ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə130/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   124   125   126   127   128   129   130   131   132

Əşir Bəşiroğlu 
 
381 
 
agentlər, missionerlər, zabitlər göndərmiş və Anadoluda ermənilərə xəyali vədlər 
verərək onları üsyana təşviq etmişlər.  
Prof. Karapet Aüman, 13 iyul 1978 
Daşnaklar Şərqi işğal etməkdə qabağa düşüb rus burjuaziyasına yol açır, onun 
pr
oqramını həyata keçirir, onun yanında əsil buyruqqulu rolunda çıxış edirdilər.  
M.Vardanyan, “Həyat səhifələri”. 1927, səh. 18 
Daşnak  höküməti  qonşularla  ümumi  dil  tapmağa,  onlarla  yanaşı,  əmin-
amanlıqla  yaşayıb-yaratmaq  yolunu  tutmağa  qadir  olmadı.  Yumruğunu 
düyünləyərək dünyaya meydan oxuyurdu... ciliz millətçilik psixologiyasından əsla 
əl çəkmək istəmirdi.  
Arşavir  Melikyan,  “Karmir  astığ”  (“Qızıl 
ulduz”), 1992, N-74. 
24  aprelin  Beyrutdakı  erməni  kilsəsi  tərəfindən  genosid  günü  kimi  elan 
edilməsi  hamımızı  dərin  kədərə  qərq  etdi.  Çox  yaxın  bir  keçmişdə  Türkiyənin 
xarici işlər naziri Qabriel Noradunkyan deyildimi? İmperiya dövründə maliyyə və 
xəzinə  naziri  Nakop  paşa  deyildimi?  Post  və  teleqraf  naziri  Oskan  əfəndi 
deyildimi?... 
Ey qafillər, siz hansı keçmişdən danışırsınız? Biz hansı keçmişi unutmuşuq? 
Keçmişdə bir soyqırım hadisəsi olmayıb. Dövlətin qanunlarına qarşı çıxan bütün 
vətəndaşlar  kimi  ermənilərə  o  zaman  qanunlara  uyğun  olaraq  bəzi  cəzalar 
verilmişdir, vəssalam.  
Hakop Keşişyan, tacir.  
Biz 
ermənilər din qardaşlarımız olan xristianların zəhərli vədlərinə inanaraq 
böyük türk dövlətinə qarşı üsyan etdik. Daha doğrusu, vətənə xəyanət etdik. Acı 
olsa da gerçək budir. Bütün bunlara baxmayaraq yenə də böyük türk milləti bizi öz 
bağlarından barındırır. Unutmayaq ki, türklərin düşməni bizim də düşmənimizdir.  
Levon Dobbağyan, jurnalist. 
“Yeganə mənbəyi olan ərəb və fars dilinə, müdrikliyin, elmin və digər dərin 
düşüncələrə müsəlmanlar arasında hörmət Allaha inam və düzgünlükdən irəli gəlir.  
Hətta  orta  əsrlərdə  qədim  dillər  haqqında  belə  fikirlər  söylənirdi.  Ancaq  öz 
poetizminə,  səslənməsinə  və  axarına  görə  qrammatik  nöqteyi-nəzərdən  tatar  dili 
(Azərbaycan dili)  bütün başqa dillər arasında yeganə dildir”.  


C
əsur qardaşlar 
382 
 
X.Abovyan.  Seçilmiş  əsərləri.  V  cild,  Yerevan, 
1950, Səh. 174 (erməni dilində). 
“Erməni xalqı tatar (Azərbaycan) dilindən çox söz və ifadə götürüb, hansı ki, 
bu gün də istifadə olunur”. 
(Yenə orada, səh 48) 
“Mən  bayatımı  ona  görə  yazmışam  ki,  ermənilərdə,  erməni  dilinin  şirin 
səslənməsi  naminə,  erməni  dilində  belə  şeirlər  oxunsun,  hansılarını  türklər 
(azərbaycanlılar)  stol  arxasında,  bu  və  ya  digər  məclislərdə  oxuyurlar.  Şeir  və 
mahnı  kimi  heç  nə  dili  şirinləşdirmir.  Mən  ümid  edirəm  ki,  xalqım  ən  yaxşı 
nümunələr yaradacaq”.  
X.Abovyan.  Əsərlərinin  tam  külliyyatı.  II  cild. 
Yerevan. 1948, səh. 189 (erməni dilində).  
“Hər  dəfə  qonaqlığa  gedəndə,  şəhərdə  gəzəndə,  fikrimi  toplayıb  diqqətlə 
xalqın  nədən  şənlənib  həzz  aldığına  fikir  verirəm.  Və  hər  dəfə  mən  görürəm  ki, 
onlar meydanda Kor Aşığın oxumağına qulaq asıb heyrətlənirlər, hətta ağızlarının 
suyu axır.  
Toyda və başqa məclislərdə sazəndəsiz, saz çalan olmasa yeməyə başlamaq 
olardımı?  Deyilənlər  türk  dilində  olardı,  çoxları  heç  bir  söz  də  başa  düşmürdü, 
lakin bunu görən və qulaq asan hər bir insanın qəlbi elə bil cənnətə gedirdi”.  
X.Abovyan. Erməni yaraları. Yerevan 1939, səh. 
9 (erməni dilində)  
“Bizim  yeni  dilimizin  (aşxabarlar)  yan  hissəsi  türk  və  fars  dilindən  olan 
sözlərdən  ibarətdir.  Bu  dillər  bizim  xalqın  zövqünü  elə  oxşayıb  ki,  ermənilər  öz 
dilini  qoyub  türkcə  oxumağa,  nağıl,  atalar  sözləri  danışmağa  davam  edirdilər, 
səbəb? Çünki onlar buna öyrəşiblər”.  
(Yenə orada. Səh. 80-81) 
Aşxarabar (xalq dili) öz məzmunu və formasına görə qədim erməni dilindən 
(qrabar) tamamilə fərqlənir və hər cəhətdən tatar (Azərbaycan) dilinə bənzəyir. Adi 
söhbət  zamanı  ermənilər  nəinki  tək  sözləri,  hətta  tam  cümlələri  və  ifadələri  türk 
dilində söyləyirlər”. 
(Yenə orada, səh. 41-42)  


Əşir Bəşiroğlu 
 
383 
 
“Türk  dili  bizdə  elə  geniş  yayılıb  ki,  onu  hətta  qadınlar  və  uşaqlar  da  başa 
düşür.  Ona  görə  də  xalq  arasında  hər  birinin tatar  (Azərbaycan)  dilində şeirlərin 
yaradılması və oxunması adi hala çevrilib”.  
X.Abovyan.  Naxaşaviq.  Yerevan.  1940,  səh.  48 
(erməni dilində) 
“Qədim və yeni erməni dilini biri-birindən fərqləndirən danışıq manerası və 
sintaksis  quruluşudur.  Bu  nöqteyi-nəzərdən  qədim  erməni  dili (qrabar) Avropa 
dillərinə oxşayır, yeni erməni dili (aşxabar) türk (Azərbaycan) dilinə”.  
(Yenə orada, səh. 45). 
Kim bilmir ki, insanın qəlbi qaralanda, heç bir qılınc, heç bir dərman, yuxu-
söz, xüsusən də oxşama ifa aşıq havası və bayatı kimi təsir etmir.  
X.Abovyan.  Seçilmiş  əsərlər.  III  cild.  Yerevan. 
1948, səh. 144 (erməni dilində). 
“Aşıqlar Kərəm, Aşıq Qərib, Keşişoğlu haqda saz havası çalıb, mahnı ifa edib 
onlar haqda rəvayətlər danışıb yenidən sazda çalmağa başlayanda məclisdə hamını 
valeh 
ediblər, heç kəs daha yemək, içmək istəmirdi... 
X.Abovyan.  Əsərləri  toplusu.  IV  cild.  Yerevan. 
1947, səh. 3 (erməni dilində). 
“Bu gün türk (azərbaycanlı) və erməni  demək olar ki, bir diyarda yaşayır. Bu 
xalqlar eyni təbiətin təsirinə  məruzdurlar. Yaxın zamanlara qədər demək olar ki, 
bir dövlətin himayəsində idilər. İkisi də Asiyadadır, ikisi də Şərqdəndi, xasiyyətcə, 
danışıq  maneraları  sarıdan  oxşardırlar,  səbəb  isə  asiyalı  olaraq  eyni  şəraitdə 
yaşayırlar.  Milləti  adı  və  dini  ilə  seçən  insanlar  təbii-psixioloji  səbəbi  başa  düşə 
bilməzlər.  Türk  erməninin  şikayət  dolu,  kədərli  havasına  qulaq  asıb  həzz  alır, 
erməni  isə  türkün  (azərbaycanın)  ifasından  həzz  alır.  Və  onların  hər  ikisi  üçün 
Bethovenin simfoniyaları, Motsartın “Don Juan”ı “səhrada bir səs” kimi səslənir. 
Hər birisi min dəfə “Durna hardan gəlirsən”, Koroğlunun “Eyvazın gümüş kəməri” 
mahnısına,  eləcə  də  Kərəmin  və  Aşıq  Qəribin  mahnılarını  ifa  etməyə  üstünlük 
verirlər”.  
M.Nalbadyan  Əsərlərinin  tam  toplusu.  III  cild. 
Yerevan. 1940, səh. 183-184 (erməni dilində) 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə