Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   19   20   21   22   23   24   25   26   ...   60

 
 
53 
gedərək  Baş  Mərkəzlə,  xüsusilə  də  Ziya  Göyalpla  görüşür.  İstanbula  geri  qayıtdıqdan 
sonra Ənvər Bəy ona :  “Biz Osmanlılıq qayəsini güdürük. Siz isə türklüyün içəridə və 
dışarıda  müməssilisiniz.  Əgər  həm  İttihad  və  Tərəqqi  Firqəsinin  İstanbul  mürəxxəsi, 
həm  də  Türklük  idealının  fikirlərini  yayan  bir  məcmuənin  sahibi  olarsanız,  bu,  bizim 
izlədiyimiz Osmanlılıq qayəsinə uymaz” deyir. Məhməd Əmin bəy bu sözlərdən sonra 
mürəxxəslik  fikrini  rədd  edərək,  Türk  Yurdunun  nəşrinə  qərar  verir.    Artıq  1913-cü 
ildən isə  o,  İttihadçılara qarşı mövqe tutmağa başlayır. Şair Türk dərnəyi  və  jurnalının 
aktiv üzvlərindən biri olur. 
XX  əsrin  əvvəllərində  Türkləri  oyandırmaq,  türklüyü  yüksəltmək  və  müdafiə 
etmək üçün bir çox dərnəklər, ocaqlar, yurdlar, partiyalar yaranır, müxtəlif sosial-siyasi 
hərəkatlar  baş  alıb  gedirdi.  Bütün  bu  hərəkatlarda  Məhməd  Əmin  bəy  aktiv  şəkildə 
fəaliyyət  göstərirdi.    Bu  təşkilatlar  arasında  şübhəsiz  ki,  ən  vacib  mahiyyət  daşıyanı 
Türk  Ocağı  idi.  Bu  qurum  25  mart  1912-ci  ildə  fəaliyyətə  başlayır.  Bu  ocağı  quran 
gənclər  əsasən  Əsgəri  Tibbiyyənin  tələbələri    idilər.  Əsgəri  tələbə  olan  bu  gənclərdən 
başqa Türk ocağının rəsmi sənədlərinə imza atan şəxslər isə Məhməd Əmin bəy, Əhməd 
Fərid,  Əhməd  Ağaoğlu  və  Fuad  Sabit  idilər.  Məhməd  Əmin  daha  sonralar  bu  ocağın 
qurulması  haqqında  belə  demişdir  :  “Türkocağı,  Türk  gəncliyinin  və  bilhassa  məm-
ləkətimizdə olan hürriyyət mücadiləsinin ilham qaynağı olmuş Əsgəri Tibbiyə Məktəbi 
damı  altında  bulanan  inqilabçı  Türk  gənclərinin  qurmaq  istədikləri  və  Qaracaəhməd 
məzarlığında  gəldikləri  bir  qərarla  hərəkətə  keçən  bir  milli  ideal  məbədidir.  ...  Türk 
milli  ruhla  mənliyini  bulacaq  və  mənliyi  təşkil  edən  dil  və  ədəbiyyatıyla,  tarix  və 
mədəniyyətiylə silahlanıb qüvvətlənərək, özünü başqa millətlərin rasında heç bir zaman. 
Mədəni ruhla da özünü yeni dünyanın bütün fənn və sənət, elm və hikmət təchiz edərək 
tale və səadətini fəth etdirəcəkdi”.(2. s33 ) 
Türk  ocağının  əsas  qayəsini  açıqlayan  şair  poeziyasında  da  bu  ideya  uğrunda 
mübarizə  aparmış,  şeirlərində  milli  oyanışa,  türk  köklərinə  qayıdışa  səsləmişdir.  Elə 
Məhməd Əminə məşhurluq gətirən ilk şeiri “Cəngə gedərkən”də işlənən əsas mövzu da 
deyilənlərə sübutdur: 
                     Ben bir Türk üm dinim, cinsim uludur
                     Sinem, özüm ateş ile doludur 
                     İnsan olan vatanının kuludur, 
                     Türk evladı evde durmaz, giderim! 
 
                     Bu topraklar ecdaadımın ocağı, 
                     Evim, köyüm hep bu yerin bucağı, 
                     İşte vatan! İşte Tanrı kucağı! 
                     Ata yurdun evlat bulmaz, giderim! 
 
Şeirdən  Məhməd  Əminin  vətənsevərliyi,  torpağına  bağlılığı,  türk  olduğu  üçün 
fəxr etdiyi  görülür. Şair  Ziya Göyalp  kimi  türkçülük ideyalarını  təbliğ  edir, şeirlərində 
xalq dilindən, folklordan istifadə edir. Təsadüfi deyil ki, şair ilk şeirlər kitabını Türkçə 
şeirlər  adlandırır.  Bu  kitaba  1897  –ci  il  türk-yunan  müharibəsi  zamanı  yazdığı  əsərlər 
daxil  olur.  Bu  kitab  o  dövr  üçün  ədəbi  aləmdə  bir  yenilik  idi.    Yuxarıda  adı  çəkilən 
Cəngə gedərkən şeiri də məhz bu kitabda yer alır. Şeirdən görünür ki, artıq ədəbiyyata 
yeni mövzu gəlir.  
    Türk  ədəbiyyatında  vətənpərvərlik  mövzusunu  ilk  dəfə  tənzimat  dövründə 
böyük  ədib  Namiq  Kamal  gətirmişdi.  O  dövr  üçün  də  vətən  mövzusu  yeni  bir  mövzu 
idi.  Məhməd  Əmin  bəy  isə  vətənpərvərliklə  bərabər  türkçülük,  islamçılıq,  milli  birlik 
ideyalarını yayırıdı. 
Məhməd  Əminin  üç  ünsürə  önəm  verdiyini  görürük.  Bu  üç  ünsür  millət,  din  və 


 
 
54 
dövlətdir. Ümumiyyətlə, Türkçə şeirlər toplusuna daxil olan bütün şeirlərdə bu ab-hava 
hiss  olunur.  Yazıldığı  dövrün  tarixi  hadisələrindən  ilhamlanaraq  ortaya  çıxan  əsərlərin 
hamısında qəhrəmanlıq, qələbə əzmi, Anadolu insanı, müharibə mövzusu vardır. 
Şairin ikinci  kitabı isə Türk sazı 1914-cü ildə işıq üzü görür. Bu kitabdakı şeirlər 
Çocuq  bağçası,  Türk  yurdu,  Böyük  duyğu  kimi  qəzet  və  jurnallarda  nəşr  olunan 
şeirlərdir.    Kitabın  önsözü  də  şairin  hisslərini  çatdırır.  Belə  ki,  önsöz  Böyük  irqimə 
başlığı  daşıyır.  Bu  kitabda  şair  şeir  haqqında  fikirlərini  izah  etdiyi  Mənim  şeirlərim 
şeirini  də  yerləşdirir.  Bu  şeiriylə  o,  zamanın  tələbi  olan  yeni  mövzu  və  formalı 
şeirlərdən bəhs edir. O bildirir ki, artıq onun şeirləri sosial mahiyyət kəsb edəcək. O, üç 
telli sazı ilə bunu demək istəyir 
                          Millətimin fəlakətli həyatını söyləyim, 
                           Dərdlilərin gözyaşını çevrəm ilə siləyim! 
Üç telli sazın şeirdə sadalanması da təsadüfi deyil. Şair xalqının dərdlərini türkün 
musiqi aləti, dədələrdən qalma sazla dilə gətirmək istəyir. Şairin xalqın problemlərindən 
bəhs etdiyi digər əsərləri Bırak məni hayqırayım, Anadolu, Ey türk oyan kimi şeirlərdir.  
Məhməd Əmin bir cəmiyyət şairi idi. Məhz onun şeirlərində sosial məzmun şeirin 
mövzusuna, əsas ideyasına çevrilə bildi. Klassik dövr türk poeziyasında sosial mövzuda 
şeirlərin  olmaması  ,  tənzimat  dövründə  Anadolu  mövzusuna  müraciət  olunmaması 
Məhməd  Əmin  poeziyasının  əhəmiyyətini  bir  daha  artırmış  olur.  Məhməd  Əmin  bəy 
həm  də  sosioloq  kimi  çıxış  etmişdir.  Onun  türk  insanının  inkişafı  naminə  yazdığı 
şeirlərindəki  nəsihətlər,  didaktika  şairin  amalının  ancaq  türk  xalqının  rifahı  və  parlaq 
gələcəyi olduğunu sübut edir: 
 
                             Artık uyan! Şu hayattan yüz çevir 
                             Tarihine, ecdadına sadık kal 
                             O cihangir Türklükünü ele al
                             Yine  gün kurmak için yık, devir! 
                              Bir asker ol, silahını tak, kuşan, 
                              Bir şair ol, milliyeti dalğalat, 
                              Bir işçi ol, ocağını yak, kıskan, 
                              Bir alim ol, hakikati parıldat! 
 
                              Bil ki, senin meramını fetheden 
                              O Türk dehan yeni dünya kuracak, 
                              Son asrın da Turan ənı yaratmak, 
                              İşte senin genç neslinden beklenen! ( 2. s 177.) 
 
ƏDƏBİYYAT 
 
1.
 
A.Tanpınar. XIX asır türk edebiyatı tarihi.  İstanbul, 1988. 
2.
 
F.Tevetoğlu. M.E. Yurdakul. Ankara, 1988. 
3.
 
Türk Dünyası El Kitabı. Ankara, 1992. 
 
РЕЗЮМЕ 
 
Статья  посвящена  истории  турецкой  литературы  периода  Танзимат  по 
период  национальной  литературы.  Одним  из  видных  деятелей  этого  периода 
является  поэт  Мехмед  Эмин.    Его  поэзия  отличалась  новизной  форм  и  тем. 
Фольклор, национальная тема, жизнь простых людей, тюркизм является основной 
тематикой его стихотворений. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə