Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə144/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   140   141   142   143   144   145   146   147   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

432 



ran,  fikrin  ekspressiv  təsir  gücünü  qüvvətləndirən  qızıl  payız,  bol 

məhsul,  barlı-bəhərli  bağlar,  əməkçi  insanlar,  atlas  dona  bü-

rünmüş ağaclar, şən nəğmələr oxuyan quşlar, üzlərində sevinc 

(təbəssüm)  görünən  kolxozçular,  günəşin  parlaq  şüaları,  hara 

isə tələsən buludlar, parça-parça dağılan buludlar və s. kimi ifa-

dələr  işləndi.  Hər  bir  şagird  şəklin  məzmununu,  mahiyyətini  başa 

düşdüyü kimi verməyə çalışdı. Ən böyük inşalar 120-130, kiçiklər 

isə 60-70 sözlə ifadə olundu. 

İbtidai  siniflərdə  müqayisəyə  imkan  verən  süjetli  şəkillər  əsa-

sında şifahi inşaların qurdurulmasına da yer verilməlidir. Bu məq-

sədlə  I-II  siniflərdə  sadə,  III-IV  siniflərdə  isə  bir  qədər  mürəkkəb 

şəkillər götürülməlidir. Belə şəkillər şagirdlərin dilini açmaqla on-

ların  idrakına  güclü  təsir göstərir. S.Əliyevin  ―Kəndlilər keçmişdə 

və  indi‖  süjetli  şəkli  üzrə  müşahidə  olunan  iki  məktəbin  dörd  III 

sinfində 146 şagirdlə aparılmış təcrübi təlim bunu sübut etdi. 

Müqayisəyə, tutuşdurmaya imkan verən cəhətləri, hissələri də-

qiq və ətraflı açmaq üçün suallar verildi: Sağ tərəfdəki epizodda nə 

təsvir olunub? Kəndlilər necə işləyirlər? Onlar nə ilə işləyirlər? On-

lar nə üçün əziyyət çəkirlər? Onların geyimləri, üst-başları necədir? 

Kəndlilər yeri necə şumlayırlar? Sahibkarın geyimi necədir? Kənd-

lilərin evləri necədir? Bəs sol tərəfdəki epizodda nə təsvir olunub? 

Kəndlilərin geyimləri necədir? İndi onlar necə işləyirlər? Necə ev-

lərdə  yaşayırlar?  Tarlada  bütün  işlər  nə  ilə  görülür?  Taxılı  necə 

əkirlər?  Keçmişdə  və  indi  kəndin,  tarlanın  və  adamların  görünüşü 

necədi? və s. Sonra şagirdlərdən şəklin məzmununu danışmaq tələb 

olundu.  Bu  zaman  onlar  obyekti  fikrən  hissələrə  bölür,  ayrı-ayrı 

hissələr arasındakı qarşılıqlı əlaqələri aşkara çıxarmağa çalışırlar. 

Müəllimin  sinfə  verdiyi  suallar  epizodları  tutuşdurmağa  təhrik 

etdiyindən  şagirdlərin  qurduqları  hekayələrdə  keçmiş-indi,  təzə-

köhnə,  səliqəli-səliqəsiz,  çirkli-çirksiz,  xışla-traktorla,  əllə-ma-

şınla, çətin-asan, ağır əmək-yüngül əmək və s. kimi söz, ifadə və 

cümlələr  işləndi.  Dilin  bu  ifadə  vasitələri  inşaların  həcminə,  ideya 

və məzmununa əsaslı şəkildə təsir göstərdi. 

Məlumdur  ki,  kiçik  yaşlı  məktəblilərin  təbiəti  dinamikanı  çox 




Ağarəhim                                                                                                     Əsərlər 

 

433 



sevir.  I-II  sinif  şagirdləri  bu  və  ya  digər  hadisənin,  hərəkətin  əks 

olunduğu şəkillər əsasında daha yaxşı danışırlar. Uşaqların oyunla-

rına,  əyləncələrinə,  məktəb  həyatına,  tədris  əməyinə,  yaşlıların 

əməyinə  həsr  olunmuş  şəkillər  ən  zəif  şagirdləri  dilləndirir.  Lakin 

təcrübə göstərir ki, III-IV siniflərdə şagirdləri bunlarla yanaşı bəzən 

yalnız  təsvirdən  ibarət  şəkillər  üzərində  də  işlətmək  lazımdır.  Bu 

məqsədlə  S.Bəhlulzadənin  ―Xəzərin  axşamı‖,  ―Qudyalçay‖,  ―Qız 

Bənövşəyə gedən yol‖, İlkinin ―Covdar‖, ―Palıd meşəsi‖, M.Abdul-

layevin  ―Azərbaycan  çölləri‖,  ―Sevinc‖,  V.Səmədovanm  ―Əməkçi 

qadın‖,  Ə.Məmmədovun  ―Çoban  Q.Bağırovun  portreti‖,  Alxaso-

vun ―Dənizdə tufan‖, İ.Levitanm ―Qızıl payız‖ və s. tablolarını təq-

dim etmək olar. 

Müşahidə  olunan  məktəblərdən  birində  IV  sinif  şagirdlərinə 

S.Məmmədovun  ―Çoban  Q.Bağırovun  portreti‖  tablosu  təqdim 

olundu. 

Şagirdlər  iki-üç  dəqiqə  şəkli  sərbəst  müşahidə  etdikdən  sonra 

onlardan aşağıdakı suallara cavablar alındı. 

Tabloda  hansı  fəsil  və  hara  təsvir  olunmuşdu?  Sol  tərəfdə  nə 

görürsünüz? Göyün üzü, çöl, çəmən necə verilmişdir? Çoban Bağı-

rovu kimlər dövrəyə  almışdır? Onun görünüşü  necə təsvir olunur? 

Şəkil xoşunuza gəlirmi? Nə üçün? və s. 

Sonra şəklin məzmunu təsvir olundu. Ən yaxşı inşalardan birinə 

diqqət yetirək. 

 

Çoban Q.Bağırovun portreti. 

Tabloda  dağın  yamyaşıl  yamacı  təsvir  olunmuşdu.  Sol  tərəfdə 

buludların təsiri altında elə bil otlar saralmışdı. Burada təsvir olu-

nan alaçıqlar çobanların sadə həyatını canlandırır. Başqa bir çoban 

isə çadırın  küncünü bərkidir. Sağ tərəfdə rəngbərəng çöl  çiçəkləri, 

qıpqırmızı  lalələr,  yamyaşıl  otlar  dağ  yamacını  al-əlvan  xalı  kimi 

bəzəyir,  göz  oxşayır.  Ağ  buludlar  yüksək  dağların  zirvəsinə  örpək 

çəkmişdi. Lay-lay buludların arasında göyün bir hissəsi mavi rəng-

də görünür. Günəşin parlaq şüaları bulud laylarının arasından süzü-

lərək  yaşıl  çəmənliyə  yayılmış  sürünün  üstünə  düşür,  çoban  Bağı-




Ağarəhim                                                                                                     Əsərlər 

 

434 



rovun üzünə gülümsəyir. Çoban Bağırovu öz yoldaşları dövrəyə al-

mışdı. Dəri papaq və qara yapıncı geymiş Bağırovun möhkəm bə-

dəni,  inamlı duruşu məğrur  görkəminə  çox  yaraşır. Sərin və  təmiz 

dağ havası onun sağlam vücudunu daha da möhkəmləndirir. Üzün-

dəki sərt ifadə, qara gözlərindəki iti baxışı, enli kürəyi, qürurlu başı 

Bağırovun iradəli, qüvvətli və cəsurluğunu göstərir. Əlində tutduğu 

uca toppuz çomağı və durumu onu nağıllarda təsvir olunan əzəmət-

li və soyuqqanlı qəhrəmanlara oxşadır. Bu qəhrəmanın nəzəri uzaq-

lara dikilir. Yəqin ki, sürünü necə çoxaltmaq haqqında düşünür. 

Bakı  şəhərindəki  132  saylı  məktəbin  IV  sinfində  Azərbaycan 

xalqının  görkəmli  rəssamı  S.Bəhlulzadənin  ―Xəzərin  axşamı‖  tab-

losunun təsvir üzrə işə bir qədər də yaradıcı xarakter verildi. 

Tabloda sakit Xəzər, dənizin içərisində neft buruqları təsvir olu-

nub. Suyun üzündə ağ qağayılar uçuşur. Sağ tərəfdə qəsəbənin işıq-

ları yanır. 

Tablonun  kompozisiyasının  bir  qədər  mürəkkəbliyini  nəzərə 

alaraq müəllim tərəfındən qoyulan sualların hər biri şagirdlərin diq-

qətini təbiət lövhələrinin açılmasına yönəltdi: məsələn, Tabloda gü-

nəş, onun şüaları neeə verilmişdi? Onlar dənizin sularında necə gö-

rünürdü? Dəniz necə görünürdü? Həzin küləyin əsməsini nədən bil-

mək olar? Qağayılar nə etmək istəyirlər? Neft buruqları necə veri-

lir?  Qəhrəman  neftçilərin  əməyi  haqqında  nə  deyə  bilərsiniz?  Ya-

xınlaşan axşam qaranlığı Xəzərin görkəmini necə dəyişir? Qəsəbə-

nin görünüşü haqqında nə deyə bilərsiniz? Rəssam hansı rənglərdən 

istifadə etmişdi? Nə üçün? 

Suallara cavablar alındıqdan sonra şagirdlər tablonu təsvir etdi-

lər. Onlardan birinə nəzər salaq. 

 

Xəzərin axşamı 

 

Xalqımızın böyük rəssamı S.Bəhlulzadə ―Xəzərin axşamı‖ tab-

losunda  dəniz  neftçilərinin  əmək  qəhrəmanlığını  təsvir  etmişdir. 

Göyün üzü açıqdır. Günəşin sonuncu ilıq şüaları dənizin mavi sula-

rında  əks  olunur.  Günəşin  dairəsi  isə  dumduru  sularda  parlayırdı. 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə