Ağarəhim Əsərlər
441
kömək edir. Məzmunun dərindən və şüurlu mənimsənilməsini, ən
başlıcası, monoloji şifahi nitqin inkişafı üzrə işin effektini
yüksəldir.
Materialın şüurlu mənimsənilməsi və monoloji nitqin inkişafı
baxımından öz sözləri ilə nağıl etməyə də xüsusi diqqət yetirilməli-
dir. Nağıletmənin bu növü şagirdləri quru əzbərçilikdən çəkindirir,
yeni axtarışlara təhrik edir. Bu prosesdə şagirdlər yaradıcı fəaliyyət
göstərməli olurlar. Onlar məzmunu canlı və təbii şəkildə ifadə et-
mək üçün bütün qüvvə və bacarığını səfərbərliyə alır, özünün qey-
ri-fəal lüğətini hərəkətə gətirir.
Məktəb təcrübəsi göstərir ki, öz sözləri ilə nağıletmə bir qədər
çətindir. Bu işə II sinifdən başlanmalıdır. Kiçik mətnlər dörd-beş
dəfə oxunduqdan, yaxud yoldaşlarından bir və ya bir neçəsinin na-
ğılı dinlənildikdən sonra şagirdlər onları əzbərləyirlər. Ona görə də
qabaqcıl müəllimlər bu işin müxtəlif variantlarından istifadə etmə-
yə çalışırlar. Belə ki, müəllim mətnin məzmunu ilə əlaqədar yazı
taxtasına müvafiq sözlər yazır. Sonra həmin sözlərdən istifadə et-
məklə məzmunu danışmağı şagirdlərdən tələb edir. Şagirdlər yazı
taxtasından sözləri oxuyur, məzmunla tutuşdurur, hər birini işlət-
mək üçün yer, məqam axtarmalı olurlar. Beləliklə, şagird cümlələri,
bütövlükdə məzmunu əzbərləmiş olsa da, təqdim olunan sözlər onu
hazır qəlibdən çəkindirir, öz üslubuna, hissinə uyğun ifadə (nitq)
materialı seçir, forma yaradır. Məsələn, III sinifdə ―Vətən onu qo-
ruyanındır‖ mətni üzrə ana vətən Azərbaycan, neft, üzüm, pam-
bıq, azərbaycanlılar, otuz altı milyon azərbaycanlı, Amerika,
dünya ölkələri, azad, müstəqil, ulu babalarımız, özünü vətənə
qurban vermək və s. söz və ifadələr şagirdlərə təqdim olunur. Bu
materiallar şagirdlərin qarşısında problem yaradır, onlar düşünür,
hər sözü, ifadəni daxil etməklə məzmunu verməyə çalışırlar.
I-IV siniflərdə məzmunun əyaniləşdirilməsi öz sözləri ilə nağıl-
etmədə mühüm rol oynayır. Bunun üçün dərsliklərdə xeyli imkan-
lar yaradılmışdır. Belə ki, I sinifdə səkkiz, II sinifdə on altı, III
sinifdə on dörd və IV sinifdə isə doqquz mətnin məzmunu ilə bağlı
seriya və süjetli illüstrasiyalar verilmişdir. Şəkillər məzmunun hər
Ağarəhim Əsərlər
442
hansı epizodunu özündə əks etdirir.
Lakin dərsliklərdə bir qism böyük həcmli mətnlərin məzmunu
ilə əlaqədar illüstrasiyalar verilməmişdir. Təcrübə göstərir ki, bu
zaman mətnlərin məzmununa yaxın şəkillərin nümayiş etdirilməsi
faydalıdır. Əvvəla şəkillər uşaqların həyatına, ruhuna yaxın oldu-
ğundan onların hisslərinə təsir edir, onlarda danışmaq, fikir söylə-
mək ehtirası oyadır. İkincisi, şəkillər mətnin məzmununu diktə
etməklə uşaqları hadisənin şahidinə çevirir, onların gözləri qarşısın-
da bir növ əyaniləşdirir. Üçüncüsü, şəkillər şagirdlərin yadına düş-
məyən ən kiçik, ən incə fakt və hadisələri yadlarına salır, ardıcıllı-
ğını, inkişafını göstərir. Dördüncüsü, materialın məzmununun şüur-
lu mənimsənilməsinə, mahiyyətinə, daxili məna və rabitələrinin
açılmasına və uşaqların hafızəsində uzun müddət qalmasına kömək
göstərir. Ona görə də müəllim hekayənin məzmunu ilə şəkil arasın-
da qarşılıqlı əlaqələrin yaranmasına səy göstərməlidir. Məsələn, I
sinifdə şagirdlər ―Getdin, gördün‖ mətninin məzmununu mənimsə-
dikdən sonra müəllim onların diqqətini şəkilə yönəldir. Şagirdlər
şəkli müşahidə edir, hekayənin məzmunu ilə fıkrən tutuşdurur,
fərqli və oxşar cəhətlərini müqayisə edirlər. Nəhayət, məzmunu
verməyə çalışırlar. Şagirdlərin nitqinin təhlili göstərir ki, belə nağıl-
etmə prosesində onlar hər iki obyektə (hekayə və şəklə) daha yara-
dıcı yanaşır, sərbəst fıkirlər söyləyirlər.
Maraqlıdır ki, şagirdlər hekayə və şəkildə olmayan tikinti mate-
riallarının, əmək alətlərinin və peşələrin adlarını da çəkirlər. Əlbət-
tə, bunların nağılın məzmununa daxil olmasına səbəb tikinti obyek-
tinin şəkil vasitəsi ilə onların gözləri qarşısında canlanmasıdır.
Vaxud başqa bir misal. III sinifdə şagirdlərə ―Yazda‖ mətni ilə
əlaqədar ―Maarif‖ nəşriyyatı tərəfindən buraxılmış eyni adlı (―Yaz‖
mövzusunda) şəkil təqdim edildi. Sonra şəkil üzrə məzmunu nağıl
etmək tələb olundu. Hekayədən öyrəndiklərini (payızda təbiətin öz
donunu dəyişməsini, bağların, bağçaların, meşənin əlvan bir rəngə
boyanmasını, insanların əməyini və s. şəkildə müşahidə etdilər. Şə-
killə hekayənin məzmunu arasında əlaqə yaratmağa çalışdılar. Son-
ra müəllimin izahı və sualları əsasında heyvanların, quşların, həşə-
Ağarəhim Əsərlər
443
ratların həyat tərzini, günəşin, havanın, göyün, buludun payızdakı
vəziyyətini və s. xatırladılar. Nəhayət, məzmunu şəkil əsasında na-
ğıl etdilər. Nağıletmə prosesi göstərdi ki, şagirdlər şəkillərin kömə-
yi ilə hekayənin məzmununa həyatı müşahidə və təcrübələrindən də
əlavələr etməyə, zənginləşdirməyə, fikri monoloji şəkildə ifadə et-
məyə çalışmışlar.
Elmi-kütləvi materiallarla əlaqədar bu işin başqa variantların-
dan da istifadə etmək olar. Tutaq ki, II sinif şagirdləri ―Qışda‖
mövzusu ilə bağlı bağa, parka, meşəyə və s. ekskursiyaya gedirlər.
Qışda təbiət mənzərələri, günəş, göyün üzü, buludlar, hava, qar,
buz, duman, ağacların qabığı altında həşəratlar, otlar, quşlar, hey-
vanlar, insanların əməyi, yaz əkininə hazırlıq və s. müşahidə olu-
nur. Obyekt müəllimin müsahibəsi ilə açılır, izah edilir. İşin sonun-
da şagirdlərin müşahidələri yekunlaşdırılır. Növbəti oxu dərsində
―Qışda‖ hekayəsi oxunur, məzmunu şagirdlərə mənimsədilir. Sonra
onlardan bir neçə gün əvvəlki müşahidələri soruşulur, lazım gəldik-
də xatırladıcı suallar da verilir. Nəhayət, hekayənin məzmununu
müşahidələri əsasında danışmaq tələb olunur. Şagirdlər hekayənin
məzmunu ilə müşahidələri arasında əlaqələr yaradır, oxuduqlarını
konkret faktlarla zənginləşdirir, təbiət hadisələri, onların dəyişmə-
ləri, quşlar, heyvanlar, həşəratlar, onların həyat tərzi, insanların
əməyi və s. haqqındakı biliklərini məntiqi ardıcıllıqla nağıl edirlər.
Beləliklə, materialın məzmunu ilə real həyat arasında möhkəm əla-
qə yaranır. Şagirdlərin qış haqqındakı bilikləri daha da möhkəmlə-
nir və dərinləşir.
I-IV siniflərdə nağıletməyə yaradıcı xarakter vermək üçün işin
digər formalarından da istifadə olunmalıdır. Ola bilər ki, müəllim
şagirdlərə şəxsi dəyişməklə məzmunu nağıl etdirsin. Bu prosesdə
şagirdlər fıkri əməliyyat aparmalı olurlar. Məsələn, II sinifdə C.Gö-
zəlovun ―Nazimin səhvi‖ hekayəsi ilə əlaqədar şagirdlərə Nazimin
obrazında çıxış etməklə məzmunu nağıl etdirmək olar. Bu zaman
çıxış edən şagird özünü bir anlığa Nazimin yerinə qoyur, hadisələ-
rin iştirakçısına çevrilir. Çöldə, çəməndə gəzir, bənövşə, novruzgü-
lü dərir, böcəkləri tutur, fəaliyyətdə olur... Beləliklə, hekayədə cə-
Dostları ilə paylaş: |