Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə150/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   146   147   148   149   150   151   152   153   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

450 



―Siz nə etdiniz?‖, ―Gördüyünüz işlər xoşunuza gəlirmi?‖, III sinif-

də  ―Pambıq  toplanışında  kəndlilərə  kömək‖  mövzusu  üzrə  ―Tarla-

nın  görünüşü  necədir?‖,  ―Orada  qadınlar  nə  edirlər?‖,  ―Qadınlar 

pambığı  necə  yığırlar?‖,  ―Pambıq  çoxdurmu?‖,  ―Bəs  siz  nə  etdi-

niz?‖ və s. kimi suallar verilməlidir. Təcrübə göstərir ki, müsahibə-

dən sonra şagirdlərə fıkirləşmək, müqayisə etmək, ağıllı nəticələrə 

gəlmək üçün üç-dörd dəqiqə vaxt ayrılmalıdır. Bu zaman şagirdlə-

rin  şüurunda  əvvəl  real  varlığın  obrazı  yaranmalı,  məzmun  bütöv 

haldan  hissələrə  ayrılmalı,  bir  sözlə,  onların  malına  çevrilməlidir. 

Yalnız belə olduqda şagirdlər bildiyi, qarşılaşdığı hadisələr haqqın-

da hekayə qura biləcəklər. 

İkinci qrupa daxil olan mövzulara ―Mənim anam‖, ―Ev işlərində 

anama necə kömək edirəm?‖, ―Mənim ailəm‖, ―Dostum‖, ―Istirahət 

gününü  necə  keçirdim‖,  ―Ən  çox  sevdiyim  kitablar‖,  ―Stolu  necə 

açıram‖,  ―Ən  çox  sevdiyim  oyun‖  və  s.  daxildir.  Belə  mövzular 

üzrə inşalar hər bir şagirdin öz həyatı, öz fəaliyyəti ilə bağlıdır. On-

lar öz şəxsi təəssüratlarını, mülahizələrini verməli olurlar. Fərdi xa-

rakter daşıyan mövzular elə tərtib olunmalıdır ki, hər bir başlıq qar-

şıya qoyulan fikrin əsas məğzi, fabulası olsun, şagirdləri danışmağa 

həvəsləndirsin.  Bu  zaman  şagirdlər  yalnız  həyat  təcrübələrindən, 

qarşılaşdıqları hadisələrdən çıxış edir, onların daxili dünyası açılır, 

həyata,  insanlara  münasibəti,  hissləri,  xarakteri,  əhval-ruhiyyəsi 

məlum olur. Sadalama, ümumi təsvirçilik meylləri aradan qalxır. 

Təcrübə göstərir ki, fərdi xarakterli inşalar şagirdlərin yaxşı bə-

ləd olduqları, onlara tanış olan məsələlər ətrafında qurdurulmalıdır: 

məsələn, müşahidə apardığımız məktəblərdən birində I sinif şagird-

lərinə  ―Ev  işlərində  anama  necə  kömək  edirəm‖  mövzusu  təqdim 

olundu. Şagirdlərə işin mahiyyətini açmaq üçün ―Ananız harada iş-

ləyir?‖ ―Siz evdə ananıza necə kömək edirsiniz?‖ ―Hansı işləri gö-

rürsünüz?‖ ―Ananız sizdən razı qalırmı?‖ ―Ananızı nə üçün sevirsi-

niz? sualları verildi. Bundan başqa heç bir əlavə iş aparılmadı. Çün-

ki  şagirdlərin  hər  birinin  öz  həyatı,  öz  dünyası,  öz  təcrübəsi  var. 

Hərənin  anası  bir  idarədə,  zavodda,  fabrikdə,  müəssisədə  çalışır, 

evdə evdarlıq işləri ilə məşğul olur, ailəyə, uşaqlarına kömək edir. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

451 



Şagirdlər bu gündəlik prosesi izləyir, onun haqqında geniş məluma-

ta  malik  olurlar.  Sadəcə  olaraq  sualların  qoyuluşu  şagirdlərın  diq-

qətini analarının əməyinə, onların (uşaqların) gördüyü işlərə, özlə-

rinin  analarına  köməyinə,  ananın  sevincinə,  analarının  onlar  üçün 

çəkdiyi əzab-əziyyətə yönəltmiş, nə üçün analarını sevmələri sualı-

na cavablar axtarmağa vadar etmişdir. Nəticədə şagirdlərin hər biri 

analarına necə kömək etmələri ilə əlaqədar canlı və inandırıcı şifahi 

hekayələr qurdular. 

Şagirdlər analarına kömək etməklə əlaqədar həyatı təəssüratları-

nı, gördükləri işləri, şəxsi münasibətlərini və s. aydın şəkildə gös-

tərmişdilər. Buna səbəb şagirdlərin mövzu haqqındakı təsəvvürləri-

nin zənginliyi olmuşdur. 

Bu,  ondan  irəli  gəlir  ki,  şagird  yaxşı  tanıdığı,  haqqında  geniş 

məlumata malik  olduğu  mənzərəni,  hadisəni  emosiya ilə,  canlı şə-

kildə ifadə edir. Əks təqdirdə meşə görməmiş, onu müşahidə etmə-

miş, haqqında müəyyən məlumata malik olmayan şagird ―Meşədə 

necə azdım‖ mövzusunda heç bir fikir söyləyə bilmir. 

Şagirdlər oyunları, əyləncələri və öz həyatlarında baş verən ma-

raqlı (gülməli və qorxunc) əhvalatlar haqqında da həvəslə danışır-

lar. Şagirdlər elə güman edirlər ki, məlumatları yoldaşları və müəl-

lim  üçün  yeni  və  maraqlıdır.  Ona  görə  də  düşüncələrini  olduğu 

kimi, təbii, canlı və emosional şəkildə ifadə etməyə çalışırlar. Bura-

da onlar hadisənin yerini, vaxtını, necə başlanmasını, süjetini və fi-

nalı özləri düşünür, öz əqlinin, hissinin təsiri ilə verirlər. 

Təcrübə göstərir ki, ibtidai sinif şagirdlərinə başlarına gələn ma-

raqlı (gülməli və qorxunc) əhvalatlar haqqında hekayələr qurdurar-

kən bir-iki gün əvvəl onlara mövzu təqdim olunmalı, bu zaman qar-

şıya qoyulan məqsəd aydın şəkildə açılmalı və fikirləşmələri, axta-

rışlar  aparmaları  üçün  vaxt  verilməlidir.  Bu  baxımdan  II  sinfə  bir 

gün  əvvəl  ―Həyatımda  ən  maraqlı  hadisə  mövzusu  təqdim  olundu 

və  evdə fıkirləşmələri, başlarına  gələn  ən maraqlı  hadisələrdən sə-

həri gün danışacaqları çatdırıldı. 

Şagirdlər evdə həyatlarında nə  kimi  maraqlı hadisələr baş ver-

məsini, nələrə rast gəlmələrini, nələrdən qorxmalarını, hansı gülmə-




Ağarəhim                                                                                                     Əsərlər 

 

452 



li  hadisələrlə  qarşılaşmalarını  xatırlayaraq,  heç  kimin  təsiri  olma-

dan  daha  maraqlısını,  daha  əlverişlisini  seçdilər.  Şagirdlərdən  heç 

biri yoldaşının danışığını, onun işlətdiyi  cümlələri, fikirləri təkrar-

lamadı, hər biri öz gördüyündən, rast gəldiyindən söhbət açdı. Belə 

ki, şagirdlərdən biri yoldaşları ilə balıq tutarkən ayağı sürüşüb çaya 

düşməsindən,  böyük  qardaşı  və  qardaşının  dostunun  ona  köməyə 

gəlməsindən,  çətinliklə  sudan  çıxarılmasından,  ikincisi,  ağacdan 

ərik yığarkən üstündə durduğu budağın sınmasından, başqa budaq-

dan  tutub  asıla  qalmasından,  qışqırıb  ağlamasından,  atasının  ona 

köməyə gəlməsindən, üst-başının cırılmasından, qollarının ağrıma-

sından,  üçüncüsü,  budaqdakı  alça  ağacında  quş  yuvası  görməsin-

dən,  yuvadan  quş  yumurtalarını  götürmək  istərkən  it  arısının  onu 

sancmasından və bədəninin bərk ağrımasından, dördüncü dağın ətə-

yindəki kolluqda yoldaşları ilə böyürtkən yığarkən qoyun sürüsünə 

və  itə  rast  gəlmələrindən,  itin  onlar  tərəfə  hürə-hürə  gəlməsindən, 

yoldaşlarından  birinin  yıxılmasından,  itin  onun  yanında  dayanma-

sından  və  çobanın  iti  səsləməsindən  danışdı.  Beləliklə,  sinifdə  şa-

girdlərin sayı qədər rəngarəng inşalar alındı. Şagirdlər müstəqil fəa-

liyyət  göstərməklə,  aydın  düşünməklə,  maraqlı  mülahizələr  yürüt-

müş, keçirdikləri psixoloji halları da verməyə çalışmışlar. Ona görə 

də hər birinin inşasında maraqlı faktlar, hadisələr təsvir olunmuşdu. 

Fikirlər  arasında  məntiqi  ardıcıllıq,  rabitəlilik  var  idi.  Onların  hər 

biri  hekayələrin  məzmunu  ilə  əlaqədar  nitqi  bədiiləşdirəcək  dörd-

beş ifadə də işlətmişdi. 

 

Şagirdlər öz şifahi inşalarını bəzi qüsurlarına (təkrarlara, yersiz 



söz və ifadələrə və s.) baxmayaraq,  yığcam,  aydın, dəqiq və məz-

munlu vermişdilər. Hər bir inşada şagirdlərin hissi, duyğusu, daxili 

aləmi açılır. Müstəqil sərbəst fikirlər meydana çıxır. Hər üç inşanı 

müstəqillik dərəcəsinə, əhatə dairəsinə, məzmun və zənginliyinə və 

ifadə tərzinə görə məqbul hesab etmək olar. 

Təcrübə göstərir ki, yazı taxtasına iki-üç (I-II siniflərdə ―Meşə-

də  necə  azdım‖,  ―Ən  çox  sevdiyim  oyun‖,  ―Atamın  sənəti‖,  ―Mə-

nim anam‖, ―Səmənini necə qoyduq‖, ―Həyatımda ən maraqlı hadi-

sə‖, ―Həyatımda ən qorxulu hadisə‖, III-IV siniflərdə isə ―Gözlənil-



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə