ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə46/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   42   43   44   45   46   47   48   49   ...   154

Ərşad Namazalı  

 

 



142 

Horadiz k

ənd xəstəxanasının  nəzdində  Dördçinar kəndində 

açılmış  tibb  məntəqəsində  tibb  bacıları:  -  Tənzilə  Nəcəfova və 

M

ədinə Xələfova fəaliyyət göstərirdilər. 



 

KƏND MƏDƏNİYYƏT EVİ 

K

ənd Mədəniyyət evi –  kəndin mərkəzində, kənd Məscidindən 



şimal-qərbdə,  Qozlu  çayın  şərqində  Məşədi  Abdullanın  evinin 

yerind


ə tikilən, kəndin ən böyük binalarından biridir. 

1960-c


ı ildə Horadiz kolxoz sədri Suruş Fərhadovanın təşəbbüsü 

il

ə  və  şəxsən  başçılığı  ilə  kolxoz  İdarə  heyyətində  kənddə  yeni 



M

ədəniyyət  evinin  inşa  edilməsi  haqqında  qərar qəbul edilir.  Eyni 

zamanda  XX-

əsrin  əvvəllərində  ən  varlı  və  tanınmış  adamlarından 

olan  M

əşədi  Abdullanın  torpağında  yaşayan  oğlu  Təbriz Məm-



m

ədovu və  qızı  Günəş  Məmmədovanı  oradan  başqa  yerə,  kolxoz 

hesabına köçürülməsi haqda qərar qəbul edilir. Qurdlu bulaq məhəl-

l

əsində, Dəyirman boynunun  qərb  tərəfində  yer  ayrılır  və  Təbrizin 



ail

əsinin  yaşaması  üçün  kolxoz  hesabına  ev  tikiilir.  1963-cü  ildə 

göz

əl,  yaraşıqlı  və  iki  mərtəbəli,  uzunluğu  35  metr,  eni  25  metr 



ölçüd

ə  geniş  və  işıqlı  Mədəniyyət evi  tikilib istifadəyə  verilir. Bu 

binada 400 n

əfərlik iclas və konsert zalı var idi. Şərq tərəfində olan 

hiss

əsinə  kolxozun idarə  heyyəti və  kənd  kitabxanası  da  fəaliyyət 



göst

ərirdi. Bu kitabxanada Yaqut Cabbarova müdir işləyirdi..  

Bu M

ədəniyyət evində  dəfələrlə  Respublikanın  tanınmış 



inc

əsənət ustalarının iştirakıilə böyük konsertlər təşkil edilirdi. Tez-

tez Füzuli Xalq teatrının artistlərinin iştirakı ilə teatr tamaşaları kənd 

z

əhmətkeşləri qarşısında göstərilirdi. Bundan başqa burada kolxozun 



idar

ə heyyətin geniş iclasları, təntənəli bayram yığıncaqları və digər 

t

ədbirlər də keçirilirdi.  



1975-ci 

il mayın 9-da Mədəniyyət evi qarşısında 1941-45-ci illər 

II-  Dünya Müharib

əsinin Qələbə  bayramı  günü  bizim  kəndimizdən 

h

əlak olanların şərəfinə inşa edilmiş abidə kompleksinin  açılışı oldu. 



 


Horadiz s

əni unutmadım... 

 

 



143 

 

K



ənd Mədəniyyət evinin şimaldan görünüşü

 

  



1992-ci ild

ə  Qarabağ  Müharibəsi  Şəhidi həmyerlimiz Qurban 

Namazalıyevin şərəfinə Mədəniyyət evinin qarşısında da abidə büstü 

qoyulmuşdur. 



KƏND KOLXOZ İDARƏSİ 

(keçmiş binası) 

 

Keçmiş kolxoz idarəsi – Qozlu çay kənd körpüsündən 50 metr 

şimal-qərbə  tərəf,  Qarağan  təpənin  şimalında,  Kənd klubu ilə  yan-

yana yerl

əşən  binadır.  Bu  binanın  sahibi  Tanrıverdi  kişi  varlı-hallı 

olub v


ə Sovet rejimi qolçomaq möhürü vuraraq, onu represiya qur-

banı edib və evini müsadirə edərək kolxozun sərəncamına verilib. 

Bu binada kolxozun idar

ə heyəti və kənd kitabxanası yerləşirdi. 

O kitabxanada Dilar

ə  Rzayeva  Balaca  qızı  işləyirdi.  Dilarə  xanım 

çox kitab sev

ən idi. Hansı məzmunda istəsən o dəqiqə kitab seçərdi. 

Biz m

əktəblilər  əsasən ondan yayda, məktəb tətili  zamanı  kitablar 



alıb oxuyardıq.  

Binanın şərqə tərəf otaqlarda isə barama qurdu becərilirdi. 




Ərşad Namazalı  

 

 



144 

1965-ci  ild

ə  yeni Mədəniyyət sarayı  inşa  edildikdən sonra, 

kolxoz idar

ə heyəti və kitabxana ora köçürüldü. 

Keçmiş kolxoz binası isə kənd aptekinin sərəncamına verildi və 

bu aptekd

ə Adilə Əsəd qızı işləyirdi. 

H

əmin bu binada həm də  barama  qurdu  yetişdirib  hər il may 



ayının əvvələrində kolxozçulara 1 qutu norma paylayırdılar. Barama 

qurdlarını körpə ikən I-yuxuya kimi tər tut yarpaqları doğrayaraq, II-

yuxuya kimi t

ər  tut  yarpaqları  ilə, III-yuxuda  tut  yarpağı  xırda 

budaqlarla, IV-yuxuda iri tut budaqlarla v

ə  nəhayət V-yuxuda tut 

budaqları  şaxlı  şəkildə  yedizdirib bəslənərdi.  Qurdlar  saralıb 

yetişərdilər və onların üstünə çox qanadlı budaqlar, həm də türpənk 

bitk

isi  döşəyərək  basdırıb  və  bir həftəyə  qədər qurdlar barama 



sarıyardılar.  Tənəkəçilər isə  baramanı  dərərdilər və  aparıb  onu 

dövl


ətə təhvil verərdilər. 

Bu  binanın  qarşısında  Böyük  Sovetlər ölkəsinin  başçısı  İosif 

Vissarionoviç Stalinin büstü yerl

əşirdi.  1953-cü ildə  İ.V.Stalinin 

ölümünd

ən sonra hakimiyyətə  gəlmiş  Nikita  Sergeyeviç  Xruşşovun 



rejimi dövründ

ə  onun  büstü  o  binanın  qarşısından 1954-cü ildə 

götürüldü v

ə həmin binanın zirzəmisində saxlanılırdı. 

 

 

KƏND ORTA MƏKTƏBİ 



1881-ci ild

ə  Horadiz kəndində  ilk  savad məktəbi  açılmışdır. 

M

əktəbin açılmasında və fəaliyyət göstərməsində, maliyyə cəhətdən 



C

əbrayıl  qəzasından  gəlmiş  Molla  Məhəmmədin böyük əməyi 

olmuşdur. Çünki onun 2 qızı burda dərs alırdı. Məktəb indiki kənd 

m

əscidinin sol yan tərəfində olub və



 

civird


ən divarları hörülmüş, üstü 

is

ə qamışla döşənmiş çavıstanda yerləşirdi. Məktəbdə ilk dərslər dini 



d

ərs  olub,  həmin  dərsi  Molla Möhsün  Xudaverdi  oğlu  Axundzadə 

deyib, qalan d

ərslər isə  savad müəllimləri  keçirmiş.  Molla Möhsün 

dini  qanunları  mükəmməl bildiyinə  görə  həmişə  kənd  camaatı 

arasında böyük hörmətə sahib olub. 

Bu m

əktəbdə  oxumuş  Seyid  Şuşinskinin  birbaşa  maliyyə 



yardımı ilə 1904-cü ildə natamam “Rus-tatar” məktəbi açılıb. 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə