ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə43/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   39   40   41   42   43   44   45   46   ...   154

Ərşad Namazalı  

 

 



132 

adamlarının  inanc  və  ümid yeri, xətalardan, xəstəliklərdən, bəd 

n

əzərdən uzaq olmaq üçün pirdir.  



 

 

İmam Piri 

 

İmam  Piri  bizim  kənd  adamlarının  və  ətraf Füzuli, Cəbrayıl, 



Z

əngilan, Beyləqan  rayonları,  hətta  uzaq  yer  adamlarıda  bura  inac 

yeri, şəfa tapmaq üçün və sairə... ziyarətə gələrdilə.   

Ulularımızın,  ata-babalarımızın məlumatına  görə, çox-çox 

əvvəllər Horadiz kəndinin ilk sakinləri  İmam Piri ətrafında məskən 

salmışlar.  Həmin yerdə  indi də  qədim ev yerlərinin  xarabalıqları 

qalmaqdadır.  Onların  dediyinə  görə  məlum olur ki, burada ilk 

m

əskən  salanlar:  Yadigarlılar,  Namazalılar,  Toppuzlular  və  Təh-



miraz

lılar  olmuşlar.  Burada  ilk  yaşayanlar  görmüşlər  ki,  dağın 

başındakı qəbirdən gecələr işıq gəlir və gedib baxmaq istəyəndə, işıq 

yox olur


muş. Bax elə  buna görə  də  kənd  adamları  bu  məzarı 

möcüz


əli yer kimi qəbul ediblər və piranə yer adlandırılıb, ziyarətgah 

kimi q


əbul olunub.  

Bir neç


ə  yüz illər bu məzarın  ətrafına  çəpər çəkilir, sonralar 

hasar ç


əkiblər ki, mal-heyvanlar ora girə bilməsinlər. 


Horadiz s

əni unutmadım... 

 

 



133 

Yaşlı  ağsaqqalların  dediklərinə  görə  bu məzarda  İmam  Rzanın 

qız nəvəsi uyuyur. Elə ona görə də bura “İman Piri” adlanıb. 

K

ənd  ağsaqqalı  80  yaşlı  Yadigarlılar  tayfasından  olan  Fərman 



kişi deyirdi ki; “Bizim tirədən olan bir qadın axşam vaxtı ay işığında 

h

əyətdə cəhrə ilə ip əyirərmiş. Elə bu zaman həyətə ağ atın üstündə 



nurani  bir  atlı  gəlir.  Kişi  salam  verdikdən sonra deyir ki, 

“Adamlarınıza xəbər ver buradan köçüb başqa yerə getsinlər, ona 

gör

ə ki, İmam Pirinin ətrafını sizin heyvanlarınız, it və pişikləriniz 

murdarlayırlar. İki gün ötəndən sora yenə gələcəyəm. Əgər burdan 

tezlikl

ə köçməsəniz sizi böyük bəlalar gözləyir”. 

Qadın  bu  xəbəri tezliklə  ərinə  söyləyir, o da öz növbəsində 

qohum-

qonşulara çatdırır. Amma heç kim bu xəbərə inanmır və onun 



sözün

ə əhəmiyyət vermir. Vədə vaxtı həmin nurani ağ atlı kişi gəlir, 

adamlar yen

ə  oradan köçüb getməyə  razılıq  vermir.  Ancaq 

Yadigarlılar,  Namazalılar,  Toppuzlular  və  Təhmirazlılar  tayfaları, 

indiki Horadiz k

əndinin mərkəzində  olan  “Qarağan  təpə”-yə  köçüb 

g

əlirlər. İnanmayanlar öz evlərində qalırlar. 



Heç üç gün keçm

əmiş  elə  tufan-boran qopur ki, evləri darma-

dağın  edir,  xırmandakı  taxılları  külək  sovurub  aparır.  Bunu  görən 

adamlar, t

ələm-tələsik  yığışıb  müxtəlif  yerlərə  köçürlər. Deyilənə 

gör


ə bir hissəsi Beyləqan tərəfə, qalanları isə Dəvəçiyə köçürlər. 

Qeyd:  1985-ci ild

ə  avtobusla Qubaya istirahətə  gedirdim və 

yanımda  avtobusda  bir  yaşlı  kişi  də  oturmuşdu.  O,  kişi  ilə  söhbət 

əsnasında mənim Horadiz kəndindən olduğumu bildikdə, çox sevindi 

v

ə dedi ki, bizim də ulu nəslimiz vaxtı ilə Horadiz kəndindən gəlib. 



Harda yaşadığını soruşdum? Dedi ki, bizim nəsil hal-hazırda Dəvəçi 

rayonunun Baş Əmirxanlı kəndində yaşayır. Yəhya kişinin dediyinə 

gör

ə,  onun  ulu  babaları  Dəvəçidən  dəvə  ilə  qara  nefti tuluqlara 



doldurub  apararmışlar  bizim  kəndə  və  taxılla,  digər  ərzaqla 

d

əyişərmişlər. Beləliklə, kənd  camaatı  ilə  dostluq və  qohumluq 



əlaqələri olduğundan, İmam Pirinin yanında faciə vaxtı köçüb Dəvəçi 

(Şabran) rayonuna Baş Əmirxanlı kəndinə gediblər. 

M

ən  o  vaxtı  Yəhya  kişinin  sözlərinə  bir o qədər də  əhəmiyyət 



vermirdim. Lakin m

ən Horadiz kəndi haqqında məlumat toplayanda 

bu  görüş  yadıma  düşdü  və  vacib  bilib  Baş  Əmirxanlı  kəndinə  yola 



Ərşad Namazalı  

 

 



134 

düşdüm.  Yəhya  kişini  görmək üçün həmin kəndə  iyirmi il sonra

2007-

ci  il  sentyabrın  21-də  gəldim, lakin görə  bilmədim, çünki 



dünyasını dəyişmişdi. Onun oğlundan bu barədə soruşdum, əfsuslar 

olsun ki, onun m

əlumatı az idi. Bircə bunu dedi; “Hə, deyəsən elə bir 

şey olub, ancaq ətraflı heç bir söz deyə bilmərəm”. 

Hacı Qasım (İsmayılov Fərhad Şükür oğlunun əmisi) evli olsa da 

övladı olmamışdı. Həccə ziyarət etdikdən sonra, öz vəsaiti hesabına 

xeyriy

əçilik edərək,  İmam  Rzanın  nəvəsinin məzarını  ağ  mərmərlə 



hördürüb v

ə  qəbrin  ətrafını  daşla  tikdirərək üstünü örtdürür. O biri 

günü g

əlib görürlər ki, otağın damı yerdədir. Yenə cəhd edib damın 



üstün örtürl

ər və  sabahı  gün  gəlib görürlər yenə  də  yerdədir. Ona 

gör

ə də İmam Pirinin həmişə üstü açıq olardı. İmamzadə türbəsinin 



giriş  qapısının  üstündə  yazılıb:  “Bina  Hacı  Qasım  bin  Kərbalayi 

İsmayıl  və  zövcəsi Məşədi Tövhənisə”.  Ona görədə  kəndimizdə 

yaşlı  kişilər and içəndə  deyərdilər;  “Hacı  Qasımın  tikdirdiyi  İmam 

haqqı”. Usta Tapdıq Hüsən oğlu İmanov deyir ki, 1973-cü ildə özüm 

İmamdakı  İmam  Rzanın  qız  nəvəsinin qəbrinin  üst  daşın  söküb 

yenid

ən  abadlaşdırdım,  sinə  daşın,  ətraf  daşların  maili  düzüb 



sahmana  saldım.  O  gecə  yuxuda gördüm ki, mən Həccə  ziyarətə 

getmişəm və  orda  İmam  Rzanın  və  Həzrət  Abbasın  qəbirlərinin 

yanındayam.  İki  baş  daşın  arasından  baxanda  gördüm  ki,  minlərlə 

adamlar, H

əccə  ziyarətə  gələn möminlər dəstə  ilə  gedirlər, mən 

qışqıraraq  onları  çağırdım  və  mənim səsimə  dönüb  hamısı  mənə 

baxd

ılar.  Ondan  sonra  mənə  məlum oldu ki, mən Həcc ziyarətində 



qiyabi olmuşam və bu mənə böyük fəxrdir. 

1980-


cı illər Teyyub Əyyub oğlu Həsənovun təsis etdiyi “İnam” 

sonra 


“İmamzadə”  xeyriyyə  və  abadlaşdırma  cəmiyyətin  hesabına 

alınmış  tikinti  materiallarla  İmam Pirinə  çıxan  pilləkənləri mən 

tikmişəm. İmam bulağın yanındakı çərhovuzu tikdim və elə etdim ki, 

bulağın suyu birbaşa hovuza tökülürdü.



 

Sonralar Teyyub 

Əyyub  oğlunun  təşəbbüsü ilə, həm  də  yerli 

adamların  xeyriyəçilik məqsədilə  yığılan  maddi  yardımın  hesabına 

İmam Pirinin qarşısında 18 kvm-lik giriş otağı, ziyarətə gələnlərin və 

gec


ə qalanların istirahəti üçün tikdim və hər iki otağın üstünü şiferlə 

örtdük. Sabahı gün gələndə gördük ki, məzar olan otağın üstü açılıb. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə