Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə145/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   141   142   143   144   145   146   147   148   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

435 



Tabloda dəniz elə bil yorğun adamlar kimi mürgüləyir. Həzin əsən 

xəzri onun səthini ağır-ağır tərpədir. Xırda ləpələr sakit dənizin si-

nəsini  sanki  qabardır.  Tabloda  axşamın  yaxınlaşdığı  hiss  olunur. 

Dənizin doğma sakinləri, ağ qağayılardan bəziləri gümüşü qanadla-

rını çırpa-çırpa bir-birini ötür, mavi sulara baş vururlar. Bəziləri də 

dənizdən baş qaldırmış qayalıq adacıqlarında gecələmək üçün tələ-

sirlər. Dənizdə tam sakitlik duyulur. Ancaq bu sakitlikdə qurub-ya-

ratmaq  həvəsi,  qəhrəman  insan  əməyi  hiss  olunur.  Budur,  dənizin 

içərilərində neft buruqları ―meşəsi‖ canlanır. Bu buruqlar insan ağ-

lının, insan əməyinin misilsiz hünəri ilə yaranmışdır. Dənizin dibin-

dən,  torpağın  dərin  qatlarından  gecə-gündüz  çıxan  neft  insanların 

qəhrəmanlıqlarını  təcəssüm  etdirir.  Ön  planda  dənizin  soyuqluğu 

mavi boya ilə verilir. Yaxınlaşan axşam qaranlığı Xəzərin zümrüd 

rəngi  ilə  qarışır.  Neft  buruqları  meşəsini  bürüyür,  onların  siluetini 

üzə çıxarır. Bu axşam qaranlığında uzaqdakı qəsəbənin işıqları gö-

rünür,  elektrik  lampalarının  işığı  altında  qəhrəman  neftçilərin 

ahəngdar işi davam edir. 

Doğrudur,  şagirdlərin  hamısı  belə  inşalar  qura  bilməmişdilər. 

Lakin onların monoloji şifahi nitqinin təhlili göstərdi ki, şagirdlərin 

bir  qrupu  müstəqil  hərəkət  etmiş,  təbiət  təsvirini,  oradakı  lirikanı 

duymuş,  müəllifin  məqsədini,  əsərin  ideyasını  başa  düşmüşdülər. 

Ona görə ki, müəllim yeri gəldikcə şagirdlərin yaş və bilik səviyyə-

sinə  uyğun  olan,  təsviri  xarakter  daşıyan  belə  reproduksiyalardan 

istifadə etməlidir. 

Təcrübə  göstərir  ki,  I-IV  siniflərdə  təsvir  xarakterli  inşaların 

belə qurulması şagirdlərin incəsənət əsərləri üzrə biliklərinin dairə-

sini genişləndirməklə, onlarda iti müşahidə aparmaq, əqli nəticələrə 

gəlmək qabiliyyəti aşılayır, fantaziyasını və monoloji şifahi nitqini 

də inkişaf etdirir. 



Ağarəhim                                                                                                     Əsərlər 

 

436 



 

6. Nağıl xarakterli monoloji nitq 

 

Nağıletmə janrı dedikdə monoloji şifahi nitqin danışmaq, nağıl 



etmək və məlumat vermək formaları nəzərdə tutulur. Burada başlı-

ca  məqsəd  baş  vermiş  və  yaxud  düşünülmüş  hər  hansı  hadisə, 

oxunmuş bədii və elmi-kütləvi materialların məzmunu, yerinə yeti-

rilmiş və ya planlaşdırılmış hər hansı tədbir haqqında fıkrin təfsilatı 

ilə,  məntiqi  və  xronoloji  ardıcıllıqla  başqalarına  çatdırılmasıdır. 

Nağıletmə  prosesində  bəhs  olunan  hadisə  kompozisiya  cəhətdən 

bitkin bir hekayədə əks olunur. Bu hekayə də başqa əsərlər kimi üç 

mərhələyə ayrılır: a) zavyazka; b) kulminasiya; v) razvyazka. 

Birinci hissədə cərəyan edən hadisənin başlanğıcı verilir. Bunu 

hekayənin  girişi  də  adlandırmaq  olar.  Hadisənin  başlanma  yeri  və 

vaxtı, kim tərəfindən, hansı şəraitdə baş verməsi göstərilir. Hadisə-

nin  gələcək  inkişafı  üçün  zəmin  hazırlanır.  İkinci  hissə  hadisənin 

dinamik  inkişafı  və  düyün  nöqtəsidir.  Üçüncü  hissə  isə  hadisənin 

açılışı,  son  nəticəsidir.  I-IV  siniflərdə  şagirdlərə  nağıletmə  prose-

sində  bəhs  olunan  hadisənin  baş  vermə  yerini  və  vaxtını  şərh  et-

mək,  hadisənin  düyün  nöqtəsini  açmaq  bacarığı  aşılanmalıdır.  Şa-

girdlər hadisənin başlanğıc, düyün nöqtəsi və açılışının nəticəsinin 

nədən ibarət olduğunu bilməli, hekayədəki əsas funksiyanı dərk et-

məlidirlər. 

Nağıletmə prosesində nitqin xarici ifadə vasitələrindən (intona-

siya,  jest,  mimika  və  s.)  istifadə  edilməli,  hekayənin  məzmunu  ilə 

forması  arasındakı  vəhdət  diqqət  mərkəzində  saxlanmalıdır.  Bun-

larsız qəhrəmanın hərəkəti dəqiq açılmır, dumanlı qalır. 

I-II sinif şagirdləri fantastik, yumoristik, gülməli hekayələri çox 

sevirlər.  III-IV  siniflərdə  şagirdlər  bir  qədər  ciddi,  müharibədən 

bəhs  edən  materialların  oxunmasına  da  meyl  edirlər.  Müəyyən  el-

mi-kütləvi  məqalələr  də  oxuyurlar.  Şagirdlərdən  belə  hekayələr 

qurmaq  tələb  olunduqda,  onlar  hər  şeyə  adi  baxır,  nağıl  etməyə 

mövzu tapmırlar. Ona görə də nəql xarakterli monoloji şifahi nitqin 

inkişafı  üzrə  iş  apararkən  I-IV  sinif  şagirdlərinin  öz  həyatlarında 




Ağarəhim                                                                                                     Əsərlər 

 

437 



baş verən hadisələri danışmağa aid şifahi hekayələrin tərtibinə ge-

niş yer verilməlidir. 

Təcrübə göstərir ki, I-II siniflərdə şagirdləri maraqlandıran, fan-

taziyalarını hərəkətə gətirən, hadisənin əsas məğzini, fabulasını təş-

kil  edən  ―Meşədə  necə  azdıq‖,  ―Tülkü  tələdə‖,  ―Qorxulu  hadisə‖, 

―Qaraquşun  bala  dovşanı  aparması‖  və  s.  kimi  mövzular  təqdim 

olunmalıdır. III-IV siniflərdə isə şagirdlərə bir qədər mürəkkəb xa-

rakterli  ―Kitabxanada‖,  ―Məktəbin  muzeyində‖,  ―Canlı  güşədə‖, 

―Balıq ovunda‖, ―Biz təbiətin dostlarıyıq‖ və s. mövzular verilməli-

dir. Belə mövzular şagirdləri düşündürür, baş vermiş hadisəni asan-

lıqla xatırlamağa, monoloji şəkildə ifadə etməyə təhrik edir. 

Nağıletmənin müxtəlif növləri mövcuddur. Biz gələcəkdə onlar 

üzərində dayanacağımızdan burada söhbət açmağı lazım bilmirik. 

 

a) Oxunmuş mətnin məzmununun nağıl etdirilməsi  



monoloji şifahi nitqin inkişafının mühüm vasitəsi kimi 

 

I-IV siniflərdə oxunmuş materialların nağıl etdirilməsi məzmu-



nun  şüurlu  şəkildə  mənimsənilməsini  təmin  etməklə,  şagirdlərin 

monoloji  şifahi  nitqinin  inkişafında  mühüm  əhəmiyyət  kəsb  edir. 

Nağıletmə  prosesində  şagirdlər  oxuduqlarının  məzmununu  təkcə 

təfsilatı  ilə  monoloji  şəkildə  verməklə  kifayətlənmirlər.  Həmçinin 

zaman və məkan daxilində cərəyan edən hadisəni, ardıcıllığı, perso-

najların  hərəkətini,  təbiətin  peyzajını,  yazıçının  məqsədini,  təsvir 

vasitələrini,  hadisənin  finalını  və  ümumən  bütövlükdə  kompozisi-

yanı öyrənirlər. Mövzunun real həyatdan alınmasını, yazıçının ya-

radıcı, parlaq təxəyyülünə, fantaziyasına əsasən inikas etməsini ba-

şa düşmürlər. 

Araşdırmalar  göstərir  ki,  nağıletmə  ilə  şüurlu  mənimsəmə  bir-

biri  ilə  qarşılıqlı  əlaqədədir.  Bu  əlaqələr  hər  ikisinin  inkişafına  tə-

kan  verir.  Məzmunu  şüurlu  mənimsəmədən  onu  məntiqi  və  dəqiq 

nağıl etmək mümkün deyildir. Nağıletmə də özlüyündə şüurlu mə-

nimsəməyə təsir edir, hadisələri, onun ayrı-ayrı punktlarını, faktla-

rını  yada  salmaq,  təsəvvürdə  canlandırmaq,  müqayisə  etmək,  mü-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə