Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə153/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   146   147   148   149   150   151   152   153   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

459 



canlı  müşahidələr  və  uşaqların  həyatı,  şəxsi  təcrübələri  əsasında 

tərtib olunan hekayələrin kollektiv müzakirəsi şagirdlərin monoloji 

şifahi nitqinə əsaslı təsir göstərir. III-IV siniflərdə eyni mövzu üzrə 

iki şifahi inşanın müqayisəli təhlili üzrə işlərə də geniş yer verilmə-

lidir. 

Müşahidə apardığımız iki məktəbin dörd III sinfində şagirdlər-



dən ―Payızda meşə‖ mövzusunda süjetli şəkil üzrə şifahi hekayələr 

qurmaq tələb edildi. Ən yaxşı hekayələrdən ikisi maqnitofon lenti-

nə yazıldı. Şagirdlərə lentə yazılmış hekayələrdən hansında nə kimi 

müvəffəqiyyətli  və  zəif  cəhətlərin  olması,  nağılın  ifadəliliyi  (səs, 

nağıletmənin sürəti, məzmuna uyğunluğu, tonu, intonasiyalılığın nə 

dərəcədə gözlənilməsi və s.) üzrə sadə şəkildə də olsa tapşırıq veril-

di.  Sonra  hekayələr  sinifdə  səsləndirildi.  Şagirdlər  diqqətlə  dinlə-

dikdən sonra hekayələr müqayisəli şəkildə müzakirə olundu. 

Bu zaman müəllim sinfə ―Hekayələr xoşunuza gəldimi?‖, ―Bi-

rinci  hekayədə  meşənin  təsviri  necə  verilmişdir?‖,  ―Bəs  ikinci  he-

kayədə?‖,  ―Hansı  hekayədə  ağac  adları  çox  çəkilir?‖,  ―Birinci  he-

kayədə  ağacların  yarpaqları  necə  təsvir  olunur?‖,  ―Otlar,  çiçəklər 

haqqında nə deyilir?‖, ―Otların görünüşünü necə verirlər?‖, ―Uşaq-

ların səsi hekayələrin məzmununa uyğun gəlirmi?‖, ―Hansı hekayə 

surətlə  nağıl  olunur?‖,  ―İntonasiyanı  gözləyə  bilirlərmi?‖,  ―Hansı 

hekayə xoşunuza gəlir?‖, ―Nəyə görə?‖ və s. suallar verildi. Hər iki 

hekayə haqqında onların fərdi cavabları,  münasibətləri qeydə alın-

dı. İşin sonunda cavablar ümumiləşdirildi, bir-iki şagirddən hər iki 

hekayə üzrə müqayisəli şəkildə fikir söyləmək tələb olundu. Onlar 

hekayədəki müsbət və mənfi cəhətləri, çatışmazlıqları ifadə etdilər. 

Təcrübə  göstərir  ki,  IV  sinif  şagirdlərinin  şifahi  tərtib  etdikləri 

təsvir olunan obyektlə müqayisəli şəkildə  yenidən müşahidə etmə-

ləri və onların müqayisəli təhlili monoloji şifahi nitqin inkişafı nöq-

teyi-nəzərdən  çox  maraqlıdır.  Müqayisəli  təhlil  prosesində  onlar 

obyekti müşahidə edərkən hər hansı əşya və hadisələrdən hansıları-

nı az yer vermələrini, hansıların üzərində çox dayanmalarını əyani 

şəkildə  görürlər.  Onlar  hekayədə  daha  nəyi,  necə,  nə  vaxt,  nədən 

əvvəl  və nədən sonra ifadə etməyin  lazım gəldiyini  başa düşürlər. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

460 



Apardığımız  tədqiqat  göstərir  ki,  bu  işin  əsasən,  şəkillər  üzərində 

aparılması daha məqsədə müvafiqdir. Bu məqsədlə müşahidə apar-

dığımız bir kənd məktəbinin iki IV sinfində ―Meyvə bağı‖ mövzu-

sunda süjetli şəkil üzrə şifahi inşa qurduruldu. Onlar qurduqları ən 

yaxşı  inşalardan  ikisi  müzakirə  üçün  maqnitofon  lentinə  yazıldı. 

Hekayələrin sinifdə yenidən səsləndiriləcəyi, onu diqqətlə dinləmə-

ləri, orada hansı hekayələrin zəif və müvəffəq olması, nə kimi nöq-

sanlara  yol  verilməsi,  hekayələrdə  nələrdən  danışılması,  hekayələ-

rin ifadəli nağıl olunmasına diqqət yetirmək çatdırıldı. Şagirdlər he-

kayəni dinləyə-dinləyə şəkli bir daha nəzərdən keçirdilər. Hekayə-

də nələrə toxunulduğu, nələrin buraxıldığı, danışanın səsinin gücü, 

təsiri, məzmuna uyğunluğu bir daha müşahidə edildi. Nəhayət, şə-

kil  və  hekayənin  məzmunu  ilə  əlaqədar  şagirdlərdən  ―Şəkildə  bağ 

necə təsvir olunmuşdur?‖, ―Bəs hekayədə?‖, ―Ağaclar, otlar, çiçək-

lər  şəkildə  necə  verilmişdir?‖,  ―Bəs  hekayədə  necə  verilmişdir?‖, 

―Bağda adamlar hansı işlərlə məşğuldurlar?‖, ―Hekayədə adamların 

əməyi,  gördüyü  işlər  haqqında  nə  deyilir?‖,  ―Şəklin  məzmununu 

danışarkən  nələr  unudulmuşdur?‖,  ―Uşaqların  səsi,  danışığı,  sürəti 

hekayəyə uyğun gəlirmir?‖ və s. kimi suallara cavablar alındı. Son-

ra qüvvətli şagirdlərdən birinə şəklin məzmunu yenidən danışdırıl-

dı.  Beləliklə,  şifahi  inşaların  kollektiv  müzakirəsi  monoloji,  şifahi 

nitqin  inkişafına güclü  təsir  göstərir, onun şüurlu, düşünülmüş  şə-

kildə  aparılmasına  istiqamət  verir,  uşaqların  məsuliyyətini,  özünə 

nəzarət  bacarığını artırır, məzmunun  mənimsənilməsini  sürətləndi-

rir. 



Ağarəhim                                                                                                     Əsərlər 

 

461 



 

Elmi-pedaqoji və bədii əsərlərinin 

S İ Y A H I S I 

 

a) Elmi-pedaqoji əsərlər (dərslik, monoqrafiya, kitabça). 

 

Altıyaşlıların  ailədə  məktəbə  hazırlanması.  «Maarif».  Bakı-



1979. 12,4 ç/v.; İbtidai siniflərdə şagirdlərin monoloji nitqinin inki-

şafı.  Maarif  Nazirliyinin  mətbəəsi.  Bakı-1983.  8,9  ç/v.;  İfadə  yazı 

mətnləri  (I-III  siniflərdə).  «Maarif».  Bakı-1983.  8,5  ç/v.;  Altı  yaş-

dan təlim  alan  I siniflərdə şagirdlərin nitqinin inkişafı. Maarif Na-

zirliyinin mətbəəsi.  Bakı-1986. 1,5 ç/v.;  II sinifdə Azərbaycan dili 

təliminin səmərəli təşkili. Maarif Nazirliyinin mətbəəsi. Bakı-1986. 

1,6  ç/v.;  İbtidai  siniflərdə  ifadəli  oxunun təşkili.  Maarif  Nazirliyi-

nin  mətbəəsi,  Bakı-1986.  2,5  ç/v.;  I-IV  siniflərdə  Azərbaycan  dili 

təliminin səmərəli təşkili. Maarif Nazirliyinin mətbəəsi. Bakı-1986. 

1,5  ç/v.;  I-IV  siniflərdə  oxu  təliminin  təşkili.  Maarif  Nazirliyinin 

mətbəəsi.  Bakı-1986.  1,5  ç/v.;  İbtidai  siniflərdə  oxu  materialları 

əsasında bədii təsvir vasitələri üzərində işin təşkili. Maarif Nazirli-

yinin mətbəəsi. Bakı-1986. 1,8 ç/v.; III sinifdə Azərbaycan dili təli-

minin  səmərəli  təşkili.  Maarif  Nazirliyinin  mətbəəsi.  Bakı-1987. 

2,0  ç/v.;  IV  sinifdə  Azərbaycan  dili  təliminin  səmərəli  təşkili. 

Maarif Nazirliyinin mətbəəsi. Bakı-1987. 2,5 ç/v.; İbtidai siniflərdə 

oxu təliminin təşkili. Maarif Nazirliyinin mətbəəsi. Bakı-1987. 1,5 

ç/v.; Azərbaycan dili təliminin səmərəli təşkili. Maarif Nazirliyinin 

mətbəəsi. Bakı-1987. 2,5 ç/v.;  İmlalar üzərində işin  təşkili.  Maarif 

Nazirliyinin  mətbəəsi.  Bakı-1988.  2,0  ç/v.;  I-II  siniflərdə  rabitəli 

nitqin  inkişafı.  Maarif  Nazirliyinin  mətbəəsi.  Bakı-1988.  1,5  ç/v.; 

İbtidai  siniflərdə  sinifdənxaric  oxunun  təşkili.  Maarif  Nazirliyinin 

mətbəəsi. Bakı-1988. 2,5 ç/v.; III-IV siniflərdə rabitəli nitqin inki-

şafı. Maarif Nazirliyinin mətbəəsi. Bakı-1988. 2,5 ç/v.; Savad təli-

minin  təşkili  təcrübəsindən.  Maarif  Nazirliyinin  mətbəəsi.  Bakı-

1988.  2,4  ç/v.;  Azərbaycan  dili  (IV  sinif  üçün  dərslik).  «Maarif». 

Bakı-1988. 11 ç/v.; Uşaq bağçalarının rus qruplarında Azərbaycan 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə