Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə147/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   143   144   145   146   147   148   149   150   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

441 



kömək  edir.  Məzmunun  dərindən  və  şüurlu  mənimsənilməsini,  ən 

başlıcası,  monoloji  şifahi  nitqin  inkişafı  üzrə  işin  effektini 

yüksəldir. 

Materialın  şüurlu  mənimsənilməsi  və  monoloji  nitqin  inkişafı 

baxımından öz sözləri ilə nağıl etməyə də xüsusi diqqət yetirilməli-

dir. Nağıletmənin bu növü şagirdləri quru əzbərçilikdən çəkindirir, 

yeni axtarışlara təhrik edir. Bu prosesdə şagirdlər yaradıcı fəaliyyət 

göstərməli olurlar. Onlar məzmunu  canlı və təbii şəkildə ifadə et-

mək üçün bütün qüvvə və bacarığını səfərbərliyə alır, özünün qey-

ri-fəal lüğətini hərəkətə gətirir. 

Məktəb  təcrübəsi  göstərir  ki,  öz  sözləri  ilə  nağıletmə  bir  qədər 

çətindir.  Bu  işə  II  sinifdən  başlanmalıdır.  Kiçik  mətnlər  dörd-beş 

dəfə oxunduqdan, yaxud yoldaşlarından bir və ya bir neçəsinin na-

ğılı dinlənildikdən sonra şagirdlər onları əzbərləyirlər. Ona görə də 

qabaqcıl müəllimlər bu işin müxtəlif variantlarından istifadə etmə-

yə  çalışırlar.  Belə  ki,  müəllim  mətnin  məzmunu  ilə  əlaqədar  yazı 

taxtasına  müvafiq  sözlər  yazır.  Sonra  həmin  sözlərdən  istifadə  et-

məklə  məzmunu  danışmağı  şagirdlərdən  tələb  edir.  Şagirdlər  yazı 

taxtasından  sözləri  oxuyur,  məzmunla  tutuşdurur,  hər  birini  işlət-

mək üçün yer, məqam axtarmalı olurlar. Beləliklə, şagird cümlələri

bütövlükdə məzmunu əzbərləmiş olsa da, təqdim olunan sözlər onu 

hazır  qəlibdən  çəkindirir,  öz  üslubuna,  hissinə  uyğun  ifadə  (nitq) 

materialı seçir, forma  yaradır. Məsələn,  III sinifdə ―Vətən onu qo-

ruyanındır‖ mətni üzrə ana vətən Azərbaycan, neft, üzüm, pam-



bıq,  azərbaycanlılar,  otuz  altı  milyon  azərbaycanlı,  Amerika, 

dünya  ölkələri,  azad,  müstəqil,  ulu  babalarımız,  özünü  vətənə 

qurban vermək və s. söz və ifadələr şagirdlərə təqdim olunur. Bu 

materiallar  şagirdlərin  qarşısında  problem  yaradır,  onlar  düşünür, 

hər sözü, ifadəni daxil etməklə məzmunu verməyə çalışırlar. 

I-IV siniflərdə məzmunun əyaniləşdirilməsi öz sözləri ilə nağıl-

etmədə mühüm rol oynayır. Bunun üçün dərsliklərdə xeyli imkan-

lar  yaradılmışdır.  Belə  ki,  I  sinifdə  səkkiz,  II  sinifdə  on  altı,  III 

sinifdə on dörd və IV sinifdə isə doqquz mətnin məzmunu ilə bağlı 

seriya  və  süjetli  illüstrasiyalar  verilmişdir.  Şəkillər  məzmunun  hər 




Ağarəhim                                                                                                     Əsərlər 

 

442 



hansı epizodunu özündə əks etdirir. 

Lakin  dərsliklərdə  bir  qism  böyük  həcmli  mətnlərin  məzmunu 

ilə  əlaqədar  illüstrasiyalar  verilməmişdir.  Təcrübə  göstərir  ki,  bu 

zaman  mətnlərin  məzmununa  yaxın  şəkillərin  nümayiş  etdirilməsi 

faydalıdır.  Əvvəla  şəkillər  uşaqların  həyatına,  ruhuna  yaxın  oldu-

ğundan onların hisslərinə təsir edir, onlarda danışmaq, fikir söylə-

mək  ehtirası  oyadır.  İkincisi,  şəkillər  mətnin  məzmununu  diktə 

etməklə uşaqları hadisənin şahidinə çevirir, onların gözləri qarşısın-

da bir növ əyaniləşdirir. Üçüncüsü, şəkillər şagirdlərin yadına düş-

məyən ən kiçik, ən incə fakt və hadisələri yadlarına salır, ardıcıllı-

ğını, inkişafını göstərir. Dördüncüsü, materialın məzmununun şüur-

lu  mənimsənilməsinə,  mahiyyətinə,  daxili  məna  və  rabitələrinin 

açılmasına və uşaqların hafızəsində uzun müddət qalmasına kömək 

göstərir. Ona görə də müəllim hekayənin məzmunu ilə şəkil arasın-

da  qarşılıqlı  əlaqələrin  yaranmasına  səy  göstərməlidir.  Məsələn,  I 

sinifdə şagirdlər ―Getdin, gördün‖ mətninin məzmununu mənimsə-

dikdən  sonra  müəllim  onların  diqqətini  şəkilə  yönəldir.  Şagirdlər 

şəkli  müşahidə  edir,  hekayənin  məzmunu  ilə  fıkrən  tutuşdurur, 

fərqli  və  oxşar  cəhətlərini  müqayisə  edirlər.  Nəhayət,  məzmunu 

verməyə çalışırlar. Şagirdlərin nitqinin təhlili göstərir ki, belə nağıl-

etmə prosesində onlar hər iki obyektə (hekayə və şəklə) daha yara-

dıcı yanaşır, sərbəst fıkirlər söyləyirlər. 

Maraqlıdır ki, şagirdlər hekayə və şəkildə olmayan tikinti mate-

riallarının, əmək alətlərinin və peşələrin adlarını da çəkirlər. Əlbət-

tə, bunların nağılın məzmununa daxil olmasına səbəb tikinti obyek-

tinin şəkil vasitəsi ilə onların gözləri qarşısında canlanmasıdır. 

Vaxud başqa bir misal. III sinifdə şagirdlərə ―Yazda‖ mətni ilə 

əlaqədar ―Maarif‖ nəşriyyatı tərəfindən buraxılmış eyni adlı (―Yaz‖ 

mövzusunda) şəkil təqdim edildi. Sonra şəkil üzrə məzmunu nağıl 

etmək tələb olundu. Hekayədən öyrəndiklərini (payızda təbiətin öz 

donunu dəyişməsini,  bağların, bağçaların,  meşənin  əlvan bir rəngə 

boyanmasını, insanların əməyini və s. şəkildə müşahidə etdilər. Şə-

killə hekayənin məzmunu arasında əlaqə yaratmağa çalışdılar. Son-

ra müəllimin izahı və sualları əsasında heyvanların, quşların, həşə-




Ağarəhim                                                                                                     Əsərlər 

 

443 



ratların  həyat  tərzini,  günəşin,  havanın,  göyün,  buludun  payızdakı 

vəziyyətini və s. xatırladılar. Nəhayət, məzmunu şəkil əsasında na-

ğıl etdilər. Nağıletmə prosesi göstərdi ki, şagirdlər şəkillərin kömə-

yi ilə hekayənin məzmununa həyatı müşahidə və təcrübələrindən də 

əlavələr etməyə, zənginləşdirməyə, fikri monoloji şəkildə ifadə et-

məyə çalışmışlar. 

Elmi-kütləvi  materiallarla  əlaqədar  bu  işin  başqa  variantların-

dan  da  istifadə  etmək  olar.  Tutaq  ki,  II  sinif  şagirdləri  ―Qışda‖ 

mövzusu ilə bağlı bağa, parka, meşəyə və s. ekskursiyaya gedirlər. 

Qışda  təbiət  mənzərələri,  günəş,  göyün  üzü,  buludlar,  hava,  qar, 

buz,  duman,  ağacların  qabığı  altında  həşəratlar,  otlar,  quşlar,  hey-

vanlar,  insanların  əməyi,  yaz  əkininə  hazırlıq  və  s.  müşahidə  olu-

nur. Obyekt müəllimin müsahibəsi ilə açılır, izah edilir. İşin sonun-

da  şagirdlərin  müşahidələri  yekunlaşdırılır.  Növbəti  oxu  dərsində 

―Qışda‖ hekayəsi oxunur, məzmunu şagirdlərə mənimsədilir. Sonra 

onlardan bir neçə gün əvvəlki müşahidələri soruşulur, lazım gəldik-

də  xatırladıcı  suallar  da  verilir.  Nəhayət,  hekayənin  məzmununu 

müşahidələri  əsasında  danışmaq  tələb  olunur.  Şagirdlər  hekayənin 

məzmunu  ilə  müşahidələri  arasında  əlaqələr  yaradır,  oxuduqlarını 

konkret  faktlarla  zənginləşdirir,  təbiət  hadisələri,  onların  dəyişmə-

ləri,  quşlar,  heyvanlar,  həşəratlar,  onların  həyat  tərzi,  insanların 

əməyi və s. haqqındakı biliklərini məntiqi ardıcıllıqla nağıl edirlər. 

Beləliklə, materialın məzmunu ilə real həyat arasında möhkəm əla-

qə yaranır. Şagirdlərin qış haqqındakı bilikləri daha da möhkəmlə-

nir və dərinləşir. 

I-IV  siniflərdə  nağıletməyə  yaradıcı  xarakter  vermək  üçün  işin 

digər  formalarından  da  istifadə  olunmalıdır.  Ola  bilər  ki,  müəllim 

şagirdlərə  şəxsi  dəyişməklə  məzmunu  nağıl  etdirsin.  Bu  prosesdə 

şagirdlər fıkri əməliyyat aparmalı olurlar. Məsələn, II sinifdə C.Gö-

zəlovun ―Nazimin səhvi‖ hekayəsi ilə əlaqədar şagirdlərə Nazimin 

obrazında  çıxış  etməklə  məzmunu  nağıl  etdirmək  olar.  Bu  zaman 

çıxış edən şagird özünü bir anlığa Nazimin yerinə qoyur, hadisələ-

rin iştirakçısına çevrilir. Çöldə, çəməndə gəzir, bənövşə, novruzgü-

lü dərir, böcəkləri tutur, fəaliyyətdə olur... Beləliklə, hekayədə cə-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə