Əşir Bəşiroğlu
381
agentlər, missionerlər, zabitlər göndərmiş və Anadoluda ermənilərə xəyali vədlər
verərək onları üsyana təşviq etmişlər.
Prof. Karapet Aüman, 13 iyul 1978
Daşnaklar Şərqi işğal etməkdə qabağa düşüb rus burjuaziyasına yol açır, onun
pr
oqramını həyata keçirir, onun yanında əsil buyruqqulu rolunda çıxış edirdilər.
M.Vardanyan, “Həyat səhifələri”. 1927, səh. 18
Daşnak höküməti qonşularla ümumi dil tapmağa, onlarla yanaşı, əmin-
amanlıqla yaşayıb-yaratmaq yolunu tutmağa qadir olmadı. Yumruğunu
düyünləyərək dünyaya meydan oxuyurdu... ciliz millətçilik psixologiyasından əsla
əl çəkmək istəmirdi.
Arşavir Melikyan, “Karmir astığ” (“Qızıl
ulduz”), 1992, N-74.
24 aprelin Beyrutdakı erməni kilsəsi tərəfindən genosid günü kimi elan
edilməsi hamımızı dərin kədərə qərq etdi. Çox yaxın bir keçmişdə Türkiyənin
xarici işlər naziri Qabriel Noradunkyan deyildimi? İmperiya dövründə maliyyə və
xəzinə naziri Nakop paşa deyildimi? Post və teleqraf naziri Oskan əfəndi
deyildimi?...
Ey qafillər, siz hansı keçmişdən danışırsınız? Biz hansı keçmişi unutmuşuq?
Keçmişdə bir soyqırım hadisəsi olmayıb. Dövlətin qanunlarına qarşı çıxan bütün
vətəndaşlar kimi ermənilərə o zaman qanunlara uyğun olaraq bəzi cəzalar
verilmişdir, vəssalam.
Hakop Keşişyan, tacir.
Biz
ermənilər din qardaşlarımız olan xristianların zəhərli vədlərinə inanaraq
böyük türk dövlətinə qarşı üsyan etdik. Daha doğrusu, vətənə xəyanət etdik. Acı
olsa da gerçək budir. Bütün bunlara baxmayaraq yenə də böyük türk milləti bizi öz
bağlarından barındırır. Unutmayaq ki, türklərin düşməni bizim də düşmənimizdir.
Levon Dobbağyan, jurnalist.
“Yeganə mənbəyi olan ərəb və fars dilinə, müdrikliyin, elmin və digər dərin
düşüncələrə müsəlmanlar arasında hörmət Allaha inam və düzgünlükdən irəli gəlir.
Hətta orta əsrlərdə qədim dillər haqqında belə fikirlər söylənirdi. Ancaq öz
poetizminə, səslənməsinə və axarına görə qrammatik nöqteyi-nəzərdən tatar dili
(Azərbaycan dili) bütün başqa dillər arasında yeganə dildir”.
C
əsur qardaşlar
382
X.Abovyan. Seçilmiş əsərləri. V cild, Yerevan,
1950, Səh. 174 (erməni dilində).
“Erməni xalqı tatar (Azərbaycan) dilindən çox söz və ifadə götürüb, hansı ki,
bu gün də istifadə olunur”.
(Yenə orada, səh 48)
“Mən bayatımı ona görə yazmışam ki, ermənilərdə, erməni dilinin şirin
səslənməsi naminə, erməni dilində belə şeirlər oxunsun, hansılarını türklər
(azərbaycanlılar) stol arxasında, bu və ya digər məclislərdə oxuyurlar. Şeir və
mahnı kimi heç nə dili şirinləşdirmir. Mən ümid edirəm ki, xalqım ən yaxşı
nümunələr yaradacaq”.
X.Abovyan. Əsərlərinin tam külliyyatı. II cild.
Yerevan. 1948, səh. 189 (erməni dilində).
“Hər dəfə qonaqlığa gedəndə, şəhərdə gəzəndə, fikrimi toplayıb diqqətlə
xalqın nədən şənlənib həzz aldığına fikir verirəm. Və hər dəfə mən görürəm ki,
onlar meydanda Kor Aşığın oxumağına qulaq asıb heyrətlənirlər, hətta ağızlarının
suyu axır.
Toyda və başqa məclislərdə sazəndəsiz, saz çalan olmasa yeməyə başlamaq
olardımı? Deyilənlər türk dilində olardı, çoxları heç bir söz də başa düşmürdü,
lakin bunu görən və qulaq asan hər bir insanın qəlbi elə bil cənnətə gedirdi”.
X.Abovyan. Erməni yaraları. Yerevan 1939, səh.
9 (erməni dilində)
“Bizim yeni dilimizin (aşxabarlar) yan hissəsi türk və fars dilindən olan
sözlərdən ibarətdir. Bu dillər bizim xalqın zövqünü elə oxşayıb ki, ermənilər öz
dilini qoyub türkcə oxumağa, nağıl, atalar sözləri danışmağa davam edirdilər,
səbəb? Çünki onlar buna öyrəşiblər”.
(Yenə orada. Səh. 80-81)
Aşxarabar (xalq dili) öz məzmunu və formasına görə qədim erməni dilindən
(qrabar) tamamilə fərqlənir və hər cəhətdən tatar (Azərbaycan) dilinə bənzəyir. Adi
söhbət zamanı ermənilər nəinki tək sözləri, hətta tam cümlələri və ifadələri türk
dilində söyləyirlər”.
(Yenə orada, səh. 41-42)
Əşir Bəşiroğlu
383
“Türk dili bizdə elə geniş yayılıb ki, onu hətta qadınlar və uşaqlar da başa
düşür. Ona görə də xalq arasında hər birinin tatar (Azərbaycan) dilində şeirlərin
yaradılması və oxunması adi hala çevrilib”.
X.Abovyan. Naxaşaviq. Yerevan. 1940, səh. 48
(erməni dilində)
“Qədim və yeni erməni dilini biri-birindən fərqləndirən danışıq manerası və
sintaksis quruluşudur. Bu nöqteyi-nəzərdən qədim erməni dili (qrabar) Avropa
dillərinə oxşayır, yeni erməni dili (aşxabar) türk (Azərbaycan) dilinə”.
(Yenə orada, səh. 45).
Kim bilmir ki, insanın qəlbi qaralanda, heç bir qılınc, heç bir dərman, yuxu-
söz, xüsusən də oxşama ifa aşıq havası və bayatı kimi təsir etmir.
X.Abovyan. Seçilmiş əsərlər. III cild. Yerevan.
1948, səh. 144 (erməni dilində).
“Aşıqlar Kərəm, Aşıq Qərib, Keşişoğlu haqda saz havası çalıb, mahnı ifa edib
onlar haqda rəvayətlər danışıb yenidən sazda çalmağa başlayanda məclisdə hamını
valeh
ediblər, heç kəs daha yemək, içmək istəmirdi...
X.Abovyan. Əsərləri toplusu. IV cild. Yerevan.
1947, səh. 3 (erməni dilində).
“Bu gün türk (azərbaycanlı) və erməni demək olar ki, bir diyarda yaşayır. Bu
xalqlar eyni təbiətin təsirinə məruzdurlar. Yaxın zamanlara qədər demək olar ki,
bir dövlətin himayəsində idilər. İkisi də Asiyadadır, ikisi də Şərqdəndi, xasiyyətcə,
danışıq maneraları sarıdan oxşardırlar, səbəb isə asiyalı olaraq eyni şəraitdə
yaşayırlar. Milləti adı və dini ilə seçən insanlar təbii-psixioloji səbəbi başa düşə
bilməzlər. Türk erməninin şikayət dolu, kədərli havasına qulaq asıb həzz alır,
erməni isə türkün (azərbaycanın) ifasından həzz alır. Və onların hər ikisi üçün
Bethovenin simfoniyaları, Motsartın “Don Juan”ı “səhrada bir səs” kimi səslənir.
Hər birisi min dəfə “Durna hardan gəlirsən”, Koroğlunun “Eyvazın gümüş kəməri”
mahnısına, eləcə də Kərəmin və Aşıq Qəribin mahnılarını ifa etməyə üstünlük
verirlər”.
M.Nalbadyan Əsərlərinin tam toplusu. III cild.
Yerevan. 1940, səh. 183-184 (erməni dilində)
Dostları ilə paylaş: |