Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə149/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   146   147   148   149   150   151   152   153   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

447 



nitofon vasitəsi ilə) verilməsi

— rollar üzrə nağıletmə üçün ən maraqlı və nisbətən çox şəxsin 

iştirak etdiyi mətnlərin seçilməsi

— şagirdlərin səsinin və xarakterinin rola uyğunluğunu

— mimika və jestikulyastik hərəkətlərin uyğunluğunu

— rollara uyğun intonasiyanın (səsin alçaq və ucalığı, temp və 

tembrinin, məntiqi vurğu və fasilənin) gözlənilməsini; 

— hər tipin özünə xas olan dildə danışmalarını və s. 

Konkret  bir  nümunəyə  diqqət  yetirək.  Tutaq  ki,  III  sinifdə  şa-

girdlər N.Gəncəvinin ―Ağılsız şah və tamahkar vəzir‖ mətnini  im-

provizasiya üzrə nağıl etməlidirlər. Bunun üçün  əvvəl müəllim şa-

girdlərə  oxu  nümunəsini  verir.  Məzmunla  bağlı  sual-cavab  aparır. 

Şagirdlər məzmunu mənimsəyirlər. Bundan sonra müəllim səsi, hə-

rəkəti və xarakteri nisbətən uyğun gələn şagirdlərin birindən aparı-

cının,  ikincisindən  şahın,  üçüncüsündən  uşağın,  dördüncüsündən 

isə  vəzirin  sözlərini  nağıl  etməyi  tələb  edir.  Aparıcının  sözləri  adi 

danışıq tərzi ilə, uşağın sözlərini bir qədər yumşaq, şahın sözlərini 

bir qədər yüksəkdən, amiranə, vəzirin sözlərini isə yaltaq, yalvarıcı 

və hiyləgərcəsinə ifadə edirlər. Beləliklə, şagirdlər əsərin bədii də-

yərini  başa  düşür,  məzmun  və  ideyanı  şüurlu  mənimsəyir  və  mə-

nimsədiklərini monoloji şəkildə danışa bilirlər. 

İbtidai siniflərdə bir neçə mənbə üzrə nağıletmə müəllimin gər-

gin  əməyinin  və  pedaqoji  ustalığının  nəticəsi  kimi  meydana  çıxır. 

Bu  iş  bir  növ  ümumiləşdirici  xarakter  daşıyır.  Şagirdlərdə  düşün-

mək,  axtarmaq,  tutuşdurmaq,  qruplaşdırmaq  və  əqli  nəticəyə  gəl-

mək qabiliyyətləri oyadır. Təcrübə göstərir ki, müəllim bu işin təş-

kilində diqqətli olmalı, hansı mənbələr (mətnlər) üzərində iş apara-

cağını  əvvəlcədən  müəyyənləşdirməlidir.  Bunun  üçün  şagirdlərə 

hər  cür  mətnləri  təqdim  etmək  olmaz.  Məlumdur  ki,  dərslikdəki 

materiallar müəyyən tematika üzrə verilmişdir. Ona görə də bir ne-

çə  mənbə  üzrə  nağıletmə  tematik  prinsip  əsasında  aparılmalıdır. 

Tutaq ki, şagirdlər II sinifdə qış fəsli üzrə bir neçə mətnin məzmu-

nunu öyrənmişlər. Ola bilər ki, müəllim şagirdlərin qış haqqındakı 

təsəvvürlərini möhkəmləndirmək üçün ―Qışda‖  mövzusunda şifahi 




Ağarəhim                                                                                                     Əsərlər 

 

448 



hekayə qurdursun. 

Qabaqcıl müəllimlər III-IV siniflərdə bu işi bir qədər də konk-

retləşdirirlər. Məsələn, IV sinifdə müəllim şagirdləri üç qrupa ayı-

rır. Hər qrupa ayrıca tapşırıq verir: Birinciyə ―Payızda təbiət mən-

zərələri‖,  ikinciyə  ―Payızda  məhsul  toplanışı‖,  üçüncüyə  isə  ―Pa-

yızda insanların əməyi‖. Bu mövzular əsasında şagirdlər öyrəndik-

ləri  ilə  müşahidələri,  şəxsi  təcrübələri  arasında  əlaqə  yaradır,  hər 

biri əqli nəticələrə gəlir, konkret mövzu ilə bağlı çıxış edir. Beləlik-

lə, sinifdə canlı və rəngarəng inşalar alınır. 

III-IV siniflərdə şagirdlərə ictimai həyatdan bəhs edən material-

lar da təqdim olunmalıdır. Tutaq ki, III sinifdə şagirdlər ―Xalqımı-

zın  keçmişi‖  mövzusu ilə  əlaqədar  ―Keçmişdə  fəhlələr  necə  yaşa-

yırdılar‖ və ―Keçmişdə kəndlilər necə yaşayırdılar‖ mətnlərini oxu-

yub öyrənmişlər. 

Bir-iki gün əvvəl sinifdə ―Xalqımızın keçmişi‖ haqqında müsa-

hibə aparılır. Sonra birinci qrupa ―Keçmişdə və indi kəndlilərin hə-

yatı‖, ikinciyə ―Keçmişdə və indi  fəhlələrin həyatı‖, üçüncüyə isə 

―Keçmişdə  və  indi  uşaqların  həyatı‖  mövzuları  verilir  və  növbəti 

dərsdə  həmin mövzularda şifahi  inşa quracaqları  çatdırılır. Şagird-

lər  oxuduqlarını,  yaşlılardan  eşitdiklərini  xatırlayır,  nədən  və  necə 

danışacaqları haqqında düşünürlər. Növbəti dərsdə hər qrup bildik-

lərini  monoloji  şəkildə  danışır.  Bu  zaman  şagirdlərin  söylədikləri 

faktlar, hadisələr bu və ya digər mənbəyə əsaslanır, işlətdikləri söz, 

ifadə və cümlələr müstəqil təfəkkürün məhsulu olur. Hər bir şagird 

hadisələrə  öz  şəxsi  münasibətini  bildirir,  fəhlələrin,  kəndlilərin  və 

uşaqların xalqın keçmişi ilə müasir həyatı arasındakı kontrastı ver-

məyə  çalışırlar.  Bütün  bunlar  şagirdlərin  monoloji  nitqinin  inkişa-

fına güclü təsir göstərir. 

Ümumiyyətlə,  ibtidai  siniflərdə  materialın  məzmununun  nağıl 

olunması şagirdlərin idrak fəaliyyətini fəallaşdırmaqla, onlarda təh-

lil-tərkib aparmaq, fikrini sübuta yetirmək bacarıqları aşılayır, mo-

noloji şifahi nitqlərini inkişaf etdirir. 

 

 



Ağarəhim                                                                                                     Əsərlər 

 

449 



 

b) Şəxsi təcrübə üzrə şagirdlərin yaradıcı fəaliyyətinin 

monoloji şifahi nitqin inkişafına təsiri 

 

Uşaqlar öz həyat təcrübələrindən danışarkən deyilənlərin həya-

tiliyi, öz fikirlərini müəllimlə, yoldaşları ilə bölüşdürmək arzusu şa-

girdlərin nitq imkanlarından səmərəli və yaradıcı şəkildə istifadə et-

mələrinə şərait  yaradır.  Bu prosesdə şagirdlərin daxili nitq ehtiyatı 

hərəkətə gəlir, bir çox sözlər və ifadələr qeyri-fəal lüğətdən fəal lü-

ğətə keçirir. 

Kiçik yaşlı məktəblilər şəxsi təcrübələri əsasında inşa qurarkən 

özlərindən heç bir şey uydurmadan keçmiş təəssüratlarını xatırlayır, 

müəllimin  istiqamətverici  sualları  əsasında  hadisənin  baş  verdiyi 

yeri, onun başlanmasını, inkişaf dinamikasını və s. fikirləşir, təfək-

kürlərində nizama salır, bitkin bir hekayə qurmağa çalışırlar. 

Uşaqların şəxsi təcrübələri əsasında qurduqları hekayələr tema-

tik cəhətdən iki qrupa ayrılır: a) kütləvi xarakter daşıyan (bütün si-

nif üçün ümumi olan) mövzular; b) fərdi xarakter daşıyan mövzu-

lar. 


Birinci qrup mövzular bütün sinif üçün ümumi xarakterə malik-

dir.  Onlar  bir  mövzuya  təxminən  eyni  istiqamətdə,  lakin  müxtəlif 

cəhətdən yanaşmalı olurlar. Belə ki, kütləvi xarakter daşıyan möv-

zulara  I-II  siniflərdə  ―Səhərcikdə  mükafat‖,  ―Otaq  bitkilərinə  necə 

qulluq  edirik‖,  ―Sinfi  necə  təmizlədik‖,  ―Novruz  bayramında  şən-

lik‖,  ―Çiçəklərdən  çələngi  necə  hördük‖,  ―Səmənini  necə  əkdik‖, 

―28 May bayramına necə hazırlaşdıq‖, III-IV siniflərdə isə ―Topla-

nışda‖, ―Əmək dərsində‖, ―Özfəaliyyət dərnəyində‖, ―Bizim səhər-

ciyimiz‖,  ―Məktəbin  emalatxanasında‖  və  s.  daxildir.  Göründüyü 

kimi, burada mövzuların məzmunu formaları kimi ümumidir. Belə 

mövzularda  danışmazdan  əvvəl  müəllim  həmin  obyekt  (mövzu) 

üzrə müsahibə aparmalı, şagirdlərin gördüklərini, bildiklərini onla-

rın təsəvvüründə üç-dörd sualla yenidən canlandırmalıdır, məsələn, 

II sinifdə ―Otaq bitkilərinə necə qulluq etdik‖ mövzusu ilə əlaqədar 

―Otaqda  hansı  bitkilər  əkilib?‖,  ―Bitkilər  harada  qoyulmuşdur?‖, 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə