Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə146/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   142   143   144   145   146   147   148   149   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

438 



hakimə  yürütmək,  əqli  nəticələrə  gəlmək  imkanı  verir.  Beləliklə, 

məzmun şüurda daha da möhkəmlənir, monoloji nağıletmə asanla-

şır. 

Psixoloji  və  neyrolinqvistik  tədqiqatlar  göstərir  ki,  nağıletmə 



prosesində üç tərəf meydana çıxır. Birincisi, nağıl olunan məzmun-

dur  (A  ilə  işarə  edək).  İkincisi,  nağıl  edəndir  (B  ilə  işarə  edək) 

Üçüncüsü isə nağılı dinləyəndir (V ilə işarə edək). Nağıletmə pro-

sesində  bu  tərəflər  arasında  daxili  əlaqələr  yaranır  və  fasiləsiz  da-

vam edir. Məsələn: 

 

A                 B                 V 



 

Sxemdən göründüyü kimi şagird hər hansı mətnin məzmununu 

nağıl edir. Bu zaman onun hər sözü, hərəkəti dinləyicilərə təsir gös-

tərir. 


Dinləyicilər də  öz növbəsində diqqətinin,  mimik hərəkətlərinin 

və s. dəyişməsi ilə ona reaksiya verirlər. Bu reaksiyalar nağıl edəni 

yeni  situativ  vəziyyətə salır. Ona psixoloji  təsir göstərir.  Nağılının 

dinləyicilər tərəfindən  yaxşı qarşılandığını  duyduqda, o, məzmunu 

şüurunda daha aydın şəkildə canlandırmağa çalışır, ən xırda detal-

ları, incə məsələləri yüksək əhvali-ruhiyyə, emosiya ilə ifadə edir. 

Əks  halda  dinləyicilərin  nağıldan  razı  qalmadıqlarını  hiss  etdikdə 

öz çıxışını tamamilə yeni istiqamətdə qurmağa çalışır. Yaxud da ki, 

nağıl edəni daxili hisslər bürüyür, çaşır, özünə inamı itir. Nəticədə 

məzmunun  bəzi  elementlərini,  hətta  bəzən  müəyyən  hadisəni  də 

buraxır. Belə hallarda buraxılmış hissələr şagirdlərin şüurunda zəif-

ləyir.  İkinci  dəfə  onları  təsəvvürdə  canlandırmaq  çətinləşir,  məz-

munu  dəqiq  və  monoloji  şəkildə  ifadə  etmək  olmur.  Ona  görə  də 

müəllim şagirdlərin nağılı prosesində belə hallara qarşı diqqətini ar-

tırmalıdır. 

Təcrübə göstərir ki, I-II siniflərdə şagirdlər bədii əsərlərə nisbə-

tən  elmi-kütləvi  materialların  məzmununu  bir  qədər  çətin  nağıl 

edirlər.  Bu,  ondan  irəli  gəlir  ki,  elmi-kütləvi  materialların  dili  bir 

qədər  elmi-üslubi  xarakter  daşıyır.  Şagirdlər  bu  dildə  materialın 



Ağarəhim                                                                                                     Əsərlər 

 

439 



məzmununu  dərhal  mənimsəyə  bilmirlər.  Mənimsədiklərini  də 

ümumi  sözlərlə  ifadə  etmək  istəmirlər.  Başqa  sözlə,  məzmunu  öz 

formasında verməyə çalışırlar. Ona görə də nağıletmədə ilk çətinlik 

bununla  bağlıdır.  İkincisi,  hekayəni  bütövlükdə  müəyyənləşdirər-

kən  punktlar,  detallar  təfsilatı  ilə  sadalanır.  Nağıletmə  prosesində 

şagirdlər onların hamısını yaddaşında bərpa edə bilmirlər. Üçüncü-

sü,  I-II  sinif  şagirdləri  elmi-kütləvi  materiallara  o  qədər  də  maraq 

göstərmirlər. Dördüncüsü, bədii hekayələrdə personajların hərəkəti, 

onların  replikaları  təsvir  olunan  hadisənin  asanlıqla  şagirdlərin  tə-

xəyyülündə  canlandırılmasına  kömək  edir.  Bu  obyektiv  səbəblərə 

görə  elmi-kütləvi  materialların  məzmununun  şüurlu  mənimsənil-

məsi və monoloji şəkildə  ifadəsi bir qədər ləng  gedir.  III-IV sinif-

lərdə isə bu hal o qədər də diqqəti cəlb etmir. 

Nağıletmə bir növ yaradıcılıqdır. Bu prosesde şifahi nitqin xari-

ci ifadə vasitələrindən bacarıqla istifadə olunmalıdır. Şagirdlər mə-

nimsədikləri bəzi detalları, hissləri sözlə verə bilmədikdə, onları sə-

sinin qalxıb enməsi, temp ve tembri, mimik və jestikulyastik hərə-

kətlərinin  və  s.  köməyi  ilə  dinləyiciyə  çatdırmağı  bacarmalıdırlar. 

Bunun  üçün  şagirdlərin  məzmunu  şüurlu  şəkildə  mənimsəməsi, 

dərk  etməsi  zəruridir.  Ümumiyyətlə,  nağıletmə  prosesində  şifahi 

nitqin canlı ifadə vasitələri məzmunun dəqiq və hərtərəfli ifadəsinə, 

bədii şəkildə təzahürünə xidmət etməlidir. 

I-IV siniflərdə şagirdlərin şifahi monoloji nitqinin inkişafı üçün 

nağıletmənin müxtəlif növlərindən istifadə olunmalıdır. İş forması-

nın tez-tez dəyişməsi, bir iş formasından digərinə keçilməsi bir tə-

rəfdən dərsdə yeknəsəkliyin, formalizmin aradan qaldırılmasına kö-

mək  göstərir,  digər  tərəfdən  şagirdlərdə  işə  yeni  həvəs  və  ehtiras 

yaradır. Təcrübə göstərir ki, materialın məzmununun olduğu kimi, 

kitab dili ilə nağıl olunması prosesində şagirdlər düşünməyə, araş-

dırmalar aparmağa o qədər təhrik olunmasalar da, bu zaman yazıçı-

nın dili, üslubu, hadisələrə yanaşma tərzi, manevr imkanları onların 

nağılı üçün bir dayağa çevrilir. Onlar məzmunu yadda saxlayıb, he-

kayəni  təfsilatı  ilə  nağıl  edirlər.  Ona  görə  də  qabaqcıl  müəllimlər 

eynilə nağıletmə üçün şagirdlərə bir qədər yaxın, obrazlı ifadələrlə 




Ağarəhim                                                                                                     Əsərlər 

 

440 



nisbətən zəngin, sadə dildə yazılmış mənbələri təqdim edirlər. Mə-

sələn, II sinif şagirdlərinə ―Novruzgülü — yaz gülü‖ mətni mənim-

sədildikdən sonra onlardan məzmunu eynilə, orijinaldakı kimi nağıl 

etmək  tələb  olunur.  Nağıletmə  prosesində  şagirdlərdən  bir  qrupu 

məzmunu olduğu kimi verir. Onların hər biri yaşıl çəməndə novruz 

gülünün, bənövşənin, nərgizin, çobanyastığının, lalənin, qaymaqçi-

çəyinin, incigülünün və ağacların söhbətlərini, hərəkətini, onlar ara-

sındakı  məntiqi  ardıcıllığı,  bir-birinə  münasibətini  (sevinc,  kədər, 

təəssüf  hisslərini  və  s.)  həvəslə  verirlər.  Nitqlərində  emosional-

ekspressiv  rəngə  malik  olan  ifadələr  işlədirlər.  İfadələr  şagirdlərin 

lüğət ehtiyatını zənginləşdirməklə, məzmunun dəqiq və obrazlı tə-

zahürünə  kömək  etmişdir.  Yazıçının  hissi,  duyğusu,  fantaziyası, 

dili şagirdlərin mənəvi aləminə təsir göstərmişdir. 

III-IV siniflərdə  məzmunun  eynilə nağıl olunması işinə verilən 

tələblər bir qədər də artırılmalıdır. Şagirdlər orijinaldakı kimi nağıl-

etmədən  uzaqlaşdıqda  müəllim  suallar  verməli,  onların  diqqətini 

obrazlara, onların hərəkətinə və yazıçının dilinə, təsvir vasitələrin-

dən necə istifadə etməsinə, başqa sözlə, nitq konstruksiyalarına yö-

nəltməlidir. Tutaq ki, III sinifdə şagirdlər ―Ananın səsi hekayəsinin 

məzmununu eynilə danışmalıdırlar. Şagirdlər isə məzmunu öz söz-

ləri ilə, bəzi məsələləri ixtisar etməklə, yaxud özündən kiçik əlavə-

lər verməklə nağıl edirlər. Şagirdlərdən biri deyir: — Böyük Ağvan 

hökmdarı  qocalmışdı.  Düşmənlər  hökmdarın  xəstəliyini  eşidib 

Azərbaycanı ələ keçirməyə başladılar. Onlar Araz çayını keçib Kür 

sahilini, Bərdəni tutdular. Müəllim nağılı saxlayır və həmin şagirdə 

sual verir: ―Düşmən nə çəkmişdi? Hansı Azərbaycanı tutmaq istə-

yirdi? Azərbaycanı niyə ələ keçirməyə çalışırdı? O hansı Kürün sa-

hilini  tutmuşdu?  Bərdənin  nəyi  düşmənin  ayaqları  altında  tapdala-

nırdı? 

O,  birinci  suala  ―qılınc  çəkmişdi‖,  ikinciyə  ―gözəl  Azərbayca-



nı‖, üçüncüyə ―öz pəncəsinə‖, dördüncüyə ―düzlərə bərəkət, ellərə 

səadət  gətirən  Kür‖,  beşinciyə  isə  ―barlı-bəhərli  bağları‖  kimi  ca-

vab verir. Göründüyü kimi, suallar məzmunu zənginləşdirən və göz 

önündə  təbiətin  gözəl  mənzərəsini  canlandıran  ifadələri  işlətməyə 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə