsi 



arasında,  Fərəcanlı  dərəsinə  gedən  yolla,  Ağayev  Cümşüd  Misir 

oğlunun evinə qədər sahədə yerləşirdi.  

1954-cü ild

ə  kolxoz sədri  işləyən Vəli  Əli  oğlu  Rzayevin 

t

əşəbbüsü və  köməyi ilə  bu  geniş  sahədə,  kolxozda  olan  1000  baş 



sağmal  inəklər üçün “Mədəni tövlə” tikilib istifadəyə  verdilər. 

M

ədəni tövlədə süd texniki surətdə və aqreqatlarla sağılırdı. Burada 



olan  1000  baş  inəklərdən ildə  400-450 ton süd dövlətə  təhvil 

verilirdi.  

Tövl

ə  ətrafında  heyvanların  qış  ehtiyatı  üçün  5  ədəd silos 



equyuları, kəpək ambarı, ot tayaları var idi. 

1965-ci  il

ə  qədər  kolxozda  bu  tövlədə  100-dən  çox  at  ilxısı 

saxlanılırdı. Həmin il kolxoz sədri Suruş Fərhadovanın sərəncamı ilə 

bütün kolxoz atları ət kombinatına təhvil verildi. 

Bundan 


başqa burada süd emalı sexi var idi. Qabaqlar bu sexdə 

yağ və pendir çəkərdilər ki, onu da kolxozçulara əmək günü hesabına 

böl

ərdilər.  



1957-

ci ilin payızında Atam mənə dedi ki;- oğlum sabah kolxoz 

əmək haqqına yağ bölərək verəcəklər gedib alarsan. 

S

əhərisi gün 5 kq-lıq  biton  götürüb  getdim  Güney  məhəllədə 



olan  kolxozun  anbarına,  anbardar Həmid  Ağalar  oğlu  Soltanov  idi. 

M

əni görcək dedi ki; - O nədir gətirmisən qabın balacadır, sizə 29 kq 



yağ düşür, get iri qab gətir. Mən qayıtdım evə 30 kq-lıq süd bitonu, 

qonşunun  eşşək  arabasını  alıb  gəldim anbara və  gördüm ki, xeyli 

növb

ə var. Elə bu vaxtı Məhərrəm Alı oğlu Novruzov da gəldi yağ 



almağa. Həmid kişi bunu görcək Məhərrəm kişiyə dedi;- eşitmişəm 

s

ən yağ içənsən, sənə ərinmiş yağ versəm içərsən?  



M

əhərrəm kişi dedi; - “Bəli içərəm”.  

H

əmid kişi dedi;- Ancaq, bir şərtim var. 



Dedi;- O n

ə şərtdir?  

H

əmid kişi dedi;- Sənə 8 kq yağ düşür və mən sənə 4 kq ərinmiş 



yağ verəcəyəm, əgər içə bilsən 8 kq yağını da verərəm apararsan, yox 

h

ərgah içə bilməsən 8 kq payından məhrum olacaqsan.  




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə