ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   7   8   9   10   11   12   13   14   ...   88

 
43 
 
başına. Özün də süfrəyə zada nəzarət elə. Şeyim qaldı zadın 
arasında, get onu da götür. 
Katib: 
– Tobəstəfurulllah..! Ə düz əməlli danış! 
Dursun yenidən asta-asta izah etdi: 
–  Əməkgünü  cədvəli  xurcunda  papkanın  arasındadır 
onu da götür. 
Katib: 
– Bax belə deyə bilmirsənmi!? 
Sədr: 
– Nə bilim ey, bitib dilimə da... 
Qoşəllə  “baş  üstə”  deyib  qaçdı.  Sədr  katibin  soluna 
yanaşıb astaca soruşdu: 
– Yoldaş Səlimov, bu qoz-hamam məsələsi hardan çıxdı 
belə?  İndi  məhsulu  tullayıb  qoz-gavalı  əkməyin  mənası 
nədir? 
– Mən atkuda znayu ədə! Deyirlər ək, əkək da. 
– Əkməyinə əkək ey, amma, bu dağlarda – örüş yerində 
qoz, gavalı bitməz axı, həm də ilin-günün bu vaxtında.  
– Bəs nə bitər? 
– İtburnu, dağdağan, qarellə, çaqqala... 
–  Sən  də  onlardan  ək.  Lijbi  yaşıl  ağaclar  görünsün.  Bit-
məsə,  yerə  çubuq  basdır,  yaşıl  rəngdə  kraskala  –  sən  ki  bu 
işdə pərgarsan... 
– Bitirərik, siz narahat olmayın. 
Katib: 
–  Bilmirəm  bu  ruskoyazıçnını  hardan  tapıb  gətirdilər 
respublikaya. O günləri bizi yığıb 5 saat dayanmadan danış-
dı.  Denən  kişinin  danışdığından  bir  şey  başa  düşdümmü? 
Özümü lap kənd çuşkası kimi hiss elədim. İndi oturub rusca 


 
44 
 
öyrənirəm  bu  yaşdan  sonra...  “Qırxında  öyrənən,  görunda 
çalar” – bu vaxtdan sonra zırt da öyrənə bilmərəm. Rus dilini 
bilməyənləri    yəqin  ki  katib  saxlamaz...  Sənin  “şey-zad”ın 
mənimkinin  yanında  toya  getməlidir.  Ə,  toy  demişkən,  bu 
muzıkantları  da  göndər  bulaq  başına.  Burda    səsləri  yaxşı 
gəldi  qulağıma,  görək  meşədə  dərənin  dibində  nə  qələt 
eliyəcəklər. Özün də işini bilirsən də, ötən dəfəkindən olsun, 
başıbağlıdan. Bu gün gərək bir az yorğunluğumu alım, neçə 
vaxtdı gecəm-gündüzüm yoxdur. 
Sədr  və  katib  UAZa  minib  yola  düşəndən  sonra  Kəklik 
Səmavəri yanladı: 
–  Ağız  bu  katibin  zəhmindən  adamın  bağrı  yarılır.  Gö-
rəsən buna desək ki, – “bizə maşın ver”, verər? 
Simavər: 
–  Sənin  də  fikrin-zikrin  elə  maşın  olsun!  Külü  qoyum 
təpənə!  Ağız  görmürsən  kolxozları  gəzməkdən  yazıq  əldən 
düşüb? Heç insafdırmı ki, belə ağır yükün altında inildəyən 
adamın  vaxtını  boş  bir  şeydən  ötrü  alasan?  Ağız,  eşitmisən 
katibin təzə lətifəsini? 
– Yox az, hansıdı, danış görək! – vedrəni ağzıüstə çevirib 
donunu altına yığdı və üstündə oturdu. 
– Deyirlər ki, keçən qış bizim katib kabinetdə oturmaq-
dan bezibmiş. Sahələri gəzmək könlünə düşüb. Sürücüsünü 
çağırıb  ki,  –  “A  gədə,  tüfəngləri  sazla,  çıxaq  həm  sahələri 
gəzək, həm də görək kəklikdən, dovşandan nə var?”. Nəysə, 
UAZa  minib  qışın  oğlan  çağı  çıxırlar  bizim  dağlara.  Maşın 
bunları  o  qədər  atıb-tutur  ki,  –  axı  katibin  də böyrəklərində 
daş var, – Səlimovun ayıb olmasın çişi gəlir. Maşını saxladıb 
düşür  çişə.  Üzü  şüşə  kimi  hamar  qarın  üstündə  başlayır  öz 


 
45 
 
adını çişiylə yazmağa, –“S.., Ə.., L.., İ..” – kişinin çişi birdən 
qurtarır. Sürücüsünü çağırır ki, – “A gədə bura gəl!”. Sürücü 
qaça-qaça  gəlir  katibin  yanına.  Katib  deyir,  –  “Bax  adımı 
yazırdım,  yarımçıq  qalıb,  dalını  sən  davam  elə”.  Sürücü 
utana-utana  deyir  ki,  –  “Yoldaş  Səlimov,  vallah  uşaqlıqdan 
mənim xəttim pis olub, gəlin verim sizə, özünüz yazın”...  
Kəkliyin qaqqıltısı üzümlüyü başına götürdü. 
– Ağız toba olmuş şeydir ey! Deyir özü də tut arağından 
doymur, bir gün içəndə iki gün pəndəm olub yerindən qalxa 
bilmir! 
Kəklik  güclə  özünə  gələndə,  –  “Az  camaatın  şeyini.., 
buy ayıb ola ağız, bu “şey-zad” mənim də dilimə bitdi ey..!” 
– yenidən qəşş edib vedrədən aşdı. 
Səsə Qumru gəldi. O da lətifəni təkrar eşidib dedi: 
–  O  günləri  kolxozun  iclasında  Dursun  qağam  yaman 
coşmuşdu.  Amma  allah  saxlamış  ağzından  bir  “zad”,  “şey” 
qaçıran  kimi  hamı  üzünə  hırıldıyır.  Lafetləri  vaxtında  gön-
dərməyən  MTS-in  işçisinin  üstünə  qışqırırdı.  O  qədər  coş-
muşdu  ki,  az  qala  gözləri  hədəqəsindən  çıxacaqdı.  Birdən 
qağam bir “quş buraxdı”. Dedi ki, – “Səlimov yoldaş sizə nə 
qədər tapşırıb ki, biz üzümçülərin şeyiylə çox oynamayasan! 
Bilirsən ki, şeyimiz üzümə qarışıb. Bu zəhrimar lafet nə olan 
şeydir    ki,  vaxtında  göndərə  bilmirsən!  İndi mən  ispalkoma 
xəbər verim, onda görərsən sənin zadını necə burub eşirlər.., 
–  yəni  qulağını...”  Qorxusundan  tir-tir  əsən  MTS-n  mü-
həndisi pıqqıldayıb gülən kimi zaldan bir uğultu qopdu gəl 
görəsən... 
Kəklik: 


 
46 
 
–  Az,  vallah  bu  kişininki  lap  sikəpərdilikdir  ey,  heç 
düşünmür  ki,  bir  yad  adam  olar,  tutar  ağzını  cırıb  qoyar 
ayağının  altına?  El  içində  biabır  olmuşuq.  “Harda  işləyir-
sən?” – soruşanda, – “Çərəli kolxozunda” – deyən kimi üzü-
müzə hırıldayırlar, – “Hə, şey-zad Dursunun kalxozunda...”. 
Belə  də  binamusluq,  arsızlıq  olar?  Bəs  bizim  kişilər  hara 
baxır görəsən. Dursun ağzına gələni “şey-zad”layacaq bizim-
kilər də zad olan namuslarına baxıb güləcəklər? 
Qumru: 
– Sənə nə oldu ay qız birdən-birə? Dursundur dayna, qoy 
nə qədər istəyir “şey”ləsin, durub ondan küsəsi deyilik ha... 
Kəklik: 
– İndi bir gün də Qoşəllə lüt soyunub qaratikan kolunun 
dalına  keçəndə  deyəcəklər  ki,  bu  kənddə  bir  kişi  yoxdur. 
Arvadın  üstünə  gərək  erkək  milçək  də  qonmaya,  qondusa, 
kişinin namusu əldən gedər. 
Qumru: 
– Düşükləmə sən allah! Sən lap gerçəklədin ey..! Qoşəl-
ləyə  kimdir təməsiyanlayan
21

Kəklik: 
–  Namussuz  ləçərə  dönmüsən  dayna.  Qulağın  o  qədər 
biədəb  sözlər  eşidib,  hərcayı  kişi  görüb  ki,  artıq  namus  da 
vecinə deyil. 
Qumru: 
– Ləçər özünsən az, ağzını təmiz saxla! 
–  Sən  öl  dürüb  ağzını  “cart”  deyib  cırajam  indi,  hə-
yasız!... 
– Səni ayağıma geyinərəm, qancıq! 
                                                           
21
 Tamahsınmaq, tamah salmaq
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə