Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə142/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   138   139   140   141   142   143   144   145   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

426 



də  ifadə etməkdə  çətinlik çəkirlər.  Bu  prosesdə  hadisənin  baş ver-

məsi,  gedişi  üzərində bilavasitə  müşahidə olunmadığından, obyekt 

onların  gözləri  önündən  uzaqda  olduğundan  bəzən  nədən  və  necə 

başlayacaqlarını və nə ilə qurtaracaqlarını bilmir, bəzən də əsas his-

səni unudur, ardıcıllığı pozurlar. Nəticədə onların nitqlərində anla-

şılmazlıq, qeyri-dəqiqlik özünü göstərir, fıkir monoloji şəkildə şərh 

edilmir. Ona görə də I sinifdə uşaqların nə vaxt isə gördükləri, mü-

şahidə  etdikləri  əşya  və  hadisələrə  dair  şəkillər  əsasında  monoloji 

şifahi nitq üzrə məşqlər çox faydalıdır. 

Şəkil üzrə şifahi inşaların tərtibi I-IV sinif şagirdlərinin ruhuna 

bir növ daha yaxındır. Ona görə də bu sahədəki işlərə diqqətlə ya-

naşılmalıdır.  Şagirdlər  sinifdən-sinfə  addadıqca,  müəyyən  təcrübə 

qazandıqca tədricən şəkillərin məzmunu və xarakteri mürəkkəbləş-

dirilməlidir. Şəkillər oxunmuş materiallarla inşanın janra görə digər 

növləri arasında əlaqə yaradan körpüdür. Oxunmuş materialın məz-

mununu  danışarkən  əsərin  məzmunu,  ideyası,  süjeti,  personajların 

hərəkəti, hadisələrin ardıcıllığı, inkişaf xətti və necə başlayıb, necə 

qurtarması  təfərrüatı  ilə  şagirdlərə  məlum  olur.  Burada  isə  yalnız 

şəklin məzmunu məlum olur, hadisənin necə başlanmasını, gedişi-

ni,  inkişaf  dinamikasını,  ideyasını  və  s.  cəhətləri  şagirdlərin  özləri 

tapmalı olurlar. Ona görə də müəllim şagirdlərin diqqətini rəssamın 

nə  demək  istəməsinə,  şəklin  ideya-bədii  mahiyyətini  açmaq  üçün 

mühüm  olan  əşya  və  hadisələrə  yönəltməlidir.  Şagirdlər  diqqətlə 

baxmağı, müşahidə aparmağı, rəssamın fıkrini oxumağı bacarmalı-

dırlar. Şəkili hərə bir cür qavrayır, bir cürə dərk edir və öz ruhuna 

uyğun  ―oxuyur‖.  Bu  prosesdə  onlarda  fıkirlərini  sözlərlə  ifadə  et-

mək ehtirası yaranır. 

Təlim prosesində şəkillərin üç növündən istifadə olunur: a) tək 

əşyalı şəkillər; b) seriya xarakterli şəkillər; c) süjetli şəkillər. Təcrü-

bə  göstərir ki, kiçik  yaşlı məktəblilər tək əşyalı şəkilləri təsvir edə 

bilmirlər. Onlar təsvir olunan canlı və cansız əşyaların yalnız gözlə 

görünən hissələrini, əlamətlərini sadalayırlar. Yaxud həmin şəkillər 

üzrə bir və ya bir neçə cümlə deməklə kifayətlənirlər. Hər cümlədə 

ancaq əşyanın adını,  yaxud onun əlamət  və  hərəkətini  bildirən söz 




Ağarəhim                                                                                                     Əsərlər 

 

427 



deyirlər.  Onların  qurduqları  cümlələr  rabitəli  mətn  yaratmır.  Bunu 

nəzərə alaraq daha optimal yollar axtarıldı. Bu məqsədlə üç məktə-

bin altı I sinfində təcrübi təlim zamanı ―I sinifdə şagirdlərə müqayi-

səyə  imkan  verən  bənzər  iki  tək  əşyalı  şəklin  təqdim  olunması 

mümkündür və bu onların monoloji nitqinə təsir göstərə bilər ehti-

malı  sınaqdan  keçirildi.  Şagirdlərə  turp  və  kök  şəkilləri  təqdim 

olundu. Bir-iki dəqiqəlik müşahidədən sonra onlara suallar verildi: 

Turp və kökü harada əkirlər? Onları necə becərirlər? Turp və kökün 

forması  necədir?  Rəngləri  necədir?  Dadları  necədir?  Adamlar  on-

lardan necə istifadə edirlər? və s. 

Şagirdlər  müəllimin  bu  istiqamətverici  suallarının  köməyi  ilə 

şəkilləri asanlıqla təsvir etdilər. Əksəriyyəti şəkillərdə təsvir olunan 

əşyaların  bütün  xarakter  əlamətlərini  müqayisəli  şəkildə  verdilər. 

Hər biri turpun və kökün harada yetişməsindən, onların kimlər tərə-

findən əkilməsindən və becərilməsindən, oxşar və fərqli cəhətlərin-

dən,  rənglərindən,  formalarından,  dadlarından  və  insanlara  fayda-

sından danışdılar. Əşyalara şəxsi münasibətlərini bildirdilər. 

Bu siniflərdə ən böyük inşalar 30-35, kiçiklər isə 20-25 sözdən 

ibarət idi. Maraqlıdır ki, hər şagirdin inşasında orta hesabla 5-6 si-

fət işlənmişdi. 

Təcrübə göstərir ki, şagirdlər bir-birinə daha çox oxşayan iki, üç 

əşyanın müqayisəli təsvir olduğu şəkilləri dərindən müşahidə edir, 

onların oxşar və fərqli cəhətlərini tez ayırır, xarakterik xüsusiyyət-

lərini asanlıqla öyrənir, zəngin inşalar qururlar. K.D.Uşinski müqa-

yisənin əhəmiyyətindən bəhs edərək yazır: ―Əgər siz xarici aləmin 

hər  hansı  əşyasının  aydın  başa  düşülməsini  istəyirsinizsə,  onu  ən 

çox  bənzər  əşyalardan  fərqləndirin  və  onda  həmin  əşyalardan  ən 

uzaq olanlarını tapın: yalınz o zaman siz əşyanın bütün mühüm əla-

mətlərini  adlandıra  bilərsiniz.  Bu  isə  əşyanı  başa  düşmək  demək-

dir‖. Ona görə də I-II siniflərdə tez-tez, III sinifdə isə bəzi hallarda 

belə müqayisəyə imkan tək əşya şəkilləri (qaz, ördək, pişik-pələng, 

qovaq-əbrişim, qovun-şamama, təyyarə-vertolyot və s.) əsasında şi-

fahi inşalar qurulmalıdır. 

İbtidai siniflərdə şagirdlərin monoloji nitqinin inkişaf etdirilmə-




Ağarəhim                                                                                                     Əsərlər 

 

428 



sində seriya şəkillər  müstəsna  əhəmiyyət kəsb edir. Seriya şəkillər 

məntiqi  ardıcıllıqla  düzülür,  şagirdlər  hər  şəkildə  gördükləri  sadə 

hadisəni nağıl edir, nəticədə inşa almır. Bu işə daha yaradıcı xarak-

ter  vermək  üçün  eksperimentator  müşahidə  apardığı  beş  məktəbin 

on  I  sinfində  ―Hər  epizodun  bir  şagirdə  nağıl  etdirilməsi,  nəhayət, 

bütün  epizodlar  əsasında  hekayənin  başqa  şagirdlərə  nağıl  etdiril-

məsi monoloji nitqin inkişafına nə kimi təsir göstərə bilər?‖ fərziy-

yəsini  sınaqdan  keçirdik.  Hər  sinifdən  4  güclü,  4  orta  səviyyəli,  4 

zəif şagirdin inşası təhlil olunmaq üçün, maqnitofon lentinə yazıldı. 

Bu siniflərdə ―Otlaqda hadisə‖ mövzusunda üç seriya şəkil tək-

tək təqdim olundu. 

Hər  epizod  üzrə  ―Şəklə  diqqətlə  baxın‖,  ―Bura  haradır?‖  ―Nə 

görürsünüz?‖  ―Ağaclara,  otlara  fıkir  verin‖.  ―Çoban  nə  edir?‖ 

―Gördükləriniz  haqqında  danışacaqsınız‖  və  s.  kimi  diqqəti  səfər-

bəredici  sual  və  tapşırıqlar  verildi.  Hər  epizodun  məzmununu  şa-

girdlərdən biri nağıl etdi. 

Şagirdlərin əksəriyyəti hər epizod üzrə 20-30 sözdən ibarət he-

kayə qurdu. Burada onların diqqəti hər dəfə konkret bir epizod üzə-

rinə  yönəldiyindən  daha  dərin,  daha  dəqiq  müşahidə  apardıqların-

dan  inşalarında  kiçik  detalları  belə  verməyə  çalışdılar.  Nitqlərində 



qızıl payız, sərin meşə, uca ağaclar, rəngbərəng yarpaqlar, yaşıl 

tala, boz canavar, dişlərini qıcımış canavar, canavar cumur və 

s. ifadələr işlətdilər. 

Nəhayət,  şagirdlərdən  hər  üç  epizod  üzrə  inşa  qurmaq  tələb 

olundu. Bu prosesdə  şagirdlər düşünərək, məntiqi ardıcıllığı,  hadi-

sələrin  inkişafını  gözləməyə  çalışır,  təkrardan  qaçırdılar.  Belə  ki, 

onlar meşəni, ağacları,  talanı, otları, göyün üzünü, havanı və s. 

təbiət  mənzərələrini  birinci  epizod  əsasında  verdilər.  İkinci  və 

üçüncü epizodlara əsasən hadisənin dinamik inkişafını göstərdilər. 

Beləliklə, şagirdlər bir-birindən fərqli, aydm inşalar qurdular. 

Heç  şübhəsiz  ki,  qurulan  hekayələrin  dolğun  olmasına  səbəb 

eksperimentatorun  tətbiq  etdiyi  priyom  idi.  Şagirdlər  hər  epizod 

üzərində ayrıca müşahidə aparanda düşünür, kiçik hekayə qurmağa 

səy göstərir, yoldaşına düzəliş verəndə hər kəs öz hekayəsini qurur. 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə