Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə143/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   139   140   141   142   143   144   145   146   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

429 



Beləliklə, müəllimin  nəzarəti  altında  hər  epizodu nağıl edən şagir-

din  nitqi  yoldaşına  material  verir.  Digər  şagirdlər  öz  hekayələrini 

yoldaşlarının  qurduğu  hekayələrlə  tutuşdurur,  onu  sahmana  salır, 

dəqiqləşdirir, redaktə edir. 

Təcrübi təlimin nəticələri belə qənaətə gəlməyə əsas verdi ki, I-

II siniflərdə eyni mövzu üzrə şəkillərin əvvəl tək-tək, sonra isə ha-

mısının birdən təqdim olunaraq, məzmununun nağıl etdirilməsi şa-

girdlərin müşahidə  qabiliyyətini inkişaf etdirməklə şifahi monoloji 

nitqlərinin inkişafına da müsbət təsir göstərir. O  da müəyyənləşdi-

rilmişdir ki, III-IV sinif şagirdləri müəyyən müşahidə qabiliyyətinə, 

müstəqillik  bacarıqlarına  yiyələndiklərindən  onlara  belə  seriya  xa-

rakterli şəkillərin hamısı eyni vaxta təqdim olunmalı və heç bir kö-

mək olunmadan məzmunu nağıl etdirilməlidir. 

II sinifdə seriya şəkillər üzrə işin başqa bir variantından da isti-

fadə etmək mümkündür. Ola bilər ki, müəllim seriya şəkilləri qey-

ri-məntiqi  ardıcıllıqla  (qarışıq)  şagirdlərə  təqdim  etsin.  Şagirdlər 

müşahidə  edərək  onların  məntiqi  ardıcıllığını  müəyyənləşdirsinlər. 

Sonra isə onlar əsasında inşa qursunlar. Tutaq ki, II sinifdə şagird-

lər  ―Oğlan  xilas oldu‖ mövzusunda dörd seriya üzrə inşa qurmalı-

dırlar. 


Birinci epizod: İki oğlan çayda tilovla balıq tutur. İt onların ya-

nında dayanıb. İki oğlan isə bir az aralıda qayıqla çayda üzür. 

İkinci epizod: Oğlan çaya düşüb boğulur. İt oğlana kömək üçün 

suya atılıb. Qayıqla üzən oğlanlar da boğulana kömək üçün ona tə-

rəf gəlirlər. Dördüncü oğlan da suya atılmaq üzrədir. 

Üçüncü epizod: Uşaqlar boğulan oğlanı və iti qayığa mindirir-

lər. 

Dördüncü epizod: Sahildə dostları oğlana ilk yardım göstərirlər. 



Şəkillər  lövhədə  qarışıq  şəkildə  (əvvəl  üçüncü,  sonra  birinci, 

dördüncü və ikinci) düzülür və şagirdlərdən onları məntiqi ardıcıl-

lıqla düzmək tələb olunur. Şəkillər şagirdləri düşündürür, fikri əmə-

liyyata təhrik edir. Onlar təsvir olunan hadisənin  necə başlanması-

nı, inkişafını və finalını müəyyənləşdirməyə çalışırlar. Şagirdlərdən 

çətinlik çəkən olduqda, müəllim istiqamətverici suallar verir. Belə-




Ağarəhim                                                                                                     Əsərlər 

 

430 



liklə, hər şəkil şagirdlərdə  müəyyən  fikir oyadır,  onlara hekayənin 

süjet xəttini diktə edir, hər epizod plan funksiyasını daşıyır. Ehtiyac 

hiss olunduqda şəkillərə ad verilir. Bu əməliyyat nəticəsində II sinif 

şagirdləri məzmunu monoloji şəkildə asanlıqla ifadə edirlər. 

Süjetli şəkillərin effektiv nitq situasiyası yaratması mühüm şərt-

dir. Ona görə də müəllim süjetli şəkil seçərək çox diqqətli olmalı, 

onun məzmununun şagirdlərin bilik səviyyəsinə, yaşlarına müvafıq 

və maraqlı olmasına, şəkildə çox əşya və hadisələrin təsvir edilmə-

sinə,  şəklin  bədii  cəhətdən  gözəl,  əlvan  boyalarla  tərtibinə  diqqət 

yetirməlidir. 

I-II  siniflərdə  şagirdlərə  yaxın  və  tanış  olan,  maraqlandıqları 

kütləvi tədbirlərə (səhərciklərə, səhnəciklərə, ictimai bayramlara və 

s.) həsr olunmuş süjetli şəkillər üzrə işlər də verilməlidir. Belə şə-

killər şagirdlərin şəxsi təcrübələri ilə bir növ  əlaqələndiyindən on-

larda  fıkir  söyləmək,  gördüklərini  və  bildiklərini  ürəkdən,  qəlbən 

ifadə etmək arzusu, ehtirası güclü şəkildə baş qaldırır. Bu məqsədlə 

Bakı şəhərindəki 132 və 250 saylı orta məktəblərin dörd I sinfındə 

148 şagirdə təqvim günü münasibətilə süjetli şəkil təqdim olundu. 

Şəkildə məktəb yolkası, ətrafında maska taxmış uşaqlar, Şaxta ba-

ba,  qar  qız  təsvir  olunub.  Çalğıçılar  çalır,  məktəblilər  oynayırlar. 

Müəllim rəhbərlik edir. Uşaqlarda hədiyyələr... 

Şagirdlər şəkildə gördüklərini, bildikləri ilə tutuşduraraq, nağıl 

etməyə  başladılar.  Onlardan  27-si  (18,2  faiz)  şəkillər  əsasında  bil-

diklərini çox canlı və aydın şəkildə ifadə edə bildi. 84-ü (56,7 faiz) 

danışarkən bayramda necə iştirak etməsini və hansı mahnıları oxu-

masını bildirdi. Bəzi sözlərin, ifadələrin təkrarlanmasına, yersiz iş-

lənməsinə baxmayaraq,  şəkli müşahidə edərək, bildikləri ilə  tutuş-

durmuş,  özlərinin  gördükləri,  iştirak  etdikləri  hadisələri  verməyə 

çalışmışdılar. Bu prosesdə şəkil keçmiş hadisələri təfərrüatı ilə on-

ların yadına salmış, rabitəliliyi yaratmağa imkan vermişdir. Şagird-

lər şəklə baxıb tədbirə hazırlıq, onun necə keçirilməsi, şaxta baba-

nın  hərəkətləri  və  özlərinin  sevinci  haqqında  təəssüratlarını  verdi-

lər. İnşalar öz məzmunu, rəngarəngliyi ilə fərqlənirdi. 

II-III  və  IV  siniflərdə  şagirdlərə  ―Novruz  bayramı‖,  ―8  Mart‖, 




Ağarəhim                                                                                                     Əsərlər 

 

431 



―28 May‖ və s. bayramlarla əlaqədar süjetli şəkillər təqdim etmək 

olar. Şagirdlərin bayrama hazırlığı da, bayramda iştirakı da, onlar-

dan aldıqları təsir də müxtəlif olduğundan tərtib etdikləri inşalar da 

bir-birindən fərqlənir. 

Belə  şəkillər  şagirdlərdə  danışmaq,  fıkir  söyləmək,  öz  arzu  və 

istəklərini başqaları ilə bölüşdürmək həvəsi yaradır, müstəqil müşa-

hidə  qabiliyyəti  oyadır,  idrak  fəaliyyətini  fəallaşdırır.  Onların  mə-

nəvi dünyasının açılmasına təkan verir. Şagirdlər bildiklərini şəklin 

məzmununa yüksək hiss və həyəcanla daxil edirlər. 

Təcrübə  göstərir  ki,  I-II  siniflərdə  süjetli  şəkillərin  məzmunu-

nun  plan  əsasında  nağıl  etdirilməsi  şagirdlərin  müəyyən  dərəcədə 

əl-qolunu  bağlayır,  istədikləri  kimi  danışmalarına,  bildiklərindən 

əlavələr  etmələrinə,  sərbəst  fəaliyyət  göstərmələrinə,  başqa  sözlə 

monoloji şifahi nitqlərinin inkişafına mane olur. Tərtib olunan inşa-

larda  sxematiklik,  oxşarlıq  açıq  şəkildə  özünü  büruzə  verir.  Ona 

görə də, monoloji şifahi nitqin inkişafı baxımından, plan əsasında, 

inşaların tərtibinə, şagirdlər öz fikirlərini sərbəst və rabitəli şəkildə 

ifadə etmək bacarığına yiyələndikdən sonra, III sinifdən başlanma-

lıdır. 

İbtidai  siniflərdə  süjetli  şəkillərin  məzmununa  yaxın  bir  neçə 



hekayə,  şeir,  nağıl  oxunduqdan  sonra  inşaların  qurdurulması  şa-

girdlərin  monoloji  nitqinin  inkişafına  müsbət  təsir  göstərir.  Belə 

hallarda şagirdlər oxunmuş materiallar əsasında şəklin məzmununa 

uyğun əlavələr edir, zəngin və mənalı hekayələr qururlar: məsələn, 

III sinifdə payız mətni ilə əlaqədar mətni oxuduqdan sonra şagird-

lərə ―Payız‖ mövzusunda süjetli şəkil təqdim olundu. 

Müsahibə vasitəsilə şəklin  məzmunu  açıldı.  Şagirdlərin meyvə 

bağı haqqında oxuduqları, eşitdikləri, şəxsi təcrübələri xatırladıldı. 

Sonra şəkil əsasmda hekayə qurmaq tələb olundu. 

Şagirdlər müəllimin  rəhbərliyi  altında şəkili  diqqətlə müşahidə 

etməklə  oradakı  təsviri,  əşya  və  hadisələri,  kəndlilərin  əməyini, 

məktəblilərin  onlara  köməyini  və  s.  canlı  şəkildə  verməyə  çalışdı-

lar.  Şagirdlərin  demək  olar  ki,  hamısı  şəklin  məzmunu  ilə  səsləşə 

bilən əlavələr etdilər. Bununla əlaqədar nitqin emosionallığını artı-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə